Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə14/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      33 
loriti  qorumaq  üçün  olduğu  kimi  saxlayırıq  –  A.H.)  üzvləri  ilə  keçirdiyi 
bir toplantıdan dönərkən, qərarlarını ehtiva edən gizli vəsiqələri tapa bil-
mir. Dərhal həmin dövrün gizli polis təşkilatının rəhbəri Beriyaya telefon 
edərək, bütün Politbüro üzvlərinin həbs edilməsini əmr edir. 
Ertəsi  gün  aradığı  vəsiqələri  otağında  tapan  Stalin  Beriyanı  çağı-
raraq, həbs edilənlərin dərhal sərbəst buraxılmasını istəyir. Beriya: 
– İş işdən keçdi, – deyə cavab verir, – dünən hamısına günahlarını 
etiraf etdirdim” (17, 31). 
Lətifədə  Beriyanın  “etiraf  etdirmə”  üsulları  haqqında  üstürörtülü 
işarə ilə yanaşı, Kommunist Partiyasının Siyasi Büro üzvləri kimi nüfuz-
lu  dövlət  adamlarına  olan  münasibət  açıq  şəkildə  görünməkdədir.  Xatır-
ladaq ki, 1953-cü ildə Stalinin ölümündən sonra Beriya törətdiyi cinayət-
lərə görə məhkum olunmuş və güllələnmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  sovet  ordusu  ilə  bağlı  siyasi  lətifələr  də 
vardır.  Bu  mətnlərdə  əsgər  və  zabitlərin  xidmət  etdiyi  dövlətə,  xüsusən 
onun rəhbərinə – Ali Baş Komandana münasibəti gülüşlə ifadə olunmaq-
dadır.  “Qafqazya”  dərgisinin  onuncu  sayında  verilən  bir  lətifəyə  nəzər 
salaq:  “Almaniyanın  işğal  edilmiş  məntəqələrinin  hüdudlarının  birində 
bir  amerikalı  və  bir  Qızıl  Ordu  əsgəri  növbə  çəkirlərmiş.  Amerikalı 
saatına baxır və :  
– On beş dəqiqə sonra növbətim bitir, – deyir, – Allaha şükür! 
Qızıl Ordu əsgəri də saatına baxır və o da əlavə edir: 
– Mənim də on beş dəqiqəlik bir növbətim qaldı. Stalinə şükür! 
Qızıl  Ordu  əsgərinin  Allaha  deyil,  Stalinə  şükür  etdiyinə  heyrət-
lənən amerikalı soruşur: 
– Çox qəribədir! Əgər Stalin ölərsə, nə deyəcəksən? 
Qızıl Ordu əsgəri bu cavabı verir: 
– O zaman mən: “Allah şükür!”– deyəcəyəm” (12, 18). 
Lətifənin  son  cümləsi  ikibaşılıdır  və  çox  düşündürücüdür.  Burada 
yalnız bir nəfərin göstərişlərilə idarə olunan hakimiyyətin nüfuzu, demək 
olar ki, yerlə yeksan olunmuşdur. 
“Qafqazya” dərgisinin on altıncı sayında Stalinə olan “xalq məhəb-
bəti” bir daha açıq şəkildə ifadə olunmaqdadır: “Stalin Politbüro iclasları-
nın birində öldüyü zaman Sovet İttifaqında və digər xalq cümhuriyyətlə-
rində üç ay müddətində matəm tutulmasını arzu etdiyini söyləyir. Çox se-
vimli liderlərinin arzusundan xəbərdar olan ağır sənaye işçiləri məmləkə-
tin  və  onun  təsirində  olan  dövlətlərin  hər  tərəfində toplantılar  keçirərək, 
Stalinin hikmət dolu bu əmrinin müzakirə edirlər. Müzakirələrin sonunda 
fabriklərin  birində  bu  qərar  verilir:  “Çox  sevimli  liderimiz  və  ustadımız 
Stalinin ölümü haqqında irəli sürdüyü təklifi kədər və həyəcan içində öy-


Dədə Qorqud ● 2014/I I                                                                      34 
rənmiş olduq. Qarşısı alına bilməyən ayrılıq səbəbilə üç ay matəm tutul-
ması  haqqındakı  hikmət  dolu  istəyini  qəlbdən  gələn  bütün  arzularımızla 
qarşılayırıq.  Fabrikimiz  üç  aylıq  matəm  müddətini  vədəsindən  əvvəl  bi-
tirməyi öhdəsinə götürür” (13, 22). 
Bu lətifədə, bir tərəfdən, dövlət başçısına olan “ümumxalq məhəb-
bəti” gülüş obyektinə çevrilmişsə, digər tərəfdən, sovet dövrünün saxta –
vaxtından əvvəl plan doldurma siyasəti ifşa olunmuşdur. 
Stalin öləndən sonra da Kommunust Partiyasına rəhbərlik edən di-
gər  başçılarla  bağlı  lətifələrin  ağızdan-ağıza  dolaşaraq  yaşadığını  ayrıca 
qeyd etməyə ehtiyac var. Onların da bəziləri mühacirət dərgilərində nəşr 
edilmişlər.  Nikita  Sergeyeviç  Xruşşovla  (1894-1971)  bağlı  “Mücahid” 
dərgisindəki  bir  lətifəyə diqqət yetirək: “Kommunist Partiyasının  başçısı 
Nikita Xruşşov Yuqoslaviya ziyarəti üçün  yeni  bir əlbisə  hazırlatdırmaq 
istəyir və əlində olan bir qumaşı dərziyə verir. Dərzi əvvəl Xruşşovun öl-
çülərini götürür, sonra qumaşı ölçür. Sonra parçanın az olduğunu, ondan 
bir əlbisə çıxarmanın imkansız olduğunu söyləyir.  
Xruşşov da qumaşı özüylə birlikdə Yuqoslaviyaya aparır və Marşal 
Titodan  ona  yaxşı  bir  dərzi  tövsiyə  etməsini  istəyir.  Belqradlı  dərzi  qu-
maşı  ölçdükdən  sonra  əlbisə  çıxara  biləcəyini  söyləyir.  Xruşşov  bundan 
təəccüblənərək: 
– Necə olur? – deyir, – Moskvadakı dərzim bundan bir əlbisə çıxar-
manın mümkün olmadığını söyləmişdi... 
Yuqoslaviyadan olan dərzi cavabında: 
– Yaxşı, amma yoldaş, Moskvada sən burada olduğundan daha çox 
böyük bir insansan ona görə...– deyə cavab verir” (16, 31). 
Lətifədə adı çəkilən İosip Broz Tito (1892-1980) Yuqoaslaviyanın 
ilk prezidenti olmuşdur. Bu lətifədə Xruşşova, əslində böyük bir dövlətin 
rəhbərinə olan ironiya, istehza göz qabağındadır.  
Başqa bir lətifədə isə rus şovinizm təbliğatı gülüş obyektinə çevril-
mişdir: “Bulqanin bir gün Jukova deyir ki: 
– Yoldaş, madam ki, bütün kəşflər ruslarındı, bütün artistlər rusdu, 
bütün dühalar rusdu, onda Adəm ilə Havva da rusdu deyə bilməzsiniz? 
– Bəli, amma bir az irəli getmiş olarıq.  
– Heç də elə deyil. Məsələ çox sadədi. Onların nə geyəcəkləri əlbi-
sə, nə də başlarını soxacaq bir evləri vardı. Üstəlik onlar haqqında bir də 
cənnətdə  yaşadıqları  söylənilir.  O  halda,  şübhəsiz  ki,  Adəm  ilə  Havva 
rusdu” (16, 31). 
Bu  lətifədə,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  rus  şovinizminin  ifşası 
ilə yanaşı, “cənnət” adlandırılan bir ölkənin əhalisinin yaşadığı ağır həyat 
şəraiti diqqətə çatdırılmışdır. 


Dədə Qorqud ● 2014/I I                                                                      35 
Bir məqamı qeyd etməyi vacib hesab edirik. 
Sovet  idarəçilik  sistemilə  bağlı  Azərbaycanda  elə  həmin  hakimiy-
yət dövründə saysız-hesabsız  lətifələr dillərdə gəzməkdə  idi. Onların  bir 
neçəsini artıq iyirmi ildir dünyasını dəyişmiş olan anam pıçıltı ilə danışar, 
sonra  heç  kimin  yanında  söyləməməyimizi  tapşırardı.  Çox  sonralar  bu-
nun  səbəbini  anladım,o,  bu  örnəklərin  unudulmasını  istəmirdi,  eyni  za-
manda, övladı üçün də təhlükəli olacağını düşünürdü. Sovet İttifaqı Kom-
munist  Partiyasının  Baş  katibi  Leonid  İliç  Brejnevlə  (1906-1982)  bağlı 
elə  onun  hakimiyyəti  illərində  eşitdiyim  bir  lətifəni  burada  xatırlatmaq 
istəyirəm: “Bir gün Amerikanın prezidenti Riçard Nikson və Leonid İliç 
Brejnev  Vaşınqtonda  küçə  ilə  gedirmişlər.  Birdən  görürlər  ki,  bir  nəfər 
yerdə oturaraq küçənin ətrafında əkilən yaşıllıqdan ot qoparıb yeyir. Nik-
son yaxınlaşıb soruşur: 
– Ay vətəndaş, niyə burda ot yeyirsən? 
Kişi cavab verir: 
– Yeməyə heç nəyim yoxdu, qalmağa da yerim. 
Nikson prezident administrasiyasından adamlara tapşırır ki, bu ada-
ma ev verin, yeməklə, işlə təmin edin. 
Bir gün Niksonla Brejnev Moskvada Qızıl Meydanı gəzməyə çıxır-
lar. Görürlər ki, küçənin ortasında Lenin Movzeleyinin qarşısında bir nə-
fər tam cır-cındır içərisində oturub ot yeyir. Brejnev yaxınlaşıb soruşur: 
– Ay yoldaş, sən burda neynirsən? 
Kişi deyir: 
– Acam, evim də yoxdu, ona görə burda oturmuşam. 
Brejnev ona çıxarıb üç qəpik verir və deyir: 
–  Al  bu pulu,  min tramvaya,  get şəhərin  kənarlarına,  gözlər  görmə-
yən yerlərdə otla, daha gəlib burda oturma. Gələn-gedən olur, görür, ayıb-
dır” (20). 
Göründüyü kimi, lətifədə iki dövlət başçısının öz xalqına olan mü-
nasibətinin müqayisəsi əsasında sovet siyasi sisteminin iç üzü ortaya qo-
yulmuşdur. 
Beləliklə, sovet hakimiyyəti  illərində  yaranan siyasi  lətifələri  məz-
mununa  və  tənqid  obyektinə  görə  şərti  olaraq  belə  qruplaşdırmaq  müm-
kündür: 
– Sovet dövlət başçıları ilə bağlı olanlar; 
– Sovet hərbi sistemi ilə bağlı olanlar; 
– Sovet hüquq sistemilə bağlı olanlar,  
– Sovet dövlətinin xarici siyasətilə bağlı olanlar. 
Xatırladaq ki, Bilal Alarlının sovet hakimiyyətinin süqutundan iyir-
mi iki il sonra nəşr etdirdiyi “Komik janrın özəllikləri” adlı tədqiqatında 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə