Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə5/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   2   3   4   5   6   7   8   9   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      13 
“Varıban  Peyğəmbəriñ  yüzüni  görən,  gəlübəni  Oğuzda  səhabəsi 
olan, acığı tutanda bıyıqqlarından qan çıqan, bıyığı qanlu Bükdüz Əmən...” 
(D – 62, 4-5). 
Yazıçıoğlu mətnində: 
“Bıyığın ensesinde üç kez dügen – Kaçındıkta karımına kan kaşan-
dıran – gözü kanın dönen – Yer evreni yılan – Ademiler evreni Ucen oğ-
lu Emen bey” (10, 1319). 
“Kitab”da  Qalın  Oğuz  elinin  başının  bəlası  kimi  meydana  çıxan 
Dəpəgözü öldürən Basatla  bağlı ayrıca  boy  verilmişdir. Yazıçıoğlu  mət-
nində isə bu fakt tamamilə fərqli şəkildə təqdim olunur: 
“Yedi yıl Elbürze sefer kılan – Kayup dönen Kıyan Busat kanını alan 
– İt Depegözü öldürüp kalın Oğuzda ad koyan Urılmış Han” (10, 1319). 
“Kitab”dakı  boyda  Aruz  oğlu  Basatın  hərbi  yürüşdən  qayıdarkən 
qardaşı  Qıyan  Selcikin  Dəpəgöz tərəfindən  öldürüldüyü  və  təkbətək  dö-
yüşdə ona qalib gəldiyi  bildirilirsə, artıq bu təqdimatda Basatın (mətndə 
“Busat”  yazılmışdır)  özünün  Dəpəgöz  əlində  həlak  olduğu  və  qardaşı 
Urılmış  xan  tərəfindən  intiqamı  alındığı  göstərilir.  Deməli,  bu  məlumat 
boyun başqa variantda nəql edilməsinə işarədir. 
Topqapı  mətni  ilə  “Dədə  Qorqud  kitabı”nı  bütün  incəlikləri  nəzərə 
alınmaqla  təhlilə  cəlb  edən  folklorşünas  alim  M.Təhmasib  “Kitab”dakı 
boydan əsaslı şəkildə fərqlənən mətni “Basat-Təpəgöz”ün Topqapı variantı 
hesab edir (12, 129) və həmin parçaları “Dədə Qorqud boylarının başqa bir 
variantından  qopub  qalmış  hissələr”  adlandıraraq  belə  bir  nəticəyə  gəlir: 
“Bunlar  eyni  mənbədən  su  alıb,  yeni  qaynaqdan  qaynayıb,  lakin  başqa 
fauna və floralı yerlərdən axıb keçən çaylara bənzəyirlər” (12, 128).  
Qorqudşünaslıqda  daha  əski  çağlarla  bağlanan  bu  boyun  tarixçi 
Əbubəkr ibn Abdullah ibn Aybək əd-Dəvadarinin “Dürərüt-tican” əsərində 
oğuzlar  arasında  məşhur  olan  “Uluxan  Ata  Bitikçi”  dastanına  istinadən 
qısa məzmunu verilmiş “Təpəgöz” rəvayətdən də müəyyən dərəcədə fərq-
lənir. Məşhur türk alimi F.Köprülüzadəyə əsaslanmaqla ilk dəfə Azərbay-
can  qorqudşünaslığına  Ə.Abid  tərəfindən  gətirilən  həmin  rəvayətdə  Ba-
satın  Təpəgözü  öldürməsinə  səbəb  atası  Aruzun  onu  acılaması  olmuşdur. 
Belə  ki  Basat  Oğuz  içində  heç  kəsə  yenilməyən  bir  atıcı  qızı  məğlub 
edərək  alması  xəbərini  atasına  çatdırmaqla  ondan  müjdə  istəmiş,  atası 
Aruz  isə  “Mən  də  elə  sandım  ki,  Təpəgözü  öldürmüşsən”  deyə  oğluna 
qızmışdır.  Yalnız  bundan  sonra  Basat  Təpəgözü  öldürmək  istəyinə  düş-
müş  və  qeyri-adi  sərgüzəştlərlə  müşayiət  olunan  sınaqlardan  keçməklə 
ona  qalib  gəlmişdir  (1,  49-50).  M.Ergin  daha  ətraflı  şərh  etdiyi  bu  fakt-
dan belə bir nəticə çıxarır: “Görünür ki, İbn Aybək Dədə Qorqud hekayə-
lərini  içinə alan Oğuznaməni görmüşdür. Buradakı Təpəgöz “Dədə Qor-


Dədə Qorqud ● 2014/I I                                                                      14 
qud kitabı”ndakı Təpəgözün eynidir. Yalnız “Dədə Qorqud kitab”nda qız 
məsələsi  yoxdur.  Bəlkə  də  müəllif  bunu  Beyrək  və  Kan  Turalı  heka-
yələrindəki  qızlarla  qarışdırmışdır”  (4,  I  c,  37).  Buradan  aydın  olur  ki, 
“Kitab”dakı  süjet  xəttindən  fərqlənən  bu  variantı  görkəmli  alim  müəlli-
fin,  yəni  Dəvadarinin  yol  verdiyi  nöqsan  kimi  qəbul  edir.  Lakin  hər  iki 
mənbədəki  faktları  müqayisəli  araşdıran  M.Təhmasib  çoxsaylı  oxşar, 
müştərək cəhətlərlərinə baxmayaraq, onları  müxtəlif  variantlar kimi (12, 
125-126)  dəyərləndirir  ki,  bu  fikrin  daha  obyektiv  olduğunu  düşünürük. 
Bununla  belə, mövcud  mətnlərin təhlilinə  istinadən M.Ergin də  yekunda 
doğru nəticəyə gələrək yazır: “Bu Oğuznamədə diqqəti çəkən şey “Dədə 
Qorqud kitabı” qəhrəmanlarından başqa adların da keçməsi və Dədə Qor-
qud qəhrəmanlarının sifətləri sayılarkən daha geniş olayları bildirməsidir. 
Bundan anlaşılır ki,  “Oğuznamə”ni təsbit edən şəxs Dədə Qorqud heka-
yələrinin daha geniş şəkillərini daşıyan “Oğuznamə”dən və ya oğuz rəva-
yətlərindən xəbərli idi” (4, Ic. 37-38). 
“Kitab”dakı  “Kan  Turalı”  boyu  ilə  Yazıçıoğlu  mətnində  getmiş 
mətn  parçası  arasında  da  müəyyən  fərq  oduğu  gözdən  qaçmır.  Topqapı 
mətnində bu oğuz igidinin hekayəsi aşağıdakı təyinlər vasitəsilə sanki qı-
saca şərh olunur: 
“Kalın Oğuz ellerinden kalkup derilen – Kırk iğidin yanına salan – 
Kanlu kafir ellerine aşan – Kaynar akar mal ırmakların geçen – Garıplık 
ellere gafil düşen – Arslanıla boğasın buğrasın güreşçisin öldüren – Otuz 
dokuz  yigidin  kanın  alan  –  Adlu  Oğuzda  ad  koyan  –  Saru  donlu  Selcan 
kadını alan Kanlı Koca oğlu Kan Turalu” (10, 1319). 
Boyun məzmunundan aydın olur ki, Selcan xatuna qovuşmağın baş-
lıca  şərti  tamaşa  şəklində  təşkil  olunmuş  döyüş  meydanında  arslan,  buğa 
və  buğraya  qalib  gəlməkdir.  Kan  Turalıya  qədər  bu  istəkdə  olan  otuz  iki 
igid arslan və buğranın üzünü görmədən yalnız buğanın buynuzunda həlak 
olmuş  və onların  başları  qala  bürclərindən  asılmışdı.  Mətn  parçasında  isə 
iki fərqli məlumat əksini tapır: 
birincisi,  Kan  Turalı  arslan,  buğa  və  buğradan  əlavə,  bir  kafir  dö-
yüşçüsü ilə də güləşməli olmuşdur; 
ikincisi,  Kan Turalıya qədər, “Kitab”da göstərilidiyi kimi, otuz iki 
yox, otuz doqquz igid başından keçməli olmuşdur. 
Ümumiyyətlə, bizim üzərində dayandığımız və dayanmadığımız di-
gər  Topqapı  mətn  parçalarına  münasibət  bildirən  böyük  folklorşünas 
M.Təhmasib belə bir fikrə gəlir: “Aydın bir şəkildə görünür ki, bunlar ey-
ni tarixi və yaxud əfsanəvi şəxsiyyət haqqında başqa-başqa dastançıların 
yaratmış olduqları surətlərdir” (12, 127).  


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə