Microsoft Word Cihaz elem haz texn. 2007. doc



Yüklə 4,94 Mb.
Pdf görüntüsü
səhifə43/87
tarix15.11.2018
ölçüsü4,94 Mb.
#79779
1   ...   39   40   41   42   43   44   45   46   ...   87

qaynaq məntəqəsinin avadanlığı qaynaq aparatından və ya 
generatordan, işçi stoldan və ya stenddən, bəndləyicidən, qalpaqdan, 
alətdən, elastik naqilli elektod tutucudan və  yığma-qaynaq 
tərtibatlаrından ibarətdir. Elektrik qövsünün infraqırmızı  və 
ultrabənövşəyi şüalarındаn, həmçinin metal tullаntılarının təsirindən 
qorunmaq üçün qaynaqçı qoruyucu şüşəli qalpaq, xüsusi iş kostyumu 
və əlcək ilə təmin edilir. 
 
1.7. Qaynaq məftili və elektrodlar. 
 
Elektrik qövslü qaynaqda əriyən metal elektrodlardan (polad, 
çuqun,  əlvan metallardan) və  əriməyən kömür, qrafit və volfram 
(təsirsiz qaz mühitində atom-hidrogen və arqon –qövslü qaynaqda) 
elektrodlardan istifadə olunur. 
Tikişi doldurmaq üçün qövs zonasına uyğun metallardan çubuq 
və ya məftil formаsındа qatqı materialı verilir. Əl ilə qövslü 
qaynaqda çubuqlar və ya örtüklü məftillər  şəklində  əsasən  əriyən 
elektrodlar istifadə olunur. Mexanikləşdirilmiş qaynaqda çılpaq 
elektrod məftildən (sarğı  şəklində) istifadə edilir. Elektrodların 
hazırlanması üçün (qaynaq məftili) diametri 0,3÷12 mm  həddində 
dəyişən soyuq çəkib–uzatma ilə alınmış  məftillərdən istufadə edilir. 
Diametri 0,3÷1,6 mm olan məftillər əsasən qoruyucu qaz mühitində 
yarımavtomat və avtomat qaynaq üçün işlədilir. Flüsaltı 
yarımavtomat və avtomat qaynaq üçün diametri 2÷6 mm olan 
məftillər işlədilir. Diametri 1,6÷12 mm olan məftillər elektrod 
çubuqların hazırlanmasında istifadə edilir. 
Kimyəvi tərkibinə görə qaynaq məftili üç əsas qrupa ayrılır: 
karbonun miqdarı 0,12%-dən az olan azkarbonlu polad məftillər (az 
və orta karbonlu və bəzən azlegirlənmiş poladları qaynaq etmək üçün 
istifаdə edilir); legirlənmiş poladdan məftillər (azlegirlənmiş, 
konstruksiya və istiliyə dözümlü poladları qaynaq etmək üçün 
istifаdə edilir) və yüksək legirlənmiş poladlardan  məftillər (xromlu, 
xromnikelli, paslanmayan və digər yüksək legirlənmiş poladları 
qaynaq etmək üçün istifadə edilir). 
Məftil C
B
 (qaynaq) indeksi və ondan sonra yazılan hərf və 
rəqəmlərlə markalanır. Hərfi işarələr məftilin tərkibində olan 
elementləri, hərfdən sonrakı  rəqəmlər isə  ərintinin tərkibindəki 


uyğun elementin faizlərlə miqdarını göstərir. C
B
 indeksindən sonrakı 
iki rəqəm yüzdə bir %-lə karbonun miqdarını göstərir. Məsələn, C
B
-
08XQ2S markalı  məftil 0,08% karbona, 1%-ə  qədər xroma, 2%-ə 
qədər manqana və 1%-ə qədər silisiuma malikdir. 
Mis və onun ərintiləri onlаrın uyğun  ərintilərindən hazırlanmış 
məftil və ya çubuq elektrodlarla qaynaq edilir. Alüminium və onun 
ərintiləri də uyğun olаrаq alüminium və onun ərintilərindən 
hazırlanmış məftillərlə qaynaq edilirlər. 
Bahalı legirlənmiş polad məftil  əvəzinə ovuntulu elektrod 
məftildən istifadə edilməsi daha əlverişlidir. Belə elektrodlar, polad 
lentdən düzəldilmiş borunun boşluğuna ferroərintilər, dəmir, qrafit və 
s. ibarət ovuntu qarışığını doldurmaqla hazırlanır. Ovuntulu 
elektodun diametri 2,5÷5 mm olur. 
Əl ilə qövslü qaynaq üçün məftillər 250÷350 mm uzunluqda 
kəsilir. Diametri 1÷2 mm olan elektrodlarla qalınlığı 2 mm-ə  qədər, 
diametri 3 mm olan elektrodlarla 2÷4 mm, diametri 4÷5 mm olan 
elektrodlarla 5÷10 mm, diametri 5÷8 mm olan elektrodlarla isə daha 
çox qalınlıqlı metallar qaynaq edilir. 
Qaynaq prosesində  ərimiş metalı oksigen və azotun mənfi 
təsirindən qorumaq və qövsün dözümlü yanmasını təmin etmək üçün 
əl ilə qövslü qaynaq elektrodları örtüklü şəkildə hazırlanır. Örtüklü 
elektrodlar nazik və qalın örtüklü formаlаrdа hazırlanır. Elektodların 
nazik örtüyü (təbaşir və  əlaqələndirici maye şüşə) qövsün dözümlü 
yanmasını  təmin edir. Nazik örtüklü elektrodlarla karbonlu 
poladlardan az məsuliyyətli birləşmələr qaynaq edilir. 
Məsuliyyətli birləşmələri qaynaq etmək üçün qalın örtüklü 
elektrodlardan istifadə olunur. Elektrodun qalın örtüyü aşağıdakı 
funksiyaları yerinə yetirir: а) qövsün dözümlü yanmasını (ionlaşdırıcı 
komponentlər –təbaşir, mərmər, potaş, və s.) təmin edir; b) ərimiş 
tikiş metalını havanın oksigeni və azotunun təsirindən (qaz əmələ 
gətirici maddələr –kraxmal, ağac unu, sellüloz və s.) qoruyur. Tikiş 
metalında  əmələ  gələn oksidləri oksigensizləşdirir (ferroərintilər, 
alüminium, qrafit və s.) və  bərpa olmayan oksidləri posaya çıxarır. 
Tərkibindəki legirləyici elementlərin (Fe–Mn, Fe–Si, Fe–Cr, Fe–Ti 
və s.) hesabına  əriyən tikiş metalının tərkibini istənilən istiqamətdə 
dəyişir.  Ərimiş tikiş metalından fosfor və kükürdü kənarlaşdırır. 


Tikiş metalının səthini posа (çöl şpatı –K
2
O, Al
2
O
3
 , SiO
2
, kvars –
SiO
2
, mərmər, manqan filizi və s.) qatı ilə örtür, onun soyuma 
sürətini azaldır və bununla qazların və qeyri-metal birləşmələrin tikiş 
metalı  səthinə  çıxmasına  şərait yaradır. Elektodun əsаs 
göstəricilərindən biri örtüyün kütləsinin elektrodun örtüklü hissəsinin 
kütləsinə nisbəti üzrə təyin edilən kütlə əmsalıdır. Örtüyün növü üzrə 
elektrodlar turşu, əsasi, sellüloz və rutil örtüklü olur. 
 
1.8. Qaynaq birləşmələrinin  əsas növləri və qaynağın metallurji 
prosesləri 
 
Qaynaq konstruksiyalarını hazırladıqda uc–uca, tavr, bucaq və 
üst–üstə birləşmələrdən istifadə edilir (şəkil 1.13). Uc–uca qaynaq 
birləşmələri möhkəmlik və texniki–iqtisadi göstəriciləri üzrə digər 
birləşmə tipləri ilə müqayisədə üstünlüklərə malikdir. Uc–uca 
birləşmələrin elementlərini birləşdirən tikiş –uc-uca, tavr və üst-üstə 
birləşmələrdə bucaq tikişi adlanır. Tikişin hesabi kəsiyini almaq üçün 
lazım olan gedişlərin sayından asılı olaraq, onlar birgedişli və 
çoxgedişli uc-uca bucaq tikişlərinə ayrılır. Pəstahları bütövlükdə eni 
üzrə birləşdirən tikiş bütöv, qaynaqlanan hissələri növbə üzrə 
qaynaqlanmamış sahələrlə əvəzlənən tikişlər isə fasiləli tikiş adlanır. 


Yüklə 4,94 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə