Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə13/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      31 
Sovet  hakimiyyəti  illərində  bu  barədə  danışmaq,  təbii  ki,  mümkün  de-
yildi. Artıq son illərdə bəzi tədqiqatlarda siyasi lətifələr müxtəsər şəkildə 
xatırladılmaqdadır.  Belə  ki,  A.Nəbiyev  “Azərbaycan  xalq  ədəbiyyatı” 
dərsliyində  “xalq  arasında  sovet  işçiləri,  orta  və  yüksək  çinli  məmurlar, 
hökumət adamları” və s. ilə bağlı lətifələr olduğunu (21, 302) qeyd etmiş-
dir, lakin onlara aid örnək göstərməmişdir.  
Gənc tədqiqatçı Sönməz Abbaslı “Azərbaycan lətifələrinin regional 
xüsusiyyətləri”  adlı  tədqiqatında  bu  problemlə  bağlı  qısa  şəkildə  müla-
hizələr  irəli  sürmüşdür:  “Mövzu  və  ideyalarına  görə  regional  lətifələrin 
böyük  bir  qismini  siyasi  lətifələr  təşkil  edir.  Bu  qəbil  lətifələrdə  Sovet 
dönəmində partiya sıralarına keçməyin mahiyyəti, idarəçilik orqanlarının 
“fəaliyyəti”, özbaşınalığı ifşa hədəfinə çevrilmişdir. Siyasi lətifələr təsdiq 
edir  ki,  hər  bir  ictimai-siyasi  quruluşun  və  onun  hakim  ideologiyasının 
fəaliyyətdə olduğu tarixi kəsimin gülməcə örnəkləri  yaranmış və onların 
böyük  əksəriyyəti  xalq  yaddaşında  qorunmuş,  dildə-ağızda  dolaşmış  və 
təbii səbəblər üzündən işıq üzü görməmişlər” (2, 15).  
Mühacirətdə siyasi lətifələrə daha çox diqqət yetirilmiş, mətbuatda, 
xüsusən  “Mücahid”(Ankara),  “Qafqazya”(Berlin),  “Birləşik  Qafqazya” 
(Berlin), “Qurtuluş”(Berlin) dərgilərinin səhifələrində sosialist cəmiyyəti, 
Lenin, Stalin, Beriya, Kommunist Partiyasının  siyasi  büro üzvləri  və di-
gər  rəhbər  işçilərlə  bağlı,  onların  yalanlarını  üzə  çıxararaq  ifşa  edən  ör-
nəklərə  təsadüf  olunmaqdadır.  “Mücahid”  dərgisinin  1955-ci  il  beşinci 
sayında verilən siyasi lətifələrdən birinə diqqət yetirək: “Bir kəndli banka 
gedərək çəkinə-çəkinə istiqraz almaq istədiyini deyir.  
– Əgər min rubl alsam, mənə sonra pulumu qaytarmağa söz verirsi-
nizmi? – deyə soruşur. Müdir gülümsəyir:  
– Aman,  yoldaş! Dünyanın ən böyük qarantisi. Zər istiqraz Bulqa-
nin tərəfindən ödənilir. 
– Lap yaxşı, – kəndli əndişə ilə sordu, – əgər o ölərsə? 
– O zaman, yoldaş, pulu Kommunist Partiyası ödəyəcək.  
Cütçü inadcıl adam imiş. Təkrar israrla sordu:  
– Əgər partiya dağılacaq olursa, nə edərəm? 
 Müdir ətrafına tələsik bir göz atıb pıçıltı ilə: 
– Aman, yoldaş, – dedi, – o iş 1000 rubləyə dəyməzmi?!” (18, 4) 
İncə bir gülüşlə olsa da, əslində, bu lətifənin gözlərimiz önündə aç-
dığı  mənzərə  çox  düşündürücüdür.  İlk  növbədə,  əhalinin  əsas  hissəsini 
təşkil edən insanların – əkinçilərin sözdə özünü “fəhlə-kəndli” hökuməti 
elan  edib,  bayrağında  oraq-çəkic  daşıyan  bir  dövlətin  dürüstlüyünə  olan 
şübhələri  burada  ifadə  edilmişdir.  Digər  tərəfdən,  hətta  məmurların  bu 
ideoloji cəhətdən yalanlar üzərində dayanan hökumətin dağılmasını arzu-


Dədə Qorqud ● 2014/I I                                                                      32 
ladığını,  lakin  bu diləklərini  yalnız  xəlvətcə və pıçıltı  ilə dilə gətirməyi-
nin mümkün olduğunu göstərməkdədir.  
Qeyd etmək  lazımdır ki,  lətifədə adı keçən Nikolay Aleksandroviç 
Bulqanin (1895-1975) müxtəlif vəzifələrdə çalışsa da, 1940-1945-ci illər-
də SSRİ Dövlət Bankının rəhbəri olmuşdur. Bu faktı nəzərə almaqla ləti-
fənin təxminən  iyiminci əsrin qırxıncı  illərində  yarandığını  müəyyənləş-
dirmək mümkündür. “Mən Karl Radekəm” adlı lətifədə isə sovet istintaq 
orqanları və ümumiyyətlə, hüquq sistemi gülüş hədəfinə çevrilmişdir.  
“Bir  gün  üç  məhbus  sürgün  edilmək  üçün  gətirildikləri  mərkəzi 
həbsxanada qarşılaşırlar. Birincisi: 
– Mən 1929-cu ildən bəri “Karl Radek müxalif inqilabçıdır”, – de-
diyim üçün həbsdəyəm, – deyir. İkincisi:  
–  Mən  də:  “Karl  Radek  müxalif  inqilabçı  deyil”,  –  dediyim  üçün 
1937-ci ildən həbsdəyəm, – deyir. Üçüncü söhbətə qarışmağa ehtiyac du-
yaraq: 
– Üzr istəyirəm, amma Karl Radek mənəm, – deyir” (17, 31). 
Bu  lətifə  iyirminci  əsrin  otuzuncu  illərinin  əzablı  repressiya  ab-ha-
vasını çox incəliklə, acı gülüşlə oxucusuna çatdırmaqdadır. Lətifədə məh-
buslardan birinin 1929-cu ildən, ikincinin isə 1937-ci ildən məhkum olun-
duğunu  qeyd  etmələrinə  əsasən  günahsız  insanların  ən  az  on  ildən  çox 
həbslərdə əzab çəkməsini təsəvvür etmək mümkündür. Bu da Sovet İttifa-
qında  ən  adi  insani  hüquqların  tapdalanmasının,  dövlətin  öz  təbəələrinə 
olan kəskin ağalıq münasibətinin göstəricilərindən biridir. 
Ayrıca, qeyd etməliyik ki, Karl Radek–  Karol Bernqardoviç Sobel-
son  (1885-1939)  bolşeviklərin  Oktyabr  inqilabını  hazırlayan  əsas  sima-
lardan  və  Vladimir  İliç  Leninin  (1870-1924)  ən  yaxın  silahdaşlarından 
olmuş tarixi şəxsiyyətdir. O, 1937-ci ildə L.D.Trotski (1879-1940) tərəf-
darı kimi həbs edilərək sürgün olunmuş və orada Stalin (1878-1953) rep-
ressiyasını həyata keçirən əsas fiqurlardan biri, Lavrenti Pavloviç Beriya-
nın (1899-1953) birbaşa göstərişi ilə həbsxana yoldaşı tərəfindən öldürül-
müşdür.  Karl  Radek  çox  ağıllı  və  hazırcavab  bir  adam  kimi  məşhur  ol-
muşdur  və o, Stalinlə  bağlı  bir sıra  lətifələrin  müəllifi kimi tanınmaqda-
dır.  Həmin  lətifələrin  bir  qismi  internet  səhifələrində  verilmişdir  (24). 
Onların  işərisində  yuxarıdakı  lətifə  də  vardır.  Bu  lətifənin  mühacirətdə 
nəşr edilməsi həm də sovetlər ölkəsindəki açıq və gizli – bütün məqamla-
rın qürbətdəki həmvətənlərimiz tərəfindən diqqətlə izlənildiyini sübut et-
məkdədir.  
Sovet  “haqq-ədalət”ini  dünyada  rüsvay  edən  lətifələrdən  biri  də 
yenə “Mücahid” dərgisində verilmişdir: “Stalin bir gün Politbüro (Bu söz 
lətifədə tərcümə edilmədən rusca səsləndiyi kimi  verilmişdir. Biz də ko-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə