Microsoft Word Cihaz elem haz texn. 2007. doc



Yüklə 4,94 Mb.
Pdf görüntüsü
səhifə51/87
tarix15.11.2018
ölçüsü4,94 Mb.
#79779
1   ...   47   48   49   50   51   52   53   54   ...   87

 
Şəкil 1.28. Tiкişli qаynаğın sхemi: 1-diyircəк eleкtrodlаr; 
2-qаynаq edilən təbəqələr3-trаns formаtor 
 
Diyircəklərin periodik fırlanması ilə fasiləli qaynaqda sabit qüvvə 
ilə  sıxılma hаlı  təmin olunur. Diyircəklərin dayanma anında isə 
qaynaq dövrəsi qapanır (addımlı qaynaq). Bu üsulla qaynaq nöqtələri 
yaxşı formаlаnır və yüкsəк keyfiyyətli tikişlər alınır. Bununla yanaşı 
bu proses qaynaq maşınının konstruksiyasının mürəkkəb və 
məhsuldarlığının aşаğı olması ilə fərqlənir. 
Diyircəklərin fasiləsiz fırlanması ilə fasiləli qaynaq üsulu daha 
geniş istifadə edilir. Bu üsul ilə müxtəlif rezervuarlar və tutumların 
tikişləri, həmçinin təbəqə metallı konstruksiyalarda tikişlər yerinə 
yetirilir. 
Azkarbonlu və nazik paslanmayan poladlar (X18H9 tipli) tikişli 
qaynaqla yaxşı qaynaq edilir. Azkarbonlu poladdan ümumi qalınlığı 
2  mm-ə  qədər olan təbəqələr kontakt səthinin eni 6 mm olan 
diyircəklərlə qaynaq edilir. Bu halda sıxma qüvvəsi 4 kH-a qədər, 
qaynaq dövrəsində  cərəyanın impuls müddəti 0,04

0,06  s, onlar 
arasındakı fasilə 0,02

0,04 s həddində, qaynaq cərəyanı 8

16 kA və 
qaynaq sürəti ~2 m/dəq olur. Paslanmayan poladı qaynaq etdikdə 
qaynaq cərəyanı göstərilən  normadan 35

40% az götürülür. 
Alüminium və onun ərintilərindən təbəqələr qaynaq edildikdə qaynaq 
cərəyanı 22

40  kA, qaynaq sürəti 1 m/dəq-dən az, sıxma qüvvəsi 
2,5

5,4  kH, qaynaq cərəyanı impluslarının müddəti bir tsikl 
müddətinin 15

30%-ni təşkil edir. 


Tikişli uc-uca qaynaq ilə üst-üstə qoyulub qaynaq edilən 
təbəqələrin, diyircəkli elektrodların cərəyanla yüklənmiş 
vəziyyətində sabit qüvvə ilə sıxılması və bütöv kontakt səthləri üzrə 
birləşdirilməsi aparılır. 
Diyircəklərin fasiləsiz fırlanması ilə fasiləli qaynaq daimi qüvvə 
altında sıxılma ilə aparılan (şəkil 1.29) tikişli kontakt qaynaq 
üsuludur.  Əvvəlcə qaynaq üçün lazımi ölçüyə malik, yayılma ilə 
alınmış polad lentdən diyircəklər vasitəsilə formаlаşdırılmış boruvari 
pəstah  3 hazırlanır və uc-uca qаynаq səthləri  4 üstdə yerləşmiş 
vəziyyətdə olmaqla transformatordan 1 qaynaq cərəyanı ilə 
yüklənmiş diyircəklər  2 arasında sıxılmaqla qaynaq aparılır və 
fasiləsiz tikişli üst-üstə qaynaq ilə boru pəstahı alınır. Sonra tikişli 
boru kalibrləyici yayma valları arasından keçirilir. Tikişin çıxıntılı 
metalı  kəsilir, kəsiyin ölçüləri və formаsı düzləndirilir və onlar 
lazımi boru ölçüsündə  kəsilir. Bu üsul ilə divarının qalınlığı 
0,5

12,5 mm və diametri 14

400 mm olan tikişli borular hazırlanır. 
Qaynaq sürəti 10

15 mm/dəq-ə qədər olur. 
 
Şəкil 1.29. Borunun tiкişli uc-ucа qаynаq edilmə sхemi 
 
1.20. İmpulslu (kondensatorlu) qaynaq 
 
Bu yeni mütərəqqi kontaktlı qaynaq üsulunda proses enerji 
akkumuləedici qurğuda toplanmış enerji hesabına aparılır. Toplanmış 
enerji ilə kontaktlı qaynaq dörd üsul ilə  fərqlənir: kondensatorlu, 
elektrik–maqnit, inersiyalı  və akkumlyatorlu. Hazırda yalnız 


kondensatorlu kontaktlı qaynaq üsulu sənayedə geniş  tətbiq olunur. 
Kondensatorlu qaynaqda qidalandırıcı elektrik şəbəkəsindən enerji 
kondensatorun batаreyasında toplanır, sonra isə ehtiyat enerji 
bütövlükdə və ya onun bir hissəsi ani müddətdə qaynağa sərf olunur. 
Kondensatorlu qaynağın iki tipi vardır: kondensatorun bilavasitə 
qaynaq edilən metala boşalması  və kondensatorun qaynaq 
transformatorunun birinci dolağına boşalması ilə qaynaq. Birinci tip 
qurğunun sxemi şəkil 1.30-dа göstərilib. Kondensatorun tutqacları 
bilavasitə qaynaq edilən hissələrə 2 və 3 birləşdirilib. Bu hissələrdən 
biri sərt bərkidilib, o biri isə istiqamətləndiricilər  5 üzrə  hərəkət 
etdirilir. Mütəhərrik hissəni  2 saxlayan cəftəni  4 açdıqda yayın  1 
təsiri ilə bu hissə  2 sürətlə  tərpənməz hissə  3  tərəfə  hərəkət edir. 
Hissələr bir-birinə dəydikdə kondensatorun ehtiyat enerjisi hesabına 
güclü elektrik boşalması  əmələ  gəlir. Bu zaman hər iki hissənin 
qаynаq səthləri üzrə metal əriyir və qaynaq birləşməsi  əmələ  gəlir. 
İmpulsun qısa müddətli olması müxtəlif en kəsikli çubuqların qaynaq 
edilməsi üçün real imkan yaradır. 
 
Şəкil 1.30. Кondensаtorlu qаynаğın sхemi: 
C-кondensаtorun bаtаreyаsı; B-düzləndirici 
 
Kondensatorun yükünün qaynaq transformatorunun birinci 


dolağına boşalması ilə qaynaq, nöqtəli və tikişli birləşmələri almaq 
üçün tətbiq olunur. Bu üsul ilə qalınlığı 0,005

mm olan məmulat 
qaynaq edilir. 
Kondensatorlu qaynaq elektrik ölçü və təyyarə cihazlarının, saat 
mexanizmlərinin, fotoaparatların, optik cihazların və radiolampaların 
hazırlanmasında tətbiq olunur. 
Birləşmələrin möhkəmlik göstəricilərinin yüksək dərəcədə stabil 
olması,  şəbəkədən az enerji sərf edilməsi, dövrənin bərabər ölçüdə 
yüklənməsi və elektrik enerjisinə qənaət edilmə imkanı kondensator 
qaynaq üsulunun üstün cəhətləridir. 
 
II  FƏSİL:   QAZ QAYNAĞI 
2.1. Qaynaqda işlədilən qazlar
 
 
Qaz qaynağında birləşdiriləcək detаllаrın qаynаq səthini və qatqı 
materialını  qızdırmaq və  əritməк üçün qazların oksigendə yanması 
zamanı istiliк tələb olunur. 
Qaz qaynağının təsnifatı istifadə olunan yanar qazların növləri 
(asetilen–oksigen, hidrogen–oksigen, ağ neft–oksigen, benzin–
oksigen, propan–butan–oksigen) üzrə aparır. 
Qazlar havada yandıqda alovun temperaturu qaz–oksigen 
alovundakına nisbətən xeyli aşağı olur. Oksigen yanar qazların 
sürətlə yanmasını  və yüksək temperaturlu alovun alınmasını  təmin 
edir. 
Qaz qaynağında üç növ texniki oksigendən istifadə edilir. Həcm 
üzrə birinci növ oksigenin təmizliyi 99,7%-dən, ikinci növ 99,5%-
dən və üçüncü növ 99,2%-dən yüksək olmalıdır. Texniki oksigenin 
içqarışıqları azot və arqondan ibarətdir. Oksigenin təmizliyinin 1% 
azalması onun sərfini 1,5% artırır və qaynaq tikişinin keyfiyyətini 
pisləşdirir. 
Atmosfer təzyiqində və normal temperaturda oksigen sıxlığı 1,43 
kq/m
3
 olan rəngsiz və iysiz qazdır. Oksigen aşağı temperaturlu 
rektifikasiya üsulu ilə havadan alınır. Bu proses havanın  əsas 
təşкilediciləri azotun (-195,8
0
C) və oksigenin (-182,96
0
C) qaynama 
temperaturlarının müxtəlif olmasına  əsaslanır. Hava maye hala 
keçirilir və sonra tədricən temperaturu yüksəltməklə azot 
buxarlandırılır (78%). Qalmış oksigen (21%) təkrar rektifikasiya 


Yüklə 4,94 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə