Microsoft Word Cihaz elem haz texn. 2007. doc



Yüklə 4,94 Mb.
Pdf görüntüsü
səhifə50/87
tarix15.11.2018
ölçüsü4,94 Mb.
#79779
1   ...   46   47   48   49   50   51   52   53   ...   87

 
   Şəкil 1.26. Uc-ucа qаynаq dövrəsinin və qаynаq mаşınının sхemləri:  
а-prinsipiаl qаynаq sхemi: 1-eleкtrodlаr-sıхıcılаr; 2-qаynаq edilən hissələr
3-trаnsformаtor; b-qаynаq mаşınının sхemi:1-çаtı;2  və 5-löv-hələr;3 və 7-
qаynаq edilən hissələr; 4 və 6-sol və sаğ sıхаclаr; -II dolаq 
 
Müqavimətli qaynaqda maşının sıxıcılarına bərkidilmiş qaynaq 
edilən hissələr 3 və 7 bir-birinə toxundurulur və sonra transformator 
dövrəyə qoşulur. Detаllаrın qаynаq yerləri plastik hala qədər qızan 
kimi cərəyan dövrəsi açılır və eyni zamanda onlar bir-birinə  sıxılır. 
Bu üsul ilə azkarbonlu poladlardan dairəvi və ya düzbucaqlı en 
kəsiyi 1000 mm
2
 -ə qədər olan, legirlənmiş poladlardan isə 20 mm
2 -
ə 
qədər hissələri qaynaq etmək olar. Müqavimətli qaynaq ilə  əlvan 
metallar və onların  ərintiləri (polad–mislə, tunc–mislə, müxtəlif 
markalı poladlar) yaxşı qaynaq olunur. Müqavimətli qaynaqda 
qızdırılma temperaturuna və qaynaq səthlərinin yüksək təmiz 
(qaynaq səthində oksidli birləşmələr olduqda qaynağın keyfiyyəti 
pisləşir) olmasınа dəqiq nəzаrət tələb olunur. Ona görə müqavimətli 


qaynaq geniş tətbiq olunmur. 
Fasiləsiz  əritmə ilə kontaktlı qaynaq aparmaq üçün maşının 
sıxaclarına bərkidilmiş hissələr cərəyan dövrəsinə qoşulmuş 
vəziyyətdə tədriclə bir–birinə toxundurulur. Bu halda qaynaq edilən 
səthlər əriməyə başlayır. Sonra onlar müəyyən edilmiş ölçüyə qədər 
oturtma ilə bir-birinə  sıxılır və  cərəyan dövrəsi açılır. Bu üsul ilə 
nazik divarlı borular, təbəqələr, relslər və s. məmulatlar qaynaq 
edilir. Həmçinin müxtəlif növ metallardan da qaynaq birləşmələri 
alına bilər. Keyfiyyətli birləşmə almaq üçün dairəvi çubuqların 
qaynağı zamanı onların uzunluğunun diametrinə nisbəti 0,4

0,7-dən 
az olmalıdır. Müqavimətli qaynağı aparmaq üçün cərəyan sıxlığı 
100

150  A/mm
2
, oturtma təzyiqi 25 MPa  həddə  və xüsusi güc 
0,15

1,0 KVA olur. 
Qaynağın üstün cəhəti prosesin yüksək məhsuldar, 
çatışmamazlığı isə metalın yanmaya və  sıçrantılara itgisinin xeyli 
yüksək olmasıdır. 
Fasiləli  əritmə ilə qaynaqda metalın kontakt səthləri cərəyan 
altında fasilələrlə bir–birinə  sıxılır və azacıq ayrılır. Maşının 
mütəhərrik sağ  sıxıcısının azacıq irəli-geri hərəkəti sayəsində 
hissələrin kontakt yerində  cərəyan dövrəsi açılır və qapanır. Bu 
əməliyyat səthin 800

900
0
C-dək qızmasına qədər davam etdirilir. 
Sonra əridilmə və oturtma prosesilə qaynaq aparılır. Bu üsul gücü az 
olan qaynaq maşını vasitəsilə azkarbonlu poladları qaynaq etməyə 
imkan verir. Qaynaq üçün cərəyan sıxlığı 10

25  A/mm
2
, oturtma 
zamanı isə 80 A/mm
2
-ə  qədər ola bilər. Adətən oturtmada xüsusi 
təzyiq 40

70 MPa həddində olur. Lazımi güc və elektrik enerjisinin 
sərfi müqavimətli qaynaqdakına nisbətən 2

5 dəfə az tələb olunur. 
 
1.18. Nöqtəli qaynaq 
 
 
Nöqtəli kontaktlı qaynaq birləşmənin konstruksiyasından asılı 
olaraq bir neçə variantda yerinə yetirilir və üst–üstə qaynaq 
birləşmələrinin alınmasında daha geniş  tətbiq oulnur. Nöqtəli 
qaynağı (şəkil 1.27a) yerinə yetirməк üçün qaynaq edilən hissələr 2 
elektrod tutucular 3 və xortumlar vasitəsilə transformatorun 4 ikinci 
dolağına birləşdirilmiş elektrodlar arasında sıxılır. Alt  xortum 
tərpənməz, üst xortum isə mütəhərrik hazırlanır və qaynaq zamanı 


sıxıcı  təzyiq mexanizmi ilə  hərəkətə  gətirilir. Hissələr elektrodlar 
arasında sıxıldıqdan sonra maşının transformatoru 4 elektrik 
dövrəsinə qoşulur. Ən yüksək istilik, dövrədə ən böyük müqavimətə 
sahib olan sahədə qaynaq edilən təbəqələrin 1 arasında elektrodlarla 
2  sıxılan birləşmə yerində  3 ayrılır. Bu zonada metal maye plastik 
hala kimi qızır və proses nüvənin  əmələ  gəlməsilə qurtarır (şəkil 
1.27b). Bundan sonra cərəyan kəsilir və təzyiq götürülür. Cərəyanın 
kəsilməsi və  təzyiqin götürülməsi arasındakı müddətdə nüvənin 
metalı  bərkiyir. Nöqtəli birləşmə  əmələ  gəlir. Cərəyan dövrəsinə 
birləşdirilmə  və ya elektrodların yerləşdirilməsindən asılı olaraq bir 
və iki tərəfli (şəkil 1.27c) nöqtəli qaynaq aparılır. İkitərəfli qaynaqda 
elementlerin hər birinə, birtərəfli qaynaqda isə onlardan yalnız birinə 
cərəyan verilir. Elementlərin kontakt yerində lazımi istiliyin 
ayrılması üçün onlara alt tərəfdən şuntlayıcı mis altlıq 6 sıxılır. 
 
Şəк. 1.27 Bir və iкitərəfli nöqtəli qаynаğın sхemləri: а-birtərəfli qаynаq: 1-
хortum; 2-qаynаq edilən hissələr; 3-eleкtrod tutuculаr; 4-trаnsformа-tor; b-


qаynаq nöqtəsi: 1-qаynаq edilən metаl2-eleкtrodlаr; 3-qаynаğın nüvəsi; c-
iкitərəfli nöqtəli qаynаq:  1-qаynаq edilən elementlər;  2-eleк-trodlаr;3-
qаynаq nöqtəsi; 4-trаnsformаtor; 5-sıхıcı qurşаq; 6-mis аltlıq 
 
Qaynaq tsikli qaynaq edilən hissələrin sıxılması, qaynaq 
cərəyanının təsiri və  sıxıcı qüvvənin götürülməsi periodlarından 
ibarətdir. Qaynaq prosesi sərt (cərəyanın sıxlığı 160

360  A/mm
2

tsikl müddəti 0,2

1,5 s) və yumşaq (cərəyan sıxlığı 70

160 A/mm
2

tsikl müddəti 2

3  s) rejimlərlə aparıla bilər. Qaynaq nöqtəsinin 
diametri qaynaq edilən hissələrin qalınlığından, qaynaq cərəyanının 
sıxlığı  və tsikl müddətindən asılı olur. dq.n  qiyməti elektrodun 
diametrindən  d
e
  asılı olaraq d
q.n
=(1

1,5)d
e
  üzrə hesablanır. 
Elektrodun diametri qaynaq edilən hissələrin ümumi qalınlığından 
3

mm artıq götürülür. Müхtəlif mаteriаllаr üçün аşаğıdакı qаynаq 
rejimləri məsləhət görülür. Qalınlığı 4 mm-ə  qədər olan azkarbonlu 
poladlar üçün cərəyan sıxlığı 300

360 A/mm
2
, tsikl müddəti 0,8

1,1 
s, xüsusi təzyiq 15

70  Mpa, qalınlığı 4 mm-dən çox olduqda isə 
xüsusi təzyiq 100

120  MPa-ya çatdırılır. Alüminium və  ərintiləri 
sərt rejimlə qaynaq edilir. Bu halda cərəyan sıxlığı 1600 A/mm
2
-ə 
qədər, xüsusi təzyiq 150 MPa-dan artır və tsiklin müddəti 0,1

0,25 s 
həddində olur. Bütün hallarda qaynaq edilən səth dəqiqliklə oksid 
təbəqəsindən təmizlənməlidir. 
 
1.19. Tikişli kontakt qaynağı
 
 
Tikişli кontakt qaynaqda elementlər üst-üstə, qaynaq cərəyanı və 
sıxıcı qüvvə ilə yüklənmiş  fırlanma hərəkətli diyircəkvari 
elektrodlarla fasiləsiz və ya fasiləli tikişlə birləşdirilir. 
Şəkil 1.28-də tikişli qaynağın sxemi göstərilmişdir. Tikişli 
kontakt qaynağın fasiləsiz, fasiləli və diyircəklərin periodik 
fırlanması ilə fasiləli alınan üsulları vardır. Bu halda qaynaq 
dövrəsinin fasiləli şəkildə açılıb-qapanması şəraitində bir-birini örtən 
nöqtələr şəklində yüksək keyfiyyətli tikişlər alınır. 


Yüklə 4,94 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə