Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

134 
 
qıraq iş görür. Kəndin arvadlarını  da  yoldan  çıxardır. O gələni küllicamaat öz 
arvadına bir söz deyə bilmir. 
B a r a t. Kolxoza yazmaq, yoldan çıxartmaqdır? 
B a l a r z a. Əlbəttə ki. Hansı zakunda var ki, mən evdə oturum, sən gəl mənim 
arvadımı tovla, kolxoza yaz, kursa yaz, hopçılığa yaz...hə? Zakunda palağayıs var? 
Əgər var, qoy böyük yoldaşlar desinlər. 
İ b a d. Əlbəttə ki, yoldan çıxartmaqdır. 
B a l a r z a. Uşaqdan danış, İbad. 
İ b a d. Bəs bu yoldan çıxartmaq deyil, nədir: içəri girirəm, görürəm, adə, iş 
birtəhərdir, verirəm özümü irəli, görürəm yox, iş birtəhərdir, bu dayanıb belə, 
bizim qardaşın evliliyi də belə, bir az da özümü irəli verdim, gördüm yox, iş 
birtəhərdir. Bunun əlində bir uşaq sapsarı meyit rəngi götürüb... Gördüm yox, iş 
birtəhərdir, bir az da özümü irəli verdim, bu nə əhvalatdır? Daşdan, divardan səs 
çıxar, bundan yox... Hə, bəs mən xahiş edirəm ki, hə, mən xahiş edirəm ki, mənim 
uşağımı saxlasın, mənə pamağayıt eləsin. Bu, yoldan çıxartmaq deyil? 
A f t i l. Sən iki arvadı candan eləmişsən, üçünü kəbin altında saxlamışsan, ona 
görə arvad sözü danışanda yuxuva ilan-qurbağa girir. 
İ b a d. Sözünü bil danış,  əbləh, qurumsaq. Keçinin ölümü çatanda çobanın 
çomağına sürtüşər. 
S ə d r. Səs salma, otur yerində, sənə deyirəm. Mən sənə söz verməmişəm. 
İ b a d. Neynək. Axır mənə də söz verəcəklər, ya yox? Onda danışarıq. 
S ə d r. Vətəndaş Barat, siz nə deyə bilərsiniz? 
B a r a t. Mən onu deyə bilərəm ki... onu deyə bilərəm ki... Almaz xanım gələni 
məktəb nizama düşüb. Özəyin iclaslarında aktiv iştirak edir, hər gün bizimlə 
söhbətə gəlir, biz onun yanına gedirik. 
H a c ı Ə h m ə d. Hay barakallah, barakallah! Hə... hə... Xırda söhbət, xırda 
söhbət. 
B a r a t (tutularaq). Söhbət deyəndə ki, həmişə  hələ  kəndin işlərindən 
danışırıq. Bizə deyir ki, kəndimiz geridə qalıbdır. Biz gərək belə edək ki, bizim 
kəndimiz ən birinci kənd olsun. Hamı kəndlərə yetək, ötək. Ortaqlı olaq... Maşın 
alaq... Maşın olsun, hər  şey olsun... Özü də elə deyir ki, adamın tükləri biz-biz 
olur... Həmişə o danışandan sonra adam istəyir ki, durub getsin kəndin qırağındakı 
o qaya ilə kəlləbəkəllə gəlsin. 


135 
 
Ş ə r i f. Uşaq məsələsini də danışsana. 
B a r a t (dolaşaraq). Uşaq məsələsini? Uşaq məsələsini? Mən o barədə bir şey 
bilmirəm. 
Ş ə r i f. Öz uşağın barəsində bir şey bilmirsən? 
B a r a t. Mən ancaq onu deyə bilərəm ki, bunların hamısı şəxsiqərəzlikdəndir. 
Bizim kəndimizə onun kimi işləyən müəllimə gəlməmişdir. 
G ə n c l ə r. Elədir... Elədir... (Əl çalınır). 
B a r a t. Məktəb üçün pianino alıb, stul-mustul gətirib. Mirzə  Səməndər nə 
eləyib, bildirçin ovlamaqdan başı haçan ayılıbdır? 
M i r z ə S ə m ə n d ə r. Yalançının Həzrət Abbas belindən vursun! Mən heç 
bildirçin ovuna getmişəm? Əlbəttə, o arvaddır, yaxşı işlər. Arvad hələ yaxşı işlər 
də... 
S ə d r. Vətəndaş Aftil, siz nə deyə bilərsiniz? 
A f t i l. Yoldaş  sədr, mən nə deyə bilərəm. Deyir: bəzənirəm, xanım döyür, 
bəzənmirəm ağam. Deyim yaxşıdır, necə deyim? Naxıra gedərəm çoban olmaz, 
axura gedərəm saman. Deyim xarabdır, genə necə deyim? Insaf dinin yarısıdır. 
Vallah, qalmışam belə – aşağı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm bığ. Deyir: 
qazan qazanla döyüşər, arada güvəc çatlar. Ancaq doğrusunu istəsəz, o kişinin qızı 
hələ düz işləyir, mərd adamdır. Bu qədər həşəratın içində davam eləmək elə zor 
işdir. 
F a t m a n s a (yerindən qışqırır). Bu da bizim ağsaqqalımız! Utanmırsan 
saqqalundan? 
B a r a t. Mazandaranda çaqqal azdı, biri də gəmiylə gəldi. 
Ş  ə r i f. Yoldaş  sədr, bu yoldaş  kəndimizin möhtərəm və hörmətli 
ağbirçəklərindən biridir. Uşağı da subutalni, dakumentalni bu qadın tutmuşdur. 
Özünün də bir çox mıtıryalları vardır. 
S  ə d r. Vətəndaş Fatmansa xanım, siz müəllimə Almaz haqqında nə deyə 
bilərsiniz? 
F a t m a n s a (kəmal-səliqə ilə ortaya çıxır və dörd tərəfə təzim edərək). Hər 
şeydən  əvvəl, salam olsun cəmi yığılan  əhl-məclisə  və habelə salam olsun gələn 
qonaqlara, hansı ki, bizim böyük-böyük qəmisyələrimizdir və salam olsun bütün 
böyük-böyük yoldaşlara, hansı ki... 
S  ə d r. Vətəndaş, məsələ haqqında danışın – müəllimə Almaz xanımın işi 
haqqında. 


136 
 
F a t m a n s a. O ki qaldı müəllimənin işi, mən bu kənddə mamayam. Hələ qaş 
qarala-qaralmaya idi, gördüm Xanımnaz gəldi ki, dur bizə gəl. Getdim, gördüm qız 
evin ortasında Allah-Allahdadır. Hay indi nəfəsi getsin gəlməsin, ha bu saat nəfəsi 
getsin gəlməsin. Hələ yetişdim, gördüm iş qurum-qolaysızdır. Bunun belinə bir-iki 
təpik ki, ay eşşək qızı, güc vur, hay köpək qızı güc vur! Gördüm ki, handanhandan 
uşağın başı gəldi. 
X a n ı m n a z. Ay arvad, Allahın yoxdur, mən haçan səninçin gəlmişəm? 
Imanın yoxdur? Ölməyəcəksən? Uşaq nədir? Sən kimin uşağını tutmuşsan? 
F a t m a n s a Sənin qızıvun. Mən and içmişdim ki, heç kəsə demərəm. Daha 
eləyə bilmərəm ki, böyük qəmisyələrdən də gizlədim. Külli-dünya qurban olsun 
onların bir tükünə. Sən gəlib yalvarmadın? 
X a n ı m n a z. Ay arvad, sən heç bizim evimizə gəlmişsən? Mənim uşağıma 
nə gəlmişdi, sənə yalvaraydım? Neçin mənim uşağımı bədbəxt eləyirsən? 
F a t m a n s a. Acığın neçin gəlir. Xanımnaz? Məndən soruşurlar, mən də 
deyirəm.  İstəyirsən Qurana da əl basım. Gəlmədim? Uşağı tutmadım? Qırmızı 
yorğana bükmədim? Göbəyini də bağlamadım? Ağbirçək vaxtımda sənin üçün 
imanımı verə bilmərəm ki. 
A f t i l. Yalansa, sənin o imanuva tula bağlayım! 
X a n ı m n a z. Vallah, billah, ay camaat, bu arvad bizim üstümüzə böhtan atır. 
S  ə d r. Vətəndaş Fatmansa xanım, bunu eşitdik. Siz uşaqların oynaması 
haqqında nə bilirsiniz? Nə görmüşsünüz? 
F a t m a n s a. Mən hələ qapının deşiyindən baxırdım, gördüm 
sındırhasındırdır. Çarpayı üstündə də şərab, çaxır... içhaiçdir. Qızlar da lüt-əttəbala 
bir cünayı darbalaqnan, xalis anadangəlmə oynayırlar, bığıburma kişilər də oturub 
(Baxıb doktoru göstərir). Biri də odur ha, o başda oturan çılapqalı kişi. O qızın 
burasından (əlilə qabırğasını  və öz döşlərini göstərib qıcıqlayır), bu qızın 
burasından, qızlar da hələ valay vururlar. Vallahı, bir busatdır ki, gəl görəsən. 
S ə d r. Hələlik, yaxşı, oturun. 
A l m a z. Mənim bu arvaddan bir sorğum var. 
S ə d r. Soruş! 
A l m a z. O deyir ki, uşağı o tutmuşdur. Qoy o desin: uşaq qızdır, ya oğlandır? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə