Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə7/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   2   3   4   5   6   7   8   9   10   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      18 
кий  и  эпический  мифы  старается  частично  разъяснить  наряду  с  разными  ми-
фическими  картинами  и  то,  что  историзм  и  эпичность  смешиваясь,  открывает 
путь  к  ложным  положениям  и  тем  самым  противопоставляется  к  принятому  до 
сих  пор  научным  обществом  мифическое  и  историческое  сознание  в  уровне 
эталона. 
Ключевые слова: миф, Огузский миф, Огузская эпическая традиция, Огуз, 
Коркут, Газан хан 
Məsələnin  qoyuluşu. Oğuz mifinin epik səviyyədə necə  iştirak et-
məsi, mif və tarixin arxa qatlarından gələn anlayışlar uzun illər bir-birinə 
qarışdırılmışdır.  Belə  ki,  tarixi  anlayışlar  epik  anlayışlar  kimi,  eləcə  də 
epik  anlayışlar  tarixi  anlayışlar  olaraq  izah  olunmuşdur.  Bu  anlayışları 
bir-bir  araşdırıb  yerinə  qoymaq  çox  çətindir.  Lakin  hər  çətinliyin  də  bir 
çıxış yolu yox deyildir. Elə bu səbəbdən ilkin olaraq məqalədə bu izləmə-
lər aparılmışdır. Araşdırmada məlum olmuşdur ki, Oğuz cəmiyyəti Vahid 
Allah  konsepsiyası  əsasında  inkişaf  etmişdir.  Elə  buna  görə  də  sistemli 
olaraq  bundan  sonra  Oğuz  cəmiyyətinin  inanclar  sistemi  və  bu  sistemi 
kompleks  olaraq  əhatə  edən teoloji  istiqamətlər  müəyyən  edilmişdir.  Bu 
sistemə daxil olan ideoloji dünyagörüşü formaları bu konsepsiya və mis-
siya  içərisində əriyərək simvola çevrilməklə  ideoloji  əsasını  itirmiş,  yal-
nız məcazi anlamlar səviyyəsində mövcudluğunu saxlaya bilmişdir. Oğuz 
epik ənənəsinin əsas strukturunu təşkil edən üç obraz – Oğuz xaqan, Də-
də Qorqud, Qazan xan obrazlarının oğuz epik ənənəsini  hansı  istiqamət-
lərlə  müəyyənləşdirməsi  baxımından  izah  olunaraq  Oğuz  mifi  haqqında 
yeni müddəaların irəli sürülməsinə çalışılmışdır. 
İşin məqsədi. Mif haqqında “Mif: araşırmalar, müddəalar” adlanan 
məqaləmizdə (bax:  Mif: araşdırmalar,  müddəalar. “Ortaq türk keçmişin-
dən ortaq türk gələcəyinə”. IV Uluslararası Folklor Konfransının materi-
alları. Bakı, Səda, 2006, s. 500-504) mifoloji sahədə irəli sürülən yeni te-
zis  və  nəticələrdən  sonra  Oğuz  mifinin  araşdırılması  ehtiyacı  meydana 
gəlmişdir.  
Mif strukturunu (sintaqm və paradiqma) ümumi şəkildə izlədikdən 
sonra Oğuz mifinin eyni istiqamətdə tədqiqata cəlb olunması konkret qə-
naətlər doğurur. Oğuz xan (xaqan) dünyagörüşü forması olan (tarixi) mif-
də  peyğəmbərdir.  Ritual  icraçısı  və  qazidir.  Epik  mətn  prosesində  isə 
(epik  mifdə)  əcdaddır,  demiurqdur,  ilk  insandır.  Elə  buna  görə  də  epik 
mətndə Oğuz ritualının epik təzahürü “Oğuz xanın Ay qağanın gözündən 
doğulması, işıq və ağacdan gələn xatunlardan altı oğlu olması, bu oğulla-
rın  kosmoqoniyanı  simvolizə  edən,  antromorfist  düşüncədən  qopan  an-
troponimləri  (Gün  xan,  Ay  xan,  Ulduz  xan,  Gök  xan,  Dağ  xan,  Dəniz 
xan) ad semantemi ilə kainatı əhatə etməsi, simvollaşdırması” və s. özü-
nü göstərir (1, 10, 13, 14, 15). Yəni ritual özü düşüncədən  mətnə doğru 


Dədə Qorqud ● 2014/I I                                                                      19 
iki  istiqamətdə  yol  gəlir.  Dünyagörüşü  forması  kimi  tarixi-real  ritual, 
epik mətn tipi kimi epik ritual. Sadəcə olaraq istifadə mənbəyi epik mətn 
(tekst  və  kontekst)  olduğu  üçün  bütün  məlumat  bazası  müxtəlif  bağlan-
malarla  epik  mətndə  statik  dayanıqlıq  yaradır.  Özü  də  bu  elə  formada 
özünü nümayiş etdirir ki, epikliyin və tarixiliyin hansının mətnin üst his-
səsində,  hansının  isə  daha  alt  qatlarda  kodlaşdırılması  haqqında  konkret 
hökm  vermək  olmur.  Elə  buna  görə  də  mətnə  yanaşma  tərzindən  asılı 
olaraq  tədqiqatçılar  fərqli  fikir  nümayiş  etdirirlər.  Mövqeyinə  bağlı  ola-
raq hər bir tədqiqatçı  mətnə əlavə baxış (yozum) prizması gətirir. Bəzən 
epik  olan  tarixilik,  mifiklik  və  s.  səviyyələri  ifadə  edən  struktur tələblər 
səviyyəsində yozumlar meydana çıxırsa, bəzən də bunun əksi olur. Yəni 
bəzən  mətn  məlumata  əsasən  hansısa  söz,  cümlə,  leksik,  sintaktik  mətn 
nümunəsi  və  s.  epik  səviyyədən  yozulur,  bəzən  isə  mif,  tarix  və  s.  kon-
tekstin yanaşma tərzi özünü aşkarlayır. 
Beləliklə, epik ənənədə mövcud olan Oğuz xan tarixi mif reallığın-
dan çox fərqli görünür. Oğuz mədəniyyətinin yazılı nümunəsi kimi oğuz-
namələr arasında çox əhəmiyyətli  yer tutan F.Rəşidəddinin  yazdığı  “Cə-
mi  ət-təvarix”  (tarixlər  toplusu)  əsərindən  çıxarılmış  “Oğuznamə”  və 
Ə.Bahadır  xanın  “Şəcərei-Tərakimə”  əsərləri  arasında  müqayisə  aparar-
kən bu analogiya epik qanunların mətndə necə ciddi rol oynadığını göstə-
rir. Rəşidəddində Oğuz xanın əcdadı Dib Yavqu xan (Əbülqazidə Bakuy 
Dib)  dan  Oğuz  xana  qədər  gələn  şəcərə  arasında  (Olcay  (Yafəs)  –  Dib 
Yavqu  –  Qara  xan  –  Oğuz  xan)  (2;  10)  çox  az  bir  zaman  məsafəsi  var-
dırsa (Oğuz xan Dib Yavqu xanın nəvəsidir), Əbülqazidə bu məsafə xeyli 
fərqlidir  (Yafəs  –  Türk  –  Tütək  –  Amulca  –  Bakuy  Dib  –  Gök  xan  – 
Alınca –Moqol (Tatar) – Qara xan – Oğuz xan) (3, 50-51). 
Göründüyü kimi, iki yazılı örnəkdə Oğuz xanın nəsil ağacı haqqın-
da  bir-birinə  uyğun  gəlməyən  məlumatlar  vardır.  Özü  də  diqqət  etdikdə 
aydın görünür ki, Əbülqazi “Oğuznamə”sində Oğuz xanın oğlu kimi tanı-
dığımız  Gök  xan  (ucoqlardan)  Oğuz  xanın  ulu  babası  kimi  verilir. Əgər 
bu  şəcərə  anlamında  dədə-baba  (əcdad)  adı  təkrarlanması  kimi  genetik 
dövriyyəni  göstərirsə,  o  zaman  ən  böyük  oğul  olan  Gün  xanın  və  digər 
oğulların  da  adları  bu  soy  ağacında  iştirak  etməli  idi.  Lakin  biz  bunun 
əksini görürük. Bu da onu göstərir ki, Oğuz xanın altı oğlunun simvolizə 
etdiyi  kosmoloji  struktur  epik  dilin  məhsulu  kimi  üzə  çıxır.  Rəşidəddin 
“Oğuznamə”sində nəsil şəcərəsinin izlənməsi ziddiyyətli şəkildə görünür. 
Belə ki, dördlük və yaxud iki ikilik genetik say simvolikası, eyni zaman-
da arxetip nümunəsi olan, övladlarının arasında ən böyük oğul olan Gün 
xanın  övladları  kimi  verilən  oğulların  (2,  39)  heç  biri  törə  ənənəsinə 
uyğun  olaraq  padşahlığı  (xanlığı)  əldə  etmir.  Bunların  əvəzinə  birdən-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə