Microsoft Word cenub hesretison



Yüklə 42,3 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix28.06.2018
ölçüsü42,3 Mb.
#51978
1   ...   7   8   9   10   11   12   13   14   15

 
 
83
Cənub həsrəti 
 
 
 
Bəxtinin təxtini tut, qoyma ki, aşsın, 
Eşq yolunda uyan bəxtiyar olsun. 
 
O, nigarın ki, fərqi yox əhli-cəfadan, 
Zənəxdanından tökülən gül-niqar olsun. 
 
Gözəllik mülkünü tarı-mar edən, 
Görüm ki, axırda tarı-mar olsun. 
 
Bülbülün sevgilisi yoxsa çəməndə, 
Nə fayda ki, hər tərəfi güli-zar olsun. 
 
Əğyarın gözündə mil əyirək ki,  
Xalqımız həmişə bəxtiyar olsun. 
 
Sevdalar aləmidir ki, bu gözəl musiqimiz, 
Xiridarı Mirzə Məmmədhəsən, ya da ki, 
                                              Cabbar olsun.  
 
 
 


 
 
84
Əvəz Müəllim 
 
 
Güneyli-Qüzeyli Azərbaycanın, 
Qəminə dəm tutan ustad Şəhriyar olsun. 
 
Onda  Müəllimə  deyərəm ustad
Qəmli  könülləri  həm  duyar  olsun. 
 
Müəllim göz yumsa bu gözəlliyə, 
Görüm ki, gen dünya ona dar olsun. 
26.01.2017 
 
 


 
 
 
 
DÜNY
85
Cənub həsrəti 
 
 
 
 
 
 
II FƏSIL 
 
YA VƏ TƏNH
 
 
HALIQ 
 


 
 
86
Əvəz Müəllim 
 
 
 
 
 
 
 
 
 
Fani dediyimiz əslində ani olan bu dün-
yada oğul-uşaq, qohum-qardaş və yaxın-
ların əhatəsində olsaq da belə həqiqətdə 
hər birimiz bir fərd olmaq etibariylə tən-
hayıq!  
 
Müəllif 


 
 
87
Cənub həsrəti 
 
 
TƏNHA ÇİNAR 
 
Mənə həmdəm - tənha çinar: öz yurdum-
da (söz yurdumda) 
Tənhalığı  onu  görəndə  bildim.  Onun 
tənhalığını özümdən başqa o olanda bildim, 
çünki çinarı tənha gördüm. 
Və qərib axşamların birində mən öz tən-
halığımı dərk edəndə yanımdakına baxdım. 


 
 
88
Əvəz Müəllim 
Gördüm mən tənha deyilmişəm. Bu bir hə-
qiqətdi. 
Çünki mən nə düşünürdümsə, həmin an-
da çinar onu öz pıçıltıları ilə təkrar edirdi. 
 
 
Tənha çinar! 
Tənha-tənha pıçılda hey,  
sən ha çinar!  
Tənha çinar!  
Qərib axşam qəriblikdə  
səninləyəm  
Mən ha, çinar! 
 
 
 
 


 
 
89
Cənub həsrəti 
BU DÜNYA NİYƏ BELƏ? 
 
Axan sular axmaz oldu? 
Baxan gözlər baxmaz oldu
Çaxan şimşək çaxmaz oldu, 
Bu dünya niyə belə? 
 
Gün şıxmamış qaş qaraldı, 
Aşılmamış gül saraldı, 
Dünyanın köksü daraldı, 
Bu dünya niyə belə? 
 
Kəs dediləp!-Susub durdun, 
Öz səbrini basıb durdun, 
Düz axtarıb kasıb oldun, 
Bu dünya niyə belə? 
 
Ürəklərin közü getdi, 
Yazanların sözü bitdi, 
Olan-olmaz düzü itdi, 
Bu dünya niyə belə? 
 
Axtaran çox varı-dövlət, 
Zərrü-ziba, qızıl-ziynət, 
Görünməyir xoş bir niyyət, 
Bu dünya niyə belə? 
 


 
 
90
Əvəz Müəllim 
Elm əhlinin cibi boşdur, 
Başıboşun işi xoşdur, 
Sağlam bədənlər naxoşdur, 
Bu dünya niyə belə? 
 
Bu dünyanın işi “yaşdı”, 
Dörd bir tərəf vur-savaşdı, 
Kasıb-kusub başıdaşdı, 
Bu dünya niyə belə? 
 
Aman yeri yox dünyanın, 
Güman yeri yox dünyanın, 
İnsafı yox tox dünyanın, 
Bu dünya niyə belə? 
 
Mərd qovulub namırd olur, 
Tülkü gəlib comərd olur, 
Qananlara bu dərd olur, 
Bu düna niyə belə? 
 
Ərdəmsizlər “mən-mən” deyir, 
Günahkarlar “sən-sən” deyir, 
Müəllim də hərdən deyir
Bu dünya niyə belə? 
Bu dünya niyə belə? 
 


 
 
91
Cənub həsrəti 
TƏNHA GƏLİN 
 
Bəlkə əzəl gündən belədi dünya, 
Kasıba ağır yük-şələdi dünya, 
Naşıya əngəldi, tələdi dünya. 
Sanki, ay boylanır çöhrəsi altdan, 
Tənha gəlin köçür bir qız elatdan. 
 
Lalənin köksünə xalı al düşüb, 
Köçməyiynən ürəyimə xal düşüb
Gözəllik bağına qalmaqal düşüb, 
Dünya heyrətləndi bu toy-büsatdan, 
Tənha gəlin köçür bir qız elatdan.  
  
Bu imiş qisməti, bu imiş qədər, 
Yan-yörə axtarmaq mənasız, hədər, 
Bir üzündə sevinc, birində kədər. 
Sanli, yalqız Mələk keçir Siratdan
Tənha gəlin köçür bir qız elatdan. 
 
Xoş günü gözələ qıymayan həyat, 
Özü -öz işinə boylanır mat-mat, 
Gözlərində kədər, ürəyində çat, 
Uşaqlıq anları çıxmamış yaddan, 
Tənha gəlin köçür bir qız elatdan. 


 
 
92
Əvəz Müəllim 
Onun tənhalığı dağlardan uca, 
Gəncliyi illərdən, aylardan qoca, 
Yar-yoldaş axtardı ömrü boyunca
Mənasızlıq gördü məna həyatdan, 
Tənha gəlin köçür bir qız elatdan. 
 
Ey Müəllim, niyə gəldin cahana? 
Gəldinmi yanmağa yaxşı-yamana? 
Eşqi, arzuları qaldı gümana, 
Cehizi, libası şərəfli addan, 
Tənha gəlin köçür bir qız elatdan. 
  
 16.07.2011 
 
 
 
 
 
 


Yüklə 42,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə