Dədə Qorqud ● 2014/I I 65
tı hamı tərəfindən bilinir və hər il qeyd edilir. Ailə-məişət mərasimlərinin
vaxtı isə bilinmir, nə vaxt hansı ailədə xoşbəxt, yaxud da bədbəxt hadi-
sənin baş verməsi bəlli olmur. Eyni zamanda, ailə-məişət mərasimləri re-
gional xüsusiyyətə malik olub, hər bir region üçün ayrı-ayrı rituallardan
ibarət olur.
İşin məqsədi. Məqalədə işğal altında olan Kəlbəcər regionnunun
əhalisindən toplanmış doğum mərasimi ilə bağlı mətnlərin özünəməx-
susluğu və onların müqayisəsi öz əksini tapıbdır. Ailə-məişət mərasim-
lərinə daxil olan doğum mərasimi regional xüsusiyyətə malik olub, hər
bir region üçün ayrı-ayrı rituallardan ibarət olur.
Ulularımızdan yadigar bir deyim var: “Dünya üç gündür – anadan
olan gün, evlənən gün, ölən gün”. Bu günlərin hər biri bir aləmdən soraq
verir. Doğulub işıqlı dünyaya salam verirsən, boya-başa çatıb evlənərkən
dünya evinə girirsən və görüb-götürərək, bacarıb-bitirərək ölürsən, yəni
dünyaya vida deyirsən. Qədim dövrdən indiyə qədər Azərbaycan folklo-
runda insanın dünyaya gəlməsi sevinc və xoşbəxtlik əlaməti sayılmışdır.
Nəslin artması, ailənin genişlənməsi hər bir yeni ailə qurmuş gənclər
üçün vacib şərtlərdən olmuşdur. Buna nağıl və dastanlarımızdan istənilən
qədər nümunə göstərə bilərik. Təkcə qədim türk eposu olan “Dədə Qor-
qud kitabı”ndan bəlli olur ki, övlad nəslin, tayfanın həyatında lap qədim
dövrlərdə belə mühüm əhəmiyyətə malik olubdur. Bir söyləyicinin dediyi
kimi “dünyanın naz-neməti uşağa qurban. Uşaq güldür, gah açar, gah
yumar”. Adətən, yeni evlənən cütlüklərin qucağına körpə uşaq qoyarlar
və xeyir-dua edəndə də oğullu-qızlı olasan deyərlər (10, 104).
Kəlbəcər sakinlərindən topladığımız mətnlər içərisində doğumla
bağlı mərasimlərin özünəməxsus şəkildə qeyd edildiyini gördük. Yeni in-
sanın dünyaya gəlməsi mühüm və sevincli ailə hadisələrindəndir. Bu ha-
disə özündə ayin və mərasimləri, inam və sınamaları və mifik obrazları
ilə mürəkkəb bir kompleks təşkil edir. Azərbaycan mifik təfəkküründə
özünəməxsus yerlərdən birini tutan, daşıdığı funksional-semantik məz-
mununa görə “Umay” ilahəsinə qarşı qoyulan “Hal anası” təkcə türk
xalqlarının deyil, dünyanın bir çox xalqlarının ortaq folklor obrazı sayıla
bilər. Kəlbəcər regionunda da “Hal anası” ilə bağlı olduqca maraqlı
inanclara rast gəldik. Doğum mərasimində icra edilən qoruyucu – pro-
filaktik tədbirlərin böyük əksəriyyəti məhz “Hal anası”nı zahıya yaxın
buraxmamaq üçün görülür. Bunlara misal kimi “zahının başının altına
qoyulan bıçaq, tüfəng, qılınc, yatağın ətrafının keçi sicimi ilə əhatələn-
məsi, paltarına iynə, sancaq taxılması, müxtəlif qorxu duaların yazılması
və s.” (Abbasova Ayna Qurban qızı, Qamışlı kəndi) göstərmək olar.
Ayrı-ayrı söyləyicilərin dediyinə əsasən “Hal anası” “insan cildində, ey-
Dədə Qorqud ● 2014/I I 66
bəcər simada, qara paltarlı qadındır. O, zahı qadınları huşa aparıb, ciyər-
lərini çıxarır, onları öldürür” (Salmanova Saray Kərim qızı, Ayrım kən-
di). Yalnız doğum prosesində deyil, doğumdan sonrakı dövrdə də zahı
üçün təhlükə yaradan bu obraz Azərbaycan folklorşünaslığında geniş və
hərtərəfli tədqiqata cəlb edildiyindən bu haqda ətraflı danışmağa lüzum
görmürük. Təkcə onu qeyd etmək lazımdır ki, “Hal anası” barədə yazan
bütün tədqiqatçılar haqlı olaraq, bu obrazın müasir dövrdə daşıdığı mənfi
enerjinin sonrakı zaman kəsimlərində qazanılmış olduğunu, “Hal anası”-
nın da vaxtı ilə “Umay ana” kimi doğum, törəmə, məhsuldarlıq hamisi
kimi çıxış edən ilahə olduğunu göstərmişlər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Qubadlı rayonunun
Qaracallı kəndində boylu və sonsuz qadınlar tərəfindən ziyarət edilən
“Umay kahası” piri var (8, 90). Prof. M.Seyidov Laçında, Kəlbəcərdə,
Şamaxıda belə pirlərin mövcudluğundan bəhs etmişdir (8, 113). Uşaq pir-
lərinin kahada, yaxud qayada yerləşməsi, dağla əlaqələndirilməsi təsadüfi
deyil. Umayın dağla, qaya ilə əlaqələndirilməsini M.Seyidov daşa inamla
Umaya inamın qaynayıb-qarışması kimi izah etmişdir. Çox keçmişdə,
mif görüşlərinin hakim olduğu çağda mifə inanan uşağın olması üçün hər
iki inamı – daş və Umaya inamı birləşdirmiş və bununla da onları mifik
baxımından daha da gücləndirmişdir (8, 113). Kəlbəcərdə “pir daşı” adla-
nan kaha var ki, region işğal edilənə kimi sakinlər, əsasən də, gec uşağı
olan, yaxud da sonsuz qadınlar tərəfindən ziyarət edilirmiş. Hətta bir söylə-
yicinin dediyinə əsasən, bu kahaya təzə evlənən gəlin də ziyarətə gələrmiş
ki, gələcəkdə heç bir problemlə qarşılaşmadan uşaq sahibi ola bilsin.
Pirlərin məhz dağda yerləşməsi və Umayla əlaqələndirilməsi hadi-
səsini başqa aspektdən araşdırmaq da mümkündür. Tədqiqatçılar Azər-
baycanda mövcud olan ağac-doğum pirləri ilə Umayın arasında mifoloji
əlaqənin mövcudluğunu söyləyirlər. Bu, bir tərəfdən, türk xalqlarında
ağacın Umayla birgə göydən enməsi inamı ilə, digər tərəfdən ağacın
meyvə verib törədiyi kimi, doğum ilahəsinin də insanların meyvəsi sayı-
lan uşaqları himayə etməsi ilə izah edilir. Eyni zamanda, bu pirlərin ağac-
da yerləşməsi – bütün dünyanın, eləcə də insanların yaradıcısı, hamisi
olan Dünya ağacına işarə sayılır (8, 38). Umay ilahəsi həm antropomor-
fik (insan), həm zoomorfik (quş), həm də antropozoomorfik görünüşdə
(qanadları olan qadın) təsəvvür edilir. Kəlbəcərin əsasən dağlıq ərazidən
ibarət olması bu mifoloji obrazın orada mövcudluğuna şərait yaradan sə-
bəblərdən olubdur.
Qədim dövrdən indiyə qədər insanlar doğumdan əvvəl hamilə qa-
dını qorumağa çalışmışlar. Bunun əsasında əsrlər boyu dəyişməyən tabu-
qadağalar yaradılmışdır. “Hamilə qadın qarğış etməz, eybəcər heyvanlara
Dostları ilə paylaş: |