Nizami Cəfərov
362
tə maraq, diqqət var, davamlı, ardıcıl işlər görülür. Mehriban
xanım Əliyevanın YUNESKO-da kifayət qədər böyük mübari-
zəsi sayəsində aşıq sənəti qeyri-maddi mədəni irs üzrə siyahıya
salınaraq dünya mədəniyyəti inciləri sırasında öz yerini tutdu.
Bunlar balaca işlər deyil, böyük işlərdir. Xalqın mədəniyyətini
taleyin ümidinə buraxmaq olmaz.
Bir şey də var ki, sənətkarlar çox zaman münaqişəyə,
qruplaşmalara meyilli olur. Bu, həmişə var. Sənətkar iddialı
olur, və o iddiadan gələn məsələlər də var. Ötən əsrin 90-cı illə-
rində Aşıqlar Birliyinə rəhbərlik etmək üçün münaqişələr olur-
du. Hüseyn Arif kimi nüfuzlu adam bu quruma rəhbərlik etdiyi
zaman nə qədər münaqişənin qarşısını alırdısa, amma yenə
görürdün ki, nə isə ortaya çıxır. İndi Birliyə Zəlimxan Yaqub
rəhbərlik edir, o, xüsusi nüfuzlu insandır, xüsusi istedaddır. Hər
sahədə hamı onunla hesablaşır, aşıqlar da o cümlədən.
–
Nizami müəllim, bəzi özəl televiziya kanallarının aşıq
sənətinə “özəl” münasibəti barədə nə deyə bilərdiniz?
–
Bu, qaçılmaz bir vəziyyətdir. Mən fikirləşirəm ki, gərək
Aşıqlar Birliyi aşıq sənətinin təbliği ilə bağlı formaları özü
müəyyənləşdirsin. Aşıqların yarışını keçirmək olar, amma elə
etmək lazımdır orada yüngüllük olmasın. Əgər hansısa kanalda
razılaşmadığınız bir şey olarsa, yaxud yaxşı ifaçı kənarda qalıb,
əvəzinə pisi ekrana çıxarırlarsa, onda siz etiraz etməlisiniz və bu
da sizin mövqeyiniz kimi qarşılanacaq. Bu məsələdə siz tək
deyilsiniz. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi tele-
viziya kanalları ilə görüşlər keçirir və çalışırlar ki, ümumi
proqramlar olsun.
–
Aşıqların geyimi barədə nə deyə bilərsiniz?
–
Mən belə fikirləşirəm ki, burada bir az sərbəstlik olmalı-
dır. Yaşlı nəsil elə geyinirdi, özü də həvəslə geyinirdilər. Geyim
forması haqqında fikirlər var ki, bu, Şah İsmayıl Xətainin döv-
ründən gələn geyimdir. Bizim muğam ifaçılarımızın da geyim
Ədəbiyyat söhbətləri
363
formaları var, amma bir də görürsünüz ki, biri geyinmir, biri
geyinir. Mənə belə gəlir ki, aşığın o forması təhlil olunmalıdır,
tədqiq olunmalıdır, bir az modernləşdirilməlidir. Həm modern,
həm də qoy geyimlərdə müxtəliflik olsun. Mən bir fərqlilik gör-
mürəm. Əsas odur ki, oxumağı yaxşı olsun. Eyni zamanda
geyimə elə-belə baxmaq olmaz.
– Aşıqların V Qurultayından sonra Aşıqlar Birliyinin
fəaliyyətini necə dəyərləndirirsiniz?
– Mənə elə gəlir ki, Birlik artıq yaranıb. Sizin artıq
oturmağa yeriniz var, jurnalınız çıxır, qurultay keçirildi. Bu qısa
müddət ərzində xeyli kitablar nəşr olundu. Elə sizin dünyasını
dəyişmiş aşıqlar və sazbəndlərlə bağlı kitablarınız və s. Saytınız
fəaliyyət göstərir. Bunlar hamısı işin görüldüyünə sübutdur və
görünür ki, Aşıqlar Birliyi mövcuddur.
Hesab edirəm ki, Aşıqlar Birliyində həm mənəvi tərəfin-
dən texniki tərəfinə qədər aşıq sənətini bilənlər var, həm elm
adamları var, həm də Azərbaycanda yaxşı potensial var. Tələb-
karlıq potensialı da var, elmi-tədqiqat potensialı da, dövlət qay-
ğısı da var və təçkilatçılıq işi də gedir. Bu gün artıq o dedi-qodu
yoxdur. Və dedi-qodu yoxdursa, bu, o deməkdir ki, artıq stabil-
ləşmiş, müəyyənləşmiş bir qurum var və bu qurumla da təbii ki,
aşıqlar hesablaşacaq. Görəcəklər ki, iş gedir, bu zaman dedi-
qodu da olmayacaq.
Yəni artıq görünür ki, Aşıqlar Birliyi işləyir. Yeni dövr
üçün yeni bir sistem, yeni model yaranır və bu, elə də asan gedən
proses deyil. Bəzən biz düşünürük ki, bu gün bir inqilab olsun.
Buna ehtiyac da yoxdur. Gərək onun bazası, strukturu tədricən
müəyyənləşsin və o, süni yox, təbii bir qurum kimi işləsin.
–
Maraqlı müsahibəyə görə təşəkkür edirəm.
Müsahibəni apardı: Musa Nəbioğlu
“Ozan dünyası” jurnalı,
№ 3(10) 2012-ci il
Nizami Cəfərov
364
Rubrika: Tet-a-tet
Nizami Cəfərovla Aydın Talıbzadənin “Əbuhübb”
romanı haqqında söhbət
“BU ƏSƏR BUDDİST TÜRKLƏRİN TƏRCÜMEYİ-
HALININ BİR HADİSƏSİDİR”
“ O QAPILAR BİZİM ƏDƏBİ TƏFƏKKÜRÜMÜZ ÜÇÜN
BAĞLANIB...”
“BU, OXUDUĞUM TARİXİ ABİDƏLƏRDƏN MƏNƏ
MƏLUM OLAN HİSLƏRİN, HƏYACANLARIN DƏQİQ
TƏQDİMİDİR”...
“TÜRK XARAKTERİ BUDDA HƏYAT TƏRZİNİ,
BUDDA DÜNYAGÖRÜŞÜNÜ RAHAT QƏBUL ETMƏYİB
VƏ BU, ƏSƏRDƏ DƏQİQ VERİLİR...”
Hər zaman inkişafda olan, son vaxtlar isə sinkretik bir
formaya çevrilən romanda çox maraqlı tendensiyalar müşa-
hidə olunur. Bu dəyişimi izləmək və ona diqqət çəkmək üçün
müxtəlif müzakirələr keçirməyə, təhlillər aparmağa artıq bir
neçə dəfə cəhd etmişdik. Maraqlı da alınırdı. Amma bu dəfə
“Azərbaycan” jurnalı üçün təhlili bir neçə deyil, bir mütə-
xəssislə reallaşdırmaq qərarına gəldik. Və söhbətin predmeti
olaraq seçdiyimiz roman yanaşma üçün çox fərqli rakurslar
tələb etdiyindən (həm tənqidçi, həm dilçi, həm türkoloq)
həmsöhbət olaraq Nizami Cəfərovu seçdik. Müzakirənin
gedişi də, əslində, seçimdə yanılmadığımızı ortaya çıxardı.
Çünki bizi hər üç münasibəti özündə birləşdirərək təqdim
etmək məqsədimizə çatdırdı. O ki qaldı “açılan” romana,
Ədəbiyyat söhbətləri
365
bu, Aydın Talıbzadənən “Əbuhübb” romanı idi. Tənqidin
diqqətini bir o qədər də çəkməyən, lakin bədii xüsusiyyətləri,
üslubu, dili, mövzusu, qaldırılan problemləri və s. cəhətdən
son illərin maraqlı və fərqli nümunələrindən biri olan
roman...
Nərgiz CABBARLI
N.Cabbarlı:
– Nizami müəllim, son dövrdə yaranan romanları oxuyur-
sunuzmu, yoxsa?... İstərdim əvvəlcə ümumi mənzərənin fonun-
da dəyərləndirək “Əbühubb”ü... Fərqli və oxşar xüsusiyyətlər
baxımından...
N.Cəfərov:
– Son dövrdə bir xeylisini oxumuşam, amma çoxu elə bu
cürdür. Yəni əksəriyyətində elə təəssürat yaranır ki, sanki roman
yazmırlar. Sanki süjet ondan ötəridir ki, müəlliflər onun ətra-
fında öz fəlsəfi düşüncələrini izhar eləsinlər. Düzdür, bu da bir
janrdır, bu da prinsipcə olar. Amma gərək həddi aşmayasan da...
Aydın Talıbzadə isə bir qələm və düşüncə adamı kimi
peşəkardır. Onun yazdığı lap balaca bir mətn də olsa, istər-istə-
məz çəkir adamı. Görürsən ki, düşündürür insanı. Yəni o, təsa-
düfi heç nə yazmır. Və özü də, təbii ki, çox dərin və zəngin
adamdır.
N.Cabbarlı:
– Bundan əvvəl də bir romanı var idi. “Kəpənək modeli”...
N.Cəfərov:
– Hə, amma onunla tanışlığım yoxdur. Bu romanını isə
dərindən oxudum. Son illərdə məqalələrini, xüsusilə teatrla bağlı
yazılarını oxumuşdum və istəyirdim ki, onun bədii əsəri ilə də
tanış olum. Yaxşı ki, sən məhz onu təklif etdin. Aydın Talıbza-
dənin bədii təfəkkürü haqqında məndə xeyli dərəcədə məlumat,
təsəvvür yarandı. Özü də bu elə əsərdir ki, istər-istəməz müəllifi
haqqında təsəvvür yaradır. Bəzən elə əsərlər olur ki, düşünürsən,
Dostları ilə paylaş: |