Microsoft Word cenub hesretison



Yüklə 42,3 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix28.06.2018
ölçüsü42,3 Mb.
#51978
1   ...   7   8   9   10   11   12   13   14   15

 
 
61
Cənub həsrəti 
ayrıcında... 
Səhəndlə, 
Heydərbabayla, 
Savalanla  yanaşı,  zirvəsi  qarlı  bir  dağ 
dayanıb  ki,  ətəklərindən  baxıb  onun 
ucalığına qibtə edirik. O Şəhriyardı. 
O,  iki  əsrə  yaxın  vaxtda  sərhəd  olmuş 
Arazın  üstündə,  Xudafərinin  sinəsində  və 
nəhayət  qəlbimizin  aynasında  ucalan  bir 
"Azərbaycan  heykəli"dir  ki,  gözünün  biri 
Bu Yanı, biri O Yanı araya-araya soraqlayır 
dünyanı. 
Ruhu  yaxınlığımız  vadar  edir  ki, 
Şəhriyarı  ustad  kimi  ülvi  hisslərimin  üst 
qatında  hiss  edim  və  bu  hissiyat  mənə 
şagird  olduğumu  dərk  etdirir.  Ara-sıra 
yazanda  isə  o  ruh  gözlərimin  qarşısında 
dayanır  ki,  bu  da  bizim  bir  daha  "ustad- 
şəyird"  münasibətlərimizin  varlığını  əyan 
edir: 
 
Ötən bülbüllərin xoş nəfəsiyəm,  
Muğam dünyasının şirin səsiyəm  
Şeirlə, sənətlə yoğrulmuşam mən,  
Ustad Şəhriyarın tələbəsiyəm. 
 
Hər bir il dönümündə bir daha onun ruhu 


 
 
qarşısında b
onun  keçdi
Şəhriyar  ötə
da  Azərbay
Arazın  o  ta
daha Araz d
"Dur aya
Ya azad o
-dediyi- 
Xoşginabda
 
 
 
 
62
Əvəz Müəllim 
baş əyib, heç olmasa i
iyi  yerlərdən  keçmə
ən  əsrin  üfüqlərində
ycanı  görmək  arzus
ayında  vaxtsız  qürub
da yetim qaldı, Xudafə
ağa!  
ol, ya tamam yan, 
Azərbaycan"  da  v
a keçən günlər də.. 
ildə bir dəfə 
ək  istərəm. 
ən  boylansa 
su-  ümidilə 
b  etdi.  Bir 
fərin də..  
və  nəhayət 


 
 
63
Cənub həsrəti 
CƏNUB HƏSRƏTLİ NOVRUZ 
GÜNLƏRİ 
 
Cənub həsrəti uşaqlıq sevgimdir. Mənim 
üçün  "cənub"  sözünün  bir  çox  məna  çalar-
ları mövcud olub ki, onlardan birincisi Şəh-
riyardır, yəni: Cənubi Azərbaycan-Şəhriyar. 
Nədənsə  Şəhriyarı  hər  bahar  gələndə  daha 
çox  anıram,  axtarıram.  Hər  bahar  gələndə 
özümdən  asılı  olmayaraq  sanki  onu  fikir-
ləşib  yazmaq  istədiklərini  (ancaq  yazmağa 
vaxtı  çatmadıqlarını)  yazıram.  Bu  ilki 
Novruz  günlərində  olduğu  kimi.  Bəlkə  də 
gələn  bu  hissiyyat  doğum  gününü 
bilmədiyimiz  ustadın  bahar  günlərində 
dünyaya gəlməsinə bir işarədir: 
 
Titrəyir sevincdən bayram axşamı,  
Yerə şölə salan göylərin şamı.  
Xeyrə qovuşaq söyləyir hamı  
Yüz belə bayramlar görək hamımız,  
Qalmasın ürəkdə arzu-kamımız. 
 
Cənub  sözünün  mənəvi  tərcüməsi 
Şəhriyar olduğu kimi, coğrafi tərcüməsi də 


 
 
64
Əvəz Müəllim 
var ki, o Təbrizdir. 
Şəhriyarla olduğu kimi Təbrizlə də xəya-
lən arzuların qanadında görüşmüşəm. Və bu 
görüşü təsəvvürümdə canlandırmışam: 
 
Başının vüqarın gördüm uzaqdan,  
Məğrur qayalardan, çalmah dağdan.  
Şəhriyarın gəzmədiyi torpaqdan  
Təbriz, sənin görüşünə gəlmişəm. 
 
Ancaq  bu  görüş  böyük  şəhər  Təbriz  və 
böyük dünya olan Şəhriyarla baş tutmasa da 
hiss  olunur  ki,  yaxındadır.  Çünki  Novruz 
insanları yaxınlaşdırdığı kimi həsrətliləri də 
qovuşdurar, yaradanın köməyi ilə: 
 
Tonqalımız oda düşüb qor salır,  
Köz-köz üstə naxış vurur, tor salır,  
İstiyə allanıb gecə korşalır,  
Deyirik gecəmiz xeyrə calansın,  
Bayram tonqalları tez-tez qalansın. 
 
Yeralmasın közə qoyub partaddıq, 
Səsdən-küydən yerin bağrın çataddıq.  
Tonqal üstdən o tay-bu tay attandıq, 


 
 
65
Cənub həsrəti 
Nə gözəl günlərdi o yaz gündəri
Ömrümüzün keçən bəyaz günləri. 
 
Samovarı pıqqır-pıqqır qaynatdıq,  
Əminəvəsin moda salıb oynatdıq.  
Neçə aydır yatmış qurdu oyatdıq  
Bəxtimizin qurdu ulasın xeyrinə  
El-obamız çıxsın bayram xeyrinə. 
 
Ay nə kefdi, dedik-güldük, əyləndik,  
İnciyib-küsüşüb, bir az şelləndik.  
Axırda yorulub yerə milləndik,  
Dedik: Allah, belə axşamlar var olsun,  
Dost-tanışa, istəyənə yar olsun. 
 
Təntiyib bir az da xəyala getdik,  
Unudulmaz Şəhriyarı yad etdik.  
Bir dua da ruhuna ad etdik  
Bilmədik boş yeri necə dolduraq,  
Canı dildən olmayanı olduraq. 
 


 
 
66
Əvəz Müəllim 
ŞAHBANİ-YOXSA CANİ 
Keçən il televiziyanın ANS kanalında mə-
nimçün gözlənilməz olduğu qədər maraqlı və 
maraqlı  olduğu  qədər  də  faciəli  olan  bir 
müsahibə ilə üz-üzə qaldım (2010-cu il).  
Keçmiş  İran  şahının  arvadı  (oğlu  ilə 
birlikdə)  Azərbaycana  gəlib  və  Azərbaycan 
televiziyası  ilə  müsahibə  verirdi.  H.  Cavid 
demişkən: heyhat! 
Bu  hadisə  mənimçün  Azərbaycanın 
bölünməsi  qədər  dəhşətli  bir  səhnə  idi. 
Halbuki,  yuxularımda  bu  çağırılmamış 
qonaqları görsəydim nəinki televiziyaya, heç 
Azərbaycanın  sərhədlərinə  yaxın  burax-
mazdım. Çünki, Azərbaycan adlı məmləkətin 
havası,  suyu  (və  torpaqlarına  ayaq  basmaq) 
onlara haramdır. 
Bəli,  bu  həmin  söhbət  idi  ki,  əqlim  söz 
kəsəndən  bu  günə  qədər  fikirləşəndə  varlı-
ğımı sarsıtmışdı. 
Təqdim  olunan  xanım  ("xanım"  demək 
mümkünsə)  həmin  xanım  idi  ki,  onun 
mənsub  olduğu  sülalə  böyük  Azərbaycanın 
zaman-zaman  başını  kəsmiş,  "Azərbaycan" 


Yüklə 42,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə