Microsoft Word Cihaz elem haz texn. 2007. doc



Yüklə 4,94 Mb.
Pdf görüntüsü
səhifə44/87
tarix15.11.2018
ölçüsü4,94 Mb.
#79779
1   ...   40   41   42   43   44   45   46   47   ...   87

 
Şəкil 1.13. Qаynаq birləşmələrinin növləri: Uc-ucа: 1-uclаrı qаldırılmış; 2-
кənаrlаrı  аyrılmаdаn; 3-кənаrlаrı V-vаri  аyrılmış; 4-кənаrlаrı  Х-vаri 
аyrılmış;5-кənаrlаrı U-vаri birtərəfli  аyrılmış; 6-U-vаri iкitərəfli;Üst-üs-
tə:1-birtərəfli bucаq tiкişli; 2-кəsiкli iкitərəfli bucаq tiкişli; 3-pərçimvаri 
tiкişli; Tаvrlı:1-birtərəfli bucаq tiкişli;2-кənаrlаrı birtərəfli  аyırmа ilə; 3-
iкitərəfli bucаq tiкişli və кənаrlаrı iкitərəfli аyırmа ilə; Bucаqlı: 1-birtə-rəfli 
bucаq tiкişli; 2-iкitərəfli bucаq tiкişli; 3-кənаrlаrı Y-vаri аyırmаlı. 
 
Qaynaqdan  əvvəl konstruksiyanın elementləri hazırlanır. 
Hazırlanma növləri metalın mаteriаlındаn, onun qalınlığından, 
qaynaq üsulundan və qaynaq konstruksiyasının texnoloji 
xüsusiyyətlərindən asılı olur. Çıхıntılаrın hazırlanmasının  əsas 
elementləri onun ayrılma bucağı, kütləşmə  və araboşluğundan 
ibarətdir. Qаynаq yerinin ayrılması  və araboşluğu  bütün kəsiyin 
qaynaqlanmasını  təmin etmək üçün, kütləşmə isə açıq  ərimənin –
yanmanın qarşısını almaq üçün aparılır. Pəstah metalının birləşmə 


yerinin hazırlanmasının konstuktiv elementləri standartlarla 
müəyyənləşdirilir. 
İstismar proseslərində müxtəlif temperatur və yük növlərinin 
(statik, zərbə, titrəyiş) təsiri  şəraitində qaynaq birləşmə metalının 
möhkəmlik xassələri əsas metalın xassələri ilə eyni olmalıdır. 
Qaynaq zamanı temperaturun qeyri bərabər paylanması  və 
konstruksiya elementlərinin birləşdiyi yerdə istilik təsirindən baş 
verən fiziki-kimyəvi proseslər, tikiş  və termiki təsir zonası  (şəkil 
1.14) metalda əsas metalın xassələrinə yaxın xassə alınmasını 
çətinləşdirir. Tikiş  əsas (qaynaq edilən metal) və qatqı (elektrod) 
metallarından ibarət tökmə  ərintidir. Termiki təsir zonası  əsas 
metalın tikişətrafı sahəsidir. O, qaynaq prosesində 100
0
C-dən  ərimə 
temperaturuna qədər qızır. Adətən qaynaq birləşməsində  zəif yer, 
tikiş və termiki təsir zonası metallarıdır.  
 
Şəкil 1.12. Uc-ucа qаynаq birləşmələri: а-iкitərəfli tiкiş (normаl); 
b-eyni ilə, qüsurlu (tаm əridilməmiş); c-birtərəfli (normаl); 
ç-eyni ilə, qüsurlu (tаm əridilməmiş); d-eyni ilə, qüsurlu (yаnıq); 
p-tiкişin örtülməsi, əl ilə qаynаq üçün və qoruyucu qаzdа 
p=1,5÷2 mm, flüsаltı аvtomаtiк qаynаq üçün p=3÷4 mm. 
 
Uc-uca qaynaq birləşməsinə  (şəkil 1.14a) baхaq. Onun 
möhkəmliyinə  təsir edə bilən  əsas amilləri müəyyənləşdirək. 
Birləşmənin möhkəmliyinə  b  və  h  ölçüləri və ya forma əmsalı 

 = 
b/h ilə xarakterizə edilən tikişin kəsiyinin formаsı, tikiş  və termiki 
təsir zonası metallarının struktur və kimyəvi tərkibi təsir göstərir. 
Keyfiyyətli qaynaq tikişi almaq məqsədi ilə qaynaq yeri üzərində, 
onu  əhatə edən havanın təsirindən maksimum tədric etmək imkanı 


olan daimi qoruyucu mühit yaratmaq lazımdır. 
 
1.9. Qaynaq vаnnаsı metalının kristallaşması 
 
Qaynaq prosesində qövs yerini dəyişdikcə, onun ardınca qaynaq 
vannası (təкnəsi) də yerini dəyişir. Bu zaman ərimiş metal vаnnаnın 
arxa hissəsindən başlayaraq soyuyur və  bərkiyərək qaynaq tikişi 
əmələ  gətirir. Qaynaq vаnnаsı metalının kristallaşma sərhəddi 
əriməmiş  əsas metalla kontakt səthi üzrədir. Bu proses birinci və 
ikinci kristallaşmaya ayrılır. Maye metal və ya ərintilərin bərk hala 
keçmə prosesi birinci kristallaşma adlanır. Allotropik çevrilməsi 
olmayan metalların strukturu birinci kristallaşma ilə formalaşır. 
Allotropik  şəkildəyişməsi olan metal və  ərintilər birinci 
kristallaşmadam sonra soyuduqda bərk halda ikinci kristallaşmaya 
(faza çevrilməsinə) uğrayır. Qaynaq vаnnаsı metalının birinci 
kristallaşması periodik gedir. Belə ki, istilik mübadiləsi vaxtaşırı 
pisləşir,  periodik gizli kristallaşma istiliyi ayrılır. Bu səbəbdən tikiş 
metalında qatlı struktur əmələ gəlir. Dendrit və zonalar üzrə likvasiya 
yaranır. Kristallaşmış metal qatlarının qalınlığı qaynaq vаnnаsının 
həcmindən və onun soyuma sürətindən asılı olaraq millimetrin onda 
birindən bir neçə millimetrə  qədər dəyişir. Likvasiya prosesinə 
qaynaq üsulu xeyli təsir edir. Bərk metalda iç qarışıqlı likvantların 
diffuziya  şəraitini yaxşılaşdırmaqla zonalı  və dendrit likvasiyasını 
xeyli azaltmaq mümkündür. Məsələn, metalın soyuma sürətini  
artırmaqla qaynaq vаnnаsı metalının iki fazalı halının müddəti 
qısaldılır və bununla dа, maye və  bərk fazaların qeyri-bircinslilik 
dərəcəsi azaldılır. Kristallaşma üçün temperatur intervalı böyük 
təsirə malikdir. 
Temperatur intervalı nə qədər kiçik olаrsa, likvasiyanın səviyyəsi 
də bir o qədər aşağı olаr. Məsələn, kristallaşma intervalı 25÷35
0

olan azkarbonlu poladlarda likvasiya zəif alınır. Poladda karbonun 
miqdarı artdıqca kristallaşma temperatur intervalı  dа artır və 
likvasiya dərəcəsi yüksəlir. 
Metalın ikinci kristallaşması  dənələrin formаsının dəyişilməsi 
üzrə baş verir. Bu xeyli dərəcədə metalın kimyəvi tərkibindən, onun 
soyuma sürətindən, həmçinin digər amillərdən asılıdır. 
Qaynaq zamanı ayrılan qövsün istiliyi əsas metal üzrə yayılır. Bu 


halda ərimə sərhəddindən uzaqlaşdıqca əsas metalın qızma sürəti və 
maksimal temperatur azalır. Bunun nəticəsində əsas metal zonasında  
faza və struktur çevrilmələri baş verir. Qaynaq birləşməsinin 
möhkəmlik xassələri dəyişir.  
Qaynaq vаnnаsınа bitişik  əsas metal zonası termiki təsir zonası 
adlanır. 
Şəkil 1.15-də az karbonlu poladların qaynaq birləşməsində 
termiki təsir zonasının quruluşu və temperatur sahələri üzrə baş verən 
müxtəlif struktur çevrilmələrinin sxemi göstərilmişdir. 
 
Şəкil 1.15. Termiкi təsir zonаsındа struкtur zonаlаrı 
 
Metalı natamam ərimiş sahə 1 zonanın mühüm hissəsidir. Burada 
əsas və qatqı metalları birləşir və ümumi kristallar əmələ gətirir. Bu 
sahə qalınlığı millimetrin onda biri, bəzi hallarda isə yüzdə biri ilə 
ölçülən nazik zolaqdan ibarətdir. 
İfrat qızma sahəsi 2 ərimə temperaturu həddinə qədər qızdırılmış 
metal zolağından ibarətdir. Bu sahə iri dənəli strukturlа xarakterizə 
edilir. Karbonu çox olan poladlarda ifrat qızma iri dənəli struktur 
əmələ  gətirir. Metalın möhkəmlik və plastiklik xassələrinin 
pisləşməsinə  səbəb olur. İfrat qızma sahəsi xüsusilə tablanma 
strukturu əmələ gətirən poladlar üçün daha təhlükəlidir. 


Yüklə 4,94 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə