154
Yarı xəlvət görmədim,
Danışmadım doyunca.
H a m ı.
Ay kəmərim, kəmərim,
Ay kəmərim, kəmərim
!
O x u y a n.
Araz üstə, buz üstə,
Kabab yanar köz üstə.
Qoy məni öldürsünlər
Bir alagöz qız üstə.
H a m ı.
Ay kəmərim, kəmərim,
Ay kəmərim, kəmərim!
A l l a h v e r d i və I m a m v e r d i gəlirlər
.
A r a m. Oho, Allahverdi dayı ilə Imamverdi dayı gəldi.
M u r a d. Çəkin onları ortaya, bir Qaytağı vursunlar.
H a m ı. Çıxın ortaya! Oynasınlar, oynasınlar.
A l l a h v e r d i. Oynamaq elə bir mənə yaraşır, bir də İmamverdiyə.
A r a m. Yaraşar, yaraşar.
H a m ı. Yaraşar, yaraşar, çalın oynasınlar, yaraşar, yaraşar.
A l l a h v e r d i. Aram, deyirlər, Bakıda məğşuşluq var?
A r a m. Eşitmişəm, ancaq yaxşı bilmirəm. Eyvazdan bir xəbər yoxdur?
A l l a h v e r d i. Heç kağız da yazmır. Bilmirəm başında yenə nə bəla var?
M u r a d. Nə oldu bəs, çəkin qocaları ortaya.
H a m ı. Çəkin qocaları ortaya, Qaytağı, Qaytağı, Qaytağı oynasınlar,
oynasınlar.
A l l a h v e r d i. Bizim işlərimiz hələ zurna-balabansız da oyundur də. Bildirki
tövcünün altından çıxa bilmirdik, indi də dinməver gəlib.
M u r a d. A kişi, cəhənnəmə. Kasıbın işi Allaha qalıb, hamı necə, biz də elə.
155
A r a m. Başlayın görək... başlayın görək.
İ m a m v e r d i. Yaxşı, hələ siz eşitməmişsiniz ki ya, dəvə oynayanda qar
yağar?
Hamı gülür.
A r a m. Qar yağsın də... Kimi qorxudursan? Gilabı deyilik ki, islanaq. Ay uşaq,
başlayın!
M u r a d. Ay uşaq çalın!
O x u y a n. Qarabağın dağlarında qar gərək olsun.
H a m ı. Qar gərək, qar gərək olsun.
O x u y a n. Bağlarında heyva olsun, nar gərək olsun.
H a m ı. Nar gərək, nar gərək olsun.
O x u y a n. Içənlərin məclisində şərab çox olsun.
H a m ı. Çox şərab, şərab çox olsun.
O x u y a n. Sevənlərin məclisində yar gərək olsun.
H a m ı. Yar gərək, yar gərək olsun, yar gərək, yar gərək olsun.
Hamı ayağa qalxır, Aram, İmamverdi,
Allahverdi oynayırlar. İmamverdi yıxılır.
İ m a m v e r d i. Əl çək, ay Aram, başım gicəldi. Usta Muğan biriki ağız desin.
Ruhumuz təzələnsin.
A r a m ( Sona gəlirkən). Odur ey, Sona gəlir, sallana-sallana.
H a m ı. Oho, gəldi, Sona gəldi.
M u r a d. Lap vaxtında gəlib. Usta, bir çal, Sona öz payını oynasın.
H a m ı. Oyna, Sona! Şıdırğı çal!
A r a m. Çal, kəndimizin Sonası oynasın.
M u r a d. Çal, Qarabağın Sonası oynasın.
S o n a. Mən ki, oynaya bilmirəm.
A l l a h v e r d i. Səhərdən axşamadək evi süpürə-süpürə də oynayırsan ki.
A r a m. Bilirsən, bilirsən! Usta, başla görüm. Sonra da Baxşı oynayacaq.
Sona oynamaq istəyir, bacarmır.
S o n a. Mən bu hava ilə oynaya bilmirəm.
A r a m. Nə hava istəyirsən, de, toxuşdursun də.
S o n a. Adı... ey... adı, belə qabaqca oxuyurlar ey, axırı da gəlir, dam, daram,
daram. Baxşı, onun adı nədir? Onda qoyun elə Baxşı çalsın də, o bu havanı yaxşı
bilir.
156
A r a m. Hə, neyləyək, daha yaxşı, halvaçı qızı daha şirin ( Hamı gülür). Onsuz
da usta Sumbat yorulub. Di başla, Baxşı, payını sonar oynarsan...
Baxşı çalır, bir nəfər oxuyur.
O x u y a n
Azad bir quşdum,
Yuvamdan uçdum,
Bir bağa düşdüm
Bu gənc yaşımda.
H a m ı
Bir bağa düşdüm
Bu gənc yaşımda.
O x u y a n
Bir ovçu gördü,
Köksümdən vurdu,
Torpağa düşdüm
Bu gənc yaşımda.
H a m ı
Torpağa düşdüm
Bu gənc yaşımda.
H a y k a z ( hamı oynayırkən). Hatsa... hatsa... hatsa... (Oynayaraq, Sonanın
belindən tutmaq istəyir. Sona dayanıb, aradan çıxmaq istəyir). Oyna...
S o n a. Mən oynamaq istəmirəm, mən yorulmuşam.
H a y k a z. Oyna, deyirəm sənə, xahiş edirəm.
S o n a. Mən yorulmuşam.
H a y k a z. Oyna, deyirəm sənə, köpək oğlunun qızı.
A r a m. Yavaş, adə ey... Nə qayırırsan? Qızın əlini sındırmışdın ki!
157
H a y k a z. Cəhənnəm ol! Elə vuraram, gözün partlar.
M u r a d. Canım, dava lazım deyil ki. Qızın əlini neçin sındırırsan?
H a y k a z. Mənə Haykaz Ağamyan deyərlər. Bütün Bakı mənə baxır.
Sındıraram, gözünü də çıxararam. Çəkil, deyirəm sənə.
B a x ş ı. Ay canım, başına dönüm, yaxşı deyil axı...
H a y k a z. Çəkil, deyirəm sənə. Mən əfsərəm, əfsərin sözünün üstündən söz
ola bilməz.
A r a m. Adə, nə havalanmışsan? Cəhənnəmə ki, əfsərsən. Əfsər olmaq üçün
hələ gərək qızın əlini sındırasan?
H a y k a z. Sındıraram, gözünü də çıxararam.
A r a m. Qızın əlini burax, deyirəm sənə, köpək oğlu. Gözünü də çıxararam,
bəbəyini də.
H a y k a z. Mənim gözümü, əfsər Ağamyanın gözünü? Köpək oğlanları, al!
( Arama bir şillə vurur). Yaxşıdır?
İ m a m v e r d i. A balam, sənə ki, dolaşan yoxdur.
B a x ş ı. Sənin səbəbsiz kişini vurmağa ixtiyarın yoxdur.
H a y k a z. Mən əfsərəm, adamın atasını da yandıraram. Mənim hər şeyə
ixtiyarım var.
A r a m. Kimin, adə... dedim daha şuluqluq olmasın, indi ki, belə oldu, al!.. Al!
( Onu şillə ilə vurur).
H a y k a z. Məni... Əfsər Ağamyanı. Əfsərin təhqir ləkəsini ancaq qan yuyar
(Tapança çəkmək istəyir, Baxşı onu möhkəm tutur).
B a x ş ı. Ay canım, burada bir şey yoxdur ki. Sən onu vurmuşsan, o da səni.
Qurtardı getdi də. Daha burada top-tüfəng lazım deyil ki. Buraya qanın nə dəxli
var...
H a y k a z. Burax, burax əlimi.
M u r a d. Canım, keflidir, bir kəndir gətirin, səriyin əl-ayağını.
H a y k a z. Mənim əl-ayağımı? Mən Bakıdan gəlmişəm. Adamın atasını
yandıraram. Burax məni, köpək oğlu!
A r a m. Xox, Bakıdan gəlmişəm. Bakıdan gəlmək üçün qorxaq səndən?
Bu halda fit çalınır, k ö m ə k ç i ortaya yüyürür
.
K ö m ə k ç i. Adə, kimdir o qalmaqal salan? Səriyin əl-ayağını, sürüyün onu
bəri... Nə olubdur?
B a x ş ı. Canım, bir şey yoxdur. Biz hələ burada çalıb-oynayırdıq, bu oğlan
gəldi cəncəl çıxartdı.
Dostları ilə paylaş: |