Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə3/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   2   3   4   5   6   7   8   9   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                       7 
Bayındır xanıñ güyəgüsi! 
Tulu quşuñ yavrısı! 
Türkistanıñ dirəgi! 
Amit soyunıñ aslanı, Qaraçuğıñ qaplanı! 
Qoñur atıñ iyəsi, xan Uruzuñ babası, xanım Qazan ...” (D – 110, 2-6). 
“Topqapı  oğuznaməsi”  kimi  tanınan  Yazıçıoğlu  mətnində  isə  bu 
təqdimat belə verilmişdir: 
“Sarp hisar duma donlu salkum-salkum don giyen – Konur atın oy-
nadan – yağı görsə yardımlu, düşmən görsə durumlu – Türkistanın diregi 
– Tülü quşun yavrusu – Kanlı kafir ellerindən adlu Horasana ad çağırdan 
–  Akçahisarın  eglik  salup  alan  –  Görklü  yüzlü  güzel  kızların  oğlanların 
belün süren – Kanlu kafir ellerine kan kaşandıran – Kara başların  bunlu 
eden  –  Oğlancıkların  ağlaşdıran  –  İtlerin  uluşduran  –  Tavukların  kığıl-
daşdıran – Ulaş oğlu  Kazan Bey” (10, 1318). Göründüyü kimi, sonuncu 
təqdimatda “Kanlı kafir ellerindən adlu Horasana ad çağırdan – Akçahi-
sarın  eglik  salup  alan”  təyinedici  söz  birləşmələri  “Dədə  Qorqud  kita-
bı”nda Qazan xanın adı ilə bağlı heç bir boyda xatırlanmır. Bundan əlavə, 
“Kitab”ın XI boyunda Qazan xanın özü haqında söylədiyi soylama mətni 
ilə Topqapı mətni arasında da müəyyən fərqlər açıq-aydın duyulur. Top-
qapı mətnində həmin hissə bu məzmunda qurulmuşdur: 
“Kuba kuba tuğlaladım er bunaldırdum buşkunumda ben Kazan  
Kayın (Kanın) akar kara denizdim, er bunaldurdum cüngümde ben 
Kazan 
Kaytabanın buğrasıydum, er bunaldurıdum 
Kükredükde kapkayada anrar aslanıdım ben Kazan, er bunaldırıdum  
Anradıkda Sarusazda arslan er bunaldırıdum 
Sokradukda kara bulut ürkünüyidüm 
Kara denizden su alup yere baran satarıdum ben Kazan 
Karacuğun  Cılban  dağından  kafir  taş  uçursa  kaba  uyluğunu  dutan 
ben Kazanıdım 
Karanu dünle harın yağı erse kanlu suya kılağuzluk eden ben Kaza-
nıdım 
Kalıbı senri karadağun salında kapılınun Karaderbende gür duşman 
gelse yine kayup ol duşmana önden depüp giren ben Kazanıdım 
Katı yaylar sındırıp elde kabza koyan ben Kazanıdım 
Kayın oklar atup yelek koyan elde ben Kazanıdım 
Bin er gördügümde ben Kazan bıyık burdum 
Beş bin eren gördügümde boşanmadım 
On bin eren gördügümde öyünüm demedim 
Yirmi bin eren gördügümde yerinmedim 


Dədə Qorqud ● 2014/I I                                                                       8 
Otuz bin eren gördügümde utanmadım 
Kırk bin eren gördügümde kıpınmadım 
Elli bin eren gördügümde alpım demedim 
Yetmiş bin eren gördügümde yılamadum 
Seksen bin eren gördügümde seksenmedim 
Doksan bin eren gördügümde dolanmadım 
Yüz bin eren gördügümde ben Kazan yüz döndürmedüm 
Karakoç konur atun kolanın katı çekdim 
Sağdan girdim soldan çıkdım 
Soldan girdim sağdan çıkdım 
Arı dinli Muhammedi yada getürdüm 
Allahın inayetinden, Muhammed mucizatından ol yağıyı anda basdım 
Alpım begim demedim 
Bu dünde ögünmen ögünmen a beylerüm 
Ögünürse yer ögünsün” (10, 1310-1320). 
Orxan Şaiq oxunuşunda verdiyimiz  bu  mətn  “Kitab”da daha geniş 
informasiya  daşıyan  soylamalar  vasitəsilə  əksini  tapmışdır  ki,  onlardan 
Topqapı variantının birinci hissəsi ilə səsləşən aşağıdakı hissələrə xüsusi 
diqqət yetirməyi məqsədəuyğun hesab edirik. 
Soylama 1. 
Yüksək-yüksək qara tağdan taş yuvalansa, 
Qaba öñcəm – oyluğum qarşu tutan Qazan ər idim. 
Firon şışlər yükəlib yerdən çıqsa, 
Qaba öñcəmlə pərşin qılan Qazan ər idim. 
Qaba-qaba bəglər oğlı ğovğa qılsa, 
Qamçı salub tökdürən Qazan ər idim. 
Yuca tağları tuman tursa, qara pusarıq dolı qopsa, 
Qaraqoçımın qulağı görünməz olsa,  
Qayrı ərən qılağuzsız yol yañılsa, 
Qılağuzsız yol başaran Qazan ər idim. 
Yedi başlu əjdərhaya yetüb vardım. 
Heybətindən sol gözüm yaşardı. 
Hey gözüm, namərd gözüm, müxənnət gözüm. 
Bir yılandan nə var ki, qorxduñ! – dedim. 
Anada dəxi “ərəm, bəgəm” deyü ögünmədim.  
Ögünən ərənləri xoş görmədim (D – 277, 12 – 278, 10). 
 
Soylama 2. 
Arqıç qırda yayqanar Əmman dənizində 
Sarp yerlərdə yapılmış kafir şəhri. 


Dədə Qorqud ● 2014/I I                                                                       9 
Sağa-sola çırbındı urar yüzgiçiləri,  
Su dibində dönər bəhriləri,  
“Tañrı mənəm” deyü su dibində çığruşur asiləri. 
Önün qoyub tərsin oqur qızı, gəlini. 
Altun ağıq oynar sancıd anıñ bəgləri. 
Altı qatla Oğuz vardı, alımadı ol qalayı. 
Altı baş ərlə mən Qazan vardım,  
Altı günə qomadım, anı aldım. 
Kəlisasın yıqub, yerinə məscid yapdım, bañ bañlatdım. 
Qızını, gəlinini ağ köksümdə oynatdım. 
Bəglərin qul etdim. 
Anda dəxi “ərəm, bəgəm” deyü ögünmədim. 
Ögünən ərənləri xoş görmədim  (D – 278, 13 – 279, 9). 
 
Soyalama 3. 
Arqıc qırda döndərdigim, mərə kafir, səniñ babañ, 
Şəqaqına emrendügüm səniñ qızıñ, gəliniñ. 
Ağca qala Sürməlidə at oynatdım,  
Atla Qarun elinə çapqun yetdim, 
Aq hisar qalasınıñ bürcin yıqdım. 
Ağ aqça gətürdilər, “puldur” dedim. 
Qızıl-altun gətürdilər, “baqırdır” dedim. 
Ala gözül qızın, gəlinin gətürdilər, aldanmadım. 
Kəlisasın yıqdım, məscid yapdım. 
Altunı, gümüşi yağmalatdım. 
Anda dəxi “ərəm, bəgəm” deyü ögünmədim. 
Ögünənləri xoş görmədim (D – 279, 12 – 280,6). 
  
Yersiz  mənəm-mənəmliyi, öyünməyi  igidə  yaraşmayan  bir keyfiy-
yət  kimi  səciyyələndirən  Topqapı  və  “Kitab”  soylamalarının  müxtəlif 
ozanlar  tərəfindən  fərqli  variantlarda  söyənildiyi  mübahisəzdir.  Bundan 
əlavə,  Topqapı  mətnin  alliterasiya  əsasında  qurulmuş  ikinci  hissəsi  ilə 
abidənin eyni biçimdə getmiş aşağıdakı soylama parçası arasında da mü-
əyyən variativlik vardır: 
 
“Biñ-biñ ərdən yağı gördümsə, oyunum dedim. 
Yigirmi biñ ər yağı gördümsə, yiləmədim. 
Otuz biñ ər yağı gördümsə, ota saydım. 
Qırq biñ ər gördümsə, qıya baqdım. 
Əlli biñ ər gördümsə, əl vermədüm. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə