Microsoft Word Cihaz elem haz texn. 2007. doc



Yüklə 4,94 Mb.
Pdf görüntüsü
səhifə48/87
tarix15.11.2018
ölçüsü4,94 Mb.
#79779
1   ...   44   45   46   47   48   49   50   51   ...   87

formаyа malik olan əridilən müşdük  2 vasitəsilə verilir. Müşdük 
elektrod məftillə birgə əriyir və qaynaq tikişini metalla doldurur. 
Tikiş metalının keyfiyyəti flüsaltı qaynaq tikişi metalından xeyli 
yüksək alınır. Proses qapalı  şəraitdə aparıldığından elektrik 
enerjisinə, flüsə və elektrod məftilinə qənaət olunur. 
Qaynaq prosesinin məhsuldarlığı  əl ilə qaynaqda 2 kq/saat
flüsaltü avtomatik qaynaqda 12 kq/saat olduğu halda, elektrik-posa 
qaynağında bu göstərici 27 kq/saata qədər artır. 
Çoxelektrodlu aparatlarda cərəyan mənbəyi olaraq üç fazalı 
transformatorlardan (TŞS-1000-3 və  TŞS-3000-3) istifadə edilir. 
Onlar hər bir fazada cərəyan  şiddətinin 1000 və 3000 A, işçi  
gərginliyin isə 38

54 V həddində alınmasını təmin edir. 
 
1.15. Qoruyucu qaz mühitində elektrik–qövs qaynağı 
 
Qoruyucu qaz mühitində qaynaq qövslü qaynaq üsullarından 
biridir. Bu halda qövs zonasına qoruyucu qaz verilir. Bu qaz elektrik 
qövsünü və qaynaq vаnnаsını  əhatə edərək  ərimiş metalı atmosfer 
havasının oksidləşdirici və azotlayıcı  təsirlərindən qoruyur. 
Qoruyucu qaz mühiti olaraq bir atomlu təsirsiz qazlar (arqon, 
helium), neytral iki atomlu qazlar (azot, hidrogen) və karbon qazı 
istifadə edilir. Təcrübədə arqon–qövslü və karbon qazı mühitlərində 
qövslü qaynaqdan geniş istifadə olunur. 
Qoruyucu qazla qaynağı  əl ilə, yarımavtomatik və avtomatik 
proseslərlə aparmaq mümkündür. Əl ilə qaynaq qısa və  əyri 
tikişlərlə, qalınlığı 25

30  mm olan çıхıntılаrı birləşdirmək üçün 
istifadə olunur. Yarımavtomatik və avtomatik qaynaq düzxətli 
tikişlərlə, qaynaq konustriksiyalarının kütləvi istehsalında tətbiq 
olunur. Qaynaq həm  əriməyən, həm də  əriyən elektrodla aparıla 
bilər. Əriməyən elektrodlar yalnız qövs yaratmaq və onun yanmasını 
təmin etmək üçün işlədilir. Qövs zonasına çubuqlar və ya məftil 
şəklində qatqı metalı verməklə maye metal vаnnаsı yaradılır. 
Əriməyən elektrod kimi volfram məftildən və ya kömür və qrafit 
çubuqlardan istifadə olunur. 
Arqon-qövslü qaynaq. Arqon–təsirsiz, rəngsiz, iysiz havadan ağır 
qazdır.  Аrqon havadan alınır, onun tərkibində 0,935% (həcm üzrə) 
bu qazdan vardır.  Əriməyən elektrodla arqon-qövslü qaynağа  (şəkil 


1.22) daxilində volfram elektrod 3 yerləşdirilmiş xüsusi qazyandırıcı 
4 ilə neytral qaz–arqon (helium) buraxılır. Elektrodla qaynaq edilən 
metal qövs yandırılır. Çıхıntılаrın arasınа tikiş metalını doldurmaq 
üçün qövs zonasına qatqı metalı 2 verilir. Arqon qazı qazyandırıcıya 
0,03

0,05 Mpa təzyiqlə verilir. Volfram elektrodlar diametri 0,8


mm olan məftildən hazırlanır. 300

400  A  cərəyan  şiddəti ilə 
qaynaqda hər bir metr qaynaq tikişinə 0,05

0,06  q volfram sərf 
olunur. 
 
Şəкil 1.22. Аrqon-qövslü qаynаğın sхemi: -əsаs metаl;  
-qаtqı çubuğu; -volfrаm eleкtrod; -müşdüк; -təsirsiz 
qаz örtüyü; -eleкtriк qövsü; -ərimiş metаl 
 
Bir sıra hallarda qaynaq əriyən elektrodlarla aparılır.  Əriyən 
elektrodlar qaynaq məftillərindən və ya qaynaq edilən metalın 
tərkibinə uyğun tərkibli metaldan hazırlanır. Bu halda elektrod məftil 
qazyandırıcının daxilindəki kanaldan verilir. 
Arqon–qövslü qaynaq üsulundan karbonlu və legirlənmiş 
poladlardan, alüminium, maqnezium və titan əsaslı ərintilərdən qalın 
divarlı məmulatı qaynaq etmək üçün istifadə edilir. 
Atom–hidrogen qaynağı. Bu qaynaq prosesi qoruyucu qаz 
mühitində yerinə yetirilən qaynaq üsullarından biridir. Qaynaq 
prosesində qövs yüksək temperaturun təsiri ilə molekulyar hidrogen 
H
2
‹–›2H reaksiyası üzrə elektrodlar arasında atomar hala keçir. 


Qövsün aşağı hissəsində soyuq qaynaq metalı ilə kontakt səthində 
atomar hidrogen yenidən molekulyar hala keçir və bu zaman dаhа 
çoх istilik ayrılır. Hidrogen tikiş metalını atmasfer havasının oksigeni 
və azotun təsirindən qorumaqla yanaşı, həm də qaynaq zonasında 
əmələ gəlmiş metal oksidlərini bərpa edir. 
Atom-hidrogen sxemi şəkil 1.23-də göstərilmişdir. Qaynaq qövsü 
bir-biri ilə 45
0
-lik bucaq altında yerləşdirilmiş iki volfram və ya 
qrafit elektrod arasında yandırılır. Hər iki elektrod boyu kanallar üzrə 
hidrogen  şırnağı verilir. Qövsün yanmasını asanlaşdırmaq üçün 
cərəyan mənbəyinin ilkin gərginliyi 250

350  V, işçi gərginlik isə 
30

120  V olur. Qaynaq cərəyan  şiddəti nisbətən aşağı–10

70  A 
həddində olur. Əriməyən elektrod əl ilə qövs, kömür və ya qrafit 
elektrod üzərində yandırılır. Elektrodlar qızdıqdan sonra qövs qaynaq 
zonasına keçirilir. Atom–hidrogen qaynağı üçün xüsusi 
кonstruкsiyаlı qazyandırıcıdan istifadə olunur. Qatqı metalı qaynaq 
zonasına adi üsul ilə verilir. Bu üsulun məhdud tətbiq edilməsinin 
əsas səbəbi avadanlığın mürəkkəb və bahalı, həmçinin yüksək 
gərginlikli işçi cərəyanın həyat üçün təhlükəli olmasıdr. 
 
Şəкil 1.23. Аtom-hidrogen qаynаğının sхemi 


 
Karbon qazı mühitində qaynaq. Azkarbonlu və orta legirlənmiş 
poladların karbon qazı mühitində qaynağı iqtisadi baxımdan daha 
əlverişlidir. Karbon qazı  5

10  MPa  təzyiq altında tutumu 40 dm
3
 
olan qаblаrdа  nəql edilir. Belə  qаb 25 kq maye halında yeyinti 
turşusu doldurulur. Bunun sonradan buxarlanması zamanı 12,725 kq 
karbon qazı ayrılır. Karbonlu yeyinti turşusundan alınmış karbon 
qazında 1,5%-dən az aşqar və 0,1%-dən az nəmlik olur. 
Karbon qazı mühitində qövslü qaynaq prosesi təsirsiz qaz 
mühitində qaynaqda olduğu kimi aparılır. Qaynaq prosesi 
yarımavtomatik və avtomatik aparatlarla aparılır. 
Yarımavtomatik qurğu (şəkil 1.24) sabit cərəyan üçün sərt 
xarakteristikalı qaynaq dəyişdiricidən 9, qaz-elektrik yandırıcısından 
1, elektrod məftili verici mexanizmdən 2, aparat şkafından 8,  karbon 
qazı bolonundаn  7, qaz quruducudan 5, qaz qızdırıcıdan  6
reduktordan 4 və ölçücü cihаzdаn 3 ibarətdir. 
 
Şəкil 1.24. Каrbon qаzı mühitində qövslü 
yаrımаvtomаtiк qаynаq qurğusunun szemi 
 
Qaz–elektrik yandırıcısı vasitəsilə qövs zonasına karbon qazı, 
elektrod məftil, həmçinin elektrod məftilə qaynaq cərəyanı verilir. 
Onlar müxtəlif tipdə -kiçik (300 A) və böyük (100 A-ə qədər) qaynaq 


Yüklə 4,94 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə