55
Cənub həsrəti
ona həsrət.
Bir də o dəqiqləşdi ki, bu sevgi Rübab-
Rübabə adlı bir eşq macərasının həyatdakı
təzahürlərindən biriymiş. Diqqət etsək, hiss
eləyib görə bilərik.
Rübab əslində musiqi alətidir. O çox
tanınmasa da xalqımızın qədim musiqi
alətlərindəndir. Görünür bu alətin adının
Rübab olması heç də təsadüfi deyil. Və
görünür bu onun Rübabə adlı sevgilisinin
olmasından xəbər verirmiş.
Rübabə xanımı xatırlayanda bu alətin
varlığını bir daha yəqin etmək olur. Çünki,
əsil sevgi kimi az qala bu alət də unudulub
getmişdi. Yəni biz Rübab alətinin səsini
eşidib, ahəngindən onun hansı tembrlə
yandığının əyan etmiş olarıq.
Mənə elə gəlir ki, Rübabənin musiqi
dünyasında sevgilisi - Rübabı "Qaragilə"dir
ki, o bütün ömrü boyu Qaragilənin ətrafına
fırlana-fırlana, ancaq ona əli çatmaya-
çatmaya köçdü dünyadan.
O vaxtki, musiqiçilərdən eşitmişdim ki,
deyir Naxçıvana konsertə gedəndə qatar
Araz boyu Cənubu Azərbaycana tərəf
56
Əvəz Müəllim
"boylana-boylana dartındığı vaxt" Rübabə
xanımın fikri bizdə yox, tikanlı məftillərin o
tayında idi.
Çünki, kupenin pəncərəsindən gözlərini
O taya - Arazın o tərəfinə dikib gedəndən-
gələnə kimi "zülüm-zülüm" ağlayırdı.
Burada yadıma düşdü ki:
Hanı Cənub gözəlləri?
Yad əldə qalıb əlləri.
Aramır bizim elləri,
Könlüm keçmək istər Xudafərindən.
Sonralar başa düşdük ki, o gözəl Cənub-
57
Cənub həsrəti
lu qız o tayda qalan sevgilisini baxışlarıyla
araya- araya gedib, tapmadığı üçünsə onun
xatirəsinə yas tutub ağlayırmış.
Azərbaycanın sinəsində özü boyda dağ-
dır: "O tay-bu tay dağı". Iş burasındadır ki,
biz bunu əvvəllər heç hiss etməmişik. Daha
doğrusu hiss etməyə qoymayıblar. Ancaq
sonralar (Şəhriyar şerində olduğu kimi)
Rübab və Rübabənin səsindəki yanğının
səbəbində bir bağlılıq olduğun başa düşüb
bilmişik. Eləcə də Rübabənin oxuduqlarının
yanğısından - ahuzarından məlum olur ki,
onun Rübabı- ilk məhəbbəti, yəni yarısı
Təbrizdə uyuyub qalan "Qaragilə"imiş:
Təbrizin küçələri dolanba-dolan,
Sən ki, məni sevmədin, get ayrı dolan...
Nə isə... Söhbət uzana bilər. Həyat kimi
beşiyimizin başlanğıcı və sonu olduğu kimi
bütün yanğınların da sonu var.
Son: külə çevrilməkdir!
Yananların- sevərək yaşayanların isə
axırı kül deyilmiş. Necə ki, onların yan-
malarının nəticəsi bu dünyanın tərk etmələri
olub dünyalarını dəyişəndən sonra onların
58
Əvəz Müəllim
ruhları əbədi eşq atəşinə tutaşıb sonra gələn
nəsillər üçün kül yox, bir məşəl olur.
Qaragilə sevgisi kimi.
... Sil gözün yaşın Qaragilə, Ağlatma
məni?...
…Sil gözün yaşın bu nə eşq-həvəsdi,
…Sil gözün yaşın Qaragilə, ağlama,
bəsdi.
59
Cənub həsrəti
XOŞGİNABDA KEÇƏN GÜNLƏR
(Ustad Şəhriyarın xatirəsinə)
Azərbaycanın dahi şairi ustad Şəhriyarla
ruhu yaxınlığımızı zaman-zaman duydum,
xəlqlik baxımından demirəm, o olmalıdır -
Şəxsi fərd baxımından. Çünki... Bunun
çünkisi uzaq-yaxın keçmişdən, orta məktəb
illərinin aşağı siniflərindən başlamışdır.
Uşaq aləmindən dünyaya baxarkən dərk
eləyə bilmədim ki, niyə ədəbiyyat kitab-
larımızda olan Puşkin, Lermontov və başqa-
larının şeirlərini zorla əzbərlədiyim halda
Şəhriyarın sovet vaxtı təsadüfi əlimizə
keçmiş "Heydərbabaya salam"ını yaddaşı-
ma bir nəfəsə həkk edirdim. Həm də uşaqlıq
dünyamı narahat edən ən çətin məqam-
lardan biri o idi ki, bilmirdim niyə sonralar
o yazıların havası məndən əl çəkmək
istəmir?!
Deməli, bizim ruhu yaxınlığımız məhz o
vaxtlar özünü büruzə verirmiş. Bu hiss
ustad dünyanı tərk edəndə bir daha aşkar-
landı. Onda bir də yenidən dünyaya
gəldiyimi duydum. Necə ki, o bir əsrə yaxın
60
Əvəz Müəllim
zaman kəsiyində Cənubdan Şimala keçmək
ümidi ilə Arazın sularında qərq olub köçdü
dünyadan, eləcə də mən yarım əsrə yaxın
vaxta Şimaldan - Cənuba köçmək ilğımı ilə
keçirəm dünyadan.
Şairlikdən əlavə o ustad idi. Xarici
görünüş, libas və ya bahalı paltar onun üçün
məna ola bilməzdi. Çünki Şəhriyar zəma-
nənin zər-zibasına yox, onun gözqamaş-
dırıcı parıltısının içində giziənən mənanı
axtarıb tapıb, ona qiymət verən idi.
Qəribə, həm də maraqlısı odur ki, məni
də insanların geydiyi son dəbdəbə moda
yox, onların içərisində gizlənməyə çalışan
"mən" maraqlandırır.
Nəhayət, Şəhriyar bir eşq şairi idi. O,
belə bir məhəbbət azarına tutulmuşdur ki,
onun da dərmanı "Sürəyyanın bakirə gənc-
liyində" əridi getdi. Və həmin eşq macərası
təkrarən onun əzəmətli heykəlinin yaranma-
sına səbəb oldu. Həmin azarın ab-havası
məni vuranda isə Şəhriyarla bir daha
"görüşdük". Və hər dəfə görüşəndə nə isə
yazmağa başladım.
Coğrafi baxımdan Cənubla Şimalın
Dostları ilə paylaş: |