Şəк.1.19. Qаynаq birləşməsində deformаsiyа və
gərginliкləri аzаltmаq üçün teхnoloji üsullаrın sхemləri
1.13. Avtomatik elektrik-qövs qaynağı
Flüsaltı qaynaq. Flüsaltı qaynaq avtomatik qurğu (qaynaq başlığı
və ya traktor ) vasitəsilə yerinə yetirilir. Bu qurğu elektrod məftilini
və flüsü qaynaq zonasına verir, qaynaq edilən tikiş boyu qövsün
hərəkətini və onun dözümlü yanmasını təmin edir.
Flüsaltı avtomatik elektrik-qövs qaynağının prinsipal sxemi şəkil
1.20a-da göstərilmişdir. Elektrod məftili 3 aparıcı 5 və sıxıcı 4
diyircəklər vasitəsilə qaynaq zonasına verilir. Qaynaq zonasında
birləşdirilən metalın 7 qаynаq səthləri bunkerdən 1 verilən flüs qatı
ilə örtülür. Flüs qatının qalınlığı təqribən 30
50 mm olur. Qaynaq
prosesində cərəyankeçirici müşdük 6 cərəyan mənbəyini elektrod
məftilin ucluğuna (kiçik məsafədə -40
60 mm) birləşdirir və onu
elektroda çevirir. Nəticədə avtomatik qaynaqda böyük qaynaq
cərəyanından istifadə etmək mümkün olur. Qövs 11 qaynaq edilən
metal ilə elektrod məftil arasında yanır. Qövs yandıqda üstdən ərimiş
posa 9 və əriməmiş flüs 8 qatı ilə örtülmüş maye metal vаnnаsı 10
əmələ gəlir. Əriməmiş flüs xortum 2 ilə sorularaq bunkerə qaytarılır.
Qövs zonasında əmələ gələn buxar və qazlar onun ətrafında qaz
boşluğu 12 yaradır. Qazların termiki genişlənməsi sayəsində təzyiqin
artması maye metalı qaynağın əks istiqamətinə sıxışdırır. Qövsün
özülündə (kraterdə) isə nazik metal qatı qalır. Belə hal əsas metalın
əriməsi üçün şərait yaradır. Qövs qapalı boşluqda yandığı üçün istilik
və sıçrantı itgiləri xeyli azalır. Qövs yerini dəyişdikcə ərimiş metal
soyuyur və qaynaq tikişi əmələ gətirir. Metala nisbətən aşağı ərimə
temperaturuna malik posa tikiş metalının soyuma sürətini azaltmaqla,
bir qədər sonra bərkiyir. Tikiş metalının uzun müddət maye halda
qalması və аşаğı sürətlə soyuması nəticəsində qazların və qeyri-metal
birləşmələrin səthə çıxmasına, yüksək sıxlığa malik təmiz səthli və
kimyəvi tərkibi üzrə bircinsli tikiş metalının alınmasına imkan verir.
Şəкil 1.20. Flüsаltı аvtomаtiк qаynаğın (а)
və аvtomаt-trакtorun (b) sхemləri
Flüsün əmələ gətirdiyi posa və elektrod məftil avtomatik
qaynaqda qövsün dözümlü yanmasını, tikiş metalının lazımi kimyəvi
tərkibdə və mexaniki xassələrə malik alınmasını, həmçinin posa
qabığının tikiş səthindən asanlıqla ayrılmasını təmin etməli və
məsaməliyin, çatların əmələ gəlməsinin qarşısını almalıdır.
Flüs ölçüsü 1
3 mm olan dənəvər şəkildə istifadə edilir. Onlar
hazrlanma üsuluna görə əridilmiş və keramik flüslərə ayrılır.
Əridilmiş flüslər şixtəni alovlu və ya elektrik sobalarında əridib,
sonradan dənəvərləşdirməklə alınr.
Yüksək manqanlı əridilmiş OÜC-45 və АN-348 markalı əridilmiş
flüslər və Sv-0,8; Sv-10; Sv-08QА markalı elektrod məftillərdən
geniş istifadə olunur. Keramik flüslər ovuntu şəklində ona
qarışdırılmış xüsusi elementlər hesabına tikiş metalını legirləməyə
imkan verir. Şəkil 1.20b-də elektrod məftilin verilmə sürətini
tənzimləyə bilən (qövsün uzunluğundan asılı olaraq) ADC-1000 tipli
avtomat–traktorun sxemi göstərilmişdir. Onun əsas düyünləri –
özüyeriyən arabacıq 1, sütun 2, idarəetmə düymələri 3, elektrod
məftil üçün baraban 4, köndələn tir 5, flüs üçün bunker 6, müşdüklü
8 qaynaq başlığı 7 və nişanlayıcıdır 9. Qövs üçün qidalandırıcı
mənbə olaraq transformatordan istifadə olunur. Avtomat rels
şəklində xüsusi istiqamətləndirici və ya bilavasitə məmul üzrə
hərəkət etdirməklə qaynaq aparıla bilir. ADC-1000 avtomat
300
1200 A cərəyan şiddəti ilə qaynaq aparmaq imkanına
hesablanıb. Bu halda qaynaq sürəti 10
70 m/saat həddində dəyişə
bilər.
Flüsaltı avtomatik qaynaq əl ilə qövslü qaynağa nisbətən bir sıra
üstünlüklərə malikdir. Belə кi, yüksək məhsuldarlığa malik olub, əl
ilə qaynağa nisbətən məhsuldarlığı 5
10 dəfə yüksəkdir. Qaynaq
cərəyanının yüksək olması əsas metalın ərimə dərinliyini artırır və
tikiş metalında elektrod metalının miqdarı 35%-ə qədər azalır
(örtüklü elektrodla qaynaqda –70%). Havanın oksigen və azotundan
təcrid edildiyinə və effektli legirləmə hesabına qaynaq tikişinin
keyfiyyəti yüksəlir. Elektrod metalına qənaət olunur. Əl ilə qaynaqda
yanıq və sıçrantı şəklində itgilər 20
30% həddində olduğu halda,
avtomatik qaynaqda itgilər 2
5%-dən az olur. Elektrik enerjisinə
30
40% qənaət edilir. Bununla yanaşı əmək şəraiti yaxşılaşır,
fəhlənin ixtisasına təlabat azalır. Lakin avtomatik qaynağın mənfi
cəhətləri də vardır. Qaynaq avtomatlarının manevr etmə qabiliyyəti
məhduddur və qaynaq əsasən aşağı vəziyyətdə aparılr.
1.14. Elektrik-posa qaynağı
Elektrik-posa qaynağında qaynaq edilən metalın qаynаq səthini,
elektrod məftilini qızdırmaq və əritməк üçün lazım olan istilik,
qaynaq cərəyanı ərimiş posadan keçdikdə ayrılır.
Elektrik-posa qaynağının sxemi şəkil 1.21a-da göstərilmişdir.
Məmulun qaynaq edilən səth yerləri 1 və posa saxlayıcı tərtibatlar
(mis sürüncəklər 2, başlanğıc lövhələr 3) arasındakı boşluğa flüs və
elektrod məftil verilir. Qaynaq prosesi elektrod məftil və başlanğıc
lövhə arasında yandırılır. Qövsün istiliyi ilə flüs və elektrod məftil
əridilir, maye posa qatı 5 ilə örtülmüş ərimiş metal vаnnаsı 4 əmələ
gəlir. Qaynaq cərəyanı ərimiş posadan keçdikdə onu 1600
1700
0
C-
dək qızdırır. Qızdırılmış posa vаnnаsındа yerləşmiş elektrod məftil
əriyir və qövs sönür. Sonrakı qövssüz ərimə prosesi qaynaq
cərəyanının posadan keçdikdə ayırdığı istilik hesabına baş verir.
Şəкil 1.21. Eleкtriк-posа qаynаğının sхemi: а-qаynаq
qurğusu; b-mürəккəb кonfiqurаsiyаlı tiкiş
Tikiş metala dolduqca su ilə soyudulan formаlаşdırıcı
sürüncəklər aşağıdan yuxarıya doğru hərəkət edir və qaynaq tikişi
alınır.
Elektrik–posa qaynağının üstünlüklərindən biri də bu proseslə
mürəkkəb konfiqurasiyalı tikişlərin alınmasının mümkün olmasıdır
(şəkil 1.21b). Bu halda elektrod məftili 3 qaynaq tikişinə 1 uyğun
Dostları ilə paylaş: |