Microsoft Word cenub hesretison



Yüklə 42,3 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix28.06.2018
ölçüsü42,3 Mb.
#51978
1   ...   7   8   9   10   11   12   13   14   15

 
 
67
Cənub həsrəti 
deyənləri  dar  ağacından  asmış,  ana  dilində 
danışanların  dilini  kəsib,  qalanları  dünyaya 
səpələyib  elə  günə  salmışdir  ki,  iki  parça 
olaraq tikə-tikə, dilim-dilim doğranıb "Cənub 
- Şimal" adı altında hələ də qalmaqdadır. 
İndi  özünün  Azərbaycanlı  qızı  olduğunu 
deyən,  lakin  xalqın  dilində  bircə  kəlmə  də 
bilməyib  farsca  fərəhlə  danışan  həmin  xa-
nımı  aparıcı  biz  millətə  rəsmi  olaraq  təm-
təraqla təqdim etdi: Şahbanu Fərəh Pəhləvi. 
Mən  azərbaycanlı  olduğum  üçün  özümü 
bir  daha  təhqir  olunmuş  hiss  etdim  və 
xalqımı  vurmuş  ildırımın  ağrısını  bir  daha 
duydum. 
Ad - titul kimi təqdim olunan bu üç kəlmə 
sözün  dərin  faciəvi  mənası  var  idi  ki,  bu 
dərinlik  Böyük  Azərbaycanın  200  illik 
bölünmə tarixi ilə ölçülürdü. Bu elə ölçü idi 
ki, heç bir tarixə sığan deyildi, sığsaydı "tarix 
çatlardı". 
Ona  görə  də  eşitdiyim  sözlər  xəstəliyə 
səbəb olan alergiya verirdi. 
Qəribə olsa da bu hissi həmin qadının üz 
cizgiləri, baxışları və danışığındakı təbiilik də 
təsdiq  edirdi.  Çünki,  o  üzdə  anaların, 


 
 
68
Əvəz Müəllim 
qadınların  üzündəki  həlimlikdən,  mehri-
banlıqdan  əsər-əlamət  yox  idi.  (təkcə  vəh-
şilikdən başqa). Bəs nə vardı?!- Azərbaycan 
kimi yağlı ovu əlindən sivişib çıxmış yalqu-
zaqın ifadəsi hakim  kəsilmişdi  o  sifətdə.  Bu 
sifət azərbaycanlıların bir xalq kimi mövcud 
olduğunu özlərinə dandırmağa çalışan cəllad 
Pəhləvi  şah  üsul-idarəsinin  canlı  abidəsi  idi 
ki,  gəlib  indi  də  Azərbaycan  efir  məkanına 
soxulmuşdu. 
Hələ  bu  "abidə"  utanmadan  özündən 
sonrakı  sifətin  (oğlunun)  yenidən  İran  taxt-
tacına sahib  durmaq iddiasını da arzulamağı 
yaddan çıxarmadı. Deyirəm üzə bərəkallah! 
Nə  isə,  qayıdaq  üç  sözdən  ibarət  olan 
həmin  söz  birləşməsinin  məna  və  tərcümə 
çalarlarına: Şahbanu Fərəh Pəhləvi. 
1)  "Şahbanu"-  şahın  banı,  yəni  başının 
üstü, "krışası", başından yuxarı, yəni başının 
tacı. 
2)  "Fərəh"-  fərəhlənən.  Yəni,  ata-anası 
azərbaycanlı  olduğu  halda  (dediyinə  görə 
atası  Gilandandır)  Azərbaycan  dilində  bircə 
kəlmə də bilməyib, heç bilmək də istəməyib 
fars  dilində  danışmaqdan  fərəhlənən.  Öz 


 
 
69
Cənub həsrəti 
xalqının  dilinin  kəsilməsindən,  varlığının 
unutdurulmasından,  torpağının,  mənəviyya-
tını  Pəhləvi  nəslinin  ayaqları  altına  atıl-
masından  fərəh  duyan,  fərəhlənən.  Ata-
babasının,  soy-kökünün  öz  əlilə  məhv  olun-
masından  fərəhlənən.  Xalqının  xalqlar  içrə 
yoxluğundan,  azəri  qızlarının  namusunun 
yadlara satılmasından fərəh duyan... 
3)  "Pəhləvi"-  Azərbaycan  adlı  bir  məm-
ləkəti  zorla  yox  kimi  qəbul  etdirməyə 
çalışan, onun dilinin, adət-ənənələrinin varlı-
ğının olmadığını israr edən, azəri oğullarının 
zaman-zaman  asdığını-asıb,  kəsdiyini-kəsib, 
qalanlarını qaçıb dünyaya səpələnməyə vadar 
edən tarixi qaniçən cəllad və cani. 
Deməli,  Azərbaycan  xalqının  tarixi  tor-
paqlarını, şəhər-kəndlərini öz dədəsinin malı 
bilən, azərbaycanlıların farsdan törəmə olub, 
dili  olmayan  xalq  olduğunu  məcbur  edən 
Pəhləvi  sülaləsinin  axırıncı  şahı  olan  Rza 
şahın başının tacı, Şahbanusu olmaqla fərəh-
lənən bir varlığın adının deyim forması imiş 
bu Şahbanu Fərəh Pəhləvi. 
Təəccüblü  bunların  bu  sifətlə  Azərbay-
cana gəlməsidir. Bunlar bu xalqdan yenə nə 


 
 
70
Əvəz Müəllim 
istəyir və nə üzlə özlərinin tanınmış üzlərini 
bir də tanıdırlar (üzdə nə üz?). O gəldi-gəldi, 
bəs onları efirə buraxanlar nə üzlə bu addımı 
atırlar? 
Bəlkə  burada  da  "xalqın  xeyrinə"  nəsə 
var. Indi bu "nəsələrə" baş sındıraq, ya nə?... 
Təəssüf ki, onu danışdıran jurnalist qız da 
vacib  sualların  heç  birini  vermədi,  bəlkə  də 
verməyi bacarmadı və ya cəsarəti çatmadı. 
Yəqin  bu  "uğurlu  müsahibə"  üçün  belə 
lazım  imiş.  Tək  bir  sual  istisna  oldu  ki, 
pəhləvilər  hakimiyyətə  gələndən  sonra 
Azərbaycan  xalqının  dilini  və  hüquqlarını 
qadağan  etdi?  (hətta  "niyə"  sözünü  də 
demədi). Cavab isə sanki, heç nə olmayıbmış 
kimi  sözarası  getdi:  "səhvlər  olmuşdu". 
"Səhvlər olmuşdu" sözünü elə dedi ki, sanki 
heç  nə  olmamışdır  və  ya  olmuşsa  da  düz 
olmuşdur.  Mən  isə  elə  bilirdim  ki,  ona  elə 
suallar veriləcək ki, həmin suallar qarşısında 
o,  mənəvi  cəhətdən  olduğu  kimi  fiziki 
cəhətdən  də  ölmüş  olduğunu  dərk  edəcəkdi 
(xəcalətindən bu dünyanı tərk edəcəkdi). 
Təəssüf  ki,  olmadı.  Ona  görə  də  bu 
müsahibənin  məramı  mənə  çatmadı,  aydın 


 
 
71
Cənub həsrəti 
olmadı.  Çünki,  qonaq  cavan  qızı  Leylanın 
onlar  İrandan  qaçandan  sonra  Fransada  31 
yaşında vəfat etdiyini söyləməsi də müəmma 
kimi  səsləndi?!  Bu  nə  demək  idi?  Dərdə 
şərik, özünə həmdəm axtarmaq, yoxsa özünü 
yerə vurmamaq şərtilə bizlə barışmaq? Bax o 
anda  məndə  sual  yarandı:  Üzün  varmı 
barışmağa? 
 
Böyük xalqı cılız görən 
Gen dünyanı qəfəs hörən, 
Ölümünə fərman verən. 
Sözün varmı danışmağa? 
Üzün varmı barışmağa? 
 
Öz hökmünü verən zaman 
Qan axıtdın ümman-ümman. 
Sağlığına yoxdur güman
Sözün varmı danışmağa? 
Üzün varmı barışmağa? 
 
Fərəhlənmə ki, banisən  
Əl-qolu qanlı canisən  
Gəldi-gedərsən, fanisən  
 


Yüklə 42,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə