Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə2/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   2   3   4   5   6   7   8   9   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                       5 
tarixi, coğrafi, dini və antripoloji göstəricilər baxımından əsəri “Azərbay-
can oğuznaməsi” adlandıran T.Hacıyev belə bir ümumiləşdirmə aparma-
ğı lazım bilir: “Şübhəsiz, dastan konkret bir zaman kəsiyində yaranmadı-
ğı  kimi,  onu  mütləq  coğrafi  kordinata  yerləşdirmək  zorakılıq  sayılardı. 
Bu oğuznamədir; oğuzlar tarixən müxtəlif ərazilərdə dövlətlər yaratdığın-
dan burada oğuzların tarixi coğrafiyasının izləri görünməkdədir. Oğuzla-
rın tarixi coğrafiyası, Sibiri çıxmaqla, təxminən bugünkü türk dövlətlərini 
əhatə edir. Həmin coğrafiyada çoxlu oğuznamələr yaranmışdır. Əlimizdə 
olan əsər, deyildiyi kimi, məhz Azərbaycan oğuznaməsidir” (8, 7).  
Beləliklə, qorqudşünaslığın gəldiyi başlıca fikir bundan ibarətdir ki, 
ulu Qorqudun adı ilə bağlı olan bu oğuz boyları məhz Azərbaycan torpa-
ğı və xalqının tarixi keçmişinin ədəbi-bədii formaya salınmış hekayətləri-
dir. Lakin bu da bir danılmaz gerçəklikdir ki, xüsusilə Türkiyə və Türk-
mənistan respublikalarında bu abidənin məhz onlara məxsus olduğu fikri 
də  geniş  yayılmışdır.  Fikrimizcə,  tarixi  baxımdan  oğuz  etnosu  ilə  bağlı 
olan həmin xalqların buna mənəvi haqları çatır. Hətta bu monumental söz 
abidəsində  öz  tarixi  keçmişinin  izlərinin  axtaran  qazax,  qırğız  və  digər 
oğuz qarışığı olan xalqların da ona şərik gözü ilə baxmalarına təbii yana-
şılmalıdır. Qorqud obrazının bir övliya, bir müdrik ozan kimi həmin xalq-
ların rəvayət, atalar sözü və məsəllərində hələ də yaşaması bir də onu gös-
tərir ki, ilkin  mərhələdə “Dədə Qorqud” oğuznamələri daha geniş arealda 
yayılmış, zaman və həyat tərzinin dəyişməsi ilə variasiyalara uğrayaraq ya 
tamamilə  yeni  dastanlar  şəklini  almış,  ya  da  yaddaşlardan  silinməklə  epi-
zodik məqamlarda qalmışdır. Bu fakt eposun “Bamsı Beyrək boyu” ilə qır-
ğızların “Manas”, başqırd, qaraqalpaq və özbəklərin “Alpamış” dastanları-
nın müqayisəsi  fonunda daha aydın duyulur. Xalqımızın bəxti onda gətir-
mişdir ki, yaranışca bütün oğuz etnosunu əhatə edən bu epos Azərbaycan 
ərazisində yeni variantda formalaşmaqla bərabər, yazıya alınaraq kitablaş-
dırılmışdır. Elm  aləmində  “Dədə  Qorqud kitabı”  kimi  məşhurlaşan  Drez-
den  nüsxəsi  məhz  qədim  oğuz  eposunun  Azərbaycan  variantıdır.  Bu  fikir 
ayrı-ayrı  boyların,  Vatikan  və  Drezden  nüsxələrinin,  xüsusilə  də  Qorqud 
adı ilə bağlı yazıya alınmış əski mətn nümunələrinin müqayisəli təhlili pro-
sesində öz təsdiqini tapır ki, qorqudşünasların dönə-dönə müraciət etdikləri 
həmin faktları yeni baxış bucağında açıqlamağa çalışacağıq.  
Mətnin məzmunu göstərir ki, sıralanma baxımından ikinci verilmiş 
“Qazan xanın evinin yağmalanması boyu”nun sonunda 24 sancaqdan iba-
rət  Qalın  Oğuz  dövlətinin  adlı-sanlı  igidləri  göstərdikləri  hünərə  uyğun 
səciyyələndirilərək  dinləyiciyə  təqdim  olunur  və  bu  təqdimat  forması 
“Qazan  bəg  oğlu  Uruz  bəgiñ  tutsaq olduğu  boy”da  müəyyən  ixtisarlarla 
yenidən  təkraralanır.  Bədii  təyinlər  şəklində  yerinə  yetirilən  bu  cür  təq-


Dədə Qorqud ● 2014/I I                                                                       6 
dimatların real faktlara söykəndiyi onların adı ilə “Kitab”a düşmüş ayrıca 
boyların məzmunu ilə tam səsləşir. Məsələn, eposun ən romantik və faciə-
vi qəhrəmanı Bamsı Beyrək belə təqdim olunur: 
“Parasarıñ  Bayburd  hisarından  parlayıb  uçan,  apalaca  gərdəginə 
qarşu gələn,  yedi qızın umudı, Qalın Oğuz  imrəncisi, Qazan bəgiñ  inağı 
Boz  ayğırlı  Beyrək  çapar  yetdi,  “Çal  qılıcıñ,  ağam  Qazan,  yetdim!”  – 
dedi.” (D – 61, 3-7). 
Onun adı ilə düzülüb-qoşulmuş boyda bu təqdimatda getmiş infor-
masiya  bütünlüklə  öz  bəddi  həllini  tapır.  Yaxud,  qeyri-adi  görünüşü  və 
hünəri ilə seçilən Yegnək belə təqdim olunur: 
“Çaya    çalımlu,  çal  qaraquş  ərdəmlü,  qurqurma  quşaqlu, 
qulağı  altun  küpəli,  Qalın  Oğuz  bəglərini  bir-bir  atından  yıqıcı  Qazılıq 
qoca oğlı bəg Yegnək çapar yetdi, “Çal qılıcıñ, ağam Qazan, yetdim!” – 
dedi.” (D – 61, 7-11).  
Yegnəgin  adı  ilə  bağlı  boyda  onun  bu  qeyri-adi  gücü  atası  Qazılıq 
qocanı on altı il əsirlikdə saxlayan Arşın oğlı Dirək üzərində əzəmətli qələ-
bəsi ilə sübuta yetirilmiş olur. Maraqlıdır ki, görkəmli qorqudşünas T.Ha-
cıyev bu təqdimatlardan çıxış edərək “Kitaba” düşməyən neçə-neçə oğuz-
namənin  tarixi  mövcudluğundan  bəhs  etməklə  “Dədə  Qorqud”  eposunun 
həcmcə daha çoxsaylı olması fikrini irəli sürür (9). Olduqca inandırıcı ya-
naşmadır. Hər bir obrazın oğuz cəmiyyətində tutduğu mövqeyi və həyat ta-
rixçəsini əks etdirən bu yığcamlaşdırılmış informasiya onların adı ilə bağlı 
müvafiq boyların olmasına işarədir ki, bununla dövrümüzə gəlib çatmayan 
digər  boyların  süjet  xətti  haqqında  müəyyən  məlumat  əldə  etmək  müm-
kündür. Oğuz igidlərinin qəliblənmiş ifadələr şəklində bu cür təqdim olun-
masına  təkcə  “Dədə  Qorqud”  eposunun  mətnində  deyil,  həm  də  XV  əsr 
tarixçisi Yazıçıoğlu Əlinin “Tarixi-ali Səlcuq” əsərindəki oğuznamə parça-
sında  da rast gəlinir  (10, 1317-1320).  Lakin  hər  iki  mənbədə  işlənmiş  in-
formativ təyinlərin təhlili göstərir ki, burada oxşar məqamlarla yanaşı, qa-
barıq  şəkildə  nəzərə  çarpan  fərqli  məqamlar  da  getmişdir.  Bu  isə  həmin 
obrazlarla bağlı  variativ oğuznamə formasının  movcudluğu haqqında mü-
lahizə yürütməyə əsas verir. Həmin variantlara diqqət yetirək. “Dədə Qor-
qud kitabı”nda abidənin baş qəhrəmanı Qazan xan belə təqdim olunur: 
“Bir  gün  Ulaş  oğlı,  Tulu  quşuñ  yavrısı,  bezə-miskin  umudı,  Amit 
soyunıñ  aslanı,  Qaraçuğıñ  qaplanı,  Qoñur  atıñ  iyəsi,  xan  Uruzuñ  ağası, 
Bayındır xanıñ güyəgüsi, Qalın Oğuzuñ dövləti, qalmış yigit arxası Salur 
Qazan yerindən turmışdı” (D – 35,11-13 – 36, 1-2).  
Başqa bir boyda: 
“Qalmış yigit arxası!  
Bezə-miskin umudı! 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə