Dədə Qorqud ● 2014/I I 69
sus mərasim keçirilir və bəzi rituallar edilirdi. “Qırxı çıxan uşağın qırx gü-
nünü keçirmək üçün ayrı qabda qırx suyu hazırlanır, içinə qırx ədəd daş
qoyulur, ya da qırx ədəd arpa atırlar, qırx qüsulunu verib təmizləyirlər.
Bundan sonra uşaq olur pak, üstünə kim istəsə gələ bilərdi” (Babaxanova
Bənövşə Əli qızı, Sarıdaş kəndi).
Maraqlı adətlərdən biri də qadının cifti ilə bağlıdır. Müxtəlif xalqla-
rın folklorunda doğumdan sonra qadının bətnindən ayrılan ciftlə bağlı ox-
şar və fərqli ayinlər keçirilir. İnama görə, cift uşağı doğum gününə qədər
müşayiət edir. Doğumdan sonra da onu dəfn etmək lazımdır, bu ruhu tor-
pağa qaytarmaq və onun yenidən qayıdışını təmin etmək üçün idi. Ciftlə
bağlı inanclar çox yönlü olub, müxtəlif xalqlarda ya basdırmaq, ya yan-
dırmaq, ya da axar suya axıtmaq kimi rituallardan ibarətdir. Bəzi xalqlar-
da isə onu qurudub uşağın beşiyində saxlayırlar. Bunun mənası körpəni
sağlam saxlamaq, onu bəladan, xəstəlikdən qorumaq idi. Ümumiyyətlə,
bütün bu mərasimlər qoruyucu xarakterə malik olub, insanları zərərdən
qorumaq üçün icra olunurdu. Azərbaycanda da ciftin ana bətnindən tez
düşməsi üçün evdəki bağlı, düyünlü şeyləri açmaq, qablardakı suları bo-
şaltmaq və s. kimi adətlər var idi. Eyni zamanda, ciftin basdırılması da
bəzi bölgələrdə xüsusi əhəmiyyətə malikdir. Yaşlı nənələrin dediyinə gö-
rə, cifti təmiz yerdə basdırmaq lazımdır, onu murdarlamaq olmazdı. Türk
xalqlarının folklorunda da körpə dostu və ya yoldaşı kimi tanınan cift tə-
miz parçaya bükülür və dəfn edilirdi. Valideynlər uşağını böyüyəndə din-
dar görmək istəyirsə, bunu bir məscidin həyətində dəfn edir. Təhsilli ol-
masını istəyirsə, məktəb, universitet həyətində dəfn edirdilər. Azərbayca-
nın bir çox bölgələrində, əsasən də ucqar kəndlərində körpənin göbək ba-
ğını təmiz yerdə, barlı ağacın altında, yaxud da məktəb həyətində basdı-
rardılar. Şimal rayonlarında isə cifti basdırmaz, uzaq bir yerə, yaxud da
çaya atardılar. Ruslar isə cifti evin döşəməsinin altında dəfn edirdilər.
Digər xalqların folklor ənənəsində isə çox hallarda bunu heyvanlara (it,
pişik, vəhşi heyvanlar və s.) atırdılar ki, yesin. Avropa xalqlarında da gö-
bək bağı beşiyin üstündən, yaxud uşağın yastıq altında bir parçaya bü-
külmüş halda saxlanılır. İngilis xalqında isə cift “plasenta” adlanır və
adətə görə dəfn edilir. Ciftin dəfn edilməsi şər ruhları məhv etmək, qadını
şər ruhlardan qorumaq üçün bir prosesdir. Digər bir inama görə isə ciftlə
körpə arasında sakral bir əlaqə vardır. Bəzi yerlərdə, cift (plasenta) uşa-
ğın qardaşı və ya əkizi kimi tanınır (15). Hətta körpə gözlənilmədən gül-
düyü zaman, onun qardaşı ilə oynadığını ifadə edir. Azərbaycan folklo-
runda isə buna “uşağı şeytan aldadır” deyirlər (3, 23).
Keçmiş Nigeriya və Qana insanları cifti körpənin ölü əkizi hesab
edib bir canlı kimi dəfn edirdilər. Qədim Misirdə isə cift həmçinin enerji
Dədə Qorqud ● 2014/I I 70
və sehr mənbəyi kimi qəbul edilmişdir. Bunun əsasında qadın yenidən
körpə sahibi ola bilərdi. Transilvaniyada isə çox uşağı olan qadının çiftini
yandırırdılar. Sonra onun külünü suya qatıb ərinə içirdirdilər. Bunu et-
məklə bir daha uşaq sahibi olmayacaqlarına inanırdılar. Avropa xalqla-
rında belə bir inam da var idi ki, uşaqsız qadın qurudulmuş çift yesə, uşa-
ğı olardı. Sonsuzluq üçün müalicə vasitəsi olduğunu düşünürdülər. Pla-
senta uzun müddət xalq təbabətində istifadə olunub. Hətta qurudulmuş
cift bir neçə xəstəliklərin müalicəsi üçün istifadə edilibdir. Doğuşdan
sonra ana və uşağın üzündə ləkəyə oxşar bir şey varsa, plasenta ilə onu
yox etmək olarmış. Ərəb ölkələrində bu müalicə üsulu daha geniş yayıl-
mışdır. Sonsuz qadınlar qurudulmuş cifti suda isladıb yuyunaraq uşaq sa-
hibi olacaqlarına inanırdılar. Serbiyada isə təzə plasenta bu məqsədlə isti-
fadə edilmişdir. Estoniyada sonsuzluq yeni doğulan körpənin göbək qanı-
nı içərək yaxşılaşdırılırdı. Ruslarda isə sonsuz qadın göbək bağını doğu-
mun sonunda yeyirdi (15).
Yeni doğum etmiş qadına həmzadlı qadın deyirdilər. Bu qadınlarla
bağlı yasaqlar da var idi ki, həmzadlı qadın əlini xəmirə vurmaz, qatıq
mayalamaz, sağında iştirak etməz, mənsil (süddən hazırlanmış məhsul)
tutmaz, müqəddəs yerə ocağa, pirə getməz və s. əməl edirdilər. İnama gö-
rə, bu qadınlar təmiz olmurlar və onların qırxı çıxana qədər bunları etmə-
yi yasaq idi. Qırxda qüsul töküb təmizlənəndən sonra bunları edə bilərdi
(Həşimova Səmayə Ədil qızı, Comərd kəndi).
Azərbaycanlıların təsəvvürlərinə görə “həmzad” – uşaq doğulan an
onun yanında peyda olan cinin adıdır. Məhz bu cin yeni doğulmuş kör-
pəyə xətər toxunduraraq onu xəstə edir (1, 100). Azərbaycan folklor yad-
daşında həmzad qadınlar barəsində də bir qisim yasaqlara rast gəlmək
mümkündür: “Həmzadlı qadınların 40 gün üstünə getmək düzgün hesab
edilmir. Bu halda uşağa xətər toxunulacağından ehtiyat edilir. Kiminsə
həmin evə girməsi üçün ana və uşax başqa evə getməli, sonra ikisi də bir-
likdə həmin adamın üstünə daxil olmalıdı. Bununla da xətanın sovuşduğu
güman edilir” (8, 234). “Həmzadlı qadınların və həmzadlı uşaxların zahı
qadınların üstünə bilə-bilə gəlməsi düşmənçilik hesab edilir. Çünki belə
olanda həmzadın zahı qadına keşdiyi güman edilir” (Məmmədova Səadət
Rəhim qızı, Nəcəfalı kəndi).
Zəngilan bölgəsində toplanmış folklor mətnlərində də oxşar sına-
maların olduğunu müəyyən etdik. “Kəntdə bir adət vardı, təzə uşağ olan-
da qırx gün heç kəs onun üsdünə getməzdi. Qonşu gedəndə uşağı çıxardıf
aparardılar bir aralı yerə, onnan sora o gələn qonax keçərdi evə. Sora uşa-
ğı gətirərdilər qonağın üsdünə. Çünki gedənin ağırrığı tökülmür, hərrənif
gələn ağırrığını tökür” (6, 139). Yeni doğulan uşağın dırnağını və saçını
Dostları ilə paylaş: |