Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

125 
 
A f t i l. Söylədiniz? Bəli, bəli, söylədik. O çox narahat oldu. 
F u a d (mənalı bir tərzdə). Narahat oldu? Görünür, o mən olduğumu 
duymuşdur. 
A f t i l. Vallah, axtarsan, bir cür baş-ayaq vururdu. Belə, belə, halı bir cür idi 
(Sözünü deyə bilmir, dediklərini də əlləri ilə təkmil etməyə 
və Almazın həyəcanını təsvir etməyə çalışır). Mən heç onu o cür görməmişdim. 
F u a d (divardakı  şəklə diqqətlə baxır və cibindən bir şəkil çıxardıb ikisini 
tutuşduraraq). Siz bu adamı tanıyırsınız? 
A f t i l. Tanıyırsan deyəndə ki, vallah, o gərək ki, Almaz xanımın dostudur, ya 
qohumudur. Axır vaxtlar Almaz xanımın yanına tez-tez gəlir. 
F u a d. Necə? Tez-tez gəlir? 
A f t i l. Bir neçə vaxt hələ Almazın yanında qaldı.  İndi də  gələndə elə bura 
düşər. 
F u a d. Aha... Bəs belə... Almazın yanında qalır... Məsələ aydınlaşır. 
A f t i l. Mənə elə gəlir ki, o sayıqlayan kimi idi, birdən özünü tələf eləməsin?! 
F u a d. Axı ona nə oldu? 
A f t i l. Bilmirəm, mən elə  sənin gəldiyini ona dedim, elə gördüm altı-beş 
vurur. Mən bir gedim görüm bu hara getdi. 
 
Çıxmaq istəyir, bu aralıq A l m a z qucağında uşaq içəri girir. Içəridə adam olduğunu 
görüncə, diksinib divara söykənir və birdən Fuadı tanıyaraq. 
 
A l m a z. Fuad! Əzizim, sənsən? Nə yaxşı  gəlmişsən (Üstünə yüyürüb onu 
öpmək istəyir, birdən geri dönərək). Yox, yox, dayan, hələ bu uşağı yerinə salım, 
mən səni bərk-bərk öpmək istəyirəm. Sənin üçün lap qəribsəmişəm. Yaxşı ki, 
gəldin, Fuad. Bu saat sənin köməyin mənə bilirsənmi nə  qədər lazımdır (Uşağa 
işarə ilə) Ay yazıq, gömgöy göyərmişdir. Bilirsən, Fuad, mən onu bu saat lap 
uçurumun üstündən, ölümün boğazından çıxartmışam. Hə. Hələlik sən yat (Bir 
sevinclə Fuada doğru atılaraq). Fuad, əzizim, nə yaxşı ki, sən bu ağır dəqiqəmdə 
özünü mənə yetirdin (Fuadı qucaqlamaq istəyir). 
F u a d (soyuq bir hərəkətlə, onun qollarını özündən rədd edərək, soyuq bir 
tərzdə). Bir az yavaş. 
A l m a z (duruxur, sonradan Aftili görüncə, yenidən sevinərək). Aha... yox, 
Fuad, Aftil dayı elə adam deyil. O çox gözəl kişidir. O mənə lap atalıq eləmişdir... 
O bilir ki, mən səninçin qəribsəmişəm. 


126 
 
A f t i l. Eybi yoxdur, bacıqızı, işini gör, mən elə gedəsiyəm. Sonra yenə 
gələrəm (Çıxmaq istəyir). 
A l m a z. Aftil dayı, bu mənim nişanlımdır. Görərsən, o mənə hər şeydə necə 
kömək edər. 
A f t i l. Allah eləsin, bacıqızı, Allah eləsin (Gedir). 
A l m a z. Fuad, əzizim, bilsən mən sənsiz nələr çəkmişəm (Yenə onu 
qucaqlamaq istəyir). 
F u a d acıqlı onun qollarını itələyərək. 
F u a d. Yavaş, deyirəm sənə. Mənim hələ səndən soruşacaq sözlərim vardır. 
A l m a z (birdən duruxaraq). Fuad, sənə nə olub, sən heç danışmırsan? 
F u a d. Onu sən özün yaxşı bilməlisən ki, mənə nə olubdur? Sən özünü yaxşı 
apara bilsəydin... 
A l m a z (yenidən sevinərək). Bilirsən, Fuad, bu saat elə bir haldayam ki, heç 
ağlım başımda deyil. Bu saat mən ölümlə  pəncələşirəm. Anlayırsanmı? Ölümlə! 
Bu hələ yaxşı günümdür, heç olmasa mənə daş atan yoxdur. Sən də  mənim 
yanımdasan. Bilirəm ki, məni qoruyan var. Bəs sən onda görəydin ki... (İxtiyarsız 
halda yenə də onu qucaqlamaq istəyir). 
F u a d (daha sərt bir hərəkətlə onu itələyir). Yavaş, deyirəm sənə. Özünü 
bilməməzliyə qoyma. Sən hələ mənə cavab verməlisən. 
A l m a z (büsbütün  şaşqın bir halda durub ona baxaraq). Fuad, sən nə 
istəyirsən? 
F u a d. Nə istəyirəm? Səndən cavab istəyirəm. 
A l m a z. Cavab? Nə cavab? 
F u a d. Nə cavab? Sən bilmirsən? O uşaq kimindir? 
A l m a z (boğulmuş kimi, nəfəsini tez-tez alaraq). Uşaq?.. Fuad, onu, sonra, 
deyərəm. 
F u a d. Səndən soruşuram: uşaq kimindir? 
 
Almaz yavaş-yavaş özünə gəlir, yaxasını düymələyir, saçlarını düzəldir və yüngülcə 
bir gülümsəmə ilə Fuada baxaraq, görüşdə sakit, lakin çox sərt. 
 
A l m a z. Uşaq... mənimdir! 
F u a d. Sənindir?.. Hm... Atası kimdir? 
A l m a z. O sizin borcunuz deyildir. 
F u a d. Almaz, gözünü aç, yaxşı bax... Məni tanıyırsan yox? 


127 
 
A l m a z. Mən sizi çox gözəl tanıyıram, vətəndaş Fuad... Sizin adınız Fuaddır. 
F u a d. Bu azdır. 
A l m a z. Siz mənim nişanlımsınız... 
F u a d. Mən səndən tələb edirəm, söylə, uşaq kimindir? 
A l m a z (daha sinirli bir halda). Uşaq mənimdir! 
F u a d. Mən deyirəm: atası kimdir? 
A l m a z. O sizin borcunuz deyildir. 
F u a d. Bəs kimin borcudur? 
A l m a z. Heç kəsin borcu deyildir. Onu mən özüm bilərəm. 
F u a d. Almaz, sənin ağlın başındadırmı? Sən ailə namusunun nə olduğunu 
bilirsənmi? Sən hələ də sayıqlayırsan. 
A l m a z. Mən azad bir qadınam. 
 
Sükut. 
 
F u a d. Azad, azad... Siz on damcı  dərman yerinə, təsirli olsun deyə, qırx 
damcı içən bir naxoşa oxşayırsınız. Azadlıq ki, əxlaqsızlıq deyildir. 
A l m a z. Siz də, uşaqlarına çörək verib, atam xeyratına deyən xəsislərə 
oxşayırsınız. Azadlıq mənim haqqımdır. Azadlıq sədəqə deyil. Hamısı  mənimdir. 
Onu çərçivəyə alıb, hər iki saatdan bir çay qaşığı verməyə kimsənin haqqı yoxdur. 
Mən bütün işlərimdə ya azadam, ya əsir, ya ağayam, ya qul. 
F u a d. Sən nə qədər məndəsən – mənimkisən, mənimki olmalısan. Sənin ki
dediyin anarxizmdir. 
A l m a z. Sənin də dediyin əski dərəbəyliyin yeni formasıdır. Mən heç bir 
zaman səninki olmamışam və səninki olmayacağam. 
F u a d. Sən ki, mənim nişanlımsan. 
A l m a z. Nişanlım... Yaxşı, olmamış olum (Barmağından üzüyü çıxardıb, 
onun üstünə atır. Sükut). 
F u a d. Almaz, bu şəkil kimindir? (Sükut) Eşidirsənmi? 
A l m a z. O mənim dostumdur. 
F u a d. O, birinci gün, kəndə gəlmək üçün vaqona minərkən rast gəldiyin oğlan 
deyilmi? 
A l m a z. Odur. 
F u a d. O buraya da gəlmişdir? 
A l m a z. Gəlmişdir! 
F u a d. Çox təəccüb! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə