Microsoft Word Cihaz elem haz texn. 2007. doc



Yüklə 4,94 Mb.
Pdf görüntüsü
səhifə42/87
tarix15.11.2018
ölçüsü4,94 Mb.
#79779
1   ...   38   39   40   41   42   43   44   45   ...   87

 
Şəкil 1.10. Çoхmövqeli generаtor ilə qаynаq 
məntəqələrinin cərəyаnlа qidаlаndırılmа sхemi 
 
Boş gedişdə generatorun e.h.q. yalnız  F
1
 maqnit seli ilə 
induksiyalanır. Bu zaman ardıcıl sarğıda cərəyan olmur. Generatorun 
gərginliyi qövsün yanmasını  təmin edir. Qaynaq zamanı rotorun 
sarğısında, beləliklə də həyəcanlayıcı ardıcıl sarğıda cərəyan yaranır. 
Bu halda F
2
 maqnit seli əmələ gəlir və e.h.q. F
1
+F
2
 maqnit sellərinin 
cəmi ilə induksiyalanma yaranır. Azalan xarici xarakteristikanı 
almаq üçün qaynaq generatorunun dövrəsinə  tənzimləyici ballast 
reostatları  4 qoşulur. Həyəcanlandırıcı paralel dolaq dövrəsinə 
qoşulmuş reostatla 2 generatorun gərginliyi tənzimlənir. Qаynаq 
cərəyаnı bаllаst reostаtının 4 müqаvimətini dəyişməкlə tənzimlənir. 
Sabit cərəyanla qaynaq qövsünü qidalandırmaq üçün 
yarımkeçirici elementlərdən yığılmış düzləndirici qurğulardan da 
istufadə edilməsi mümkündür. Müasir qaynaq texnikasında reaktiv 
dolaqlı  tənzimləyiciyə (drosselə) malik kombinə edilmiş (drossellə 
birgə  yığılmış), maqnit seyrəkləyiciliyi artırılmış  və mütəhərrik 
maqnit  şuntlu qaynaq transformatorlarından istifadə olunur. Onlar 
konstruksiyaları  və elektrik sxemləri üzrə bir-birindən fərqlənirlər. 
Qaynaq aparatları alçaldıcı transformatorlardan və xarici 
xarakteristikanı azaltmaq və qaynaq cərəyanını  tənzimləmək üçün 
qurğulardan (drossel, mütəhərrik maqnit şuntu, mütəhərrik dolaq) 
ibarətdir. Transformator qaynaq qövsünü gərginliyi 60÷70 V olan 


dəyişən cərəyanla təmin edir. Drosseli ayrı olan qaynaq aparatı (şəkil 
1.11) alçaldıcı transformator və drosseldən (cərəyan 
tənzimləyicisindən) ibarətdir. Transformator Tr qalınlığı 0,5 mm olan 
polad təbəqələrdən ştamplanmış içliyə (maqnit nəqledici) 2 malikdir. 
Birinci  1  və ikinci 3 dolaqlar içlikdə yerləşir. Tədric edilmiş 
məftildən hazırlanmış birinci dolaq 220  və ya 380  V  gərginlikli 
dəyişən cərəyan şəbəkəsinə birləşdirilir. 
 
Şəкil 1.11. Аyrılıqdа reакtiv dolаğı olаn qаynаq аpаrаtının sхemi 
 
Mis zolaqdan hazırlanmış ikinci dolaqda induksiya hesabına 
60÷70 V gərginlikli dəyişən cərəyan əmələ gəlir. Drosselin Dr dolağı 
4 (örtüksüz mis zolaqdan) ikinci dolağa ardıcıl birləşdirilməklə 
qaynaq dövrəsinə qoşulur. Drosselin içliyi üzərində drosselin dolağı 
olan tərpənməz hissədən 5 və vintli dəstəк 7 ilə hərəkət etdirilə bilən 
mütəhərrik hissədən  6 ibarətdir. Tərpənməz və mütəhərrik maqnit 
nəqlediciləri arasındakı  a  məsafəsi artırılıb–azaldıldıqda drosselin 
induktiv müqaviməti dəyişir və bununla qaynaq dövrəsində cərəyan 
dəyişmiş olur. a araboşluğunu artırdıqda drosselin maqnit 
 
nəqledicisinin maqnit müqaviməti və qaynaq cərəyanı yüksəlir. 
Əksinə a məsafəsi azaldıqda isə qaynaq cərəyanı da azalır. Kombinə 


edilmiş qaynaq transformatorlarında konstruktiv olaraq birinci və 
ikinci dolaqlar, həmçinin cərəyan tənzimləyici reaktiv dolaq eyni bir 
maqnit nəqledici içlikdə yerləşdirilir (şəkil 1.12a). Transformatorun 
maqnit nəqledicisi üzərində birinci 2  və ikinci dolaqlar 6 yerləşmiş 
əsas içlikdən  1  və üstündə drosselin dolağı  5 olan əlavə içlikdən  4 
ibarətdir.  Əlavə maqnit nəqledici  4  əsas içliyin üstündə yerləşir. O, 
tərpənməz və mütəhərrik hissələrdən ibarətdir. Onların arasındakı 
hava araboşluğu  a vintli cüt 3 vasitəsilə nizamlanır.  a artırıldıqda 
qaynaq cərəyanı yüksəlir. Artırılmış maqnit seyrəkləşdiricili və 
mütəhərrik maqnit şuntlu (şəkil 1.12b) qaynaq aparatları bütöv qapalı 
maqnit nəqlediciyə malikdir. Bu halda eyni içlikdə bir tərəfdə 
transformatorun birinci 4  və ikinci 3 dolaqları, o biri tərəfdə isə 
reaktiv dolaq 1 yerləşir. Onların arasında içlik, maqnitli şunt  2 
yerləşir.  Şunt birinci dolаqlаrın və reaktiv dolaqların  yaratdığı 
maqnit selini qapayır. Bununla seyrəkləyici maqnit seli əmələ gəlir. 
Bu isə xeyli induktiv müqavimət yaradır. Nəticədə transformatorun 
azalan xarici xarakteristikası  təmin olunur. Maqnit şuntunu maqnit 
seli istiqamətində  hərəkət etdirilməklə qaynaq cərəyanı nizamlanır. 
Şuntu irəli çəkdikdə birinci dolаqlаrın və reaktiv maqnit sellərinin 
seyrəkləşməsi azalır və qaynaq cərəyanı yüksəlir. 


Şəкil 1.12. Кombinə edilmiş (а) və mаqnit seyrəкləşdiricili mütəhərriк 
mаqnit şuntlu (b) trаnsformаtorlu qаynаq dövrəsinin sхemləri 
 
Son illərdə özügəzən avtomat başlığın və elektrik–posa 
qaynağının iki qövsünü qidalandırmaq üçün üç fazalı qaynaq 
transformatorları istifadə olunur. 
Dəyişən cərəyan qövsünün yanmasının sabitliyini yüksəltmək, 
bəzi hallarda isə sabit cərəyanın az güclü qövsü ilə  işləməni təmin 
etməк üçün osilyatordan istifadə olunur. Onlar sənaye tezlikli aşağı 
gərginlikləri yüksək gərginlik impulslarına və yüksək tezliyə çevirir. 
Bu impulsların təsiri nəticəsində qövsün dözümlü yanması  təmin 
olunur. 
Əriməyən elektrodlarla qoruyucu qaz mühitində qaynaq üçün 
sabit və dəyişən cərəyan mənbələrindən istifadə edilir. Qoruyucu qaz 
mühitlərində  əriyən elektrodla qaynaqda sərt və artan xarici volt-
amper xarakteristikalı xüsusi dəyişdiricilərdən, həmçinin sərt xarici 
xarakteristikalı düzləndiricilərdən istifadə edilir. Əl ilə qövslü 


Yüklə 4,94 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə