167
əsaslandırarkən əlavə materiallardan istifadə etmək bacarığının formalaşdırılması
baxımından da əhəmiyyətlidir. Tədqiqat prosesində həmin
parçalardan mənbə kimi
istifadə edən şagirdlər müzakirədə onlardan sitatlar gətirirlər.
Məsələn, aşağıdakı sitatların ayrı-ayrı qrupların iş vərəqlərinə əlavə edilməsi
məqsədəuyğundur: “Elçin adamların xarakterindəki keçici, ötəri yox, mühüm,
təyinedici cəhətləri görür, işıqlandırır və bu işıq altında da onun yaddaqalan
obrazını yaradır... O, öz epik əsərləri ilə Azərbaycan romanının səviyyəsinin
yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir”. (
B. Nəbiyev)
“Elçinin dil spesifikliyi və özünəməxsusluğu bir yazıçı kimi qabarıq keyfiyyət-
lərindəndir. Elçinin yaradıcılığının əsas xüsusiyyətlərindən biri obrazların reallığı,
dinamikliyidir”. (
Y. Səmədoğlu)
“Bu böyük yazıçının bədii təsvir
vasitələri elədir ki, onun əsərlərini oxuduqda,
elə bil mahir bir rəssamın fırçası ilə canlandırılmış tablolara tamaşa edirsən”.
(
T.Salahov)
“Elçinin əsərləri işıqlı, nikbin hislərlə, həyat eşqi və insana hərarətli, lirik
məhəbbətlə aşılanmışdır... O, insanı daxildən, psixoloji aləminin mürəkkəbliyi ilə
təsvir edir, rənglərin zənginliyinə fikir verir”. (
M. İbrahimov)
Qrupların təlimatlandırılması məqsədəuyğundur. Tapşırıqların məzmunundan
asılı olaraq, bu, fərqli məzmunda ola bilər.
Məlumat mübadiləsi və müzakirəsi. Qruplar tədqiqatın
nəticəsi olaraq, öz
cavab variantlarını, əldə etdikləri nəticələri təqdim edirlər. Məlumat mübadiləsi
prosesində hər qrup araşdırmasının nəticəsi barədə digər qruplarda dolğun təsəvvür
yaradır.
Qrupun sözçüsünün çıxışı ilə əlaqədar digər qrup üzvlərinin suallarla
müraciət etməsi, fərqli fikirlərin, mübahisəli məqamların olması, nəticə etibarilə
məlumat mübadiləsi mərhələsinin müzakirə ilə qovuşması təqdir olunmalıdır.
Müzakirə prosesinin özündəcə müxtəlif təlim metod və priyomlarından (əqli
hücum,
müqayisə, şaxələndirmə və s.), cədvəllərdən istifadə məqsədəuyğundur.
Məsələn, Əliabbas kişi obrazını səciyyələndirən şagirdlər həm əsərdən – müəllifin
və digər obrazların mülahizələrindən, həm də öz həyat təcrübələrindən,
müşahidələrindən çıxış etməlidirlər. Bu baxımdan, müqayisə və diskussiyadan
istifadə yerinə düşür. Əliabbas kişi ilə cavan ustanın qarşılaşdırılması onların
həyata baxışı arasındakı fərqin aşkara çıxarılmasına səbəb olur, bu isə müəllif
mövqeyinin aydınlaşdırılmasına imkan verir. Müzakirənin diskussiya məzmunlu
olması üçün – Sizcə, kim haqlıdır, Əliabbas kişi, yoxsa cavan usta? Nə üçün? –
tipli suallardan istifadə edilir.
Müzakirə zamanı müəllim bütün şagirdlərin fəallıq göstərməsinə, öz
mülahizələrini, qənaətlərini əsaslandırmalarına diqqət yetirir. Fikirlərini əsaslan-
dırarkən şagirdlərin bədii mətndən
nümunələr gətirmələrinə, sitatlardan istifadə
etmələrinə, şəxsi təcrübə və həyati müşahidələrinə müraciət etmələrinə diqqət
yetirilir. Müzakirə prosesinə nəzarət təlim nailiyyətlərinin dəyərləndirilməsi
baxımından əhəmiyyətli olduğundan müəllimin formativ qiymətləndirmə kitab-
çasında müvafiq qeydlər aparması məqsədəuyğundur.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Bu,
həyata keçirilmiş
bütün işlərin əsasında ümumiləşdirmənin aparılması,
deyilmiş fikirlərin vahid
168
ideya halına salınması
mərhələsidir. Bu mərhələdə müəllimin istiqamətləndirici
sualları da əhəmiyyətli rol oynayır.
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, peşəsini sevən, mahir sənətkar
olan Əliabbas kişi xeyirxahlığı, ləyaqəti, əməksevərliyi ilə insanların dərin
rəğbətini qazanmışdır. Ustanın ailəsi: övladları, nəvələri də ona xas olan ləyaqət,
saflıq, əməksevərlik, təvazökarlıq, ailəcanlılıq kimi keyfiyyətləri mənimsəmişlər.
Yazıçı təsvir
olunan hadisənin həyatiliyini, obrazların özünəməxsusluğunu əks
etdirmək üçün dilimizin zəngin imkanlarından, bədii təsvir və ifadə vasitələrindən
sənətkarlıqla istifadə etmiş, maraqlı süjetə, bitkin kompozisiyaya malik sənət əsəri
yaratmağa nail olmuşdur.
Çıxarılmış başlıca nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə
müqayisəsinə, tədqiqat sualı ilə necə səsləşməsinə diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın
evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Mövzu: Elçin. “Talvar” – 4 saat
Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş
Standartlar
Təlim nəticələri
1.1.1.
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2.
Əsəri ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.5.
Əsərdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
1.2.3.
Əsərin təsir gücünün artmasında bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Əsərin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh edir,
onlara əsaslandırılmış münasibət bildirir.
2.1.2.
Əsərin mövzusuna müqayisələr, ümumiləşdirmələr
aparmaqla münasibət bildirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların
dinlənilməsi və müza-
kirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyar-
larından istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Şagirdlərə əmək mövzusunda oxuduqları
əsərləri xatırlatmaq təklif olunur. Müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi
ilə yekunlaşır
.
Tədqiqat sualı: Müxtəlif sənətkarların əmək mövzusunda yazdıqları əsərlərdə
hansı oxşar cəhətlər ola bilər?
Şagirdlərin fərziyyələri dinlənilir və qeyd edilir.