Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə27/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      67 
baxmaz,  oğurluq  etməz,  yoxsa,  uşaq  əliəyri  olar.  Hamilə  qadın  ölüyə 
baxmaz.  Hamilə  qadın  dovşan  əti  yeməz,  uşaq  dovşanağız  olar  və  s.” 
(Alıyeva Qənirə Möhsün qızı, Dəmirçidam kəndi). Hamilələri bədnəzərli 
və nəfəsli adamlardan, sonsuz qadınlardan, yas yerlərindən, qəbiristanlıq-
dan  uzaq  saxlayırdılar.  Hamiləlik  faktını  mümkün  qədər  gizlədirlər.  Bu 
qadağaların yaranması hamiləlik və zahılıq dövründə qadının bəd ruhlara 
və şər qüvvələrə qarşı həssas olmasından, onların təsirinə daha çox məruz 
qalmasından irəli gəlirdi. 
Maraqlı sınamaların biri də uşağın cinsiyyətinin öyrənilməsi idi. Bu 
baxımdan, Kəlbəcər regionunda da fərqli ayinlər icra edirdilər. “Deyirlər 
ki,  hamilə  qadın  gözəlləşsə,  onun  oğlu  olacaq,  çirkinləşsə  qızı  olacaq. 
Qadının  kürəyi  ağrısa  oğlan,  böyrü  ağrısa  qız  olar.  Göbəyi  yuxarı  qal-
xarsa oğlan, aşağı düşərsə qız olacağına  inanırdılar” (Babaxanova Əzizə 
Salah qızı, Sarıdaş kəndi). Bundan  başqa digər rituallar da edirlər ki, bu 
olduqca maraqlıdır. “Niyyət tutub mal yaxud qoyun başını bişirən zaman 
cəhənglərini  dartıb  ayırırlar  və  oradakı  sümüklər  ətli  çıxarsa  qız  olaca-
ğına, ətsiz çıxarsa oğlan olacağına inanırdılar” (Babaxanova Bənövşə Əli 
qızı, Sarıdaş kəndi). Cəbrayıl sakinlərindən toplanmış mətnlərdə isə belə 
yazılır: “Balığın başında bir fal sümüyü var. Boylu üçün niyyət edib onu 
oturduğun  yerdə  dal  tərəfə  atırsan.  Sümük  arxası  üstə  düşsə  boylu  qız, 
üzü üstə düşsə oğlan doğar. Bir bardağa su tökürlər. Hamilə qadının  sü-
dünü sağırlar, süd yayılırsa qız, toplu olaraq enərsə oğlan olacağına dəla-
lət edər” (7, 173). Digər bir sınamanı  isə  Kəlbəcər sakini  belə  izah edir: 
“Hamilə  qadın  yuyunanda  qarnının  ölçüsünü  alar,  sonra  yuyunardı.  Yu-
yunub qurtardıqdan sonra bir də ölçər, kiçik olarsa qız, böyük olarsa oğ-
landı, demək” (Babaxanova Bənövşə Əli qızı, Sarıdaş kəndi). 
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan folklorunun özəlliklə-
rindən biri onun başqa türk xalqlarının  folkloru ilə ortaq cəhətlərə  malik 
olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-
üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəl-
məsini  göstərir.  Türk  mifoloji  düşüncəsinin  təşəkkül  və  inkişafı,  həmçi-
nin mifoloji obrazların tədqiqi bu gün də aktual məsələlərdəndir. Bu ox-
şarlıq  təkcə  türk  xalqlarının  folklorunda  deyil,  eyni  zamanda,  müxtəlif 
dünya  xalqlarının  folklorunda  da  eynilik  təşkil  edir.  Əsasən  xarici  görü-
nüşü  baxımından hamilə qadının körpəsinin cinsiyyətinin  müəyyən edil-
məsi  bütün  dünya  xalqlarının  folklorunda  oxşardır.  Bədən  quruluşuna, 
yediyi  yeməklərə, bəzi  hərəkətlərə və s. görə müəyyən etməyə çalışırdı-
lar. Rus xalqlarında hamilə qadının sol böyrü üstə yatanda qızı, sağ böyrü 
üstə yatanda oğlu olacağına inanırdılar. 


Dədə Qorqud ● 2014/I I                                                                      68 
Azərbaycanlılar  inanırlar  ki,  yerikləyən  qadına  haram  yemək  ol-
maz. Yoxsa uşaq oğru olar və ya haram iş görər. (3, 237) Hamilə qadının 
“yerikləməsi” ona deyilir ki, əgər qadının ürəyi bir şey istəsə, gərək onu 
verəsən,  yoxsa  istədiyi  şey  doğulan  uşağın  kürəyində  ləkə  kimi  qalar. 
Türk xalqlarının inancına görə isə hamilə qadına yeriklədiyi şeyi verməz-
sən,  uşaq  şikəst,  yaxud  da  xəstə  olar.  Ola  bilər  ki,  istədiyi  şeyi  vermək 
mümkün deyil, onda qadın əlini açıb ovuclarını yalayar və sonra budları-
na sürtərmiş. Beləliklə, körpənin şikəstlikdən qurtulduğuna və hamilənin 
budlarında çıxan ləkənin bu səbəbdən olduğuna inanırdılar. Hamilə qadı-
nın  yerikləməsinə  verilən  etibar  keçmişdən  günümüzə  qədər  yaşamaqda 
və  aktuallığını  hələ  də  qorumaqdadır.  Kəlbəcər  sakininin  söylədiyi  bir 
mətni  buna nümunə göstərə bilərik:  “Bir söyləyicinin dediyi  mətndə ha-
milə qadın yerikləyirmiş. Onun ürəyi ilan əti çəkir. Bir ilan tutub gətirir, 
onun başını  və quyruğunu kəsib gizlicə ocaqda bişirməyə çalışır. Gəlinə 
göz qoyan qayınata gedib bir mal kəsir, onun bağırsağını kəsib təmizləyir 
və şişə taxır. Gəlini bir bəhanə ilə çölə çağırır və ocaqdakı şişlə əlindəki 
şişi dəyişdirir. Gəlin gəlib bişən əti yeyir. Aradan xeyli keçir, gəlin yükü-
nü yerə qoyanda baxırlar ki, onun qarnındakı qurbağa imiş. Gəlin göldən 
su içəndən qurbağa sürfəsi onun bədəninə keçib və böyüyüb. Onun üçün 
də  ilana  yerikləyibdir”  (Abbasova  Günəş  Şəmşir  qızı,  Nəcəfalı  kəndi). 
Doğrudur, mətn fantastik süjet xəttinə malikdir, lakin əsas məğzi hamilə 
qadının  yerikləməsidir.  Deyilənlərdən  belə  bir  nəticə  çıxarmaq  lazımdır 
ki, hamilə qadının yerikləməsi – yəni hamiləlik dövründə ürəyinin bir şey 
istəməsi  tibbi  cəhətdən  normal  haldır,  lakin  xalq  inancının  da  burada 
böyük əhəmiyyəti vardır. Xalq inancı xalqın təcrübəsi olub illər keçdikcə 
cilalanaraq günümüzə qədər öz dəyərini qoruyub saxlamışdır. 
Dünyaya gələn uşağın və ananın qorunması prosesi doğumdan sonra 
qırx gün davam edir. Qırxlı uşaqla bağlı çoxlu sınanmış ayinlər var ki, de-
mək olar, indi də bu ayinlər öz əhəmiyyətini qorumaqdadır. Azərbaycanda 
və  digər  bölgələrdə,  eləcə  də  Kəlbəcər  regionunda  bu  sınaqlar  möhkəm 
inanca əsaslanır. “Uşaq anadan olarkən onu qırx gün gözləməlidirlər. Kim-
sə gələndə uşağı çölə çıxardırdılar. O adam içəri girirdi, sonra uşağı gətirir-
dilər üstünə. Qırxı təmizlənən evdə nə var hamısı qırx suyu ilə yuyunub tə-
mizlənərdi. Əsasən də bulaqdan gətirilən su ilə yuyunardı” (Abbasova Ay-
na Qurban qızı, Qamışlı kəndi). Başqa bir söyləyici isə deyir: “Qırxlı uşaq 
üstünə adam gələndə çıxardırdılar çölə sonra evə keçirərdilər və qapı ağzı-
na dəmir atardılar. Gələnin ağırlığı orda qalsın deyə. Həmzatı olan uşağın 
üstünə qoymazdılar adam gəlsin. Qırxlı arvad üstünə getməzdilər” (Baba-
xanova Əzizə Salah qızı, Sarıdaş kəndi). Qırx gün bu cür tədbirlərlə ananı 
və uşağı qoruyurdular. Beləliklə, qırx gün keçdikdən sonra bu günə məx-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə