Microsoft Word cenub hesretison



Yüklə 42,3 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix28.06.2018
ölçüsü42,3 Mb.
#51978
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 
 
41
Cənub həsrəti 
Ovçu qardaş ayaqlayır yovşanı,  
Kol dibində qorxu tutub dovşanı.  
Gözümlə görmüşdüm burda, bəs hanı?  
Yazıq dovşan qorxusundan yox oldu,  
Onu görcək ac qarnımız tox oldu. 
 
Qonşu Fəfiş bizə papaq tulladı,  
Qaqaş ona çınqıldan pay yolladı.  
Payın görən qonşubala mumladı,  
Dedik Qaqaş, bu nə paydı sən verdin?  
Dedi bayram zarafatdı, şən gördün. 
 
Ay nə kefdi, dedik-güldük, əyləndik,  
İnciyib-küsüşüb, bir az şelləndik.  
Axırda yorulub yerə milləndik,  
Dedik: Allah, belə axşamlar var olsun,  
Dost-tanışa, istəyənə yar olsun. 
 
Təntiyib bir az da xəyala getdik,  
Unudulmaz Şəhriyarı yad etdik.  
Bir dua da ruhuna ad etdik  
Bilmədik boş yeri necə dolduraq,  
Canı dildən olmayanı olduraq. 
 
Müəllim də yada salar ustadı, 
Qızıl həriflərlə yazar bu adı, 


 
 
Sevincində
Bu şad gün
Birləşib bi
Doğma qar
Vahid Azə
  
 
 
 
 
42
Əvəz Müəllim 
ən uçmağa yox qanad
nlər xalqımıza yar ols
r yerdə bərqərar olsun
rdaşlar tək bəxtiyar o
ərbaycan bir diyar ols
 
 
 
 
dı, 
sun, 
n, 
olsun. 
sun. 
 mart, 2009 
 


 
 
43
Cənub həsrəti 
TƏBRİZLƏ GÖRÜŞ 
 
Başının vüqarın gördüm uzaqdan, 
Məğrur qayalardan, çalmalı dağdan. 
Şəhriyarın gəzmədiyi torpaqdan
Təbriz, sənin görüşünə gəlmişəm. 
 
O taylı-bu taylı Azərbaycana, 
Mən doğma övladam, sən isə ana. 
Oduna isinib mən yana-yana, 
Təbriz, sənin görüşünə gəlmişəm. 
 
Dərdimin əlacı, eşqim əzəli, 
Ay məni gözləyən cənub gözəli. 
Möhtacam ki, gülüşünə, gəlmişəm, 
Təbriz, sənin görüşünə gəlmişəm. 
 
Müəllimi tale verdi Şirvana
Ordan da üz tutdu böyük cahana. 
Xudafərin kədər dolu dastana, 
Təbriz, sənin görüşünə gəlmişəm. 
 
25.03.2010 
 
 


 
 
44
Əvəz Müəllim 
AY CƏNUB GÖZƏLİ 
Cənubi Azərbaycandakı azəri gözəllərinə 
 
Bir az hakim olsan qəlbin səsinə, 
Düşərsən eşqimin zümzüməsinə. 
Mailəm gözlərin cazibəsinə, 
Ay Cənub gözəli, Cənub gözəli. 
 
Xoşbəxtlik, təbəssüm qoy sənin olsun, 
Təbrizi sevmişdim, Təbrizin olsun. 
Götür Savalanı cehizin olsun, 
Ay Cənub gözəli, Cənub gözəli. 
 
Duyub-eşitmişəm əhdi-ədanı, 
Əsən küləklərdən aldım sədanı. 
Bu yazıq Müəllim alsın qadanı, 
Ay Cənub gözəli, Cənub gözəli. 
2010-cu il  
 


 
 
45
Cənub həsrəti 
 
 
ŞƏHRİYAR, CƏNUBİ AZƏRBAYCAN 
VƏ MƏN 
(Yaxud «Xüdafərin dastanı») 
 
Mənim  qəlbimdə  -  uşaqlıq  çağlarından, 
lap  aşağı  siniflərdən  səbəbini  özüm  də 
bilmədiyim bir cənub həsrəti baş qaldırmış-
dır.  Və  bu  həsrət  Şəhriyar  adlı  bir  cənublu 
şairin  olduğunu  biləndən  sonra  daha  da 
alovlanmış,  böyüyüb  heykəlləşmiş,  zaman 
keçdikcə  ücalıb  "Şəhriyar  zirvəsi"  boyda 
olmuşdu.  Bu  zirvənin  fonunda  isə  Heydər-
baba  dağ  silsiləsi  aşkarlanmışdı:  (əlbəttə, 
"Heydərbabaya salam"dan sonra): 
Heydərbaba dünya yalan dünyadır, 


 
 
46
Əvəz Müəllim 
İsgəndərdən, Nuhdan qalan dünyadır, 
Oğul verib dərdə salan dünyadır". 
..İllər  keçdikcə  qəlbimdəki  bu  nisgil 
böyük sevgiyə çevrildi, ancaq, nisgil nisgil-
liyində qaldı... 
"Heydərbabaya  salam"ı  oxuyandan  sonra 
başa düşdüm ki, dünyada ədəbiyyat, şeir adlı 
bir məfhum var imiş, daha doğrusu Şəhriyar 
var imiş! 
 
"Heydərbaba gələmmədim gec oldu, 
Heç bilmədim gözəllərin necə oldu". 
 
Mən  bütün  orta  məktəb  kursunu  "5"-lə 
başa vurdum.  
Ancaq, o vaxt mənim üçün bir şey aydın 
deyildi,  müəmma  olaraq  qalırdı  və  bir  sual 
məni  daim  düşündürürdü:  niyə,  Lermon-
tovun, Puşkinin çətin oxunan, yadda qalma-
yan şeirləri ilə dərsliklərimiz dolu idi və biz 
məcbur  idik  ki,  onu  "zülmlə"  də  olsa 
öyrənək;  ancaq,  bir  dəfə  oxuyanda  illərlə 
yaddaşımızda həkk olub qalan Şəhriyar şeri 
salınmırdı  bu  kitablara?!  Çox  qəribə  idi: 
çətini, başa düşülməyəni məcbur öyrənmək, 
asanı, ruhumuzu oxşayanı yaxına buraxma-


 
 
47
Cənub həsrəti 
maq?  Nə  idi  bu  müəmmanın  səbəbi  başa 
düşə bilmirdim. 
Cənub  sevgisinin  içində  bu  suallar  da 
uzun illər boyu nisgil kimi cavabsız olaraq 
qalırdı. 
Mənim  uşaq  xəyallarımda  çox  böyük 
arzulardan biri Cənubi Azərbaycanı görmək 
olmuşdur. Fikirləşirdim ki, sərhəd açılar və 
mən keçib "O tayı" - kasıb, çöllərdə dehqan 
kimi  yaşayan  elatları  qarış-qarış  gəzərəm. 
Sovet  vaxtı  eşitmişdim,  deyirdilər  ki,  ora-
dakı  evlər  çay  daşlarından  tikilib,  üstü  qa-
mışla  örtülmüş  komalardır.  Mən  arzulayır-
dım ki, oranı görsəm o çay daşlarına üzümü 
sürtərəm,  bəlkə  onda  "qürbətdə  həbs  olun-
muş  yurdumu"  daha  yaxından  duya  bilə-
rəm. 
...İllər  keçdi,  nəhayət,  gözlənilmədən 
sakit  səmalarda  şimşəklər  çaxdı;  Böyük 
deyilən  "super  derjava"  -  Sovet  İttifaqı 
dağıldı, sərhəd açıldı, cənuba gedən yollara 
işıq  düşdü.  Nəticə  nə  oldu?  Nəticə  o  oldu 
ki,  hətta  bütün  alverçi  arvadlar  da  ora  N 
dəfə gedib-gəldilər, mən isə hələ də Arazın 
o tayını yalnız görmək ümidi ilə yaşayıram. 


Yüklə 42,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə