Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə12/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      29 
maları lətifələrin daha çox onların adı ilə bağlanmasına səbəb olmuşdur.
 
Molla  Nəsrəddin  lətifələri  və  onun  özü  bir  şəxsiyyət  kimi  Azər-
baycan  mühacirət  folklorşünaslığında  ayrıca  tədqiqat  obyektinə  çevril-
mişdir.  Belə  ki,  professor  Əhməd  Cəfəroğlu  onunla  bağlı  araşdırmalar 
aparmış,  İstanbul  Universitetinin  “Türk  dili  və  ədəbiyyatı”  dərgisinin 
1959-cu il 9-cu sayında “Xoca Nəsrəddin” (7) adlı məqalə nəşr etdirmiş-
dir. Qədir İsmayıl bu tədqiqatı Azərbaycan türkcəsinə çevirərək 1999-cu 
ildə 2 aprel tarixli “Ədəbiyyat qəzeti”ndə də nəşr etdirmişdir. 
Məlumdur  ki,  Molla  Nəsrəddinin  şəxsiyyəti  ilə  bağlı  Azərbaycan 
folklorşünaslığında  müxtəlif  mülahizələr  mövcuddur.  Bu  gülüş  ustasını 
Xacə Nəsirəddin Tusinin prototipi kimi təqdim edilməsi ən cox yayılmış 
fərziyyələrdəndir. Belə ki, M.Təhmasib Molla Nəsrəddinlə bağlı araşdır-
maları xülasə edərkən, Nəsirəddin Tusinin XIII əsrdə yaşamasını, “Xoca” 
titulunu daşımasını, “Əxlaqi-Nasiri” əsərində bir sıra lətifələrin mövcud-
luğunu  və  s.  nəzərə  alaraq,  onların  eyni  şəxsiyyət  olma  ehtimalını  irəli 
sürmüşdür  (19,  3-4).  Lakin  A.Nəbiyev  tutarlı  dəlillərlə  bu  mülahizənin 
həqiqətə uyğun olmadığını qeyd etmişdir (21, 308).  
Təhmasib  Fərzəliyev  isə  lətifə  qəhrəmanlarını,  o  cümlədən  Molla 
Nəsrəddini  hər  hansı  bir  dövrlə  və  ya  tarixi  şəxsiyyətlə  bağlanmasının 
düzgün olmadığını bildirmiş və yazmışdır: “... lətifələrin də qəhrəmanları 
hər hansı bir tarixi şəxsiyyətin bədii əksi, prototipi deyil, xalqın əsrlərdən 
bəri yaratdığı ümumiləşdirilmiş surətdir” (5, 244).  
Qeyd  etmək  lazımdır  ki,  professor  İsrafil  Abbaslı  “Azərbaycan  ləti-
fələrinin  tədqiqi”  məqaləsində  T.Fərzəliyevin  Molla  Nəsrəddinin  şəxsiy-
yətilə  bağlı  mülahizələrində  haqlı  olduğunu  bildirməkdədir:  “Tədqiqatçı 
(T.Fərzəliyev nəzərdə tutulur – A.H.) doğru olaraq lətifələri xalq yaradıcılı-
ğının  məhsulu,  Molla  (Xoca)  Nəsrəddini  isə  xalq  fikri,  dühası  ilə  səsləşən 
monumental bədii folklor obrazı kimi xarakterizə etmişdir” (1, 401).  
Muxtar  Kazımoğlu  isə  həmin  mülahizələri  daha  da  dəqiqləşdirmiş 
və  “Folklorda  gülüşün  bəzi  ümumi  məsələləri”  məqaləsində  yazmışdır: 
“Kosa,  keçəl,  Molla  Nəsrəddin  və  Bəhlul  Danəndə  ilə  bağlı  folklor  nü-
munələri  bir  fərdin  yox,  məhz  kollektiv  yaradıcılığın  məhsulu  olduğun-
dan  həmin  nümunələrdə  tənqid  edən  şəxsiyyət  və  tənqid  olunan  dünya 
modeli  axtarmaq  özünü  doğrultmur.  Çünki  xalq  yaradıcılığında  tənqid 
edən  fərd  tənqid  olunan  dünyanın  tərkib  hissəsidir.  Kosa,  keçəl,  Molla 
Nəsrəddin və Bəhlul Danəndə ətrafdakılara gülməkdən daha çox, ətrafda-
kılarla birlikdə gülürlər” (14, 48).  
Fikrimizcə,  T.Fərzəliyevin,  o  cümlədən  İ.Abbaslının,  M.Kazımoğ-
lunun mülahizələri daha çox həqiqəti əks etdirməkdədir.  
Mühacirət  folklorşünaslığında  yuxarıda  bəhs  olunan  fərziyyələr, 


Dədə Qorqud ● 2014/I I                                                                      30 
ümumiyyətlə, xatırlanmamış, Xoca Nəsrəddin tarixi şəxsiyyət kimi sayğı 
ilə  təqdim  olunmuşdur.  Belə  ki,  Əhməd  Cəfəroğlu  Xoca  Nəsrəddinin 
“təxminən 700 il bundan öncə”, yəni XIII əsrdə Ağşəhərdə ömür sürmüş 
bir oğuz türk mütəfəkkiri kimi milli kültürümüzdə dərin izlər qoyduğunu 
bildirməkdədir. 
Ə.Cəfəroğlu Xoca Nəsrəddin lətifələrinin əhatə dairəsindən, mövzu 
rəngarəngliyindən  bəhs  edərkən,  bu  hərtərəfli  yaradıcılığı  “türk  ictimai 
həyatının  dünyaya  baxış  və  görüş  tərzini,  məişət,  adət  və  ənənələrini 
özündə toplayan bir növ ensiklopediya”, özünü isə böyük bir iftixarla bü-
tün türkdilli,  həmçinin  digər  dünya  xalqları  tərəfindən  birmənalı  şəkildə 
yalnız sevgi ilə anılan “hər iki: doğma və yabançı dünyalarda əzəmətli bir 
mütəfəkkir, bir xalq adamı” adlandırmışdır (8). 
Mühacirət  folklorşünaslığının  digər  nümayəndəsi  Xavər  Aslan 
“Sözlü ədəbiyyatımızda həcv” məqaləsində: “Həcvin ən dolğun və gözəl 
örnəklərini  dədələrimiz  mənalı  fıkralara  (lətifə  –  A.H,)  sığdırmış,  bu 
sahədə misilsiz sənət əsərləri yarada bilmişlər... Qorxu, zülm, dəhşətli sa-
vaş və basqıların sürdüyü dönəmlərdə ata-babalarımız duyğu və düşüncə-
lərini fıkralara yerləşdirməyi, sığdırmağı daha uyğun və münasib bilmiş-
lər”  (4,  6-7)  –  yazaraq,  lətifələr  və  onların  mövzu  dairəsi  haqqında  qısa 
məlumat  vermişdir.  Xavər  xanım  Molla  Nəsrəddin  lətifələrinin  digər 
xalqların (gürcü, erməni) ədəbiyyatına təsirindən bəhs etmiş, məqaləsinə 
bir neçə örnək daxil etmişdir. 
Regional  lətifələrə  isə  mühacirət nəşrləri  içərisində C.Hacıbəylinin 
“Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” (9) əsərində təsa-
düf  edilməkdədir.  Tədqiqatın  fəsillərindən  biri  “Yerli  şəxsiyyətlər  haq-
qında məzəli və ya baməzə lətifələr” (10, 20-23) adlanır ki, burada Qara-
bağ regionuna (müəllifin qeydlərinə görə Şuşaya) aid lətifələr toplanmış-
dır. Həmin lətifələrin qəhrəmanları arasında mayor Səfi bəy, Əbdürrəhim 
bəy, Hüseyn bəy, Mustafa bəy və başqalarının adına təsadüf etmək olar.  
Almaniyada  mühacir ömrü sürən Behruz Həqqinin Köln şəhərində 
1997-ci və 1998-ci illərdə nəşr etdirdiyi “Ata sözlərinin kökləri və şifahi 
xalq ədəbiyyatından örnəklər” (11) adlı kitabının mühüm bir qismi zərbi-
məsəllərin (deyimlərin) və atalar sözlərinin tanıtdırılımasına, təbliğinə və 
tədqiqinə  həsr  edilmiş  “Ata  sözlərinin  kökləri”  fəslində  tarixən  müxtəlif 
əfsanə,  nağıl,  rəvayət  və  s.  ilə  yanaşı,  lətifələrlə  bağlı  (“Yetimə  ağlayan 
çox  olur,  çörək  verən  az  olur”,  “Hər  rəngdən  görmüşdüm,  bu  rəngdən 
görməmişdim”,”Eşşəyin  quyruğu  əvvəldən  yoxmuş”  və  s.)  yaranan  de-
yimlər də toplanmışdır.  
Ümumiyyətlə,  Azərbaycan  folklorşünaslığında  lətifələr  təsnif  edi-
lərkən,  siyasi  məzmunda  olanlar,  demək  olar  ki,  nəzərə  alınmamışdır. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə