Nizami Cəfərov
6
Ən yeni dövrdə isə Şair «mən»inin milli mənəvi (və ideo-
loji) qüdrətini Səməd Vurğun nümayiş etdirərək bütöv bir xalqın
adından Vətənə birbaşa müraciət etmək səlahiyyəti olduğunu
təsdiq elədi: «El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskə-
nimsən!..»
Azərbaycan poeziyası tarixinin dövrləşdirilməsində müəy-
yən mübahisələr (bu da tamamilə təbiidir) olsa da, ümumi qə-
naət belədir ki, o, aşağıdakı dövrlərdən keçmişdir:
1) I minilliyin ortalarından XIII əsrin əvvəllərinə qədər;
2) XIII əsrin əvvəllərindən XVII əsrin ortalarına qədər;
3) XVII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər;
4) XIX əsrin əvvəllərindən sonlarına qədər;
5) XX əsrin əvvəlləri;
6) XX əsrin 20-ci illərindən bu günə qədər.
Hər bir dövrün tərkibində müxtəlif mərhələlər də ayırmaq
mümkündür ki, bu, Azərbaycan poeziyası tarixini daha analitik
və ya diferensial təsəvvür etmək ehtiyacından irəli gəlsə də, fik-
rimizcə, elə ciddi elmi-metodoloji əhəmiyyət kəsb etmir. Hər bir
dövrün isə aydın tipologiyası ilə seçilən ideya-estetik, poetexno-
loji xüsusiyyətləri mövcuddur.
Görünür, ən ciddi problem Azərbaycan poeziyasının hansı
mənbədən və ya mənbələrdən törədiyini müəyyənləşdirməkdən
ibarətdir ki, həmin problem, ənənəvi olaraq, Azərbaycan xalqı-
nın tarixi taleyinə – etnogenezinə münasibətdən irəli gələn iki
prinsipial baxışla bir-birindən fərqli şəkildə «həll olunur». Birin-
ci baxışın məzmunu ondan ibarətdir ki, ən qədim dövrlərdən
etibarən Azərbaycanın tarixi ərazisində məskunlaşmış müxtəlif
mənşəli etnosların müxtəlif dillərdə (və dünyagörüşlərdə) yarat-
dıqları bütün poetik məhsullar bir küll halında Azərbaycan
poeziyasını təşkil edir… Ikinci baxış isə yalnız türk mənşəli
Azərbaycan xalqının poetik yaradıcılığını əsas götürür… Lakin
məsələ burasındadır ki, hər bir xalq həm yaşadığı coğrafiyanın,
həm də etnik mənsubiyyətinin varisi olduğundan Azərbaycan
poeziyasının mənşəyi məsələsinə multikultural metodologiya,
Ədəbiyyat söhbətləri
7
yəni milliliklə ümumbəşəriliyin dialektikasında baxmaq özünü
daha çox doğruldur. Və bu metod bir də ona görə optimal və ya
prioritet sayılmalıdır ki, elə sonrakı dövrlərdə də həm şifahi,
həm də yazılı poeziyanın ən mükəmməl hadisələrini yalnız etnik
atribusiya və ya əlamətlərlə izah etmək mümkün deyil. Məsələn,
Nizaminin, Füzulinin, Vaqifin, hətta «Koroğlu» eposunun poezi-
yasında türkçülüyün aparıcı olması ilə yanaşı, həm qədim
ümumbəşəri poetik təfəkkür texnologiyaları iştirak edir, həm də
orta əsrlərdə ümummüsəlman mədəniyyətinin ciddi (kompleks!)
təsiri olur ki, bütün bunları etnokulturoloji hüdudda izah etmək
mümkün deyil. Hələ o da var ki, XIX, XX əsrlərdə Azərbaycan
poeziyasına modernist missiya ilə elə mövzular, ideyalar, janrlar
gəlir ki, bütünlüklə ümumbəşəridir və ya hətta, belə demək
mümkünsə, hər cür etnik-milli oriyentasiyadan məhrumdur…
Ancaq bunlar Azərbaycan poeziyasının bütün dövrlərdə istər
məzmun, istərsə də formaca eyni bir genotip üzərində qərar tut-
ması kimi istənilən mükəmməl xalqın poeziya tarixi üçün səciy-
yəvi olan universal (və populyar) fakt-hadisəni heç zaman inkar
etmir… Yaradıcılığı bütünlüklə fars dilində olan (ancaq maraqlı,
xarakterik və məntiqlidir ki, nizamişünaslar hələ də dahi şairin
türkcə-ana dilində əsərlərini axtarır, hərdən də «tapırlar») Niza-
minin poetik təfəkkürünün əsasında qədim (ümum) türk eposu-
nun dayandığı heç bir mübahisə doğurmadığı öz yerində, möh-
təşəm poema-dastanlarında türk sözləri və ifadələrini gen-bol
işlətməsi, Türküstanda geniş yayılmış Makedoniyalı Iskəndər
obrazını «Isgəndərnamə»də ideal fundamentallığı ilə qabartması
(heç bir fars şairi, təbii ki, milli təəssübkeşlikdən irəli gələrək,
Iranı zəbt etmiş yunan sərkərdə – hökmdarını bu dərəcədə ideal-
laşdırmazdı) onun poeziyasının ideya-məzmunca türklüyünü
göstərir. Yaxud heç bir siyasi-məfkurəvi təzyiqə məruz qalma-
dan, yalnız mədəni-mənəvi tələbata, dövrün estetik zövqünə
görə həm türk, həm fars, həm də ərəb dilində yazmış Füzuli yeri
gəldikcə özünün (və poeziyasının) türklüyünü yada salır, özü də
xüsusi təəssübkeşliklə yanaşı, yüksək mədəniyyətlə:
Nizami Cəfərov
8
Ey feyzrəsani-ərəbü türkü əcəm,
Qıldun ərəbi əfsəhi-əhli-aləm,
Etdün füsəhayi-əcəmi Isadəm, -
Bən türkəzəbandan iltifat eyləmə kəm – deyir.
Şeirlərində bir dəfə də olsun nə «türk», nə də «Azərbay-
can» sözünü işlətməyən Vaqif XVII–XVIII əsrlər milli intibahı-
nın təsiri altında Azərbaycan türk poeziyasının sonrakı dövrlər
üçün örnək olacaq ən gözəl əsərlərini yaradır. Və məşhur təbirlə
desək, «Füzulinin göylərdə pərvaz edən gözəllərini yerə en-
dirir»:
Ala gözlü, sərv boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax!
Gecə-gündüz fikrü zikrü əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
Özünün də dəfələrlə etiraf etdiyi kimi, şairlik dərslərini
Füzuli ilə Vaqifdən alan Səməd Vurğun isə həm yaradıcılığında,
həm də nəzəri-estetik mühakimələrində «Azərbaycan poeziyası»
anlayışını bir fenomen olaraq mütləqləşdirir. Və deyir:
Nədən şeirimizin baş qəhrəmanı
Gah Irandan gəlir, gah da Turandan?
Bəs mənim ölkəmin varlığı hanı?..
Böyük bir şairin yazdığı dastan
Gah Irandan gəlir, gah da Turandan!..
Göründüyü kimi, şair, bir tərəfdən, Azərbaycan şeirinin
keçdiyi tarixin idyea axtarışları, tərəddüdləri barədə bəhs edir,
digər tərəfdən isə, onun ideallarının əsaslarını formulə etməyə
çalışır ki, heç şübhəsiz, bunlar bir-biri ilə sıx bağlı olan ciddi
nəzəri problemlərdir. O mənada ki, hər dövrün özünəməxsus,
aydın tipologiyası ilə seçilən poeziya qəhrəmanları mövcud-
dur… Və müşahidələr göstərir ki, Azərbaycanda milli ictimai
Dostları ilə paylaş: |