Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

148 
 
A l l a h v e r d i. O da tövcü, naloq, dinməver. 
İ m a m v e r d i. Baş pulu, su pulu. Köpək uşağı, Allahın suyuna da çəpər 
çəkiblər ki, nə var mənimdir. 
A l l a h v e r d i. Naçalnikə ver, pristava ver, uryadnikə ver, kəndxudaya ver, 
yüzbaşıya ver, köməkçiyə ver, miraba ver, ver... ver... ver... 
E y v a z. Canınız var, verməyin. 
İ m a m v e r d i. Verməzsən, gönümüzü soyarlar. Keçən il aranda taxıllar 
yandı, mirab köpək oğlu su buraxmadı ki, buraxmadı. 
E y v a z. Siz də çıxarın qovun hamısını kənddən, qurtardı getdi. 
A l l a h v e r d i. Ay çıxartdıq ha. Qorx ki, onlar bizi çıxartmasınlar. 
İ m a m v e r d i. Nə vecinə, oturmuşsan Bakıda, nə üçdə alacağın var, nə beşdə 
verəcəyin. Asuda mənəm ki, xər nədarəm, əz arpasaman xəbər nədarəm. 
A l l a h v e r d i. Allahın altında bir neçə yüz manat pulum olaydı, verəydim 
naçalnikə, olaydım kəndxuda, sonra mən bilərdim neylərdim. 
İ m a m v e r d i. Mən əvvəl-əvvəl arvadı boşardım, gedərdim təzə bir arvad 
alardım. 
G ü l s ü n. Kül sənin başına, kəndxudalıq elə o yırtıq çul-çuxana yaraşır. 
İ m a m v e r d i. Ey, ey, arvad, əlini özünə yığışdır. Allaha and olsun vurram 
yıxaram səni yerə, çıxaram qarnının üstünə, ökələrəm səni. Rəhmətlik oğlu Eyvaz 
da getdi özünə peşə tapdı, nə var mən raboçu olmuşam, bir naçalnikdən-zaddan 
olmadı ki, nəmalə işimiz düşəndə düzəltsin. 
E y v a z. Mən  əgər naçalnik olsaydım,  əvvəl-əvvəl sizin hamınızı divara 
söykəyib, güllələrdim. 
İ m a m v e r d i. Aha, necə ki, divara söykərdim, Allah qoysa bizim təqsirimiz 
nədir? 
E y v a z. Sizin təqsiriniz? Siz haqqınızı fikirləşmirsiniz. Yüz min kəndli var
hamı  yığılıb hərəsi bir balta qapsa, kəndxuda nədir ki, lap Nikolayın özünü də 
çıxarıb qovarlar. 
İ m a m v e r d i. Ay qovdun ha. Qov görüm necə qovursan də... Nikolaya İran 
kimi bir padşah bata bilmədi. Yapon bata bilmədi. Kişi bütün dünyadan bac-xərac 
alır. Dəyənək davasıdır məgər, qapım dəyənəyi, iyirmi soldatı xurd-xəşil eləyim. 
Hələ tüfəng davası olsun. Mənə bir tüfəng verin, yüz soldatın qabağını 
saxlamasam, adımı də- 


149 
 
yişdirərəm. Kişinin top-topxanası var. Elə biləsən, dəmdəm halvasıdır ki, qovaq, 
qov də... 
E y v a z. Qovarıq də. Sən dur, biz qovaq, sən də tamaşa elə. 
A l l a h v e r d i. Ay kişi, bunlarda fərasət hanı! Odur, Ağamyanın oğlu, 
Bakıdan gəzməyə  gəlib. Sumbatına baxırsan, vücudu üç qəpiyə  dəyməz, amma 
baxırsan, naçalnik qabağında sluşi dayanır. Əynində əfsər paltarı, düymələri qızıl 
kimi par-par parıldayır. 
İ m a m v e r d i. Şaşkası da batmanqılıncın şaşkası kimi yernən sürünür. İndi 
sən gəl bizimkilərə bax. Biri elə odur mənimki: nə cütə varandır, nə odun yaran. 
Sən dedin. Eyvaz dedi, ölüm-zülüm oxudu, axırı nə oldu: nə coraba yamaqdır, nə 
tumana balaq. Heç it dəftərində  də adı yoxdur. Bari gedib mirzədən-zaddan olsa 
idi, dərd yarı idi. 
G ü l s ü n. Kişi, nə vurmuşsan özünü yerə. Dur bir az odun yar, təndir 
salacağam. 
İ m a m v e r d i. Arvad, heç o boyda zarafat yoxdur. O Əlinin qəzəb oğlu 
Əbülfəzabbas haqqı, boynuma kəndir də salsalar, əlimi ağdan qaraya vuran 
deyiləm. Səhərdən qapıları ayaqdan salmışam. Nabat bacı, sənin axı  hərdənbir 
yaxşı çayın olur. 
G ü l s ü n. A kişi, dur ayağa odun yar, Eyvaz yola düşür. Təndir salacağam. 
A l l a h v e r d i. Gülsün bacı, gedək mən yarım, bu tənbəl oğlu tənbəl, ayağa 
duran deyil. 
İ m a m v e r d i. Eyvaz indi gedir? Bəs sən dedin Eyvaz üçün cücə kəsəcəyəm? 
G ü l s ü n. Sən bir ayağa dur, kəsmişəm. Nabat bacı, uşağı evimizdə 
yatırmışam, dursa, sən allah, bir az süd verərsən. Hə, düş qabağıma! 
İ m a m v e r d i. Canım, Allahverdi gedir də. 
A l l a h v e r d i. Gülsün bacı, balta hanı, mən gedim yarım. 
G ü l s ü n. Baltamız Haykanuşgildədir. Bu saat gətirərəm. 
S o n a (Baxşı ilə gəlir). Mən sənə deyirəm heç bir təfavütü yoxdur. Nə təfavütü 
var? 
B a x ş ı. Ağız, belə, erməni papağı bir az şiş olur, azərbaycanlı papağı bir az 
yastı. 
S o n a. Heç elə şey yoxdur! 
N a b a t. Sona, boğazın tutulsun, səhərdən hansı cəhənnəmdəsən, qardaşın yola 
düşür, evdə tapılmırsan, yeri, bir az çay qoy; İmamverdi dayı çay istəyir. 


150 
 
S o n a (Baxşıya). Yaxşı də, bu atamın papağı, bu da sənin atanın papağı, bax 
gör təfavütü var? 
E y v a z. Yenə nə var, ay qız, dilotu yemişsən? 
S o n a. Bilirsən, Eyvaz, biz göbələk yığmağa getmişdik. Bir göbələk tapmışıq. 
Hanı, nə oldu o? Budur, Baxşı deyir: bu erməni papağına oxşayır. Bax, budur, bu 
atamın papağı, bu da İmamverdi dayının papağı, bax gör nə təfavütü var?! Bu onun 
saqqalı, bu da bunun saqqalı, bu onun üzü, bu da bunun üzü. Doğrudan mən heç 
fikir verməmişdim, atam ilə  İmamverdi dayı necə  də bir-birinə oxşayırlar! 
Hə...hə... (Hər ikisini öpür). 
B a x ş ı. Yaxşı, atam, mən təslim də. 
E y v a z. Bəs mən? 
S o n a. Bu da sən (anasını və Gülsün bacını öpərək), bu da sən, bu da sən, bu 
da... (Baxşıya tərəf gedib öpmək istəyir, yarıda dayanır). 
E y v a z. Hə, nə oldu, qorxdun? Öp də, hə, görünür, onu bizim hamımızdan 
çox istəyirsən? 
S o n a. Hə, bu saat mən sizin üçün çay qoyum. 
İ m a m v e r d i. Ağız, vələdəlcümcüm, o nədir tolazlamışsan selbəni, gedib 
dəyib Haykanuşun danasının gözünə? O da gəlmişdi Allahverdi kişinin üstünə 
davaya. İtdən ötürdüm getdi. 
S o n a. Canı çıxsın buraxmasın danasını evimizin yanına. Baxşı üçün qərənfil 
şitili əkmişəm, gəlib hamısını yeyib. 
A l l a h v e r d i. Daha neynək, kəndxuda arvadıdır. Deyir: xandan gələn 
nökərəm, dinmə, dişlərini tökərəm. 
S o n a. Cəhənnəmə ki, kəndxudadır, buraxmasın danasını. 
G ü l s ü n. A kişi, sənə demirəm düş qabağıma. 
İ m a m v e r d i. Sür görək. Deyir: iş ki, düşdü arvada, ölən günün sal yada. 
A l l a h v e r d i. Naqqallıq eləmə, yeri görüm! 
 
Allahverdi, İmamverdi, Gülsün gedirlər. 
 
E y v a z. Hə, Baxşı, mən daha getdim. 
B a x ş ı. Eyvaz, bəs sən nə tez gedirsən? 
E y v a z. Baxşı, qulaq as, məni burada axtarırlar, getməsəm, tutacaqlar. 
Gətirdiyim kağızların bir neçəsi tutulmuşdur. 
B a x ş ı. Nədən bilirsən? 
E y v a z. Mən doğru yerdən bilmişəm. İndi nə deyirsən, mən səni öz dəstəmizə 
yazdırım, ya yox? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə