Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə6/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   2   3   4   5   6   7   8   9   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      15 
Deməli,  daha  qədim  çağlarda  yaradılmış  “Dədə  Qorqud”  eposu 
oğuz etnosunun yaşadığı bütün məkanlarda şifahi şəkildə yayılaraq müx-
təlif  variantlara  düşmüş  və  yazıya  alınmaqla  Azərbaycan  mühitində  for-
malaşma variantı Drezden nüsxəsi, Anadolu məkanında formalaşma vari-
antı isə Vatikan nüsxəsi şəklini almışdır. Drezden nüsxəsinin dil və üslu-
bunun Azərbaycan, Vatikan nüsxəsinin  isə Anadolu türkcəsinə uyğunlu-
ğu da məhz bu faktla bağlıdır. Oğuz zamanının düşüncə və həyat tərzini 
əks  etdirən  bu  epos  mükəmməl  variantda  Drezden  nüsxəsi  şəkilində  zə-
manəmizə  gəlib  çatsa  da,  müxtəlif  yazılı  mənbələrdə  rast  gəlinən  mətn 
parçaları göstərir ki, dastan qəhrəmanlarının fərqli şəkildə təsvir olundu-
ğu hekayələr də mövcud olmuşdur. Bu faktların  müqayisəli təhlili Drez-
den əlyazmasının məhz Azərbaycan xalqının formalaşdırdığı dastan vari-
antı olduğu qənaətinə gəlməyə əsas verir. 
İşin  elmi  nəticələri.  İlkin  mərhələdə  oğuz  eposu  kimi  düzülüb-
qoşulmuş “Dədə Qorqud” boyları etnogenezisində oğuz etnosu ilə bağlı-
lığı olan müasir türk xalqlarının əksərinin şifahi xalq yaradıcılığında mü-
əyyən izlər qoymuşsa da, yazıya alınmış Drezden nüsxəsi məhz Azərbay-
can xalqının formalaşdırdığı boylar toplusudur. 
Tətbiqi  əhəmiyyəti. Alınan nəticələr “Dədə Qorqud kitabı”nın  ya-
ranma,  formalaşma,  yazıya alınma  və üzü köçürülmə dövrlərinə  məxsus 
layları müəyyənləşdirməyə imkan verir. 
Elmi  yeniliyi.  Oğuz  zamanında,  yəni  birinci  minilliyin  sonlarına 
qədərki  çağlarda  “Dədə  Qorqud”  adı  ilə  tanınan  bu  epos  sonralar  oğuz 
mənşəli  müasir  türk  xalqları  arasında  müxtəlif  variantlarda  yayılmış,  la-
kin yazıya alınmadığından dövrün ictimai hadisələrinin təsiri ilə ya məz-
mun  dəyişikliyinə  uğramış,  ya  da tamamilə  unudularaq  epizodik  şəkildə 
yaddaşlarda qalmışdır. 
ƏDƏBİYYAT 
1.  Abid  Ə.  Əşirət  dövründəki  Azərbaycan  ədəbiyyatına  dair  vəsiqələr.  // 
Azərbaycanı öyrənmə yolu, 1930, № 3, səh. 48-52. 
2.  Бартольд  В.В.  Турецкий  эпос  и  Кавказ.  /  Книга  моего  Деда  Кор-
кута Огузский героический эпос. Баку, YNE “XXI”, 1999, cтр. 118-126. 
3. Cəfərov N. Eposdan kitaba. Bakı, Maarif, 1999. 
4. Ergin M. Dedem Korkut kitabı. Giriş – Metin – Faksemele. Ic, Ankara, 
1958; IIc, 1963.  
5.  Ebulgazi  Bahadır  Han.  Şecere-i  Terakime  (Tütkmenlerin  Soykütügü). 
Hazırlayan:  Zihal  Karğı  Ölmez.  Ankara,  Türk  Dilleri  Araştırmaları  Dizisi:3, 
1996. 
6.  Əbülqazi  Bahadır  xan.  “Şəcarei-Tərakimə”  (Türkmənlərin  soykitabı). 
Bakı, “Azərbaycan Milli Ensiklopediyası” NPB, 2002. 
7. Hacıyev A. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, Elm, 2007. 


Dədə Qorqud ● 2014/I I                                                                      16 
8. Hacıyev T. Dədə Qorqud: dilimiz və düşüncəmiz. Bakı, Elm, 1999. 
9.  Hacıyev  T.  “Dədə  Qorqud  kitabı”:  olan  və  olmayan  boylar.  /  Dədə 
Qorqud dünyası. Məqalələr. Bakı, Öndər nəşriyyat, 2004, s. 94-108. 
10. Короглы Х. Огузский героический эпос. Москва, Наука, 1976. 
11. Gökyay O.Ş. Dedem Korkutun Kitabı. İstanbul, Kabalçı Yayınevi, 2006.  
12. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsr) Bakı, Elm, 1972 
13.  Жирмунский  В.М.  Огузский  героический  эпос  и  “Книга  Кор-
кута” / Книга моего Деда Коркута Огузский героический эпос. Баку, YNE  
“XXI”, 1999, cтр. 135-255. 
14. Якубовский  А.Ю. “Китаб-и  Коркут” и  его значение  для изучения 
туркменского общества в эпоху раннего средневековья. / Книга моего Деда 
Коркута Огузский героический эпос. Баку, YNE “XXI”, 1999, cтр. 127-135. 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Paşa Əfəndiyev 


Dədə Qorqud ● 2014/I I                                                                      17 
Atif İSLAMZADƏ 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutunun elmi işçisi 
e-mail: atif.islamzade@mail.ru 
 
OĞUZ MİFİ: YENİ ARAŞDIRMALAR, YENİ MÜDDƏALAR 
Xülasə 
Bu  yazıda  Oğuz  mifinin  və  Oğuz  eposunun  hansı  şəkildə  epikləşməsi  izlənilir, 
epik təzahürlərin necə meydana gəlməsi aydınlaşdırılır. Eyni zamanda oğuz epik ənənə-
sinin  bünövrəsini  təşkil  edən  mifoloji  struktur  invariant  və  paradiqmalar  səviyyəsində 
sistemli  şəkildə  diqqət  mərkəzinə  çəkilir.  Bundan  əlavə  oğuz  epik  ənənəsinin  əsasını 
təşkil edən inanclar sistemi kimi Vahid Allah konsepsiyası əsaslı formada elmi auditori-
yaya təqdim olunur, Oğuz cəmiyyətinin teoloji istiqamətləri müəyyənləşdirilir. Elmi ic-
timaiyyət  tərəfindən  bu  günə  kimi  etolon  səviyyədə  qəbul  olunan  mifik  şüur  və  tarixi 
şüur anlayışlarına qarşı olaraq tarixi mif və epik mif adı altında təklif olunan mif struk-
turu mifin müxtəlif şəkillərini göstərməklə bərabər mif, tarix və epikliyin bir-birinə qa-
rışıb necə yanlış müddəalara yol açdığına dair hissə-hissə izləmələrlə aydınlaşdırılmağa 
çalışılır. 
Açar sözlər: mif, Oğuz mifi, Oğuz epik ənənəsi, Oğuz, Qorqud, Qazan xan 
 
OGHUZ MYTH: NEW INVESTIGATIONS, NEW THESES 
Summary 
In the article the epic form of Oghuz myth and Oghuz epos is studied, appearing 
of the epic manifestations is cleared up. At the same time the mythological structure of 
Oghuz  epic tradition  which  organizes  the  foundation is  in  the  focus  of  attention  in the 
level of invariant and paradigms systematicaly. Besides it the system of beliefs the One 
Allah conception which forms the foundation of Oghuz epic tradition is presented to the 
scientific audience, the theological directions of Oghuz society is definited. Being con-
trary  to  the  ideas  of  mythological  consciousness and historical  consciousness accepted 
in the measure  level  by  the  scientific  public  till noways  the  myth  structure  which  was 
offered as the historical myth and epic myth shows the different forms of the myth and 
at the same time the clearness of wrong theses which have mixed myth, history and epic 
is investigated. 
Key  words:  myth,  Oghuz  myth,  Oghuz  epic  tradition,  Oghuz,  Gorgud,  Gazan 
khan 
 
ОГУЗСКИЙ МИФ: НОВЫЕ ИССЛЕДОВАНИЯ, НОВЫЕ ПОЛОЖЕНИЯ 
Peзюме 
В  этом  резюме  исследуется  вопрос  о  том,  в  какой  форме  повествуется  о 
огузском  мифе  и  о  огузском  эпосе,  проясняется  образование  эпических  проявле-
ний. В то же время в систематической форме обращается внимание на мифологи-
ческую  структуру,  составляющую  фундамент  огузской  эпической  традиции  на 
уровне инвариантов и парадигм. Кроме этого, Единобожие, как оснавная консеп-
ция,  составляющая  систему  вер  огузских  эпических  традиций  обоснованно  пре-
доставляется  научной  аудитории,  определяется  теологические  направления  огуз-
ского общества. Мифологическая структура, которая соединяет в себе историчес-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə