Nizami Cəfərov
26
Azərbaycan “Koroğlu”su Qərb variantlarının, qeyd olun-
duğu kimi, əsasını təşkil edir – “istər ayrı-ayrı hissələrinin, qol-
larının ilk yaranmasında, istərsə də yaşadığı əsrlər boyu daha da
zənginləşməsində, cilalanmasında bizə məlum olmayan saysız-
hesabsız söz sənətkarlarının iştirak etmiş olduğu ən əzəmətli
dastanlarımızdan biri” (M.H.Təhmasib) “Koroğlu” milli təşək-
kül dövründə mənsub olduğu xalqın, millətin hansı yaradıcılıq
(və geniş mənada özünütəşkil!) imkanlarına malik olduğunu
göstərir. Mütəşəkkilliyinə, xalqın ictimai-siyasi problemlərini
əks etdirmə imkanına, estetik-poetik səviyyəsinə görə nə Türki-
yə türklərinin “Koroğlu”su, nə də erməni, gürcü, kürd, ləzgi və
s. “Koroğlu”su Azərbaycan “Koroğlu”su ilə müqayisə oluna
bilməz – eyni zamanda qeyd edək ki, Qafqazda yaşayan qeyri-
türk mənşəli xalqların “Koroğlu”su əsasən Azərbaycan “Ko-
roğlu”sunun ayrı-ayrı süjetlərinin variasiyası, bir sıra hallarda
isə bilavasitə tərcüməsidir. Heç də təsadüfi deyil ki, vaxtilə
qeyri-türk mənşəli bir sıra qonşu xalqların ifaçı-aşıqları müxtəlif
məclislərdə “Koroğlu”nun süjetini Azərbaycan türkcəsindən çe-
virərək üç dillərində (ermənicə, gürcücə, ləzgicə və s.) danışmış,
dastandakı qoşmaları isə məhz Azərbaycan türkcəsində
oxumuşlar (XVII-XIX əsrlərə aid bir sıra əlyazmaları da bunu
göstərir). Yəni Qafqaz – Kiçik Asiya regionunda “Koroğlu”nun
aparıcı dili Azərbaycan türkcəsi, təmsil və təbliğ etdiyi ideya-
estetik mədəniyyət Azərbaycan mədəniyyəti olmuşdur.
Azərbaycan “Koroğlu”su formalaşdığı dövrdən həm
yazıya alınmağa, həm də yazılı ədəbiyyata təsir göstərməyə
başlamışdır – əlbəttə, bunun səbəbi yalnız “Koroğlu”nun XVII-
XVIII əsrlər Azərbaycan mədəniyyətindəki böyük tarixi möv-
qeyə malik olması deyil; həmin dövrdə, görünür, əsasən intibah
düşüncəsinin təsiri ilə xalq ədəbiyyatı xüsusi nüfuz qazanır və
kütləvi şəkildə, qarşısıalınmaz bir sürətlə yazıya köçürülür –
bunun miqyasını təsəvvür etmək üçün deyək ki, XVI-XVIII
əsrlər aşıq yaradıcılığı nümunələri, bir sıra dastanlar yalnız ərəb
(Azərbaycan-türk) əlifbasında deyil, erməni və gürcü əlifbala-
Ədəbiyyat söhbətləri
27
rında da yazıya alınmış, bunların əksəriyyəti itib-batmış, çox az
bir qismi bugünə qədər gəlib çıxmışdır.
“Koroğlu”nun əlyazmaları daha çox olmuşdur – bunun bir
səbəbi, yuxarıda qeyd etdiyimiz kimi, dastanın Qafqazda geniş
yayılması, ədəbi-estetik nüfuzu idisə, başqa bir səbəbi onun gö-
rünməmiş bir sürətlə törəyib-artması, inkişaf etməsi, qeyri-adi
potensiala malik olub get-gedə yeni süjetlər, motivlər, ideyalar
və s. ilə zənginləşməsi idi. “Koroğlu” yaradıcı aşığa, el sənət-
karına dövrün, günün ictimai problemlərini ümumiləşdirmək,
həmin problemlərə xalqın münasibətini bildirmək, ya analitik,
ya da təhtəlşüur bir şəkildə təqdir-təsdiq və ya inkar etmək üçün
qeyri-məhdud imkan verirdi. Azərbaycan xalqının milli intibahı
dövründə folklorun, dastan-epos yaradıcılığının qazandığı bu
qeyri-məhdud imkanı, improvizasiya sürətini yazı əks etdirə
(ehtiva edə!) bilmirdi.
“Koroğlu”nun təşəkkül-formalaşma tarixini təxminən
aşağıdakı kimi dövrləşdirmək olar:
1. XVI əsrin əvvəllərindən XVII əsrin əvvəllərinə qədər –
mənəvi-kulturoloji, estetik potensialın müəyyənləşməsi, XVI əs-
rin sonu, XVII əsrin əvvəllərində Azərbaycanın öz dövlət müstə-
qilliyini itirməsi ilə əlaqədar olaraq milli müstəqillik uğrunda
mübarizənin güclənməsi nəticəsində eposun meydana çıxması
üçün sosial-psixoloji və ideoloji şəraitin yetişməsi.
II. XVII əsrin əvvəllərindən ortalarına qədər — eposun
ideya-estetik əsaslarının, strukturunun, ilk süjet-epizodlarının,
əsas obrazlarının yaranması.
III. XVII əsrin ortalarından XVIII əsrin əvvəllərinə qədər
– dastanın əsasən formalaşması, dövrün böyük şifahi söz sənət-
karları – aşıqlar tərəfindən ideya-məzmun və poetik struktur
baxımından mükəmməl sənət faktına çevrilməsi, eyni zamanda
ilkin variant, yaxud versiyaların təşəkkülü.
IV. XVIII əsrin əvvəllərindən XIX əsrin ortalarına qədər –
dastanın epik potensialının tam gücü ilə təzahürü, milli eposa
çevrilməsi, variantlaşmanın güclənməsi, ayrı-ayrı qolların, ya-
Nizami Cəfərov
28
xud bütövlükdə dastanın yazıya alınması, Azərbaycan aşıqları-
nın repertuarında əsas əsərə çevrilməsi, yeni qollarla zənginləş-
məsi, gələ-gələ daha da cilalanıb mükəmməlləşməsi.
V. XIX əsrin ortalarından XX əsrin 30-cu illərinə qədər –
sənətkarlıq baxımından daha daz, xüsusilə ifaçı aşıqlar tərəfin-
dən müxtəlif məclislərdə daha çox söylənib yayılması, ardıcıl
şəkildə toplanması, yazılı ədəbiyyata, milli ictimai təfəkkürə
müəyyən təsir göstərməsi...
Əlbəttə, bu bölgüdə müəyyən şərtiliyin olması təbiidir —
şərti olmayan isə odur ki, “Koroğlu” XVI əsrin sonu XVII əsrin
əvvəllərindən XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər, yəni
təxminən üç əsr xalqın folklor təfəkküründə yaşamış, onun
qəhrəmanlıq idealının faktı, hadisəsi kimi mövcud olmuşdur.
“Koroğlu” mənsub olduğu xalqın əxlaqına, mənəviyyatına, psi-
xologiyasına mükəmməl bir məktəb səviyyəsində əsrlərlə təsir
göstərmiş, millətin ədəbi düşüncəsinin miqyasını bütün geniş-
liyi, çoxtərəfliliyi, zənginliyi ilə əhatə etmişdir. IX-XI əsrlərdən
sonra Azərbaycan dastan yaradıcılığının milli epos təfəkkürünün
potensiyası miqyasında təzahürü məhz XVII-XIX əsrlərdə
“Koroğlu”nun timsalında olmuşdur.
Azərbaycan “Koroğlu”su (eləcə də onun bilavasitə təsiri
altında formalaşıb inkişaf etmiş Qərb variant və ya versiyaları),
əsasən, real (konkret) tarixi hadisələrin inikasıdır və “Koroğlu”
qəhrəmanlarının adlarına real tarixi şəxsiyyətlərin adları kimi
tarixi əsərlərdə təsadüf olunur, bununla belə, eposun alt qatında
(iç strukturunda!) zəngin mifik potensiyanın udulduğunu gör-
mək o qədər də çətin deyil və “Koroğlu”da həmin mifoloji qat,
demək olar ki, bütünlüklə üst qatın (dış strukturun!), geniş mə-
nada realizmin ixtiyarındadır, ona tabe olmuş, hətta onun (üst
qatın) təzyiqi ilə bir sıra hallarda deformasiya olunmuşdur.
Lakin müəyyən məqamlarda alt qatın tamamilə üst qata
çevrildiyini görməmək, sadəcə olaraq mümkün deyil...
“Koroğlu” dastanında mifoloji obrazların fəal şəkildə
meydana çıxması, xüsusilə baş qəhrəmanın fəaliyyətinin miflə
Dostları ilə paylaş: |