1
Azərbaycanda Atatürk Mərkəzi
Nizami Cəfərov
ƏDƏBİYYAT SÖHBƏTLƏRİ
“Elm və təhsil”
Bakı – 2018
Nizami Cəfərov
2
Redaktor:
Dəyanət Osmanlı
Nizami Cəfərov.
Ədəbiyyat söhbətləri
Bakı, “Elm və təhsil”, 2018, 388 səh.
Kitabda akademik, əməkdar elm xadimi Nizami Cəfərovun
son illərdə yazdığı məqalələr toplanıb.
ISBN 978-9952-8142-7-9
© «Elm və təhsil», 2018
Ədəbiyyat söhbətləri
3
Ön söz
Adətən, iki-üç yəhudi bir yerə yığışanda onların müsahibə-
si hüquq elmini zənginləşdirir… Iki-üç azərbaycanlının söhbəti
isə nədən başlanır-başlasın axırda gəlib çıxır ədəbiyyata, ona
görə də ədəbiyyat söhbəti bizim üçün mənəvi-ruhi özünüifadə-
nin (və özünütəsdiqin!) həm bir millət, həm də bir şəxs səviyyə-
sində, görünür, ən mühüm, ən səciyyəvi təzahürüdür.
Məsələ yalnız onda deyil ki, rastlaşanda ədəbiyyatdan
danışırıq, daha çox ondadır ki, ən xırda məişət mövzusundan
başlamış rəsmi ünsiyyətimizə qədər, demək olar ki, hər yerdə
nitqimizin bədii-estetik «çəkisi» özünü mütləq göstərir: söhbətin
süjetindən ifadələrin obrazlılığına, poetik siqlətindən ritm-
intonasiyasına qədər…
Azərbaycan xalqının «şair xalq» olması barədəki fikir bə-
zən Azərbaycanın özündə də müəyyən ironiya ilə qarşılanır.
Lakin belə bir ironiya, elə bilirik ki, özünü doğrultmur… Bir
xalqın ədəbi təfəkkürünün zənginliyindən, bədii söz zövqünün
zərifliyindən dəyərli nə ola bilər?.. Və məsələnin bir mühüm
cəhəti də burasındadır ki, Azərbaycan xalqı yalnız «şair xalq»
deyil, həm də hər şairi, hər şeiri bəyənməyən «tənqidçi xalq»dır
ki, bu «tənqidçilik» elə «şairlik» qədər təbii bir inersiyadır. Ola
bilməz ki, xalq böyük bir ədəbiyyat yarada, ancaq həmin ədəbiy-
yatın elminə bələd olmaya…
Azərbaycan xalqı ədəbiyyat yarada-yarada ədəbiyyat barə-
də düşünməyin ən proqressiv texnologiyalarına yiyələnmiş, özü-
nün ədəbiyyat yaradanları qədər də ədəbiyyat tənqidçilərini
yetirmişdir. Və heç şübhəsiz, Azərbaycanın ilk ədəbiyyat tənqid-
çiləri də Azərbaycan ədəbiyyatını yaradanların özləri olmuşlar…
Yeni dövrdən – dahi Mirzə Fətəli Axundzadədən başlaya-
raq ədəbiyyat barədə mühakimə yürütmək, ədəbiyyatı yaratmaq
qədər mötəbər bir yaradıcılıq qabiliyyəti sayılmış, Azərbaycan
ədəbiyyatşünaslığının banisi Firidun bəy Köçərli bu sayqını aka-
Nizami Cəfərov
4
demik bir səviyyəyə yüksəltməklə Azərbaycanda klassik ədəbiy-
yatşünaslar nəslinin yetişməsinə əhəmiyyətli təsir göstərmişdir.
Doğrudur, bu nüfuzlu təsir keçən əsrin 20-ci, 30-cu illərində
məlum siyasi-ideoloji deformasiyalarla müşayiət olunmuş, lakin
mahiyyətindəki ideya-estetik obyektivlik heç zaman zədələnmə-
mişdir.
Azərbaycan xalqı XX əsrdə nəinki Azərbaycan ədəbiyyatı,
ümumən dünya ədəbiyyatı barədə istənilən mövzuda peşəkar
söhbətə hazır şəxsiyyətlər yetirmişdir: Salman Mümtaz, Mikayıl
Rəfili, Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Feyzulla
Qasımzadə, Həmid Araslı, Mir Cəlal, Cəfər Xəndan, Əkrəm Cə-
fər, Əkbər Ağayev, Kamal Talıbzadə, Pənah Xəlilov, Əziz Mi-
rəhmədov, Məsud Əlioğlu, Bəkir Nəbiyev, Nəriman Həsənzadə,
Yaşar Qarayev, Tofiq Hacıyev, Anar, Elçin, Isa Həbibbəyli…
XX əsrin sonu XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyat-
şünaslığının tanınmış nümayəndələrinin sadəcə adlarını sadala-
maq istəsək çox böyük bir siyahı alınar…
«Ədəbiyyat söhbətləri» başlığı altında toplanmış məqalə-
lər son iki-üç ildə qələmə alınmışdır. Və həmin məqalələrin hər
biri böyük sələflərin başladığı ədəbiyyat söhbətlərində müəllifin
mütəvaze bir iştirakıdır ki, bu söhbət neçə ki, Azərbaycan ədə-
biyyatı var davam edəcəkdir… Ümumiyyətlə, elə bir ədəbiyyat
yaradan xalq təsəvvür eləmək mümkün deyil ki, onun ədəbiyyat
barədə söz-söhbəti nə zamansa kəsilsin…
Oxuculara təqdim olunan məqalə və müsahibələrdə söhbət
bəzən ədəbiyyat hüdudlarından kənara çıxmalı, dil, din, mədə-
niyyət və s. məsələləri əhatə etməli olmuşsa da, kitabın (və söh-
bətlərin) əsas mövzusu dəyişməmişdir… Söhbət ədəbiyyatdan
gedir…
Ədəbiyyat söhbətləri
5
Azərbaycan poeziyası
Azərbaycan xalqının istər təsəvvüründə (ümumən dünya-
görüşündə), istərsə də yaradıcılıq təcrübəsində poeziya yalnız
söz sənəti və ya incəsənət deyil, həm də (əslində, daha çox) dün-
yanı bütün çoxspektrli təzahürlərilə ən kütləvi (və təbii, səmimi)
dərk etmək üsulu, onun magiyasına üstün gəlmək, nəticə etiba-
rilə, özünü (insanı!) təsdiq etmək metodudur. Odur ki, qədim
dövrlərdən bəri azərbaycanlı üçün şairlikdən böyük, şairlikdən
nüfuzlu, hətta şairlikdən müqəddəs məqam ya olmamış, ya da
çox az olmuşdur. Və təsadüfi deyil ki, bu ənənə son dövrə qədər
gəlib çıxmış, müasir Azərbaycan poeziyasının banisi, xalq şairi
Səməd Vurğuna nüfuzlu bir şəxsi həddindən artıq tərifləyəndə
özündən asılı olmayaraq demişdi ki, bəlkə də elədir, ancaq Şair
ki deyil.
Azərbaycan poeziyasını yaradanlar, bir tərəfdən, dünyanı
dərk etməyin mükəmməl bədii-fəlsəfi nümunələrini verirdilərsə,
digər tərəfdən, hər biri öz növbəsində epoxasının eyni dərəcədə
mükəmməl (və parlaq) bir Şair obrazını yadigar qoyub gedirdi-
lər:… Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif, Zakir, Seyid Əzim,
Sabir, Hadi, Cavid, Səməd Vurğun…
Ümumən dünya poeziyasının şedevrlərinə imza atmış Ni-
zami Gəncəvi «şeirdən ucalıq umma dünyada, çünki Nizamiylə
qurtardı o da» deyəndən bir-iki əsr sonra onun mütəfəkkir xələfi
Nəsimi eyni qürurla «həqq mənəm, həqq məndədir, həqq söylə-
rəm» deməkdən çəkinməmişdi. Dahi Füzuli isə Məcnun kimi
cahanşümül bir obrazı azərbaycanlı (türk) qiyafəsində dünyaya
yenidən gətirib ardınca söyləmişdi: «Məndə Məcnundan füzun
aşiqlik istedadı var, aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı
var»… Və «bənzərəm bir qocaman dağa ki, dəryada durar» de-
yən Sabir də, hər sözə özünəməxsus kinayə ilə yanaşsa da, bu
sözündəki Şair iddiası hər cür kinayənin fövqündə idi.
Dostları ilə paylaş: |