Ədəbiyyat söhbətləri
369
nümunəsidir. O, ilk növbədə, sərkərdədir, hərbçidir və Toltı
bəydə sərkərdəlik məharəti, sərkərdəlik şəxsiyyəti, sərkərdərlik
gücü o qədərdir ki, onu insanlıqdan çıxarıb. Yəni Toltu bəyə
insan kimi baxmaq mümkün deyil. Və həqiqətən də, müəllifin
də obyektivliyi ondan ibarətdir ki, o dövrün belə şəxsiyyətləri
olub və o da bunu dəqiqliklə təsvir edə bilib. O dövr bu cür
şəxsiyyətlər yetişdirirdi. Xüsusilə də buddizm mühiti. Burada
heç nə müzakirə olunmur, heç bir mübahisə ola bilməz, insan,
şəxsiyyət ancaq budda kimi sakit, möhkəm, bütöv olmalı və
ancaq öz funksiyasını həyata keçirməli idi. Amma ziddiyyət
bundan ibarətdir ki, türk xarakteri budda həyat tərzini, budda
dünyagörüşünü rahat qəbul etməyib və əsərdə də bu, dəqiq veri-
lir. Yəni Toltı bəyin insan kimi ailəsindən, həyatından, yaşayı-
şından, həyat tərzindən irəli gələn müxtəlif həyəcanlar, emosiya-
lar, vərdişlər sistemi ki var, o, budda texnologiyası ilə, budda
dünyagörüşü ilə ziddiyyət təşkil edir və nəticə etibarilə Toltı bəy
məğlub olur. Buddizmin, budda həyat tərzinin kanonları isə
qalib gəlir. Bir tərəfdə buddizmlə təlqin olunan taleyin qaçıl-
mazlığı durur – o bu taleyi yaşamalı idi – digər tərəfdə isə nor-
mal bir türk cəmiyyəti var. Və bu oxuduğum tarixi abidələrdən
mənə məlum olan hislərin, həyacanların dəqiq təqdimidir. Bun-
lar əsərdə çox yaxşı verilib. Bu süjetin ən gərgin məqamı, ən
kuliminasiyası isə Toltı bəyin qızına münasibətidir.
N.Cabbarlı:
– Toltı bəyi ziddiyətli bir xarakterə çevirən də, ilk növ-
bədə, bu xüsusiyyətdir... Dəqiq tapılıb, amma sonrakı inkişafı
dramatikliyi artırsa da, həqiqilik və səmimilik baxımından bir
qədər şübhə doğurur...
N.Cəfərov:
– Belə bir addım qızını ölümdən xilas etmək üçün atılır.
Amma hələ bu ilkin, başlanğıc səbəbdir... Yaxud ona xəyanət
eləmiş arvadını məhv etməsi... Təzahür edə biləcək o xüsusiy-
yətlər, elə bilirəm ki, təbiidir. Yəni kiməsə belə gələ bilər ki,
Toltı bəy insan anlayışına sığışmır... Metafizik mənada... Qədim
Nizami Cəfərov
370
dövrlərdən başlamış indiyənə qədər insan və ailə münasibətlə-
rində mövcud olan normativ kanonlar var ki, onun hərəkəti onla-
ra uyğun gəlmir. Hətta insan cinsi bir yana qalsın, bu, heyvan
cinsinə də yad məsələdir... Heç bir ata öz övladı ilə o münasibət-
lərdə ola bilməz. Dünyanın heç bir dini, heç bir dünyagörüşü
bunu qəbul etmir. Amma əsərin məntiqindən ona gəlib çıxılır ki,
bu mümkündür. Müəyyən bir məqam var ki, elə bir müəyyənləş-
miş kanonlar var ki, ona etiraz olaraq edilmiş bu cür hərəkətlərə
haqq qazandırmaq demirəm, amma o qədər də günah kimi qəbul
etmirsən. Bəlkə də, bu da insan təbiətinin bir xarakteridir ki,
başqa mübarizə üsulu tapa bilmədikdə bu yola əl atır. Çünki
burada başqa cür hərəkət etmək imkanı yoxdur. Digər tərəfdən
onu da nəzərə almaq lazımdır ki, bu hərəkət həm də xarakter
yaradır. Məncə, burada qəhrəman Toltı bəy deyil, onun hərəkət-
ləridir, reaksiyasıdır, etiraz formasıdır. Yəni burda tam şəkildə
görünür ki, o günaha heç də öz şəxsi intim hisslərinin təsiri
altında getmir. Orada bu onun üçün ölümdən çıxış yolu da deyil.
Bu, övladını ölümdən qurtarmaq üçün atılmış addımdır və biz də
bunu elə bu cür qəbul edə bilirik.
N.Cabbarlı:
– Amma əsərdə müəyyən yerlər var ki, artıq Toltı bəyin
qızını xilas etmək hissinin təsiri altında olmadığı anlaşılır. Onu
artıq idarə edən başqa hislərdir. Buna haqq qazandırmaq olmur
axı... Məgər bu, əvvəlcədən müəyyən edilmiş xarakerik xətdən
çıxmaq, sapmaq deyilmi?
N.Cəfərov:
– Sonra?
N.Cabbarlı:
– Sonra!
N.Cəfərov:
– Yəni burada belə bir şey var da... Toltı bəyin bu hərəkətə
baş qoşması sonrakı müddətdə baş verən hərəkətlərdən gəlmir.
Onun motivi o deyil. Yənu bu tamam başqa bir impulsdur.
Əvvəlcə qızını, övladını xilas etmək istəyindən gəlir. Əslində isə
Ədəbiyyat söhbətləri
371
Toltı bəy kimi hökmdara xidmət edən, onun sərkərdəsi olan,
hakimiyyətini qurmuş, o mühitdə xüsusi nüfuzu, hörməti olan, o
dünyagörüşün, o həyat tərzinin tərkib hissəsi olan bur adam
qızının qurban verilməsinə etiraz etməməli idi. Onun üçün bu,
böyük şərəf olmalı idi. O mühitdən çıxmış adam buna çox bö-
yük məmnuniyyətlə razı olmalı idi, nəinki o cür alçaqlığa. Yəni
bunlar müqayisə olunanda belə qanət yaranır. Amma dediklərim
romanın bizdə yaratdığı təsəvvürlərdir. Mən o dövrün tarixini
bilirəm, o dövrün əsərlərini, qədim uyğur abidələrini çox oxu-
muşam və o həyat tərzində, hiss edirəm ki, üsyankarlıq da var.
Yəni həm o buddizm həyatını yaşayırsan, o dünyagörüşə tabe-
sən, o dövlət idarəçiliyi və o cəmiyyət idarəçiliyində həmin
kanonlarla birlikdə mövcudsan, amma eyni zamanda da ciddi
etirazların da var. Yəni nəticə etibarilə Toltı bəyin qızına müna-
sibətini artıq o etirazın bir nəticəsi kimi başa düşürəm. Amma
sonra artıq Toltu bəy insandır. Çünki daha hakimiyyətdə də
yoxdur, malikanəsini də yandırıb, hər şeyə etiraz edir və onun
üçün ailə ola biləcək, müqəddəs ola biləcək ancaq qızıdır. Və
həyat elə gətirir ki, o, çöllərə düşür. Sən əgər bu kanonlarla
yaşamaq istəmirsənsə, buna üsyan edirsənsə, deməli, səni də
gözləyən həyat belə olmalıdır və artıq başqa həyat seçimin yox-
dur. Doğrudur, sonrakı təsvirlərdə düşünmək olar ki, Toltı bəy
elə bir günahı ilə kifayətlənə bilərdi. Onda da tamam ayrı məntiq
əmələ gələcəkdi. Onda Toltı bəy insan olmayacaqdı. Qəhrəman
olacaqdı. Zəifliyi ortaya çıxmayacaqdı. Düzdür, orada təsvir olu-
nur ki, elə ilk gəncliyindən o ancaq müharibə, hərb, döyüş görüb
və Toltı bəy adam öldürməyin bütün texnologiyalarını bilir və
onun da bu dünyada insan kimi, şəxsiyyət kimi özünü təsdiq
etməyinin, mövcudluğunun yeganə bir forması var: öldürmək. O
elə bu şəkildə ölümlər üzərində kiminsə hakimiyyətini bərqərar
edibdir. Amma artıq hiss olunur ki, sarayın daxilində olan
münaqişələr də Toltı bəyə təsir edib. Bu isə o deməkdir ki, o
dövrün hakmimiyyəti insanı qoruya bilmir. Hətta öz qəhrəmanı-
nı da qoruya bilmir. Hətta onu yaradanı da qoruya bilmir.
Dostları ilə paylaş: |