Ədəbiyyat söhbətləri
19
– tipli qoşmaları hər hansı dastan süjet-kompozisiyasından kə-
narda yaranmış müstəqil bədii yaradıcılıq hadisələridir. Və məş-
hur «Aşıq Qərib» dastanının mövcudluğu Aşıq Qərib adlı el
sənətkarının yoxluğunu deyil, məhz varlığını təsdiq edir… Eləcə
də Aşıq Kərəmin, Aşıq Koroğlunun…
«Antologiya»nın birinci cildində Qurbani, Aşıq Abbas
Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Hüseyn Şəmkirli,
Aşıq Ələsgər kimi ustadlarla yanaşı, Ərzurumlu Əmraha, Dədə
Kərəmə, Pir Sultan Abdala, Miskin Abdala, Bayat Abbasa, Qul
Mahmuda, Lələyə, Tahir Mirzəyə, Koroğluya, Aşıq Cünuna…
da yer ayrılması, bir tərəfdən, tərtibçi-tədqiqatçıların böyük xid-
mətidir, digər tərəfdən isə, aşıq poeziyasının həqiqi miqyasını
aşkarlamaq sahəsində göstərdikləri uğurlu cəhddir ki, heç şüb-
həsiz, bundan sonra da davam etdirilməlidir.
Azərbaycan aşıq sənətinin tarixində Aşıq Ələsgərin möv-
qeyi, əlbəttə, müstəsnadır. Və «Antologiya»da xalq şairi Zəlim-
xan Yaqubun ustada həsr olunmuş «Dahilik, müdriklik, sadəlik»
məqaləsinin verilməsi də, elə bilirik ki, təsadüfi deyil. Kökü,
ruhu, yaradıcılıq məharəti (və mədəniyyəti!) ozan-aşıq sənətin-
dən gələn, zəmanəmizin böyük şairi Zəlimxan Yaqub ona görə
Aşıq Ələsgəri «ustadların ustadı» adlandırır ki, o özündən əvvəl-
ki sənətkarlardan öyrənməklə yanaşı, özündən sonrakılar üçün
də elə bir mükəmməl məktəb yaratmağa nail oldu ki, bu günə
qədər əlinə saz alıb söz deyən hər kəs həmin məktəbin dərslərini
alıb imtahanından keçməlidir. Azərbaycan poeziyasında nüfuz
baxımından qəzəldə Füzuli kimdirsə, qoşmada da Aşıq Ələsgər
odur…
Aşıq olub, tərki-vətən olanın
Əzəl başdan pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Nizami Cəfərov
20
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoşsədalı gərəkdi…
Tərtibçilər yazırlar:
«Aşıq Ələsgər məktəb-mədrəsə təhsili almasa da öz fitri
istedadı sayəsində ərəb hürüfatı və əbcəd hesabı ilə bağlı incə-
likləri, Şərq poetikasına məxsus şeiriyyət qanunlarını, Qurani-
Kərim və islam elminin dərinliklərini, təsəvvüf simvolikasını
kifayət qədər mükəmməl şəkildə mənimsəmişdir. Yazı-pozu
bilməsə də şeirlərindən savad və dünyagörüşünün, fəlsəfi düşün-
cə tərzinin mükəmməlliyi açıq şəkildə görünməkdədir».
Ümumiyyətlə mübahisə doğurmayan bu fikirlərlə bağlı bir
məsələyə münasibət bildirmək istərdik: «yazı-pozu bilməməsi»
barədəki qənaət bəzən Aşıq Ələsgərin istedadına, elminə, yara-
dıcılıq qabiliyyətinə haradasa şübhə yaratmaq kimi izah olunur,
lakin nəzərə almaq lazımdır ki, nəinki o dövrlərdə, hətta yazı-
pozunun hər kəsin bildiyi indiki dövrdə də aşıq sənəti üçün
«yazı-pozu», demək olar ki, heç bir əhəmiyyət kəsb etmir…
Əslində, ümumnəzəri mövqedən yanaşsaq, XX əsrin əv-
vəllərindən etibarən Azərbaycan aşıq sənəti tənəzzül dövrü
keçirməli, XX əsrin ortalarından isə yaradıcı aşıqlar bütünlüklə
sıradan çıxıb yerlərini yalnız ifaçı aşıqlara verməli idi. Ancaq
reallıq bir qədər fərqlidir… Və «Antologiya»da XX əsrin 30-cu
illərindən sonra məşhurlaşmış əllidən çox aşığın və ya el şairinin
yaradıcılığından nümunələr verilmişdir ki, nə bu yaradıcılıq
nümunələri, nə də onların yaradıcıları yazılı ədəbiyyat hadisəsi
sayıla bilməzlər… Aşıq Şəmşir, Aşıq Veysəl, Miskinli Vəli,
Qəmli Hüseyn, Xındı Məmməd, Şeyda Əziz, Ismayıl Katib,
Həsən Mülkülü, Dərya Məhəmməd, Məzahir Daşqın, Aşıq Hü-
seyn Cavan, Aşıq Hüseyn Saraçlı, Aşıq Şakir, Mikayıl Azaflı,
Aşıq Pənah, Aşıq Imran, Aşıq Kamandar, Bəhmən Vətənoğlu,
Aşıq Əkbər, Sücaət…
Ədəbiyyat söhbətləri
21
Məsələ burasındadır ki, keçən əsrin 20-ci, 30-cu illərindən
Azərbaycan xalq ədəbiyyatının yazılı ədəbiyyata təsirinin yeni
dalğası başlamışdı. Və bu özünü həm nəzmdə, həm də nəsrdə
göstərirdi… Ən güclü təsir mənbəyi olaraq məhz aşıq ədəbiyyatı
diqqəti çəkirdi ki, bunu nəsrdə dastan, nəzmdə isə qoşma poe-
texnologiyasına üstünlük verilməsində görmək mümkündür.
Lakin müşahidələr göstərir ki, aşıq ədəbiyyatı öz yaradıcılıq sir-
lərini yazılı ədəbiyyata sona qədər açmaqdan imtina etdi. Və
maraqlıdır ki, 30-cu, 40-cı, 50-ci illərdə bir sıra istedadlı aşıqlar
(belə bir «təcrübə» Orta Asiya türk respublikalarında da olmuş-
dur) sosialist ideologiyasına xidmət etməklə aşıq yaradıcılığının
sovet dövründə də yaşamaq hüququ əldə etməsinə, hətta rəsmi
status qazanmasına nail oldular.
Məsələn, Aşıq Mirzə Bayramov sosialist inqilabının gətir-
diyi «yeni zamana»nı alqışlayırdı:
Azad könlüm, bəxtiyarsan dünyada,
Gözəl vaxtdır, ellər gülür, sən də gül.
Bahardır, hər tərəf güldür, çiçəkdir,
Bərəkətli çöllər gülür, sən də gül.
Aşıq Şəmşir böyük sovet şairi Səməd Vurğun haqqında
deyirdi:
Əzəldən başına cəm olub kamal,
Sevir oğul kimi səni el, mahal.
Azad ölkəmizdə hər zaman ucal,
Istəyir könlümüz bu sayaq səni.
Aşıq Əkbər Cəfərov isə böyük sovet şairinin ardınca sovet
Azərbaycanını tərənnüm edirdi:
Qoy durum dolanım yenə başına,
Dağları vüqarlı Azərbaycanım!
Nizami Cəfərov
22
Muğanı ceyranlı, Mili turaclı,
Göyçayı çinarlı Azərbaycanım!
Bəzəsin süfrəni Lənkəran çayı,
Şirvan lavaşının açılsın layı.
Bu zəngin diyarın harda var tayı?
Meyvəsi nübarlı Azərbaycanım!
Könül sevindirir axar-baxarın,
Muğanda çiçəyin, Kəpəzdə qarın.
Əkbər deyər, xoş gəlibdi baharın,
Hər zaman baharlı Azərbaycanım!
Tərtibçilər, tamamilə təbii və əlamətdardır ki, «Antologi-
ya»ya son dövr aşıq poeziyasının nümunələrini (və nümayəndə-
lərini) də daxil etmişlər: Narınc Xatun, Aşıq Isfəndiyar Bayra-
mov, Aşıq Ədalət Nəsibov, Aşıq Murad Çobanoğlu, Aşıq Rza
Qobustanlı, Aşıq Ulduz Sönməz, Səadət Buta, Aşıq Əhliman
Şirvanlı, Solmaz Kosayeva, Gülarə Azaflı…
Aşıq sənətinin ustadlarından Mikayıl Azaflının qızı Gülarə
Azaflı aşağıdakı qoşmasında şairin (və aşığın) bugünkü mis-
siyasını, elə bilirik ki, düzgün müəyyən edir:
Dillən, sənə qurban olum,
Sənsiz könlüm ağlar, sazım.
«Yanıq Kərəmi», «Dilqəmi»
Ürəyimi dağlar, sazım.
Necə duysun səni naşı,
Məğrur saxla, əymə başı!
Misri qılıncın yoldaşı
Çaylar kimi çağlar, sazım.
Dostları ilə paylaş: |