Dədə Qorqud ● 2014/I I 56
Mətanət YAQUBQIZI
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun böyük elmi işçisi
e-mail: metanet_abdullayeva@mail.ru
ƏSKİ DÜŞÜNCƏ – SİMVOL – HƏQİQƏT
Xülasə
Məqalədə göstərilir ki, əşya və ya varlıqlar dərk olunarkən psixoloji koda və ya
simvola çevrilir. Belə çevrilmələr nəticəsində əmələ gələn hər bir inancın kökündə isə
real həqiqət faktı dayanır.
Açar sözlər: adət-ənənələr, inanc, bədnəzər, saç, DNT kodu
THE OLD MIND - THE SYEMBOL - THE TRUTH
Summary
The article denotes that while objects and assets are recognized they turn to the
psychological code or a symbol. As a result of such transformations a real truth fact
stands on the root of each belief.
Key words: tradition, belief, evil eye, hair, DNA code
ДРЕВНЫЙ ОБРАЗ МЫШЛЕНИЯ - СИМВОЛ - РЕАЛЬНОСТЬ
Резюме
В данной статьи подчеркивается, что в результате восприятии вещей и яв-
лений они превращаются в коды и символы. А в корнях каждой поверии, образо-
ванные в резултате таких перевращении, стоят реальные факты действительности.
Ключевые слова: обряд, поверие, сглаз, волосы, код ДНТ
Məsələnin qoyuluşu: İnsan beynində inikas olunan bütün varlıq və
hadisələr abstrakt kodlara çevrilir, bununla belə hər bir kodun kökündə
reallıq faktı durur.
İşin məqsədi: Folklor nümunələrindəki simvollar dərketmə nəticə-
sində yaranan abstrakt kodların cilalanmış formasıdır.
Varlıq və hadisələrin dərk olunması duyğulardan başlayır. Duyğu
idrak prosesinin ilk pilləsidir. İnsan duyğuları vasitəsilə varlıq və hadisə-
lər haqqında məlumat əldə edir. Duyğular vasitəsilə varlıq və hadisələrin
bütün əlamət və xüsusiyyətləri zamandan və məkandan asılı olaraq insan
beyni tərəfindən mənimsənilir və dərketmə kodlarına çevrilir. Duyğu və
qavrayışın verdiyi məlumatlar nəticəsində mürəkkəb psixi proses olan tə-
fəkkür fəaliyyəti başlayır. Təfəkkür məqsədyönlü idrak prosesidir. İnsan
qarşıya çıxan məsələləri, problemləri öz təfəkkürü vasitəsilə həll edir, yə-
ni suallara cavab tapır, fikrən təhlil, müqayisə edir, ümumiləşdirir, kon-
kretləşdirir. İnsan varlıq və hadisələri duyub qavrayır, yadda saxlayır və
sonradan xatırlayır, yada salır. İnsan qavrayaraq yaddaşında qoruyub sax-
ladığı məlumatları yenidən analiz edir, dəyişir və yeni obrazlar yaradır ki,
Dədə Qorqud ● 2014/I I 57
bu psixi proses təxəyyül və ya düşünərək dərketmə adlanır. Beləliklə də,
insanı əhatə edən varlıq və hadisələr insan psixologiyası tərəfindən əvvəl-
cə dərketmə koduna, daha sonra isə simvola çevrilir. Qeyd etdiyimiz bu
proses simvola keçid mərhələsinin qısa və lakonik izahıdır. Fikrimizi
folklor materiallarına tətbiq edək.
Əski insanın xarakteri, maraq dairəsi, tələbatı sonrakı dövrlərin in-
sanlarından fərqli idi. İnsanın dərk etməsi, təfəkkürü də özünəməxsus ol-
muşdur. Əski insana məxsus olan ilkin psixi keyfiyyətlər xalqın söz ör-
nəklərində yaddaşlara köçürülmüş, nəsildən-nəslə ötürülərək bu günü-
müzə gəlib çatmışdır. Bildiyimiz kimi, folklor örnəklərində əski insanın
adət-ənənələri yaşayır. Bu adət-ənənələrdə insanların real milli xarakteri,
faktik həyat tərzi, gündəlik məişəti, davranışı və sabitləşmiş vərdişləri
özünü göstərir. Tarixən insanlar yiyələndikləri həyat tərzi, məişəti, dav-
ranış və vərdişləri təkrarlayaraq ənənəyə çevirmiş, sonrakı dövrdə yeni
ənənələr yaranmışdır. Hər bir sivil dövr keçmiş ənənələrdən bəhrələnə-
rək, yaxşı nə varsa mənimsəyərək özünün yeni ənənələrini yaradır. İnsanı
əhatə edən aləmdə baş verən bütün hadisələr onun düşüncə tərzinə kəskin
təsir göstərir, onu dəyişdirir, əlavə rənglər qazandırır. Buna baxmayaraq,
adət-ənənələrimiz ilkin məzmununu qoruyub saxlamışdır.
Hər bir yeni insan əcdadının yaşadığını başqa formada yaşamış, ancaq
qeyd etdiyimiz kimi ilkin məzmun dəyişməmişdir. Qədim abidələr, qayaüstü
rəsmlər, əski tikililər fikrimizi bir daha sübut edir. Çünki bu abidələr, tikililər
tarixin həqiqət carçısı, o dövrün əsl güzgüsüdür. Hələ də dövrümüzə gəlib
çatan hansısa tikilinin, yaxud da hansısa təsvirin əsl anlamı bu gün üçün də
müəyyən şifrə, kod olaraq qalır. Müəyyən bir ip ucu lazımdır ki, bu sirli
dünyanın qapıları üzümüzə açılsın. Elmdə böyük-böyük nailiyyətlər, uğurlar
əldə edilmiş, bunların kökünün gerçəyə, həqiqətə söykəndiyi sübut olun-
muşdur. Dərin məzmun daşıyan folklor örnəklərindən olan inanclar ilkin
variantda əski düşüncə tərzi əsasında formalaşmışdır. Bu fikrin əyani sübutu
kimi bir neçə inanc nümunəsini gözdən kеçirək:
Məsələn, “Qoz ağacının altında yatmazlar, vurğun vurar” (22).
“Azərbaycan türklərinin inanclarında “vurğun” bir ruhdur, əcinnə-
nin özüdür. Belə deyilir ki, bu ruh tək ağac altında, su qırağında və ya
körpü altda yaşayır... Ağac altında yatıb xəstələnənlərə “vurğun vurmuş”
deyərdilər... Vurğun vurmuş adam çox vaxt yerindəcə ölər və ya bir müd-
dət dilsiz-ağızsız gəzib dolaşar və s.” (3, 387).
Biologiya elmindən bizə bəllidir ki, qoz ağacı ən çox karbon qazı
buraxan ağacdır. Ona görə də bu ağacın altında yatmaq qorxulu sayılır.
Bunun səbəbini bilməyən əski insan göstərilən inancı yaratmışdır, hansı
Dostları ilə paylaş: |