Nizami Cəfərov
378
Və cəmiyyət həmin eybəcərliyi, kimin şəxsində gəlirsə-gəlsin,
həzm etməyə də, ona qarşı liberal olmağa da qadirdir. O elə bil
ki artıq bizim indiki ictimai, əxlaqı münasibətlər sferasında gər-
gin qəbul olunmur.
Bir də bizim ədəbiyyatımızda bir baxış da var idi... İsa
Muğanna “Məşhər”də Əmir Teymurun dili ilə deyir ki, Allaha
inanmayan insan deyil, qudurmuş itdir. Yəni bax o cür kanon-
lara əməl etməyən bir şəxsi biz müzakirə edəndə həmişə ilk
növbədə onun inamını soruşuruq. Burada isə inamsızlıq hökm
sürür. Məhz Tuncalın təzahüründə. Amma Toltı bəy inamlıdır, o
inamsız hərəkət etmir.
N. Cabbarlı:
– Burada inam da bir az başqa istiqamətlidir. Əsər boyu
sanki çıxış yolu kimi intihar təbliğ edilir. Toltı bəy “Əgər kişi
olsaydım, çoxdan intihar etmişdim”, – deyərək özünü ittiham
etdiyi halda Tuncal da bir başqa istiqamətdən intihara doğru
gedir. Əsərin maraqlı cəhətlərindən biri də budur ki, intihar da
daxil olmaqla bərabər, cəmiyyətin bir sıra mənfi cəhətləri,
problemləri, alkoqolizmdən tutmuş əxlaq məsələlərinə qədər
əsərdə qaldırır. Bayaq müasir cəmiyyətlə bağlılıq məsələsini
qeyd etdiniz. Rəssamın özü ilə, cəmiyyətlə, insanla münasibət-
ləri ön plandadır. Amma məncə, burada fərdi olmaqla bərabər,
eyni zamanda da cəmiyyətdən qaynaqlanan problemlər qaldırılır
ki, onları ancaq bir şəxsin taleyi, xüsusiyyətləri kimi dəyərlən-
dirmək düzgün olmazdı.
N.Cəfərov:
– O doğrudur... Onu da deyim ki, prinsip etibarilə bu qəh-
rəmanın da fəlsəfəsi buddizmdən gəlir. Buddizmdə belə bir anla-
yış var: “mənim lənətə gəlmiş bədənim”. Deyilir ki, insanı bu
dübyaya bağlayan, onu alçaldan, onu şərəfsizləşdirən, başqala-
rından asılı edən bədəni və nəfsidir. Və sən bundan xilas ola
bilsən – bu da heç zaman mümkün olası bir şey deyil, bu ideal-
dır – onda heç kimdən asılı olmayacaqsan. Bu qəhrəman da,
əslində, bu ideyanın daşıyıcısıdır. Bunun üçün də yazıçı onu
Ədəbiyyat söhbətləri
379
çalışdırır. Və bu da yaxşı bir bədii kontekst verir ki, cəmiyyətdə
baş verən bütün qüsurlar onun şəxsində və onun o düşüncə, hə-
yat güzgüsündə görünsün. Bu mənada Tuncal obrazı yazıçının
yaratdığı təhlilə, interpretasiyaya imkan verən obrazdır. Ona
görə də bu qəhrəmanın obrazı, mən deməzdim ki, sxematikdir,
amma yazıçı ideyalarını təqdim eləmək üçün bir vasitədir.
Klassik romanlarda adətən obraz ona görə yaradılır ki, obraz
kimi yadda qalsın, obraz kimi özündə hansısa xarakteri daşısın.
Amma burada xaraktersizlik olduğuna görə, əsas məsələ elə o
cəmiyyətin özündə olan müəyyən qüsurlar və reallıqların fəlsə-
fəsini açmaqdır. Yalnız hər şeyə pozitiv mövqedə durmaq
deyil... Bu, ümumiyyətlə, Aydın Talıbzadənin üslubunda var.
N.Cabbarlı:
– Üslub demişkən, bütün əsər boyu və xüsusilə də Toltı
bəyin məbədə gətirilib çıxarıldığı hissədə saysız-hesabsız fəlsəfi
düşüncələr verilir. Hətta oxucuda belə bir təəssürat yaranır ki,
Toltı bəyin məbədə gətirilməsinin əsas məqsədi də elə ona fəl-
səfi traktat yazdırılması olub.
N.Cəfərov:
– Hə, onları həddindən artıq çox veribdir və mənə elə gəlir
ki, bu, romana heç də yaxşı təsir etmir. Bədiiliyə də yaxşı təsir
etmir. Çünki bəzən süjet gəlib elə bir maraqlı məqama dayanır
ki, həmin məqamda fəlsəfi düşüncə verilə bilər, amma onunla
bitmir, məsələ o qədər böyüyür ki, artıq sən dəqiq bilirsən ki,
müəllif öz düşüncələri ilə nə isə tamam ayrı bir əsərə keçdi.
N.Cabbarlı:
– Qəhrəmanın xarakteri ilə dilindən təqdim edilən fəlsəfə
uyğunluq təşkil edərsə, yenə başqa məsələ...
N.Cəfərov:
– Amma burada düz gəlmir... O qəhrəman o sözləri deyə
bilməz. O qəhrəman o fəlsəfənin sahibi deyil. Və onda da belə
çıxır ki, müəllif bu qəhrəmanları ona görə yetişdirib ki, öz söz-
lərini onlara dedizdirsin. Doğrudur, həmişə müəllif öz sözünü
qəhrəmanlara dedirtdirir, amma daha bu qədər dərindən yox. Belə
Nizami Cəfərov
380
olduqda onların öz fəaliyyətləri, obrazları, xarakterləri itir. Toltu
bəyin izharları ucuzluğa gedir. Toltı bəy hara, yazmaq hara? O
düşünə və deyə bilər. Aydın hərdən Toltı bəyi katib kimi də verir.
Söz aparır, fikir çeynənir. Burda çox gözəl məqamı idi ki, Toltı
bəyin dilindən uyğur abidələrindən seçmə nəsihətlər verəydi.
Əgər uyğur abidələrini qarşısına qoyub tədqiqat aparsaydı – bu
gün belə şeylər çox dəbdədi – Toltu bəyin çıxdığı, formalaşdığı
mühitlə bağlı türk buddizminin çoxlu sayda mənbələrdə nəsi-
hətləri var, onlardan verə bilərdi. Özü də bu qədər ehtiyac yox idi.
Düzdür, onlar həddindən artıq çoxdur, şeirlərlə də verilib, nəsrlə
də verilənləri var... Bu oxucu üçün maraqlı olardı, yeni olardı.
Amma burada bir-birinin ziddi olan o qədər fikirlər var ki...
Bunlar izharlardı da. İzhar da elə şeydir ki... Rəhmətlik Asif
Əfəndiyev kimi... Amma burada bir elə də yerinə düşmür.
Hə, bir də... Yazıçı tam bir fizionomistdir. İnsan bədəninin
müxtəlif vəziyyətləri, bunları bir-bir detallarına qədər verməsi,
hərəkətləri.... Bu da ola bilər ki rejissorluqdan irəli gəlir. Bir də
yaxşı mənada xırdaçılığı var. Təsvir elədiyi, müqayisə üçün cəlb
etdiyi bütün canlılar xırda həşəratlardır. Mığmığa, qarışqa... Bu
xırdalamaq hətta müqayisələrində də...
N.Cabbarlı:
-Bu heç diqqətimi çəkməmişdi.
N.Cəfərov:
–Ağcaqanadın səsi, milçəyin hərəkətləri... Bu da xırdalığa
getmək həvəsi ilə bağlıdır. O qədər də pis şey deyil. Amma çox
olmasa...
N.Cabbarlı:
– Üslubunda bir xüsusiyyət var. İstərdim bunun mətnə
verdiyi müsbət, mənfi cəhətləri deyək... Bir cümlənin mətn daxi-
lində müəyyən amplitudalarla təkrarlanması. Məncə, ahəng
yaratmaq üçündür... Bir çox hallarda buna nail olur da...
N.Cəfərov:
– Mənsə bəyənmədim, əsəri yorucu edir. Birdən ki baş-
layır fəlsəfi-əxlaqi mühakimələrə... Dili gözəldir, şeir dili kimi
Ədəbiyyat söhbətləri
381
gedir. Düzdür, haqlısan, bəzi yerlərdə təkrar lazımdır, çünki har-
moniya yaradır. Eposlarımızda da axı təkrar mövcuddur, “Dədə
Qorqud”da, “Koroğlu”da... Amma daha bu qədər yox. Bu əsərdə
detallara varmaq xüsusiyyəti də həddindən artıq güclüdür.
Sonra bax... yazmışam bura... Təbiətdən danışanda təbiəti
insan həyatının anlayışları ilə təhlil edir... Bu da rejissorluqdan
irəli gəlir. Çünki klassik yazıçılar esse müqayisəsinə, esse təli-
minə, esse üslubuna getmirlər. Süjet mükəmməl olmalıdır, hadi-
sələr bir-birini davam etdirməlidir. Burada da bir-birini davam
etdirmək var, amma hadisələr yarıda saxlanılıb müzakirə möv-
zusuna çevrilməməlidir. Aydın Talıbzadənin bu romanında da, o
biri yazılarında da belə bir xüsusiyyət var: özündən deyə-deyə
elə bil hərdən narahat olur ki, bunun müəllifi mənəmmi? Elə bil
hamını müəllifliyə cəlb edir, elə bil müzakirəyə çıxarır, elə bil
tamaşa aparır.
N.Cabbarlı:
– Son zamanların romanları üçün səhnə elementlərinin ol-
ması da, kollajlar da, sintez xüsusiyyətləri də xarakterik hal alıb...
N.Cəfərov:
– Hə bax o kollajlıq məsələsi burada da çox güclüdür.
Kollaj roman mümkündür və lazımdır da. Bu gün bizim həyatı-
mız da sanki kollajdan ibarətdir. Və o xüsusiyyətlər olmalıdır.
Amma kollaj özü də bir məntiq yaratmalıdır, burada isə daha
çox emosiya yaradır. Sonra başlıqların verilməsində də rejissor-
luqdan irəli gələn xüsusiyyətlər müşahidə olunur. Səslər – tap-
pıltı, pıçıltı – həddindən artıq çoxdur. Bu, klassik roman üçün
qəbul olunan deyil, amma müasir romanın tələbidir və burada da
o tələblərə bol-bol riayət olunur. Sözlərlə oynamaq xüsusiyyəti
çoxdur. Düzdür, elə ifadələr var ki, esselikdən irəli gəlsə də,
qəhrəmanın xarakterini açır. Elə ifadələr var ki, ideyaya xidmət
edir. Məsələn, Tuncal millət anlayışından işıq ili qədər uzaq
adam idi. Yəni bu, bugünkü cəmiyyətdə, dünyada mövcud olan
ideyalara münasibət deməkdir. Təbii ki, belə bir adam uzaq
olmalıdır da. O, ümumiyyətlə, insanlıqdan uzaqdır, nəinki millət
Nizami Cəfərov
382
məsələsindən. Çox xoşuma gəldi ki, əsərdə belə şeylərdə obyek-
tivlik gözlənilir.
N.Cabbarlı:
– Bir qədər də dilçi münasibəti eşidək...
N.Cəfərov:
– Dili haqqında dedim ki, şeir dili kimi axıcıdır, gözəldir.
Amma məni qane etməyən, bəyənmədiyim o idi ki, çox tez-tez
və təkrar-təkrar Türkiyə türkcəsinə meyillilik müşahidə etdim...
N.Cabbarlı:
– Son vaxtlar nəsrdə də, publisistikada da xarakterik haldır.
N.Cəfərov:
– Burada bir məqam var da... Ola bilər ki, türkiyə türkcə-
sindən Azərbaycan dilinə, xüsusilə danışıq dilinə çoxlu sözlər
keçir. Bəzən elə adamlar bu türkcədən sözlər işlədir ki, görürsən
70-80 yaşı var. Yəni yaşlı nəslə də təsir edir. Mən isə düşünürəm
ki, bu cür zərif yazıçıda Türkiyə türkcəsindən o söz işlənməlidir
ki, o sözlər kolorit yaratsınlar. Oradakı məntiqlə, əsərin intonasi-
yası ilə uyğun olsun. Amma məsələn, birdən-birə tamam məna-
sız olur. “Fikirləri boşluğa düşmüş uçaq kimi çalxalandı”. Tez-
tez işlədir bu sözü. Ümumiyyətlə, bizim bir qrup ziyalılarımız,
təfəkkür adamlarımız var ki, məsələn Niyazi Mehdi, Aydın
Talıbzadə və bir sıra başqalar – bu cür danışırlar. Bu həm Tür-
kiyə türkcəsinə meyillilikdən irəli gəlir, həm də onlar milli
sözlər, milliləşdirilən sözlər tapıb işlədirlər... Amma bu əsərdə
bəzən o cür sözlər milli, etnik kaloritə yad, millətdən işıq ili qə-
dər uzaq olan bir obrazın mühitində işlənir və bu, yadlıq əmələ
gətirir. Hiss edirsən ki burada artıq üslub yerində deyil. Təkcə
qəhrəmanın dilindən söhbət getmir, həm də onun mühitini yarat-
dıqda buna diqqət etmək lazımdır. Sonra yazıçı tez-tez “pauza”
yazır, səhnə terminologiyasını romana gətirir. “Humayra pauza-
nın içinə girdi. Pauza uzandı. Pauzanı dartıb saxladılar... Pauza-
nın üzünə qırma kimi dəydi və pauza şüşə kimi çiılikləndi”. Bax
bu, oxucunu əsərdə mətləbdən ayırır. Bu da kollajdır. Kollaj ki
mətləbə gətirmədi, istər-istəməz təəssürat zəifləyir... Kimsə desə
Ədəbiyyat söhbətləri
383
ki, mən yazıçının mətləbsizliyindən ləzzət aldım və bununla da
o mətləbsizliyə haqq qazandırdım, inanmaram... Onda o, ədəbiy-
yat olmur da. Ədəbiyyatda, əlbəttə, müəyyən qədər eksperiment-
lər olmalıdır. Eksperimentsiz ədəbiyyat mümkün deyil. Amma
külli miqdarda xırda yenilikləri bir yerə yığanda o kollaj artıqlıq
edir. Teatr effekti başqa nədə görünür? Hadisələri gah dondurur,
gah hərəkətə gətirir, statika, dinamika, statika... Bu kimi şeylər
var. Bilirsiniz, müəllim, mühəndis, kənd təsərrüfatı işçisi danı-
şanda mütləq öz müəllimliyini, kənd təsərrüfatı işçiliyini də
mətninə dartıb gətirir. Bu onun peşəkarlıq xüsusiyyətidir. Burda
da elədir. Rejissorluğunu gətirib Aydın Talıbzadə romanına...
N.Cabbarlı:
– Elədir, amma bu əsərə necə təsir edib, sizcə?
N.Cəfərov:
– Adətən, mətləbdən yayındırıb. Amma buna baxmayaraq,
deməliyəm ki, Aydın sözlə yaxşı işləyir. Hərdən də sözü o qədər
sıxır, onun mənasının son həddinə qədər o qədər sıxıb çıxardır
ki, bir də görürsən, söz məhv oldu. Yəni sözü elə bir kontekstə
salır... Halbuki sözün də son istismar mərhələsi var da... Məsə-
lən, aşırı sözü... Bu sözün semantikası yoxdur. Bu söz üslub ya-
ratmır və yarada da bilməz. Bəlkə də, elə oxucu var ki, o həssas
deyil, oxuyub üstündən keçir. Amma mən hər dəfə bu sözə rast
gələndə deyirdim ki, bu sözü adalayaq, görək başımıza nə gəlir...
Yaxud həmən sözü... Yəni populyar olmayan bir sözü gətirib
populyarlaşdırsaydı, bu maraqlı olardı. Bu söz isə artıq yeyilib,
sürtülüb. Xüsusilə qədim dövrdən danışanda mümkün qədər
gərək o dövrün terminologiyası işlədilsin.
Amma süjetləri müəyyən ifadələrlə bağlayır. Məsələn,
sarıqulaqlıq məsələsi. Bu tipli şeylər əsərdə birləşdirici xüsusiy-
yət daşıyır. Dil həssaslığı təkcə mənim dilçiliyimdən gəlmir. Bu
əsər də dil tərəfdən daha müdaxiləçidir. Bir var hisslərlə, düşün-
cələrə müdaxilə edəsən, bu daha çox ideyaya, düşüncələrə mü-
daxilə edir və o müdaxilələrdən biri də sarılqulaqdır ki, maraqlı
alınıb.
Nizami Cəfərov
384
N.Cabbarlı:
– Əsərin adına da toxunaq... Əbühubb sufizmdə nə dərə-
cədə üzdə olan, aktual anlayışdır?
N.Cəfərov:
– Mən onu dəqiq bilmədim ki, bu hansısa cərəyan, yaxud
ədəbiyyat təəssüratıdır – roman om. O ki qaldı Əbuhübbə...
Sufizmdə məhəbbətin övladı məsələsidir bu. Amma o qədər də
geniş yayılmış bir şey deyil. Və ya o qədər də böyük estetik, fəl-
səfi nəticə deyil. Amma hər halda, düşünürəm ki, əsərə simvolik
verilmiş bir addır. Əsərin məzmununun çıxa biləcəyi mistik
addır. Və onun təhlili də nə isə adi bir şey olmalıdır.
N.Cabbarlı:
– Buddizm və sufizm. Bunların bir mətn daxilində yanaşı
gətirmək nə dərəcədə düzgündür, sizcə?
N.Cəfərov:
– Sufizmə ən çox buddizm təsir göstərib. Xüsusilə də
islam sufistlərinə. Xristian sufistləri isə panteistdirlər. Axı su-
fizmdə də dünyadan təcrid olunmaq var. Ümumiyyətlə, deyirlər
ki, bütün dini təriqətlər daxilində sufizmin əmələ gəlməsi bud-
dizmin təsiridir. Niyə? Çünki buddizm tərkidünyalıqdır.
Bir də bir obraz da xoşuma gəldi. Daş obrazı. Buddizmdə
sifətin daş kimi dəyişməz olması, möhkəm olması sükutu xarak-
terizə edir... Maraqlıdır ki, Aydın da bunu yazır... Çünki dünya-
da insanların başına nə gəlirsə, daş kimi sakit olmamaqdan gəlir.
Emosionallıqdan, həyəcandan, hərəkətlərindən, reaksiyaya me-
yilliliyindən gəlir. Elə bilirəm ki, roman demək istəyir ki, insa-
nın ona aid ola biləcək və özünü xilas edə biləcək yeganə halı
onun sakitliyidir. Bütün fəlakətlər ondan törəyir ki, insan sakit
olmur, nəyəsə can atır. Buddizmdə isə insan heç nəyə can atmır,
heç nəyə reaksiya vermir, elə budda kimi səssizdir. Sufizm də
bu var: hər şeyə qane olmaq, heç nəyə müdaxilə etməmək...
Ümumiyyətlə elə bilirəm ki, Aydın Talıbzadənin bu əsəri
bütün o çoxşaxəliliyi ilə, kifayət qədər geniş dünyagörüşü ilə,
ədəbiyyatın, tarixin, yaşanmış insan texnologiyalarının, hiss tex-
Ədəbiyyat söhbətləri
385
nologiyalarının çıxış yollarını, dinlərdən irəli gələn motivlərin
hamısını özündə toplayıbdır. Amma bunları o qədər çox bir yerə
yığıb ki, bu qədər çox materialı ədəbiyyat faktına çevirmək çə-
tindir. Hər halda, çeviribdir. Ona görə də ortaya çıxan əsər sıravi
romanlardan deyil. İstedadla yazılmış və bu dünyanın tarix boyu
nə qədər mənasız olduğunu göstərən bir əsərdir. Tək indi yox.
Elə yaranandan bəri insan və dünya məntiq axtarışındadır və bu
məntiq axtarışı da heç bir nəticə vermir.
2017
Nizami Cəfərov
386
MÜNDƏRİCAT
Ön söz ......................................................................................... 3
Azərbaycan poeziyası ................................................................. 5
Azərbaycan nəsri ....................................................................... 12
Azərbaycan xalqının
aşıq ədəbiyyatı əmanəti ........................... 17
Londonda Nizami günləri ......................................................... 34
Oksford Universitetində ............................................................ 40
Ədəbiyyat tariximizin
ustad dərsləri ......................................... 50
Dinlərin dilləri ........................................................................... 62
«Əhdi-ətiq»dən «Əhdi-cədid»ə ................................................. 68
Qədim türk ədəbiyyatı:
problemlər, mülahizələr ...................... 72
Qədim türklərdə
«həyatın yaradılışı» təsəvvürü ....................... 75
Türk xalqları ədəbiyyatı tarixinin ............................................. 79
orta dövrü .................................................................................. 79
AZƏRBAYCAN MUĞAMININ
QƏZƏLLƏRİ ...................... 83
«Söylədiyim Azərbaycan dilidir»,
«Hər şeyin var, nəyin yoxdur, Azərbaycan, Azərbaycan!..» .... 88
Hacı Kərim Sanılının
Məclisi-Məbusan «deyişmə»ləri ........... 93
Almaz Ildırımın ölməz idealları .............................................. 101
Milli ədəbi təfəkkürün
«Azərbaycan» miqyası ....................... 108
Mehdi Hüseynin tənqidçi üslubunda tənqidin tənqidi ............ 118
«Bir gəncin manifesti»ndən
«Bir səfirin manifesti»nə ........... 124
Həyat, ölüm… Və həyat ......................................................... 149
Xanımlar xanımı ..................................................................... 152
Sinəsində əsl şair ürəyi gəzdirirdi… ....................................... 155
Əsl ədəbiyyat əsəri .................................................................. 159
Mütəfəkkir ədəbiyyatşünas ..................................................... 168
Qürurun üsyanı ........................................................................ 182
Böyük ədəbiyyat müəllimi ...................................................... 184
Xalqının xalqşünası ................................................................. 190
Teymur Əhmədovun ............................................................... 195
Ədəbiyyat söhbətləri
387
«Nəriman Nərimanov»u .......................................................... 195
O dövrün «Füyuzat»ından
bu dövrün «Füyuzat»ına .............. 201
Anarın ədəbi gəncliyi…Və ədəbi gəncliyin Anarı .................. 204
Səksənindən doxsanına varanda… ......................................... 213
Gölbaşında
Göygöl havası ...................................................... 216
Bir kitabın təəssüratları ........................................................... 220
Təbiət qədər təbii .................................................................... 225
Yüksək peşəkarlıq…Ictimai məsuliyyət…
Və dərin səmimiyyət ............................................................... 236
Azərbaycan mühacirət ədəbiyyatı: birinci simpoziumdan
ikinci simpoziuma ................................................................... 241
Tağı Əhmədovun
«Sadiq» dünyası ......................................... 244
Taleyin diqtəsi, hisslərin hikkəsi…
Və usta təhkiyəsi ............ 251
Osman Başın
«Xarı bülbül»ü .................................................. 262
«Iki od arasında»…Və «yenə»… ............................................ 267
Bir Vəli, bir Vəli ..................................................................... 275
«Yatağına sığmayan çay»ın poeziyası .................................... 279
Rafiq Hümmət
və ya tale şairi ................................................ 292
Ağrılı günlərin
gürcü hekayələri ............................................. 300
«Köhnə» sözün yeni ustası ...................................................... 304
Azərbaycan tarixinin
Atabəy romanı ...................................... 312
Tarix yalnız arxada qalmır,
həm də öndən gəlir… ................. 322
«Ədəbiyyat qəzeti»nin baş redaktoru
Azər Turana açıq məktub ........................................................ 329
Aqşin Ağkəmərlinin ayrılığı…Vətəndən Vətənə .................... 332
«İdeal»ın işığı .......................................................................... 336
Mükəmməl təfəkkürün
müfəssəl təzahürü .............................. 339
«Həvəskar»ın peşəkarlığı ........................................................ 343
AŞIQ SƏNƏTİ TARİXİ MİSSİYA
DAŞIYAN BİR SƏNƏTDİR .................................................. 352
Nizami Cəfərovla Aydın Talıbzadənin “Əbuhübb” romanı
haqqında söhbəti ..................................................................... 364
“Mən hər dəfə bu sözə rast gələndə deyirdim ki, bu sözü
adalayaq, görək başımıza nə gəlir...” ...................................... 367
Nizami Cəfərov
388
«Elm və Təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ
Kompüter dizayneri: Zahid Məmmədov
Texniki redaktor: Ruhiyyə Abbasova
Korrektor: Nigar Rəhimova
Çapa imzalanmış 30.04.2018
Şərti çap vərəqi 24,25 Sifariş № 148
Kağız formatı 60x84 1/16. Tiraj 300
Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya
müəssisəsində səhifələnib çap olunmuşdur.
E-mail: nurlan1959 @gmail.com
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.
Dostları ilə paylaş: |