Aydın Dadaşov
16
Teatrı “könüllü yaradıcılıq diktaturası” sayan Georgi
Tovstonoqovun imtina etdiyi, Moskvada səhər pyesi oxu-
ması, axşam məşqlərin başlanması ilə sensasiya yaradan
Oleq Yefremovun 1964-cü ildə “Sovremennik” teatr-stu-
diyasında səhnəyə qoyduğu, özünün Aleksey Lyamin, Ye-
geni Yevsteqneyevin, Nikolay Kuropeyevin oynadığı “Tə-
yinat” tamaşasına, Azərbaycan Dövlət Rus Dram
Teatrında 1968-ci ildə verdiyi quruluş da Cənnət
Səlimovanın yaradıcılığında mühüm səhifə oldu.
Remarkada göstərildiyi kimi “istedadlıların, ortabab-
ların çalışdığı, iş planlarının tərtib edilib, izahatların yazıl-
dığı, məbləğlərin haqq-hesab edilib sayıldığı”, yolun o ta-
yındakı yeməkxanada nahar edildiyi “İdarəçilik orqanları-
nın strukturunun elmi təşkili” ilə məşğul olan bir idarədə
baş verənlərin timsalında mənəvi iflas probleminin qaldı-
rılması o dövr üçün gözlənilməz idi.
Ədəbiyyat, rəssamlıq sahəsində istedadı olub riyaziy-
yatı dərindən bilməklə işində mövqe qazanan ziyalı, müs-
təqil, sərt qərarlar qəbul etməyən Aleksey Lyaminə
(K.Q.Adamov) elmi məqalələr yazdıraraq “İzvestiya” qə-
zetində öz adına çap etdirən, şəxsi mənafeni daim önə çə-
kən rəis Nikolay Stepanoviç Kurepeyevin
(M.E.Lezqişvili) qarşılaşdırılması yeniliklə köhnəliyin
gözönü hadisələrdə müqayisəsinə şərait yaradır. Beləliklə
pyes idarəçilik prinsiplərinin dəyişdirilməsini sübut
etməklə daşlaşmış mövcud quruluşun dəyişdirilməsinə
işarə vurur. Aleksey Lyaminin vəzifədə irəli gedən
Nikolay Krupeyevin yerinə gəlişi ilə ətrafdakıların
mürəkkəbləşdirilmiş şəxsi həyatlarında dönüş yaranır.
Təbiətcə rəhbərliyi deyil, tabe olmağı üstün tutan
Lyaminin yeni vəzifədə kommunal mənzildə yaşayıb
tənhalığı ilə barışan katibəsi, Nyutaya (R.İ.Kirillova)
Rejissorluğun üslub problemləri
17
vurularaq valideynlərinin gözləmədiyi halda, hətta kənd-
dəki üç bacısının, anasının yanında yaşayan on dörd yaşlı
qızının olduğu üzə çıxmasına baxmayaraq onunla evlən-
məyə qərar verməsi müəmmalı qaşılanır. Həmin ərəfədə
teatrda çalışan gəlmə rejissor Drozdovun həyat yoldaşı
Raisa Kirillova zahirən uyğun gəldiyi personajının sadə-
lövhlüyünü, qayğıkeşliyini bir az da yüngüllüyünü önə
çəksə də, onun dublyoru D.İ.Tumarkina özünün fərqli gör-
kəmindən, xanımlığından bəhrələnə bilirdi.
Kurepeyevin işindən uzaqlaşdırmaq istədiyi, yaxınla-
rını müharibədə itirmiş, təqaüd vaxtına cəmi bir il qalan, iş
vaxtı stomotoloji kilinikadan güzəştli protezlərini belə gö-
türməsinə icazə verilməyən altmış yaşlı İvan Nikifiroviç
Yeqorova (P.B.Yudin) hörmətlə yanaşaraq, nə zamansa
cəbhədə birgə vuruşduğu məşhur şair Semyon Qudzenko
haqqında televerilişdə iştirakına şərait yaratması, ərinin
başqasına vurulması səbəbindən ailəsi dağılmaq üzrə olan
Lyubaya (Q.B.Koltunova) sərbəstlik verməsi, bir il işləmiş
qızın (L.S.Duxovnaya) ali məktəbə girməsi naminə onun
idarədə iki il çalışdığını təsdiqləyən arayışa imza atan
Lyaminin insani keyfiyyətləri açılır. Ətrafında baş verən-
lərə zahirən laqeyd münasibət bəsləyən Lyamin əslində
diqqətlə yanaşdığı, köməklik göstərdiyi, danışdıqlarını
diqqətlə dinlədiyi hər kəsin daxili dərdini anlaya bilir.
Tamaşanın strukturunda çalışdığı soyuducu anbarda-
kı oğurluqdan dəhşətə gələn birisi ilə, ağıllı görünmək
üçün daim susmağa ustünlük verən professorla yaşamış,
qızını cəmisi on səkkiz yaşında kimdənsə doğmuş, indi
Lyaminə üz tutub: “Mən hər an bu tapmaca barədə fikirlə-
şirəm; niyə sən mənlə evləndin? Ona görə ki, intizamlı
adamsan? Mənimlə bir gecə keçirməklə özünü borclu he-
sab elədin? Düşündün ki, heç kəs mənimlə gecələməyib?
Aydın Dadaşov
18
Ancaq mənlə evlənmək, nədənsə onlardan heç birinin ağlı-
na gəlməyib”
11
deyən Nyuta, özünün bütün qadınlara xas,
quş kimi yuva qurmaq istəyini dilə gətirməklə, baş qəhrə-
manın mənəvi zənginliyini, borc hissini də üzə çıxarır. Pa-
ralel həyat sürməyi bacarmayan Lyaminin ailəsini atıb
onunla birləşməyən qadından üz çevirib, özünün dediyi ki-
mi çox da ağıllı, çox da mehriban, çox da gözəl olmayan
Nyutanın qızını da şəhərə gətirmək niyyəti mənəvi borc
hissini təsdiqləyir. Lyaminin yaşlı valideynləri; ömrü boyu
çalışdığı simfonik orkestrdə tərtib olunan aktlardan, proto-
kollardan cana gələn, bir dəfə hətta Böyük Teatra dəvət
olunduğunu düşünən arvadını, indi süfrədəki almanı yox
etməklə vaxtilə gözübağlıca ilə məşğul olduğunu nümayiş
etdirən Ananı (N.D.Sarnatskaya) kinoya aparmaqla ovun-
duran (Ədəbiyyatımıza köç etmiş tanış mövzu necə də xa-
tırlanır. A.D.) ifası hesabına ad qazananlar tərəfindən unu-
dulan Ata (V.V.Otradinski) avtoritarlığın qurbanı təəssü-
ratını yaradır.
Müdirin yumşaqlığını hiss edənlərin işdən tez getmə-
ləri, gözlənilməz məzuniyyət tələb etmələri ilə qarşılaşan
Aleksey Lyaminin könüllü olaraq vəzifədən getməsi ilə
əvvəlki rəhbər Krupeyevin özünə bənzər, Muraveyevin
hakimiyyətə gəlmək şansı qəhrəmanı seçim qarşısında qo-
yur. Muraveyevin Lyaminə məqalə yazdırmaq, Lyubanın
ərini cəzalandıran, beş yaşından anasını itirən, atası baş-
qasına evlənən, onu himayəyə götürən iki qonşu kasıb ba-
cının evində korluq çəkən, daim az yeməyə çalışan, indi
də psixoloji durumunu düzəldə bilməyən Sonyaya (Lev
Viqdorov) məhkəmə qurmaq, İvan Nikifiroviç Yeqorovu
az maaşlı işə keçirmək istəməsi Kuropeyevin avtoritar iş
11
А.М.Володин. Пьсы, сценарии, рассказы. М., 203. с. 162.
Dostları ilə paylaş: |