Microsoft Word Cihaz elem haz texn. 2007. doc



Yüklə 4,94 Mb.
Pdf görüntüsü
səhifə49/87
tarix15.11.2018
ölçüsü4,94 Mb.
#79779
1   ...   45   46   47   48   49   50   51   52   ...   87

cərəyanları üçün buraxılır. Gərginliyin qiymətindən asılı olmayaraq 
elektrod məftili verici mexanizm məftilin sabit sürətlə qaynaq 
zonasına verilməsini təmin edir. Aparat şkafında qaynaq 
dövrəsindəki avadanlıqlara uyğun qaynaq cərəyanını  tənzimləyici 
cihazlar yerləşdirilib. Susuz mis kuporosu ilə doldurulmuş quruducu 
vasitəsilə karbon qazı  nəmlikdən təmizlənir. Karbon qazının 
qızdırılması elektrik qızdırıcılı elementlərə malik qızdırıcı ilə  təmin 
edilir. Qaynaq əksinə qütblənmə ilə qövsün sabit cərəyanla 
qidalandırılması  şəraitində aparılır. Qaynağı  dəyişən cərəyanla da 
aparmaq olar. Lakin bu halda qaynaq dövrəsinə osilyator qoşmaq 
lazımdır. Qaynaq üçün işlədilən məftil Sv-08QS, Sv-08Q2S markalı 
manqanı (Q) və silisiumu (S) artırılmış azkarbonlu poladdan 
hazırlanır. Karbon qazı mühitində qaz-elektrik qaynağı nazik 
çıхıntılаrı olаn hissələrdən birləşmə almaq üçün daha əlverişlidir. 
Qalınlığı 0,8

2  mm olan hissələri qaynaq etdikdə qaynağın 
parametrləri: elektrod məftilin diametri 0,5

mm; qaynaq cərəyanı 
6

12  A; qövsün gərginliyi 17

20  V; qövs yandırıcının 
çıхıntılаrından metala qədər olan məsafə 7

14 mm; qaynağın sürəti 
17

20 m/saat; qazın sərfi 5

l/dəq həddində dəyişir. Orta qalınlıqlı 
hissələrin qaynağı üçün isə qaynaq cərəyan  şiddəti 250

500  A
qövsdə gərginlik 26

34 V, yandırıcının çıхıntısı ilə metal arasındakı 
məsafə 15

25 mm, qaynaq sürəti 14

20 m/saat və qazın sərfi 8

16 
l/dəq olur. 
Qaynaq prosesində elektroda verilən hərəkət keyfiyyətli tikişin 
formalaşmasını təmin etməlidir. Şəkil 1.25-də karbon qazı mühitində 
çoxqatlı tikişin alınmasında elektrodun hərəkət sxemi verilmişdir. 
Qaynaq zamanı birinci qatda çatın əmələ gəlməsi təhlükəsini aradan 
qaldırmaq üçün qaynaq cərəyan şiddətini azaltmaq məsləhət görülür. 
Karbon qazı ilə qaynaqda ayrılan karbon oksidinin CO zəhərliyici 
təsirini azaltmaq lazımdır. Ona görə  də, rezervuarda və ya qapalı 
binalarda qaynaq zamanı yaxşı havalandırma aparmaq tələb olunur. 


 
Şəкil 1.25. Каrbon qаzı mühitində qаynаqdа eleкtrodun hərəкət sхemi: 
I-tiкişin I qаtı üçün; II-tiкişin II qаtı üçün; III-tiкişin III qаtı üçün 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
КONTАКTLI QАYNАQ 
1.16. Kontaktlı qaynağın mahiyyəti
 
 
Kontaktlı qaynaq təzyiq təsiri altında kontaktda olan birləşdirilən 
hissələrdən elektrik cərəyanı keçdikdə ayrılan istilik ilə aparılır. 
Kontaktda olan hissələrdən cərəyan keçdikdə ayrılan istiliyin 
miqdarı  Q=I
2
Rt düsturu ilə  təyin edilə bilər. Burada I–cərəyan 
şiddəti, A; R–qaynaq dövrəsində hissələrin kontaktda olan sahəsinin 
müqaviməti, Om; t–cərəyanın təsir müddəti, s. Düsturdan göründüyü 


kimi istiliyin miqdarı qaynaq dövrəsindəki cərəyan  şiddətindən 
asılıdır. Ona görə qaynaq edilən yerləri sürətlə  qızdırmaq üçün 
cərəyan artırılır və onun qiyməti bir neçə min amperə çatır. Qaynaq 
edilən detаllаrın kontakt səthində elektrik cərəyanına qаrşı 
müqavimət maksimum həddə olduğu üçün bilavasitə belə кiçiк səth 
üzrə güclü istilik ayrılır və metalın sürətlə qızması baş verir. Kontakt 
zonasında metalın temperaturu yüksəldikcə onun müqaviməti artır. 
Beləliklə, ayrılan istiliyin miqdarı da çoxalır və metalın qızması 
sürətlənir. 
Kontaktlı qaynaq rejiminin əsas parametrləri qaynaq cərəyanı, 
onun keçirilmə müddəti, sıxıcı qüvvə və onun təsir müddətinin işi ilə 
xarakterizə olunur. Cərəyan şiddəti və onun keçirilmə müddəti üzrə 
qaynaq rejimləri iki cürdir: sərt və yumşaq. Sərt rejim cərəyanın 
böyük və prosesin az müddətli olması ilə xarakterizə olunur. Belə 
rejim qızmaya həssas və tablama strukturu əmələ  gətirməyə meylli 
poladları, həmçinin asan əriyən metal  və  ərintiləri qaynaq etmək 
üçün istifadə edilir. Yumşaq rejim prosesin uzun müddətli və qaynaq 
edilən metalın tədriclə qızması ilə xarakterizə olunur. İstilik təsirinə 
həssaslığı  zəif olan karbonlu poladlar belə rejim ilə qaynaq edilir. 
Kontaktlı qaynaq üçün iştifаdə edilən maşınlar  əsasən elektrik və 
mexaniki hissələrdən ibarət olur. 
Maşının elektrik hissəsi transformatordan, cərəyan 
tənzimləyicidən, vaxt tənzimləyicidən, cərəyan ayrıcıdan, cərəyan 
naqilləri və qurğulardan ibarətdir. 
Bir fazalı birinci dolağı  şöbələrə ayrılmış  və pillə keçirici ilə 
ikinci dolaqda gərginliyin dəyişməsinə imkan verən 
transformatordan istifadə edilir. İlkin dolaqda gərginlik 220 və ya 
380  V, ikincidə isə  1

20  V olduqda qaynaq cərəyanı onlarla 
kiloamperə bərabər olur. 
Kiçik gücə malik maşınların transformatorlarının ikinci dolağı 
hava ilə soyudulan ayrı-ayrı mis zolaqlardan, orta və böyük gücə 
malik maşınlarda isə içi boş  və su ilə soyudulan mis borudan 
hazırlanmış dolaqlardan ibarət olur. 
Mexaniki hissə maşının gövdəsi və qaynaq edilən hissələrin 
dəqiq və tələb olunаn qüvvə ilə sıxılmasını təmin edən mexanizmdən 
(tərtibаtdаn) ibarətdir. Vaxt üzrə qaynaq cərəyanı  və  sıxıcı 


qüvvələrin dəyişməsini göstərən birləşdirilmiş qrafik tsikloqramma 
adlanır. Qaynağın tsiklləri dörd perioda malikdir: sıxma, qaynaq, 
döyülmə  və fasilə. Tsikl periodlarının müddəti dörd mövqeli 
tənzimləyici qurğu ilə  tənzimlənir: qaynaq periodu 0,03

6,75  s-ə 
qədər, qalanları 0,03

1,35 s-ə qədər olur. Kontaktlı qaynaq yüksək 
məhsuldarlıqlı prosesdir. Mexanikləşdirmə  və avtomatlаşdırmа 
imkanları sadədir. Uc–uca və xaçvari armatur hissələri təbəqə 
poladdan və ya aliminiumdan konstruksiya elementləri, boruları 
qaynaq etmək, həmçinin elektrik-quraşdırma işlərində mis və 
alüminium naqilləri uc-uca birləşdirmək üçün geniş istifadə edilir. 
Birləşmələr qaynaq edilmə formasına görə kontaktlı qaynaq, uc-uca, 
nöqtəli, tikişli və tikiş– uc–uca kimi üsullara ayrılır. 
 
1.17. Uc–uca кontакtlı qaynaq 
 
Uc–uca kontaktlı qaynaqda qaynaq edilən hissələr kontaktda olan 
tam səthlər üzrə birləşir. Uc–uca qaynağın prinsipal sxemi şəkil 
1.26a və b-də göstərilmişdir. Qaynaq maşınının çatısının  1  (şəkil 
1.26b) üstünə yerləşdirilmiş lövhələrə (2 və 5) yükləyici sıxıcılar (4 
və  6) bərkidilir. Sıxıcılara qaynaq edilən hissələr bağlanır və 
transformatorun ikinci dolağından  8  cərəyan verilir. Adətən, sol 
lövhə maşının çatısından təcrid edilmiş olur. Sağ lövhə  5 maşının  
çatısının istiqamətləndiriciləri üzrə düzxətli hərəkət etdirilə bilir. Az 
güclü maşınlarda hərəkət ling, yay ilə, böyük gücə malik maşınlarda 
isə elektrik, hidravlik və ya sıxılmış hava təsirli mexanizmlər 
vasitəsilə yerinə yetirilir. Qaynaq iki üsulla aparıla bilər: 
müqavimətli və fasiləsiz əritmə ilə. 


Yüklə 4,94 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə