Microsoft Word cenub hesretison



Yüklə 42,3 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix28.06.2018
ölçüsü42,3 Mb.
#51978
1   ...   7   8   9   10   11   12   13   14   15

 
 
101
Cənub həsrəti 
Qarlı dağlar, sıra dağlar.  
Qəlbimdə sır-sıra bağlar. 
Möhtəşəm, uca dağlar.  
Yan-yana, uc-uca dağlar. 
 
Təzəni görəndə köhnə boyatlaşır. Ancaq 
bu dəfə boyatlaşmadı, bayatılaşdı: 
 
Mən aşıq sıra dağlar, 
Yanaşı sıra dağlar 
Sizsiz keçən günlərim 
Qəlbim sır-sıra bağlar. 
 
Hərdən  görüşünüzə  gəlmək  istəyirəm, 
ancaq  nə  fayda  o  dəm  alınmır.  Mən  istə-
yəndə  siz  olmursuz,  görüşəndə  isə  mən  "o 
mən" olmuram: 
 
Əzizim sinəsinə, 
Döşlərin sinəsinə. 
Gələrəm görüşünə, 
Yalvarıb sinə-sinə. 
 
Burda dağlar hamısı eyni "xasiyyətlidir", 
çünki, hamısı eyni rəngdədir - bozdur. Bun-
dan  fərqli  olaraq  bizdəki  Dağlar  bir-


 
 
102
Əvəz Müəllim 
birindən  "xasiyyətləri"  ilə  seçilirdi.  Mə-
sələn:  "Babadağ  -  öz  şah  vüqarı  və  zəhmi 
ilə.  Həmişə  Babadağa  baxanda  mənə  elə 
gəlirdi  ki,  ciddi,  nüfuzlu,  ağ  çalmalı  bir 
böyüklə  üz-üzəyəm.  Yəni,  zarafatın  yeri 
deyil - özünü yığışdır!? 
Bir  az  bəri  baxanda  görünən  dağlarınsa 
xasiyyətləri  bir  az  mülayimə  oxşayırdı, 
cünki  bəridə  görünən  dağlara  baxanda  qəl-
bimdə məhəbbət hissi güclənirdi, ürəyimdə 
bir  sevgi  baş  qaldırırdı  (xüsusən  də  yaz 
ayları  göylər  min  bir  rəng  alanda).  O  dağ-
ların  təbii  rənglərlə  rənglənmiş  yamacları 
rəssam  tablosunun  canlı  nümunəsi  idi  ki, 
təbiət  onu  bizə  təmənnasız  hədiyyə  etmiş-
dir. Yayda bu tablonun rəng çalarları bir az 
dəyişsə  də  Babadağın  "xasiyyətinin  tünd-
lüyü" dəyişməz qalırdı. 
Qızmar  günəş  altında  ona  bir  baxış  bəs 
edirdi  ki,  ürəyinə  sərinlik  çilənsin.  Pirsaat 
çayının  Babadağından  baş  alıb  gəlməsinin 
səbəbi də yəqin ki, bu ciddilik idi. Deməli, 
Baba  dağ  ciddi  olduğu  qədər  də  "əliaçıq" 
imiş.  Görəndə  ki,  susumuşuq,  çalmasından 
bir  az  açıb  bizə  "pay  göndərirdi",  özü  də 


 
 
103
Cənub həsrəti 
ehtiyacımız  olduğu  anda.  Bu  an;  xüsusən 
heyvanların,  daha  doğrusu  qoyunların  "Se-
zonnu kostyuma" keçdiyi vaxt (yun qırxımı 
ərəfəsi)  daha  çox  hiss  olunurdu.  O, 
kostyumları  "kraxmallamaq"  üçün  mütləq 
Pirsaat  çaya  enmək  lazım  idi.  Bu  səfər  də 
bizim  il  boyu  ən  çox  arzu  edib  gözlədik-
lərimizdən biri idi. 
Yun  kisələrinin  üstünə  çıxıb  "sürütmə" 
ilə  (traktora  qoşulan  kirşə-araba)  yata-yata, 
yırğalana-yırğalana  Çaya  enmək,  uşaqlıq 
dünyasının  "Mersedes  komfortu"  imiş 
demə, qədrini bilməmişik. 
Çayda  ağappaq  çay  daşlarının  üstündən 
sürüşüb-qaçışan  balıqların  hərəkətlərinin 
bizə  bəxş  etdiyi  sonsuz  ləzzət  isə  təbiətin 
bəxş  etdiyi  təmənnasız  bir  surprız  imiş... 
Qaçardıq  o  balıqları  tutmaq  ehtirası  ilə; 
balıqlar  da  balıqlardı,  hələm-hələm  quyruq 
ələ verən deyildilər. Bununçün xüsusi baca-
rığın  olmalı  idi.  (bəzi  uşaqlar  çox  tuturdu, 
irisini  tuturdu,  əlbəttə,  əl  ilə)  Dum-  duru 
suda  görünən  balığa  əlini  uzadan  kimi  elə 
bilirdin  tutdun,  ancaq,  hay  tutdun  balıq  nə 
gəzirdi?!..  O  çoxdan  sürüşüb  əlindən 


 
 
104
Əvəz Müəllim 
qaçmışdı  və  təbiətin  sənə  verdiyi  sevincin 
bir  hissəsini  də  "quyruğuna  qoşııb  apar-
mışdı". Amma bəzən... Bəzən elə tuturdum. 
İndi  başa  düşürəm  ki,  uşaqlıq  illərinin 
unudulmaz  və  xoşbəxt  anları  imiş  ki,  biz 
onu qayğısız yaşamışıq xəbərimiz olmadan. 
Pirsaat çayı yazda qar əriyəndə səs- küy-
lə, gurultu ilə o tay - bu tay gedirdi. Çoxlu 
kol-kos,  selinti  gətirirdi.  Bizim  endiyimiz 
məqamlarda  isə  suyu  azalmış,  avazımış  və 
sakit  olurdu.  Bəlkə  də  ona  bu  sakitliyi  hər 
iki  tərəfdən  onu  əhatə  edib  yol  göştərən  o 
dağlarımızın  ciddiliyi  təlqin  edirdi.  Yəqin 
buna  görə  dağların  o  "qayğısı  və  ciddiliyi" 
qarşısında  çay  da  öz  axanndan  çıxmırdı, 
ona "sadiq qalıb", onunla razılaşırdı. 
Ancaq  bu  anda  insafı  da  əldən  vermək 
olmaz,  Qobustanda  Kəhnizəni  və  Torağayı 
görəndə  Babadağ  xatirələri  yada  düşüb, 
çözələnir.  Bunları  görəndə  məhz  orda  daşa 
dönüb  heykəlləşmək  istəyirəm.  Hərdən 
özümə qarğış da tökürəm: 
 
Mən aşiq qoşa dağlar, 
Verib baş-başa dağlar.  
 


 
 
Sizdən uz
Döneydim
 
İldə bir d
olanda  Kəh
zirvəsindəki
Heyf ki,o da
baxana  qəd
nür... 
 
105
Cənub həsrəti 
zaq düşən gün 
m daşa, dağlar! 
dəfə yaz vaxtı ardıcıl
hnizənin  başında  o
i çalmanı xatırladan d
a" bir baxımlıq"olur,ç
dər  duman  yerində  x
 
 
 
yağış-çisən 
o  dağların 
duman olur. 
çünki,təkrar 
xəyal  görü-
 


 
 
106
Əvəz Müəllim 
DAĞLAR 
 
Uzaq düşdük, ayrı qaldıq, 
Dəryalara pənah saldıq, 
Küləklərdən iyin aldıq, 
Şah vüqarlı bizim dağlar. 
 
Dağlar sizdə gözüm qalıb, 
Deyilməmiş sözüm qalıb, 
Üstünüzdə izizm qalıb, 
Mənim canım, gözüm dağlar. 
 
Zirvənizə meyl saldım, 
Üzünüzə həsrət oldum, 
Niyə sizdən uzaq qaldım, 
Sizsiz necə dözüm , dağlar? 
 


 
 
107
Cənub həsrəti 
Hər yaz sizi xatırlaram, 
Sizsiz sizi hey araram, 
Nə fayda həsrət qalaram, 
Qarınıza özüm dağlar. 
 
Yaxınlaşıb görüşsək biz, 
Olarsınız inan dümdüz, 
Ah çəkərəm gecə-gündüz
Ürəyimdə közüm, dağlar. 
 
Babadağda qalan qara, 
Həsrət qaldı gözüm yara, 
İndi baxım görən hara? 
Qurtarıbdı sözüm, dağlar. 
 
Demə yurdda olmayıbdır, 
Sizi yada salmayıbdır, 
Artıq daha qalmayıbdır, 
Müəllimdə dözüm, dağlar. 
 
 
 
 


 
 
“YEY
 
Əvvəlki 
hər  yay  kən
böyük xeyri
yüdüyüm uş
ra qovuşuram
rində  oturub
baş-başa  ve
qonşu həyət
boylanıram,
yaya  boylan
dan boylanı
yim bir göy
108
Əvəz Müəllim 
YƏ DEYİB AĞLAY
YURDLAR 
illərdən  fərqli  olara
ndə  köçürəm.  Hər  d
im o olur ki, öz anad
şaqlıq illərinin izinə d
m. Evlərin gün düşm
b,  o  günlərlə  daha  t
erə  bilirəm.  Qəribsə
tlərə keçib yalqız o y
  ordan  da  öz  həyətim
ndığım  həyətimizə  i
ram. Bu an içimdən
ynərti keçir. Çünki, g
YAN”  
 
1974-cü il 
aq  son  illər 
dəfə  də  ən 
an olub bö-
düşüb onla-
məyən yerlə-
tez  görüşüb 
əyib  arabir 
yan-bu yana 
mizə.  Dün-
indi  dünya-
gözləmədi-
göz açandan 


 
 
109
Cənub həsrəti 
adət  edib  gördüklərimi  görməz  oluram.  Ey 
dad !?. 
Dünya  bu  həyətləri  bizdən  xəbərsiz  nə 
günə  qoyub  ,  xəbərimiz  yox!  Dünyanın  bu 
işinə də mat qaldım.Axı mən bilən belə ol-
mamalı idi (belədə deyirlər ki, sən saydığını 
say, gör fələk nə sayır). Qəlbim sızıldadı elə 
ağladım  ki,  göz  yaşlarımda  boğuldum.  Bu 
yalqızlıqdan "ətrafdakı boş qapıların da dik-
sindiyini  gördüm".  Və  göz  yaşlarının  için-
dən  dünyaya  axan  qınağın  yazıldığını  hiss 
etdim: 
Baxmırsan amana, baxmırsan aha, 
Baxmırsan yaxşıya, yamana dünya. 
Gedənə rəhmət, gəlməz bir daha, 
İxtiyar qalıbdır zamana, dünya. 
 
Qonşu yurdun hər hansı tərəfində özümə 
yer  tapa  bilmədim,  qaldım  gicələ-gicələ. 
Yurd  nə  yurd,  daş  hasarlar  uçub  yerlə  bir 
olmuş,  özü  sökülüb-dağılmış,  sözün  əsil 
mənasında “ həyatı məhv olmuş” xaraba hə-
yət.Adət etdiyim həyat əlamətlərini görmək 
ümüdi ilə yönümü arxa həyətlərə dəyişdim. 
Çox təəssüf, bir az da pis oldum.Çünki, ey-


 
 
110
Əvəz Müəllim 
ni-oxşar  mənzərələrlə  üzləşdim.  Elə  bil 
yurdların  üzərinə  bir  qarğış,bir  dəfn  duası 
çökmüşdür. 
Hər şey qəm-qüssə içində donub qalmış-
dı.Hər  tərəfə  lal  sükut  hakim  kəsilmişdır. 
Arxa  həyətdəki  evin  pilləkəni  uçmuş,  pen-
cərələri  çilik-çilik  olub,  şüşəsiz  gözləri  bə-
rəli qalmışdır. Neynəyim, yaxşı ki, şeir adlı 
ilahi bir hissiyyat dadıma çatdı: 
 
Varına-puluna uyan bəxtəvər, 
Daha bunnan artıq nə istəyirsən? 
Dünyanı bir cənnət duyan bəxtəvər
Daha bunnan artıq nə istəyirsən? 
 
Ancaq, gözləmədiyim halda ondan yuxa-
rıdakı  kimsəsiz  həyətdə  nisbətən  “səliqəli-
lik” hökm sürürdü. Ordan hətta, səs də gə-
lirdi,  özü  də  musiqi  səsi.  Həm  inanmadım, 
həm  də  bu  inamsızlığın  içində  bir  sevinc 
hissi qəlbimi isitdi. Çünki, ordan, yəqin ki, 
radiodan  həzin  bir  “Baş  Sarıtel”  havalanır-
dı: 
 
 


 
 
111
Cənub həsrəti 
Elə ki, sevgimi yellərə verdim, 
Ağlayıb-sızlayıb çöllərə verdim, 
Aşıb-daşan dərdi tellərə verdim, 
Boğulaydım səndə birbaş Sarıtel, 
Könlümün nisgili, ay Baş Sarıtel. 
 
Dedim  şükür  sənə  ilahi,  məhləmiz  ta-
mam ölməyibmiş. Uşaqlıqda qonşu uşaqlar-
la  zarafatla  dediyimiz  “Dağlı  məhləsi”. 
 Hər  dəfə,  xüsusən,  yayda  kəndə  gedən- 
də  mənimlə  ilk  qarşılaşıb,  diqqətimi  cəlb 
edən məhz  “Dağlı məhləsi”ndəki həyət-ba-
caların (daha doğrusu boş qalmış yurdların) 
üzünə  çökmüş  qəribə  bir  qəginlik 
bə  havasına  hopmuş  kədər  olur.  Və  onları 
tikib-qurub  axırda  da  tərk  etmiş  yiyələrin  
soraqladıqlarını duyanda “işlə bir az da qa-
rışır”.  Sanki,  boş  qalmalarının  səbəbini  
axtaran  yurdlar  sual  dolu  qucaqlarını  mənə  
açıb  minbir  sual  yağdırırlar.  Daha  doğrusu  
məni məndən soruşurlar: 
 
Boş qalmış qapılar yan-yana durub, 
Yetim uşaq kimi boynunu burub, 
Kişilər necoldu yaradıb, qurub, 
Baş alıb getdilər hayana, dünya? 


 
 
112
Əvəz Müəllim 
-  deyirlər.  Bu  anda  mənim  də  gözlərim 
dolur və öz-özümdən soruşuram: 
 
Müəllim, nədəndir bu qüssə-kədər? 
Başını aqrıtmaq hədərdi, hədər, 
Yazını yazıbdır qəzavü-qədər
Həyatla çarəsiz barışanlara. 
 
Daha  doğrusu  cavab  tapmadığımdan 
mən  də  bunu  qəzavü-qədərin  üstünə  atıb 
yozmaqla  "canımı  qurtarmağa  çalışıram". 
Qəzavü-qədər  neyləsin?  Əslində  bu  zama-
nın  amansız  küləklərinin  və  tarixin  gedişi-
nin  acı  nəticəsidir  ki,  nə  yazıq  “yurdların 
yetim 
qalması” 
ilə 
üzləşən 
bizlə- 
rin halına. 
 Çox vazt darvazamızdan yuxarı çıxanda 
arxası  yolumuza  olan  evin  kölgəsində  ya 
otururam, ya da üzümü onun mənə boy ve-
rən daş hasarına dayayıb buradan çox rahat 
görünən  kəndimizin  bizimlə  üzbə-üz  daya-
nan “Şamıxlı” deyilən məhəlləsinə saatlarla 
baxıram. O, məhəllə ki, 50 ildən çoxdur ki, 
boş  qalıb  "üşüyən"  evləri  baxışlarımla  da 
olsa isitməyə çalışıram. O, evlər ki, mən hə-


 
 
113
Cənub həsrəti 
lə  uşaq  ikən  minbir  əziyyətlə  tikilmiş  iki- 
mərtəbə,  üstü  aq  dəmirli  (hansı  ki,  o,  vaxt 
ağ  dəmirə  “kandrabant”  deyib  tuturdular)  
“saray-evlər”.İndi  uzun  illərin  yuxusundan 
sonra ayılıb görürəm ki,necə tikiliblərsə elə- 
cə də qalıblar. Sanki, “ütülənmiş- əl dəymə-
miş”.Üst-üstə  yığsan  içində  bir  il  belə  otu-
rulmamış boş qalmış xanələr: 
 
Ucalan xanələr boşdu, nə fayda? 
Tikilən hə hayda, tikən nə hayda, 
Heyrətlə baxıram qızıl sarayda, 
Dünyası çalxanıb qarışanlara. 
 
Və o evlərin, o xanələrin içində biri mə-
nim  diqqətimi  daha  çox  cəlb  etdi.  Yadım- 
dadır, o evi tikdirən necə tikdiribsə o da elə-
cə qalıb. Gümanım uzaqları seyr etdi, yaşa-
maqçün  tikiləndə  bəs  niyə  oturulmadı?! 
Yalnız  bu  an  mənə  aydın  oldu  ki,  bunun  
 yalnız  bir  mənası  var  imiş:  “qoy  desinlər 
ki,    flankəsin  də  əməlli-başlı  (ikimərtəbə, 
üstü ağ dəmir) evi var! Demək quru bir ada 
görə imiş  bütün bu əzab-əziyyətlər!?  
Onda qəlbim yenidən ehtizaza gəldi: 


 
 
 
Ürəyim a
Vaxtsız o
Baxıb düş
Mənasız 
  
Ancaq,  z
baxmayaraq
qalmış həyə
təməzdim... 
 
 
114
Əvəz Müəllim 
atlanır, qəlbim kövrəl
oda düşüb alışanlara.
şündükcə yazığım gəl
adlarçün çalışanlara
zamanın  bütün  bu 
q  heyf,  mən  kəndi
ətlərini bu cür yiyəsiz
 
 
lir, 
lir, 
a. 
təzadlarına 
imizin  boş  
z görmək is-
İyul-2016  
 Ərəbş. 
 
 
 
 
 


 
 
115
Cənub həsrəti 
NECƏ UNUDUM? 
  
             Ay  buludun  arxasında 
                              boylananda  üzülməyin, 
                             Necə  unudum? 
Qara   gözün  qorasının 
                ox  kipriklər   sıxılanda. 
süzülməyin, 
                           Necə  unudum? 
Yağar  sevgi 
                  yağışların! 
Oğrun-oğrun 
                          baxışların 
                                  inci-inci, 
                                             sıra-sıra 
Sinən  üstən 
                        boyunbağı  düzülməyin. 
                          Necə  unudum? 
Anasının yoxluğunu 
        zənn   eyləyən 
                                              körpələrin 
“ana-ana”   
                  hayqıraraq, 
Ürəyindən   
                kecən  ahın, 


 
 
116
Əvəz Müəllim 
Dodağında  büzülməyin, 
                      Necə  unudum? 
Necə  unudum, 
                       axarları-baxarları!? 
Sevgimizin   
                   aynasına 
dərd  üstündən 
                 dərdü-səri 
                                taxarları, 
                                            Necə  unudum? 
Onun-bunun 
kölgəsində 
                                        sürünərək, 
Adımızdan, andımızdan 
                          diskinərək 
Şərrü-böhtan 
                      yaxanları, 
                                       Necə  unudum? 
Ümid  dolu 
                    gözlərdəki  təlatümün 
güman  yerin 
                       tapmadığın, 
Müəllimin  sevgisinin 
                               dumandakı 
                                          durnalar  tək, 


 
 
Ünvanına  ç
                 n
                    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
117
Cənub həsrəti 
çatmadığın, 
ecə udum?! 
  Necə  unudum? 
27.06.2016 


 
 
118
Əvəz Müəllim 
MÜNDƏRİCAT 
 
Əvəz Müəllim (Haciyev Əvəz Dadaşxan oğlu) ........ 3 
Müəllifdən ................................................................ 5
 
Bir Gün Gələrəm ...................................................... 6
 
 
I Fəsil.  Vətən  ayriliq ....................................... 23 
Araz, hey!................................................................24 
"Heydərbaba"yla görüş...........................................26 
Xudafərin dastani ................................................... 30
 
Üzün varmi barişmağa ........................................... 36
 
Yox imiş ................................................................. 38
 
Novruz günləri ....................................................... 40
 
Təbrizlə görüş ......................................................... 43
 
Ay cənub gözəli ...................................................... 44
 
Şəhriyar, Cənubi Azərbaycan və mən .................... 45
 
Təbrizin Küçələrində
 
uyuyan «Qaragilə» ............... 53
 
Xoşginabda keçən günlər ....................................... 59
 
Cənub həsrətli novruz günləri ................................ 63
 
Şahbani-yoxsa cani .................................................. 66
 
"Cənub"lu
 
bayatilar ................................................ 77
 
Qəzəl ...................................................................... 81
 
Olsun ...................................................................... 82
 
 
II Fəsil.   Dünya  tənhaliq ................................. 85
 
Tənha çinar ............................................................. 87
 
Bu dünya niyə belə? ............................................... 89
 


 
 
119
Cənub həsrəti 
Tənha gəlin ............................................................. 91
 
Dünya ..................................................................... 93
 
Nə istəyirsən? ......................................................... 94
 
Dünyanin nəyinnən küsüm? ................................... 95
 
 
III Fəsil.
  
Həsrət Dünya ........................................ 97
 
Üzü bəri baxan dağlar ............................................ 98
 
Dağlar ................................................................... 106
 
“Yeyə deyib ağlayan”  yurdlar ............................. 108
 
Necə unudum? ...................................................... 115
 
 
 
 
 
 
 
 
 


 
 
120
Əvəz Müəllim 
 
ƏVƏZ   MÜƏLLİM 
( HACIYEV)  
  
 
CƏNUB HƏSRƏTİ 
 
 
Naşir: Ceyhun Əliyev 
Dizayner: Flora Əliyeva 
Texniki redaktor: Ülvi Arif 
Operator: Asim Səfərov 
Korrektor: Dilqəm 
 
  
 
Yığılmağa verilmişdir: 05.01.2017 
Çapa imzalanmışdır: 28.01.2017 
Ş.ç.v. 7,25. Tiraj 300. 
"Ecoprint" nəşriyyatının 
 mətbəəsində çap olunmuşdur. 


ƏVƏZ   MÜƏLLİM
( HACIYEV) 
 
ƏVƏZ   MÜƏLLİM
( HACIYEV) 
 
CƏNUB 
CƏNUB 
Bir az hakim olsan qəlbin səsinə,
Düşərsən eşqimin zümzüməsinə.
Mailəm gözlərin cazibəsinə,
Ay Cənub gözəli, Cənub gözəli.
Xoşbəxtlik, təbəssüm qoy sənin olsun,
Təbrizi sevmişdim, Təbrizin olsun.
Götür Savalanı cehizin olsun,
Ay Cənub gözəli, Cənub gözəli.
Duyub-eşitmişəm əhdi-ədanı,
Əsən küləklərdən aldım sədanı.
Bu yazıq Müəllim alsın qadanı,
Ay Cənub gözəli, Cənub gözəli.
HƏSRƏTİ
HƏSRƏTİ

Document Outline

  • cild-cenub hasreti.pdf
    • Page 1
  • cild-cenub hasreti.pdf
    • Page 1

Yüklə 42,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə