Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə16/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      39 
mövcuddur.  Başlanğıc-giriş  formulları  da  ənənəvi  nağıl  formullarının 
mühüm hissəsini təşkil edir. 
Başlanğıc-giriş formulları nağıllarda bir neçə formada ortaya çıxır: 
zamanla  bağlı  başlanğıc  formulları,  məkanla  bağlı  başlanğıc  formulları, 
həm zaman, həm məkanla bağlı başlanğıc-giriş formulları və təkərləməli 
giriş  formulları  nağıl  yaradıcılığı  üçün  ənənəvi  haldır.  Bir  çox  dünya 
xalqlarının  sehrli  nağıllarında  olduğu  kimi  türk  və  slavyan  sehrli  nağıl-
larında da bu formullar öz əksini tapmışdır. 
a) Zamanla bağlı başlanğıc formulları  
Zamanla  bağlı  başlanğıc  formullara  aşağıdakı  nümunələri  aid  et-
mək olar. 
Türk mətnlərində: 
“Biri var idi, biri yox idi, bir padşah var idi” (4, 102); 
“Biri varmış biri yoxmuş, bir padşahla vəzir varmış” (4, 278); 
“Biri varmış biri yoxmuş, Allahdan başqa heç kim yox imiş” (1, 147); 
“Biri var idi biri yox idi, günlərin birində bir padşah vardı” (2, 142); 
“Günlərin  bir günündə, əyyami-sabiqdə... və ya əyyami-qədimdə”; 
“Qədim zamanlarda...”; və s. 
Slavyan mətnlərində: 
“Жил-был”,  “жил  да  был”  (yaşayırdı,  var  idi),  yaxud  “был-жил” 
(var  idi,  yaşayırdı)  ifadələri  ilə  başlayan  başlanğıc  formulları  geniş  yayıl-
mışdır. 
“Бывали – живали царь да царица” (7, 260); 
Mətnin tərcüməsi: 
Çar və arvadı yaşayırdılar, var idilər. 
“Жили-были себе дед да баба” (7, 119); 
Mətnin tərcüməsi: 
“Baba və nənə var idilər, özləri üçün yaşayırdılar” 
“В старые годы, в старопрежни…» (7, 98); 
Mətnin tərcüməsi: 
Qədim dövrlərdə, əyyami-qədimdə; 
“Жил когда то на свете царь” (10, 83). 
Mətnin tərcüməsi: 
Nə vaxtsa yer üzündə çar yaşayırdı.   
b) Məkanla bağlı giriş formulları 
Bir çox dünya xalqlarının nağıllarında olduğu kimi, türk və slavyan 
sehrli nağıllarında da məkanla bağlı formullara kifayət qədər rast gəlmək 
olar. Türk nağıllarında  məkanla  bağlı giriş  formullarında  məkan, əsasən, 
konkret şəkildə bildirilir. 
Türk mətnlərində: 


Dədə Qorqud ● 2014/I I                                                                      40 
“Gülnahar mahalında” (1, 62). 
Slavyan mətnlərində isə məkan mücərrəd xarakter daşıyır. 
Slavyan mətnlərində:  
“В некотором царстве жыл богатый купец” (7, 264)”; 
Mətnin tərcüməsi: 
“Bir çarlıqda varlı bir tacir yaşayırdı”. 
“В некотором царстве, в некотором государстве был купец” (7, 
29*6)”; 
Mətnin tərcüməsi: 
“Hansısa çarlıqda, hansısa ölkədə bir tacir yaşayırdı”. 
“В одном городе”; 
Mətnin tərcüməsi: 
Bir şəhərdə; 
“В некотором царстве, за тридевять земель-в тридесятом госу-
дарстве жил-был…” 
Bir çarlıqda, otuz torpaq uzaqda – otuzuncu ölkədə… 
c) Məkan və zamanla bağlı başlanğıc (giriş) formulları 
Nağıl  yaradıcılığı  üçün  xarakterik  olan  məkan  və  zamanla  bağlı 
giriş formulları kifayət qədər geniş yayılmışdır. 
Türk mətnlərində: 
“Biri vardı, biri yoxdu Yunan şəhərində…” (2, 160). 
Biri vardı, biri yox idi. Allahdan başqa heç kim yoxdu. Hindistanda 
bir paççah varıdı (1, 179). 
Slavyan mətnlərində: 
“В некотором царстве, за тридевять земель-в тридесятом госу-
дарстве жил- был сильный, могучий царь” (7, 223); 
Mətnin tərcüməsi: 
“Bir çarlıqda, otuz torpaq uzaqda, otuzuncu ölkədə yaşayırdı bir çar 
yaşayırdı...”. 
Yaxud: 
“В некотором царстве, за тридевять земель-в тридесятом госу-
дарстве жил-был…”. 
Mətnin tərcüməsi: 
“Bir  çarlıqda,  otuz  torpaq  uzaqda,  otuzuncu  ölkədə  yaşayırdı,  var 
idi...”. 
“Где-то было, в некотором царстве…” (10, 174). 
Mətnin tərcüməsi: 
“Hardasa olmuşdu, hansısa çarlıqda.” 
Apardığımız bu müqayisələr zamanı aydın olur ki, türk mətnlərində 
zamanla  bağlı,  rus  mətnlərində  isə  məkanla  bağlı  giriş  formulları  üstün-


Dədə Qorqud ● 2014/I I                                                                      41 
lük təşkil edir. Yuxarıda da qeyd etdiyimiz kimi, türk mətnlərində məkan 
bildirilir.  Rus  mətnlərində  isə  bu  mücərrəd  xarakter  daşıyır.  N.Roşiyanu 
rus nağıllarında vaxtın təyini məsələsi ilə bağlı yazırdı: “Rus nağıllarında 
vaxtın  təyin  olunması  bir  qayda  olaraq  inisial  formulada  mövcud  deyil. 
Onların  bu  funksiyası  E1  və  ya  E2  (“живало-бывало”,  “жил-был”, 
“жыли-были”)  elementinə  keçir.  Lakin  müxtəlif  variantlarda  ortaya  çı-
xan S elementi mühüm yer tutur. Belə ki, S rumın nağıllarında olduğu ki-
mi,  qeyri-müəyyən  xarakter  daşıyır:  “çarlıqların  birində,  ölkələrin  birin-
də, bir padşah və arvadı yaşayırdı” (8, 33). 
d) Təkərləməli başlanğıc (giriş) formulları. 
Təkərləməli giriş formulları sehrli nağıllar üçün ənənəvi haldır. Tə-
kərləmələrin məzmununun nağıl mətni ilə heç bir əlaqəsi olmur və əsasən 
komik xarakter daşıyır. Öncə türk və rus nağıl təkərləmələrindən nümunə 
gətirək. 
Türk mətnlərində: 
“Biri  varmış,  bir  yoxmuş... əvvəl zaman  içində, xəlbir saman  için-
də, dəvə dəllal ikən, milçək bərbər ikən... Köhnə hamamın tası yox, peş-
tamalın ortası yox, bu yalanın ötəsi yox...” (11, 168). 
Yaxud: 
“Badi-badi kiriftar, hamam-hamam içində, xəlbir saman içində, də-
və  dəlləklik  elər,  köhnə  hamam  içində.  Qarışqa  şıllaq  atdı,  dəvənin  qıçı 
sındı, hamamçının tası  yox, baltaçının  baltası  yox, orda bir tazı gördüm, 
onunda  xaltası  yox. Ömrümdə çox şilə aşı  yemişəm. Heç  belə  yalan de-
məmişəm” (1, 62). 
Slavyan təkərləməsi: 
“Ай потешить вас сказочкой? А сказочка чудесная;  усть в ней 
дива  дивные,  чуда  чудные,  а  батрак  Шабарша  из  плутов  плут;  уж 
как взялся за гуж, так неча сказать-на все дюж!” (9, 175). 
Mətnin tərcüməsi: 
Sizi  nağılla sakitləşdirəkmi? Nağıl  möcüzəlidir. Burada  möcüzələr 
var, ecazkarlıqlar var. Muzdur Şabarşa dələduzluqdan dələduzluğa. Əgər 
bir işə qol qoydusa, daha nə deyəsən etdiklərinə. 
Yaxud: 
“В  то  давнее  время,  когда  мир  божий  наполнен  был  лешими, 
ведьмами  да  русалками,  когда  реки  текли  молочные,  берега  были 
кисельные,  а  по  полям  летали  жареные  куропатки,  в  то  время  жил 
был царь по имени Горох” (9, 148). 
Mətnin tərcüməsi: 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə