119
A l m a z. Bu yumruqdan nə çıxar?
Fənər gərək, həm də rentgen fənəri!
Görməzlərə göstərsin
Nələr çıxır əsrin bizə
Göndərdiyi ömürdən.
İndi artıq daş yaşayış,
Ağac gediş yaramaz.
Əsrin nervi poladdandır,
Düşüncəsi dəmirdən.
Fənər gərək, həm də rentgen fənəri!
B a r a t. Vallah, onun gözünün altına elə bir rəngi tünd fənər qoyardım ki, lap
yüz prosent işıq verərdi. Hayıf ki, proqramda yoxdur. Vallahı, Almaz xanım, mən
hələ durum soyunum, Rüstəmi-Zal kimi girim ortalığa, kənd boyu qışqırım, kim
vuruşur, gəlsin!
A l m a z. Eh, Barat, Barat...
B a r a t. Sən, Almaz xanım, heç qorxma! Mən bayaqdan qorxurdum, indi
qorxum lap keçdi. Biz onları təqsirləndirəcəyik.
A l m a z. Necə? Nədə?
B a r a t. Sən, axı bilmirsən! Onlar quru palçığı divara yapışdırırlar. Qıpqırmızı
üzümə durub
deyirlər ki, guya bizim aramızda bir şey var.
A l m a z (
qorxaraq). Necə? Kimin arasında?
B a r a t. Guya bizim aramızda...
A l m a z. Deməli, onlar səni də dolaşdırmaq istəyirlər?
B a r a t. Özü də deyirlər ki, guya bizim bir uşağımız da olub.
A l m a z (getdikcə artan bir həyəcanla). Uşağımız olub?
B a r a t. Onlar belə deyirlər də... Odur ki, sabah biz hamımız tələb edəcəyik ki,
sübut eləsinlər...
A l m a z (
getdikcə üzülərək). Sübut eləsinlər?
B a r a t. Uşağı göstərsinlər. Onların ki, əlində bir sübut yoxdur.
A l m a z (
çox yorğun bir tərzdə). Onların əlində sübut vardır.
B a r a t. Vardır? Nə vardır?
A l m a z. Axı nə vardır? Hanı vardır! Göstər də.
A l m a z (
uşağı göstərərək). Budur onların sübutu!
B a r a t (
qorxub çəkilərək). Necə, doğrudan da uşaq varmış?
A l m a z.
Görürsən ki, vardır.
B a r a t. Hər iş batdı, getdi. Hamımız gedəcəyik padsud.
120
A l m a z. Sən neçin, Barat?
B a r a t. Deyirlər ki, uşaq mənimdir də. Sözün biri ki doğru çıxdı, deməli,
hamısı doğrudur də. Daha bizim sözümüzə kim inanar? Kağız yazmışam,
komissiya çağırmışam, gəlib Şərifgilə düşübdür.
A l m a z. Barat, sən də inanırsan ki, uşaq mənimdir?
B a r a t. Bəs kimindir? De də...
A l m a z. Yox, yox, onu deyə bilmərəm, deyə bilmərəm. Barat, deyə bilmərəm.
Ləkə üstümdən qalxmaq üçün hamı bilməlidir. Hamının da bilməsi, iki günahsız
adamın həyatıdır. Başa düşürsənmi?
B a r a t. Axı sənə deyərlər ki, uşaq kimindir? Deyərlər, ya deməzlər? Birinci,
elə mən özüm deyirəm. Yox, daha hər şeyi boynumuza qoyub sübut edəcəklər.
Qapı açılır. Ş ə r i f çox ehtiyatlı bir hərəkətlə daxil olur.
Ş ə r i f. Hi-hi-hi... Gəlmək olarmı? (
Kimsə danışmır). Mane olmadım ki?
A l m a z (
sinirli). Siz mənə heç
bir vaxt mane ola bilməzsiniz, vətəndaş Şərif!
Ş ə r i f
(gülərək). Hi-hi-hi, elədir, elədir (
Sükut). Yağış elə yağır ki, elə bil
göyün qırantı açılıbdır.
A l m a z. Nə istəyirsiniz?
Ş ə r i f. Mən şura katibiyəm. Sizə şura sədrindən kağız gətirmişəm (
Sükut)
Ayrı tapşırığım da vardır.
A l m a z. Deyin.
Ş ə r i f. Mənə buyuruq belədir ki, təklikdə deyəm.
A l m a z. Mənim Baratdan gizli heç bir sözüm yoxdur...
Ş ə r i f. Sən bir spakoys ol. Orası bizə də, kəndimizə gələn təhqiqat
qəmisyəsinə də məlumdur. Ancaq bizim sözümüz gizlindir.
B a r a t. Eybi yoxdur. Mən onsuz da gedəcəkdim.
A l m a z. Barat, getməyin!
B a r a t. Gedim, sonra gələrəm.
Ş ə r i f (
kinayə ilə).
Çox gözəl, sonra gələrsən.
A l m a z. İstədiyim adamlar hər bir vaxt mənim yanıma gələ bilərlər.
Ş ə r i f. Elədir, elədir (
Sükut) Sabah qəmisyə sizi açıq məhkəmə iclasına
çağırır.
A l m a z. Xəbər göndərmək üçün kənddə başqa bir adam yoxdurmu?
121
Ş ə r i f. Vardı. Ancaq qəmisyə bizim evimizə düşübdür. Ona görə mənə
dedilər.
A l m a z. Sizin evinizə düşüblər?
Ş ə r i f. Bəli, bəli. Necə məgər? Mən özüm şura katibi, mərkəzi qəzetlərin ən
fəal müxbiri, divar qəzetində çalışıram. Bu da mənim vəsiqələrim...
Bu da istiqraz
vərəqələrim. Almaz xanım, sabah qəmisyə sizi iclasa çağırır. Sizin vəziyyətiniz
çox ağırdır, bilirsinizmi? Əxlaqsızlıq, qızları çılpaq oynatmaq, evlərdən şey
daşıtdırmaq, şəxsi tənqidçiləri ləkələmək və nəhayət, atasız bir oğlan doğmaqla
məktəbin dağılmasına səbəb olmaq. Budur, hamısı təqsirnamədə subutalni,
dakumentalni göstərilmişdir. Hamısına da şahid vardır.
A l m a z. İndi siz nə istəyirsiniz?
Ş ə r i f. Mən bu dəfə də sizə kömək etmək istəyirəm. Yüz ki, olsa, sən
yenə də
bizimkisən. Biz də deyirik ki, belə olsun ki, sirrimiz bayıra çıxmasın: ev bizim, sirr
bizim. Hər nə olub, öz aramızda qalsın: nə dil bilsin, nə dodaq. Yoldaşlarımı da
razı etmişəm... Qəmisyə ilə də işi düzəltmək olar. Kəndlilər özləri xahiş edirlər ki,
müəllimə bir neçə vaxt da qalsın, bəlkə arada darazumenni
1
var, düzəldi-getdi.
A l m a z. Yaxşı, bunların hamısının bahası nədir?
Ş ə r i f. Yox, Almaz xanım, elə deməyin. Vallah, billah,
mən size dünyalar
qədər istəyirəm. Bizim aramızda ayıbdır. Sən müəlliməsən, yenə də başla
müəlliməliyə, daha o yan-bu yan məsələlər qalsın bir yana, hələ biz də hamımız
sizə kömək eləyək. Neynək, kəndimiz tərəqqi eləsin də. İstəməyənin gözü çıxsın.
Budur, bura dörd yüz kəndli qol çəkmiş.
A l m a z. Dörd yüz kəndli... Hamı mənə qarşı? Neçin? Mən onların zərərinə
çalışmışam?.. Həyat, həyat, sənin dərsindən böyük dərs ola bilməz. Demək, mən
razı olmasam, vuruş davam edir.
Ş ə r i f. Necə vuruş? Onda hələ-əlbət hər kəs öz təklifini biləcək də... Budur...
bu
da qəzetlər, bu da məqalələr, bu da kağızlar. Hamısını subutalni, dakumentalni
göstərirəm. Indi sizin huşunuz yerində isə, yaxşı-yaxşı düşünün, sonra cavab verin.
A l m a z. Elə isə, al! (
Bütün kağızlarını onun üzünə çırpır). Yoldaşlarınada
deginən ki, mənim boynum təslim ipinə alışmamışdır.
Ş ə r i f. Hi-hi-hi. Sirkə tünd olar, öz qabını çatdadar.
1
Rusca “Nedorozumenie” (anlaşılmazlıq) sözünün təhrifidir