Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə20/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      50 
Ninnilərdə ata, ana, bacı-qardaş, ana nənə, ata nənə, baba, xala, da-
yı, əmi, yengə və görümcə (baldız) bəhsi keçən əqrəbalardır.*
 
Ata-ananın o andakı və ya gənəl anlamdakı duyğusal durumuna gö-
rə  ninnilər  də  yer  alır.  Ana  ərindən  razıdırsa,  bənzətmələrində  müsbət 
çağrışım yapacaq ünsürlər kullanır. Örnəyin, altın saat, aslan kimi, qaplan 
kimi, bəylər eşi və bəylər başı, aslan ürəkli, yaş igid, çorak (quraqlıq) ye-
rin  gülü,  naz  çəkər,  əzizdir  ifadələri  bu  hoşnutluğu  yansıtır.  Qadın  ərin-
dən  çox  da  razı  deyilsə,  bunu  ninnisində  keçəl  xoruz,  dəvə,  meyxanada 
içən və arvadının bilərziyinin pulunu xərcləyən şəklində dilə gətirir. Nin-
nilərdə toy cahil oğlan, cahil adam sifətləri ərin gəncliyi  və təcrübəsizli-
yini ifadə etmək üçün kullanılır. Ova getmək və ata minmək kişilər/atalar 
üçün önəmli özəlliklərdir.  
 
Dandini, dandini danası, 
Nerdə qaldı atası? 
Hangi meyxanədə zıkkımlanır, 
Getdi yenə bilərziyin parası (11, 23). 
 
Dandini, dandini danası, 
Keçəl xoruz atası. 
Xınalı qadın anası, 
Neen, neen, neen (12, 370) 
 
Cigim (küçük bacı-qardaşım) övməli, 
Ön yaxası düvməli, 
Cahıl adam kakası (atası), 
Çəpəkli gəlin ecəsi (14, 239). 
 
Yırtıq fərracəli (çadralı) teyzəsi var, 
Pırasa (kəvər) bıyıklı dayısı var, 
Aslan kimi atası var, 
 
_____________________ 
*Bu  adlandırmalar  türkcənin  fərqli  ləhcələrində  söylənən  ninnilərdə  də  belədir. 
Özbək türkcəsi: dada-ata, apa-böyük bacı, ini-qardaş, singli-bacı, bova-baba, doyi-dayı, 
karındaş-qohum, aka-böyük qardaş, amma-bibi, holi- xala, anne-ana, moma-nənə, eke- 
böyük qardaş, ate-ata; Qırğız türkcəsi: qayın-baldız, cenge-əminin arvadı, cezdeke-kürə-
kən; Altay türkcəsi: ada-ata; Kumuk türkcəsi: aba-ana; Qazax türkcəsi: apa-böyük bacı, 
jezde-kürəkən,  apa-böyük  bacı;  Çuvaş  türkcəsi:  piççü-böyük  bacı,  annü-ana,  aşu-ata, 
appu-  böyük  bacı;  Dobruca  türkcəsi:  kartana-nənə;  Qaqauz  türkcəsi:  bebu-nənə,  dedu-
baba; Türkmən türkcəsi: çaga-uşaq, kaka-ata, dede-baba, ece-ana, cigi-kiçik bacı və qar-
daş, ene-nənə, aga-əmi, böyük qardaş; Türkiyə türkcəsi: kardeş-bacı və ya qardaş, anne-
ana,  baba-ata,  nine-nene,  dede-baba,  teyze-xala,  kaynana-qaynana,  amca-əmi,  dayı, 
hala-bibi, kaynata-qaynata, yenge-əminin arvadı/qardaşın arvadı). 


Dədə Qorqud ● 2014/I I                                                                      51 
Qaplan kimi atası var! 
Ninni, yavruma, ninni! (4, 276) 
 
Ana  qavramı  ninnilərdə  gəlin  və  qayınananın  bir-birləri  haqqında 
söylədikləri  şəklindədir.  Ana  kəndisini  önəmsədiyini  xatun  xanım,  huri 
pəri,  qaymaq  sözləri  ilə  göstərir.  Ana  körpəsi  üçün  “kamil-kamil  baxışı, 
kibar  yatışı”  deyərkən,  əslində,  dolaylı  yoldan  kəndisini  anlatmaqdadır. 
Xınalı qadın, alma yanaqlı, süslü gəlin sifətləri ilə toplumun gözəllik an-
layışının  ipuçlarını  verən ana ninnisində söylədiyi qoruyucu və əziz kəl-
mələri ilə analığa yüklənən özəllikləri dilə gətirməkdədir.  
 
Ninna ninnası gəlmiş, 
Yatmış, uykusu gəlmiş. 
Həp gözəllər içində 
Xatın anası gəlmiş (5, 13). 
 
Gəlin-qayınana  ilişkisinin  yayğın  olumsuz  qəbul  olunması  ninni-
lərdəki  dəyərləndirmələrlə  ortaya  çıxır.  Oğul/ərin  paylaşılamadığını  dü-
şündürən bu ilişkidə hər iki tərəf üçün də gənəlliklə mənfi duygu və dü-
şüncələrin  sözə töküldüyü  görülməkdədir.  Ninnilərdə  gəlin  qayınanadan 
ilan,  hol  qafalı,  koca  (böyük)  şalvarlı,  qaraman  quyruqlu,  qoxmuş  tuluq 
bacağı, əski çaput qundağı, çəkmiş çıraqman başlı, qoyun, eşşək, müxən-
nət,  bulanıq  ağıllı  şəklində  bəhs  edir.  Ayrıca  qayınana  müxənnətdir,  do-
nuzdur,  əski  çaput  qundağıdır,  qayınana  börək  bişirər,  gəlininə  verməz, 
verirsə də, yağsız verər. 
 
Yaralı göz aşağı hacət, 
Qəbul olsun bütün hacət, 
Atan fəna deyil, amma 
Qaynanam pek müxənnət! (4, 282) 
 
Bağçalarda lahana (kələm),  
Kəsdim qoydum sahana, 
Ağlama, yavrum, ağlama, 
Bən ömrümdə görmədim 
 
Böyle kâfir qaynana…! 
Eee…ee... yavruma nenni, 
Eee…ee... qızıma nenni, 
Eee…ee..e, eee…ee..e! (21, 27) 


Dədə Qorqud ● 2014/I I                                                                      52 
Qayınananın  ninnidə  söylədikləri  isə  əsasən  gəlinin  əhvalını  poz-
maq  üçündür.  Sökük  ətəkli,  çəpəkli  deyərkən  gəlininin  dərli-toplu,  ba-
xımlı olmadığını, dəli qız, qatır, tutumsuz deyərkən kəndisindən bəklənə-
nin dışında davrandığına işarə (eyham) etmək istər. Ninnilərə görə, gəlin 
nadirən  təcrübəsizdir,  gəncdir,  bacarıqlıdır,  Qorumaçıdır.  Gəlin  yabançı 
olduğu  üçün  torun  “yad  qız”ından  doğmuşdur.  Gəlin  kötü  və  ilan  bala-
sıdır, düşmandır və gəlin uyuyan körpəni əlinə alsa, körpə gül kimi solar.  
 
Şetdalının şenigi (çəyirdəyi) 
Bəylə acı bolarmı, 
Düşman gəlin balası 
Bəylə süyci (şirin) bolarmı? (14, 320) 
 
Balamın balası, 
Ciyarımın parası, 
Atası ciyarımın parası, 
Anası ilan balası (18, 75). 
 
Kalay tetli idi.    
 
 
Nə qədər şirindir 
Menim erüv balamnıñ balası    
Mənim gözəl balamın balası 
Baldan tetli, kelinim bolsa da,   
Baldan tatlıdır gəlinim də 
Sosı balamnıñ anası.    
 
Balamın anası (19, 119). 
 
Baba ile ilgili olaraq Türkiyə ninnilərində dəvə, evə uğramaz, kirli 
tərlikli,  koca  göbekli  (yekəqarın),  saqqalı  bitli,  məzarlıq  xortlağı  kimi 
mənfi  ifadələrin  yanı  sıra,  dəyirmənə  gedər,  bağ  yapar  kimi  yaşlıların 
kəndilərini məşgul etdikləri işlər sıralanır.  
 
Yarım kalikli nenesi, 
Kirli terlikli dedesi. 
Allikli, pullikli ezesi 
Hep buna gurban olaydi (15, 39). 
 
Hop-hop benim oğlum, 
Anasını sorarsan, 
Balla südün qaymağı, 
Dayısını sorarsan, 
 
Yayma kılıç yan bağı, 
Əmisini sorarsan, 
Nahır üzi san bağı, 
Dədəsini sorarsan, 
Məzarlığın xortlağı! (4, 278) 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə