Dədə Qorqud ● 2014/I I 58
ki, kökündə bir gerçək, bu günümüz üçün nəticəsi təsdiqlənmiş elmi bilik
durur.
Bir başqa inanc nümunəsinə diqqət edək: “İpəkqurdları təzə çıxan-
da onların bir hissəsi “qırıldı” bəhanəsi ilə ayırıb gözə gəlməmək üçün
başqa gizli bir yerdə baxır, yemləyirdilər və həmin qurdlardan alınan ba-
ramanı satırdılar. Bu pula qoyun alıb qurban kəsirdilər” (8, 50).
Bu inancın kökündə əski insanın ilkin sınamaları dayanır. Bilirik
ki, əski inanclara uyğun olaraq gözdəymədən, bədnəzərdən qorunması
nəzərdə tutulan obyеkt üzərinə müəyyən əşyalar asılırdı və hazırda bunun
izləri hələ də qalmaqdadır.
Nümunədən də göründüyü kimi, inanc əsasında formalaşan bu sı-
namanın kökündə xarici faktor kimi aldadıcılıq, “yalan” faktoru durur.
Burada gеrçəklik еlеmеntinə еkvivalеnt olan birinci intеllеkt obrazı
birbaşa duyğu və hisslərə əsaslanan dərkеtmə vasitəsilə dеyil, bеyində
əvvəlcədən mövcud olan ikinci intеllеkt obrazlarının forma dəyişməsi və
məzmun dəyişməsi kimi çevrilmələr nəticəsində cərəyan еdən düşünərək
dərkеtmə vasitəsilə yaranır.
Bu mətndən qaynaqlanaraq “Yalan” faktorunun üzərində dayanaq.
F.ü.e.d. Seyfəddin Rzasoy yazır: “Yalan” semanteminin mifoloji xaosla
bağlılığı “Səni görüm yalan olasan” qarğışında da özünü qorumuşdur.
Bu, indi qocaların dilində qorunub qalmış ağır bəddualardan biridir. Se-
mantikası birbaşa ölümlə bağlıdır” (10, 257). Verdiyimiz inanc nümunə-
sindəki “yalan” (aldadıcılıq) faktorunun özəyində məhz Seyfəddin Rza-
soyun da qeyd etdiyi kimi “ölüm” semantemi durur.
Yalnız inanclar, alqış və qarğışlar dеyil, bir çox müxtəlif janrdan
olan folklor örnəkləri də ilkin gerçəkdən, həqiqətdən qaynaqlanır. Psixo-
loji araşdırmalar belə dеməyə əsas vеrir ki, ilkin inanclar əksərən (bəlkə
də istisnasız olaraq) sınanaraq təcrübədən kеçirilmiş adi həyat hadisələri
ilə bağlı olmuşdur. Bu nümunələrin də əsasında müəyyən mənada real
faktor durur.
Məsələn, “baramaqurdunun bir hissəsi “qırıldı” bəhanəsi ilə ayırıb
gözə gəlməmək üçün başqa gizli bir yerdə baxır, yemləyirdilər...”
İnsanlar daima bədnəzərə həddindən artıq önəm vermiş və bu özü-
nü folklor örnəklərində də göstərməkdədir. Ancaq bunu qeyd etmək istə-
yirik ki, bədnəzər adlandırdığımız bu “gözdəymə” “aura” ilə əlaqəlidir.
İndi isə “aura” məfhumuna aydınlıq gətirək. “Aura insanın şəxsiyyəti, hə-
yat tərzi, onun fikirləri və hissləri məlumatlarını özündə birləşdirən enerji
şüalarıdır” (15).
“Aura yunan mənşəli əsmə sözündən olub, enerji sahəsi, işıq, rəng
deməkdir. Hər bir şeyin enerjisi vardır Bu baxımdan otağın da aurası
Dədə Qorqud ● 2014/I I 59
vardır. Otaqdakı əşyaların... yerləşməsi müəyyən enerji harmoniyası ya-
radır. Bunu öyrənən xüsusi sahə vardır ki, bu, Fen-suy adlanır. Bu sahəyə
görə qalan enerji harmoniyası insanı yorduğu üçün əşyaların... yerini tez-
tez dəyişdirmək lazımdır” (19).
İkincisi, “aura hətta enerji və informasiya axınını nəinki qəbul et-
mək, hətta toplayıb ötürmək qabiliyyətinə də malikdir. Deməli, insanların
auraları qarşılaşarkən onlar özləri də bilmədən informasiya mübadiləsi
edirlər” (16). Onlar istər müsbət, istərsə də mənfi enerjilərini bir-birilərinə
ötürürlər. Mənfi enerjinin təsiri ötürüləndə qarşı tərəf pis hallar keçirir ki,
insanlar da bunu “bədnəzər” adlandırmış, müxtəlif tədbirlər həyata keçir-
mişlər. Verilən inanc nümunəsindən də göründüyü kimi insanelar barama-
qurdunun yerləşdiyi mühiti dəyişmiş və istədikləri nəticəni əldə etmişdir.
Verilən nümunədə: “...baramanı satırdılar. Bu pula qoyun alıb qur-
ban kəsirdilər.” Doğru olaraq burada bu fikri qeyd etmək yerinə düşər:
“İnsanlar qurbankəsmə ritualının şər ruhlardan qoruyacağını, onu əhatə
edən kosmosun nizamını saxlaya biləcəyini düşünürdü” (4, 51).
İnsanın ən böyük uğuru varlıq və hadisələri nə şəkildə dərk etməsi-
dir. İnsanın idrak fəaliyyəti onun dünyagörüşündən, intellektindən asılı-
dır: yəni insan mövcud gerçəkliyi, onun qanunauyğunluqlarını necə qav-
rayır, necə dərk edir. Beləliklə də, insan idrakı mövcud olan varlıq və ha-
disələri özünəməxsus şəkildə dərk edir, inikas etdirir.
“Saç kəsiləndə saçı qapının künc-bucağına dürtüllər ki, yəəsinin başı
ağrımasın” (2).
Əvvəlcə saçla bağlı indiyədək yazılan müxtəlif məqalə və mətnlərə
müraciət edək.
“Saç arxaik düşüncə baxımından artım gücünü, xüsusilə magik qüv-
vəti özündə təcəssüm etdirir... Ənənəvi təsəvvürlərə görə adamın “canı”
qanda, gözlərdə yerləşdiyi kimi saçda da ola bilirdi.
Türk xalqları etnoqrafiyasında saçın kəsilməsi və ya qırxılması bir
akt olaraq inisiasiya səciyyəlidir... Sibir türkləri olan telengitlərdə saç kəsi-
ləndən sonra ya yandırar, ya da gizlədərdilər ki, bədxah “körmös” ruhları
görüb aparmasın. Yoxsa adam xəstəliyə tutula bilərdi” (3, 311).
“Saç mifik təfəkkürdə günəşin şüasını əks etdirir. Saçın kəsilməsi
günəş işığının azalmasına işarədir, buna görə də saçın kəsilməsinə qada-
ğa qoyulmuşdu... Koroğlu mifik qəhrəman olduğu üçün onun saçının o
dünya ilə bağlılığına, saçın o dünya ilə bu dünyanı birləşdirən vasitə ol-
masına inanmışlar” (4, 129).
“Saç, tük folklorda güc mənbəyi kimi nişan verilir... nağılda saçın-
dan bir hörük ayırıb bu hörüklə bir vedrə suyu çəkir yuxarı. ... tüksüzlük
zəifliyin, tüklülük bahadırlığın əlaməti kimi özünü göstərir.
Dostları ilə paylaş: |