Aydın Dadaşov
12
“Kreml saatı”, Vladimir Mayakovskinin “Hamam”, Na-
zim Hikmətin “Domokl qılıncı”, Mixail Lermontovun
“Maskarad”, Aleksey Arbuzovun “İrkutsk tarixçəsi”, Ber-
nard Şounun “Milyonçu qadın”, Edvard Radzinski “Kino
çəkilir” əsərlərinə quruluş verməklə V.Şirye, R.Qinzburq,
K.Adamov, M.Aduşev, L.Qruber, P.Jarikov, M.Lezqişvili,
A.Falkoviç, A.Meşalkin, K.İrmiç, A.Suvirova kimi akt-
yorların üzə çıxmasında xidməti böyük olan, Ümumittifaq
Dövlət Teatr Sənəti İnstitutunun məzunu, yaradıcılıq tale-
yini bağladığı bu teatrın 1948-51-ci illərdə direktoru, rejis-
soru, 1956-cı ildən baş rejissoru Məhərrəm Haşımovun
müstəsna xidməti olur.
Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunun rejis-
sorluq fakültəsinin digər məzunu, Ulyanovsk, Xabarovsk,
Novosibirski teatrlarında rejissor, bədii rəhbər, Kazan,
Rostov teatrlarında baş rejissor işləmiş, RSFSR xalq ar-
tisti Ənvər Behbudov 1969-cu ildən baş rejissoru olduğu
Azərbaycan Dövlət Rus Dram Teatrında Mixail Şatrovun
“Altı iyul”, Mixail Dvoretskinin “Kənar adam”, Rüstəm
İbrahimbəyovun “Öz yolunla”, Nəbi Xəzrinin “Sən yan-
masan”, Aleksandr Vampilovun “Ötən yay Çylimskidə”,
Aleksandr Gelmanın “Bir iclasın protokolu” kimi əsərlərə
quruluş verməklə repertuarı müasirləşdirir.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq
fakültəsində Məhərrəm Haşımovun kursunu bitirməklə
Fridrix Şillerin “Mariya Stüart”, Edmon Rostanın “Sirano
de Berjerak”, İlyas Əfəndiyevin “Sən həmişə mənimlə-
sən”, Jan Anuyenin “Antiqona”, həmyerlimiz Leonid Zo-
rinin “Varşava melodiyası”, Fransuaza Saqanın “Əldən
düşmüş at”, Anarın “Şəhərin yay günləri”, Afanasiy Sa-
lınskinin “Barabançı qız”, İmran Qasımovla, Həsən Seyid-
bəylinin “Sən niyə yaşayırsan?”, Mirzə İbrahimovun
Rejissorluğun üslub problemləri
13
“Kəndçi qızı”, Gicyerme Fiqeyredonun “Ezop”, Edvard
Razdinskinin “Sevgi haqqında yüz dörd səhifə”, Uilyam
Gibbsonun “Yelləncəkdə iki nəfər”, Lev Slavinin
“Müdaxilə” kimi tamaşalara quruluş vermiş rejissor
Gülcahan Güləhmədova – Martınovanın yaradıcılığı da,
Rus Dram Teatrının formalaşmasında bütöv bir mərhələ
olur.
***
Hələ tələbəlik dövründə, 1966-cı-ilin son günlərində
Korney Çukovskinin uşaqlar üçün nəzmlə yazdığı “Moy-
dadır”, “Milçək-vizilcək”, “Barmaley”, “Telefon” nağılla-
rı əsasında yeni il tamaşası hazırlayan Cənnət Səlimova
Səməd Vurğun adına Rus Dram Teatrında rejissor kimi
fəaliyyətə başlayır.
Moskva və Qeydelberq universitetlərini bitirmiş riya-
ziyatçı, filosof Aleksandr Vasilyeviç Suxovo – Kobılinin
janrını komediya – zarafat adlandırdığı “Tarelkinin ölü-
mü” pyesi əsasında 1967-ci ildə diplom tamaşasını hazır-
layan Cənnət Səlimova klassik rus ədəbiyyatının qrotesk-
şarj nümunəsini ilkin bədii dəyərlərini qoruyan ciddi ta-
maşaya qoyur. Beləliklə də müəllifin əlyazmasının əvvə-
lində gələcək rejissorlarına ünvanladığı: “Öz səciyyəsinə
görə pyes, canlı, şən, şövqlə oynanılmalıdır. Xüsusən
mətn qətiyyətlə öyrənilməli və apaydın, qabarıq tələffüz
edilməlidir, əks halda şəxslərin səhnədəki yetərincə mü-
rəkkəb hərəkətlərində sözlər, daha doğrusu işin mahiyyəti
tamaşaçı üçün dərkolunmaz qala bilər, çünki gerçək həyat
əvəzində onların qarşısındakı məlum qarışıqlıqla rastla-
şar”
7
tövsiyyəsi sonralar K.S.Stanislavskinin ömrünün
7
А.В.Сухово – Кобылин. Пьесы. М., 2007. с.139.
Aydın Dadaşov
14
son illərində cilalayacağı nəzəri müddəalar dəqiq yerinə
yetirilir.
Yırtıcı xislətli rəzil məmur Tarelkinin ölümü onun
heç kəsə tabe olmamaq, hamını, hətta general Varravini də
idarə etmək kimi heyvani arzularının gücləndirilməsi öl-
dürücü satira hesabına həyata keçirilir. Yalquzağa çevrilsə
də, güclünün gücsüzü əzdiyi vəhşi mühitin qanunlarını
unudan Tarielkinin daha yırtıcı general Varravini tərəfin-
dən yenidən məhv edilməsi şəri şər tərəfindən cəzalandır-
sa da müəllif mövqeyi həllini tapmış problemə gülən ta-
maşaçı reaksiyası hesabına tənzimlənir. Vətəndaş cəmiy-
yətini formalaşdıra bilməmiş mühitin eybəcərliyi çıxış yo-
lunun axtarılmasını, liberal dövrə xas satira hesabına diqtə
etməklə sosial mövzunu səciyyələndirir.
Tarelkinlə (K.Q.Adamov) Varravinin (P.B.Yudin)
kəskin qarşıdurması fonunda Raspulyeyev (S.İ.Yakuşev),
Brandaxlıstova (L.D.Aşrafova), Mavruşa kimi personajla-
rın kəskin komizmə meydan vermələri ədəbi mənbənin
janr təyinatını qoruyur.Yeri gəlmişkən Bakı sirkindən də-
vət olunmuş məşhur illüziyaçı Zinovi Krivitskinin gərgin
məşqlərinin hesabına qarşısındakı iri boşqabdakı çoxsaylı
perajkiləri guya yeyib, əslində isə siyirməyə atan, iridibli
iri stəkandan fasiləsiz su içən S.İ.Yakuşev oynadığı Ras-
pulyeyevin acgözlüyünü göstərməklə coşqun gülüş qazana
bilirdi.
9 iyun 1967-ci ilin “Molodyoj Azerbaydjana” qəze-
tindəki “Tarelkinin ölümü” məqaləsində: “Tamaşanın ide-
yasının fəal, emosional və enerjili inkişafı rejissor Cənnət
Səlimovanın xidmətinin əsas göstəricisidir. Hərçənd ki,
birinci hissədən sonra təzyiqə dözməyən tamaşa tədricən
fəallığını itirərək güc və pafos baxımından yalnız pyesin
Rejissorluğun üslub problemləri
15
satirik pafosunu qoruya bilir”
8
yazan teatrşünas, hal-hazır-
da Moskvada incəsənətə dair iki möhtərəm jurnalın redak-
toru Adilə Səfərova da bu faktoru təqdir edir.
Halbuki “Səməd Vurğun adına Rus Dram Teatrı” ki-
tabında: “Gənc diplomçu rejissor C.Səlimovanın A.Suxo-
vo-Kobılinin “Tarielkinin ölümü” tamaşasına verdiyi qu-
ruluşla teatr rus klassikasına yenidən müraciət etdi. Pye-
sin üslubunu, onun janr özünəməxsusluğundan baş çıxar-
mayan naşı rejissorun çiyinlərinə güc düşdüyündən son
nəticədə üslub janr eklektikası yarandı. Görünür açıq na-
turalizmdən sərt qroteskə qədər əks gedişlər yetərincə güc-
lü ifaçı heyətinin imkanlarının açılmasına mane oldu. Bu-
nunla belə hərdənbir, rejissor və aktyor həlli, bədii üslub
baxımından dəqiq ifadəli məqamlar da var idi”
9
yazan Va-
lentin Boquslavski sadəcə müəllifin ağıllı tövsiyyələrinin
yerinə yetirilməsini özü də bilmədən qəbul etmək istəmirdi.
***
Teatrşünaslıq, aviasiya sahələrində təhsilini yarımçıq
qoyub, müharibədə vuruşduqdan sonra, bir müddət kənd
müəllimi işləmiş, nəhayət arzuladığı ÜDKİ - nin ssenari
fakültəsini bitirməklə “Lennauçfilm”, “Lenfilm” kinostu-
diyalarında redaktor kimi çalışmış Aleksandr Moiseyeviç
Volodinin (Lifşits) 1963-cü ildə ilıqlaşma dalğasında yaz-
dığı, dramaturq barədə: “Təəccüblüdür ki, bir neçə pyes
yazmaqla Volodin yaxşı, məxsusi, eyni zamanda ciddi və
ağıllı, sadə və mürəkkəb adamları yaratdığı obrazlı dünya-
ya sakin etdi”
10
yazan Leninqradda Böyük Dramatik
8
А..Д. Сафарова. Смерть Тарелкина. г. Молодежь Азербайджана. 06-06-1967.
9
В.М.Богуславский. Русский драматический имени С. Вургуна. B. 1971. s. 115.
10
Г.А.Товстоногов. Зеркало сцены. М., 1980. т. 1. c. 51.
Dostları ilə paylaş: |