Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə4/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   2   3   4   5   6   7   8   9   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      10 
Altmış biñ ər gördümsə, aytışmadım. 
Səksən biñ ər gördümsə, səksənmədim. 
Doqsan biñ yağı gördümsə, donanmadım.  
Yüz biñ ər gördümsə, yüzüm dönmədüm” (D – 277, 1-6). 
 
Müqayisə  etdikdə  “Kitab”da  ilk  iki  və  “yetmiş  bin”  sayı  ilə  bağlı 
misraların buraxıldığı, digər misralarda isə fərqli yanaşmanın ifadə olun-
duğu müşahidə olunur. Belə ki, on mindən başlayaraq müvafiq ardıcıllıq-
la  işlənmiş  sayların  “öyünüm  demedim”  –  “oyunum  dedim”,  “yerinme-
dim” – “yiləmədim”, “utanmadım” – “ota saydım”, “kıpınmadım” – “qı-
ya baqdım”, “alpım demədim” – “aytışmadım”, “dolanmadım” – “donan-
madım”  kimi  bir-birindən  seçilən  hökmlər  üzərində  qurulduğunu  görü-
rük. Yalnız səksən min və yüz min sayları ilə başalayan misralar eyni fi-
kir üzərində qurlmuşdur. 
Bu  variativlik  XVII  əsr  tarixçisi  Əbülqazi  Bahadır  xan  tərəfindən 
yazıya alınaraq Qazan xanı yenilməz əvsanəvi qəhrəmanı kimi mədh edh 
edən bir Qorqud nəğməsində daha qabarıq ºəkildə nəzərə çarpır. Artıq öz 
dövrünə uyğun formada nəzmə çəkilmiş bu 7 bəndlik bədii mətndən iki-
sini gözdən keçirməklə onların eyni qaynaqdan bəhrələndiyinə tam əmin 
olmaq mümkündür:  
 
Kazğurt tağdın ünkür taşnı yuğarlatdı 
Salur Kazan utru barıb karbap tutdı 
İt Beçene körüb anı isi kitdi 
Alplar Bigler kören bar mı Kazan kibi. 
 
Kök asmandın inip keldi tinnin yılan 
Her ademni yutar irdi köyen zaman 
Salur Kazan başın kesdi bermey aman 
Alplar Bigler kören bar mı Kazan kibi (5, 209-210). 
 
Formalaşma baxımından zaman, mühit və janr fərqləri olsa da, hər 
üç mənbədə Qazan xanla bağlı eyni məlumatlar verilir. Qazan xan: 
–  qıpçaqlarla  (beçeneklərlə),  eləcə  də  kafirlərlə  amansız  döyüşlər 
keçirmiş yenilməz qəhrəmandır; 
–  elə  bir  igiddir  ki,  yüksək  dağdan  yuvarlanan  daşın  qarşısını  dizi 
ilə kəsə bilmişdir; 
– göydən enən əşdaha ilə vuruşaraq ona qalib gəlməyi bacarmışdır. 
Bundan  əlavə,  “Kitab”la  müqayisədə  Qazan  xanla  bağlı  digər  mə-
lumatlarda  da  variativliyə  yol  verilmişdir.  Əgər  Topqapı  mətnində  və 


Dədə Qorqud ● 2014/I I                                                                      11 
“Kitab”da Qazan xan “Ulaş oğlu” kimi təqdim edilirsə, Əbulqazidə “En-
keş oğlı” kimi bəhs olunur (5, 215). Həmçinin eposda onun xanımının adı 
“Boyu  uzun  Burla  xatun”  kimi,  Əbülqazidə  uca  boyu  ilə  seçilən  “Altun 
Közəki”  (5,  228)  kimi  verilir.  Eləcə  də  Bamsı  Beyrəyin  xanımı  Banı 
Çiçək “Türkmənlərin  soy kitabı”nda  “Barçın Salur” (5, 228) adı  ilə təq-
dim olunur ki, bu da məhz həmin igidlərin adı ilə bağlı boyların variativ-
liyindən irəli gəlir.  
Burada başqa  bir  məqama diqqət yetirməyi  lazım bilirik. Əbülqazi 
Bahadır xan Qazan xanın anası ilə bağlı belə bir hadisə nəql edir: “O za-
manlar  Beçenə  elində  Toymadık  adlı  hökmdar  vardı.  O  gəldi.  Enkeşin 
evinə hücum etdi. Cacaklını əsir edib, [özü ilə] apardı. Üç ildən sonra En-
keş [qadına görə çoxlu] mal verib, onu geri qaytarmağa nail oldu. Cacaklı 
evə qayıdandan altı ay sonra oğlan uşağı doğdu. Qazan alp “Bu uşağı ha-
radan aldın?” – deyə soruşdu, [onu] dəyənəklə vurdu və onun başını ya-
raladı”  (6,  100-101).  Fikrimizcə,  Qazan  xanın  anası  ilə  bağlı  bu  rəvayət 
halına salınmış hadisə eposu düzüb-qoşan Dədə Qorquda və  yaxud boy-
lara zamanını ruhunu aşılayaraq söyləyən ifaçı ozana da bəlli imiş. Lakin 
bu  qeyri-adi  hadisə  abidənin  ümumi  ruhuna,  aşıladığı  mənəvi  dəyərlərə 
uyğun gəlmədiyi üçün ağlasığmayan fakt kimi qiymətləndirilmişdir. “Qa-
zan  xanın  evinin  yağmalanması  boyu”nda  Qaraca  çobanla  əsir  götürül-
müş  anasını,  xanımını,  oğlunu  və  bütövlükdə,  elini-obasını  xilas  etməyə 
gedən Qazan xan düşməndən döyüş zamanı at ayağı altında qalmasın de-
yə anasını istəyir. Lakin kafir ona: 
“Qarıcıq anañı gətirmişiz, bizimdir. 
Saña verməziz, Yayxan keşiş oğlına verəriz. 
Yayxan keşiş oğlından oğlı toğar, 
Biz anı saña qırım qoruz” (D – 58, 10-12)  
–  cavabını  verməklə  təklifini  rədd  edir.  Qaraca  çoban  kafirin  bu  fikrini 
ağılsızlıq adlandıraraq: “Mərə, dini yoq, ağılsız kafir! Ussu yoq, dərnək-
siz kafir! ... Mərə kafir, Qazanınñ anası qarıyubdur, oğul verməz. Dölün 
almaqdan səfañ varsa, Şökli Məlik, qara gözlü qızıñ varsa, gətür Qazana 
ver. Mərə kafir, səniñ qızıñdan oğlı toğsun, siz anı Qazan bəgə qırım qo-
yasız” (D – 59, 1, 5-8) deməklə sanki həm də Əbülqazidə getmiş hekayə-
yə etirazını bildirmiş olur. Deməli, dastanın formalaşdığı dövrdə ozanlar 
arasında müxtəlif  variantlılıq  mövcud  imiş. “Dədə Qorqud” eposunu da-
ha geniş aspektdə təhlilə cəlb edən görkəmli folklorşünas V.M. Jirmunski 
də Əbülqazi tərəfindən verilmiş bu tipli faktları variant kimi dəyərləndir-
mişdir (13, 178). 


Dədə Qorqud ● 2014/I I                                                                      12 
Maraqlıdır ki, bu variativlik “Kitab” və Yazıçıoğlu mətnində digər 
oğuz qəhrəmanlarının təqdimatında da üzə çıxır. Aydınlıq üçün aşağıdakı 
faktları müqayisəli şəkildə veririk: 
“Kitab”da: 
“Qaradərə ağzında qadır verən, qara buğa dərisindən  beşiginiñ  ya-
puğı olan, acığı tutanda qara taşı kül eyləyən, qara bığın yedi yerdə əñsə-
sində dügən Qazan qartaşı Qar Günə ...” (D – 149, 12 – 150, 2). 
Yazıçıoğlu mətnində: 
“Kara taşı karmadıkta kül eyleyen – Dağa taşa buşusundan duman 
çöken  –  Karadere  ağzında  Kadir  veren  kara  yeri  kertüp  beşik  kılan  – 
Kara buğra derisinden bağırtlak düzen – Altı ay  Hançerkid (?) hisarında 
dutsak olan – Kazan Beyin kartaşı Kara Güne bey” (10, 1348). 
Göründüyü  kimi,  “Kitab”da  “Altı  ay  Hançerkid  (?)  hisarında  dut-
sak olan” məlumatı əksini tapmamışdır, bu da Kara Günə ilə bağlı ayrıca 
boyun olduğunu düşünməyə əsas verir. Bundan əlavə, “qara buğa dərisin-
dən beşiginiñ yapuğı olan” birləşməsindəki “nəsil, qohum-əqrəba” məna-
sında  işlənmiş  “beşik”  (159-160) Yazıçıoğlunun istinad etdiyi mənbədə onu müasir mənada anla-
yan ozan “kara yeri kertüp beşik kılan” yozumunu verməli olmuşdur. 
“Kitab”da: 
“Altmış ərgəc dərisindən kürk eyləsə, topuqlarını örtməyən, altı ögəc 
dərisindən külah etsə, qulaqlarını örtməyən qolı-budı xıranca, uzun baldır-
ları incə, Qazan bəgüñ tayısı At ağızlu Aruz qoca...” (D – 61, 12 – 62,2). 
Yazıçıoğlu mətnində: 
“Doqsan deriden kürk olsa topuğun örtmeyen – Dokuz deriden şeb-
külah olsa tülügün örtmeyen – Dokuz koyun dovğalık on koyun öyünlük 
yetmeyen – Dokuz yaşar cüngin silküp atan – Kıynağında gökte dutan – 
Atbaşın  yalmayup  bir  kez  yudan  Afrasiyab  oğlu  Alp  Arız  bey”  (10  , 
1318-1319). 
Hər iki təqdimatda oxşar elementlərlə yanaşı, fərqli cəhətlər də get-
mişdir. Ən önəmlisi  Alp  Aruzun  Şərq  ədəbiyyatında  “Əfrasiyab”  adı  ilə 
məşhurlaşan Alp Ər Tonqanın oğlu kimi verilməsidir. Firdovsinin “Şah-
naməsi”ndə  Alp  Aruz  Əfrasiyabın  düşmənə  satqınlıq  edən  qardaşı  kimi 
(3, 19) təsvir olunur ki, bu da, sözsüz, müəyyən fraqmentləri Kaşğarı söz-
lüyündə verilmiş qədim türk dastanı “Alp Ər Tonqa”dan götürülmüşdür. 
“Kitab”ın  XII  boyunda  Aruzun  Qazan  xana  xəyanət  etməsi,  görünür, 
məhz  daha  qədim  formalaşma  mərhələsi  keçmiş  həmin  dastandan  qay-
naqlanmışdır. 
“Kitab”da: 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə