Ədəbiyyat söhbətləri
9
şüurun formalaşmasına, yəni XIX əsrə qədər poeziyanın əsas
qəhrəmanı Insan, XIX, xüsusilə XX əsrdə isə Millətdir. Lakin
müasir poeziyada Insan amilinin daha da gücləndiyi müşahidə
olunur ki, bu barədə hələ XX əsrin sonlarında Vaqif Səmədoğlu
xəbərdarlıq edərək şairləri «millət, dövlət mövqeyindən insana
enməy»ə çağırmışdı.
Azərbaycan poeziyası tarixinin birinci dövrünü antologi-
yada Xaqani ilə Nizami təmsil edirlər… Ümumiyyətlə, müsəl-
man intibahının məhsulu olan bu dövrün poeziyasında lirika
müəyyən yer tutsa da, əsas yaradıcılıq forması iri həcmli (və ge-
niş süjetli) poema-dastanlardır ki, onlar möhtəşəm mifik-tarixi
qəhrəmanların tərcümeyi-halı və ya taleyi kontekstində xeyir və
şərin əbədi mübarizəsindən danışaraq həmin mübarizənin fəlsə-
fəsini təqdim edirlər. Əlbəttə, bu fəlsəfə dərin idraki kökləri,
ümumbəşəri təcrübəsi olduğuna görə, kifayət qədər fundamen-
taldır. Qədim Şərq, eləcə də yunan (xüsusilə Sokrat, Platon,
Aristotel) intellektindən gələn ideyalar orta əsrlər müsəlman
müdrikliyi (və kanonları) süzgəcindən keçərək sinxron bir meta-
fizika təşkil etsə də, dövrün insanlıq idealı, xoşbəxt cəmiyyət
axtarışları modelləşmiş fəlsəfi normalarla bəzən açıq dialoqa
gətirib çıxarır.
Izzəddin Həsənoğlu, Nəsimi, Xətai, Füzuli ilə təmsil olu-
nan ikinci dövrün poeziyası həm məzmun, həm də formaca
əvvəlki dövrlərdəkindən əsaslı şəkildə fərqlənir. Hər şeydən
əvvəl o baxımdan ki, iri həcmli (və geniş süjetli) əsərlərdən, de-
mək olar ki, bütünlüklə imtina olunaraq lirika (onun ən populyar
janrı qəzəl) ön plana keçir… Bu dövrdə poeziyanın üç əsas qəh-
rəmanı var: Aşiq, Məşuq və Eşq. Aşiqin missiyası canını Məşu-
qa (canana) qurban veməkdən ibarətdir ki, bu, dolayısı ilə, ya-
xud simvolik olaraq, Yaradılanın (cüzün) Eşq yolu ilə Yaradana
(küllə) qovuşması ideyasını ifadə edir. Ümumiyyətlə, sufizm və
ya daha beynəlmiləl anlayışla «panteizm» adlanan həmin fəlsəfi-
estetik dünyagörüşün məzmununu Füzuli «eşqdir hər nə var
aləmdə, elm bir qeylü qal imiş ancaq» deməklə əks etdirirsə,
Nizami Cəfərov
10
şeirdən «elmilik» tələb etməklə onun mükəmməlliyinin əhəmiy-
yətini göstərir. Və Füzulinin şeirdə formaya – poetenologiyaya
həddindən artıq əhəmiyyət verməsi Mirzə Fətəlini «narahat»
etmiş, dahi sənətkar haqqında «Füzuli şair deyil, nazimi-ustat-
dır» demişdi… Yeni dövrün böyük mütəfəkkirinin yeni ideya-
estetik maraq mövqeyindən söylədiyi bu fikir, bir tərəfdən, sufi-
panteist poeziyanın fərdi üslub (şair!) müstəqilliyinə, demək olar
ki, heç bir şərait yaratmayacaq qədər kanonikliyini, digər tərəf-
dən, həmin poeziyanın ən böyük ustadının məharətini təsdiq
edir.
Vidadi, xüsusilə Vaqif Azərbaycan poeziyası tarixinin
üçüncü dövrünün ən görkəmli simalarıdır ki, onların yaradıcılığı
bilavasitə xalq (aşıq) şeirinə əsaslanmaqla milli intibah keyfiy-
yətində təzahür edir. Və bu dövrdə şifahi xalq şeirinin janrı olan
qoşma xüsusən ikinci dövrdə yazılı ədəbiyyatda möhkəmlənmiş
qəzəlin klassik nüfuzunu, demək olar ki, tamamilə sındırır. Eyni
zamanda poeziyaya güclü bir axınla ideya-məzmun xəlqiliyi,
realizm, kütləvilik gəlir… Nəticə etibarilə, yeni Azərbaycan şei-
rinin tarixi başlayır…
Ona görə də Azərbaycan poeziyası tarixinin dördüncü
dövrü həm də yeni Azərbaycan şeiri tarixinin ikinci dövrüdür…
Və bu dövr Zakir, Vazeh, Nəbati, Natəvan, Seyid Əzim… kimi
müxtəlif üslublu şairlərlə təmsil olunur ki, həmin müxtəlif
üslubluluq özünü həm ideya-məzmunda, həm də poetexnologi-
yada göstərir. Ən mühüm yenilik isə şeirdə realizmin, xüsusilə
tənqidi realizmin o dövrə qədər görünməmiş bir səviyyədə
güclənməsidir.
Məlum olduğu kimi, XX əsrin əvvəlləri Azərbaycanın
ictimai-siyasi, mədəni həyatında yalnız ideoloji yüksəliş deyil,
eyni zamanda ciddi ziddiyyətlər, qarşıdurmalar, kataklizmlər
dövrüdür. Və bunu dövrün Sabir, Səhhət, Hadi, Cavid… kimi
böyük söz ustalarının yaradıcılığı da nümayiş etdirir. Fikrimizcə,
əsas təzad ondadır ki, bir tərəfdən, türkçülük, islamçılıq və
müasirlik münaqişəsi son həddə çatır, digər tərəfdən isə, həmin
Ədəbiyyat söhbətləri
11
ideoloji cərəyanların vahid bir məcrada birləşməsi fikri müdafiə
olunur… Poeziya romantik və realist olmaqla biri digərini həzm
etməyən iki metodoloji cəbhəyə ayrılmaqla yanaşı, daha güclü
olan romantiklər də müxtəlif təmayülləri əks etdirirlər.
XX əsrin 20-ci illərindən etibarən meydana çıxan, 30-cu
illərdə isə artıq öz yaradıcılıq prinsiplərini müəyyənləşdirən poe-
ziyanın əsas nümayəndələri sırasına Səməd Vurğun, Süleyman
Rüstəm, Şəhriyar, Rəsul Rza, Məmməd Rahim, Mikayıl Müşfiq,
Əliağa Vahid, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Balaş Azəroğ-
lu, Hüseyn Arif, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Mədinə Gül-
gün, Qabil, Söhrab Tahir, Əli Kərim, Nəriman Həsənzadə, Xəlil
Rza Ulutürk, Cabir Novruz, Məmməd Araz, Tofiq Bayram, Fik-
rət Qoca, Musa Yaqub, Vaqif Səmədoğlu, Məmməd Ismayıl,
Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Zakir Fəxri, Vaqif Bayatlı
Odər, Zəlimxan Yaqub, Vaqif Bəhmənli… daxildirlər. Ən azı üç
nəsli təmsil edən həmin şairləri üslub, yaradıcılıq texnologiyası
baxımından ayıran cəhətlər az olmasa da, ideya-mövzu ortaqlığı
kifayət qədər çoxdur ki, buraya millilik, vətənpərvərlik, ümum-
bəşərilik, humanizm, məhəbbət, təbiət gözəllikləri ilk növbədə
aiddir. Xüsusilə birinci, eləcə də müəyyən qədər ikinci nəsil
«sosializm konyukturu»nun təsiri altında da olmuş, lakin etiraf
etmək lazımdır ki, ən məhdud ideoloji şəraitdə də milli məfku-
rənin (və «mənliy»in!) müdafiəsində məhz poeziya dayanmış, öz
məsləki yolunda məhrumiyyətlərə məruz qalmaqdan, qurbanlar
verməkdən çəkinməmişdir. Cavidin, Müşfiqin… faciəli taleyi
bunu sübut edir.
Poeziyaya 20-ci, 30-cu; 50-ci, 60-cı və 70-ci, 80-ci illərdə
gələn üç nəsil arasında əhəmiyyətli fərqlər mövcuddur. Xüsusilə
o baxımdan ki, birinci nəsildə ictimai tərənnüm, ikinci nəsildə
təzad, üçüncü nəsildə isə fərdi yaşantı aparıcı ideya-estetik me-
tod-təmayüllərdir… Yaradıcılığa 90-cı illərdə gələn nəsil isə,
Azərbaycanda, prinsip etibarilə, müstəqillik dövrünün poeziyası-
nı yaradır…
2016
Dostları ilə paylaş: |