Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   24   25   26   27   28   29   30   31   ...   113

 92 
ni qəbul etdilər və bu dinin çiçəklənməsində böyük xidmətlər göstər-
dilər. Bu barədə ətraflı məlumat əldə etmək üçün şəhid Mütəhhərinin 
“İran və  İslamın qarşılıqlı xidmətləri” kitabına müraciət edə bilər-
siniz. Bəhram ibn Keyqubad adlı  Zərdüşt aliminin 1600-cü ildə  qə-
ləmə aldığı “Səncan” hekayəsinə  əsasən  İranda yaşayan Zərdüştlər 
İranın  İslam dini tərəfindən 100 il müsəlmanlar tərəfindən böyük 
əzab-əziyyətlərə  məruz qaldılar. Sonra münəccimlərin tövsiyyəsilə 
dəniz yolu ilə Hindistanın Bombey şəhərinə köçməyə başladılar. Bu 
hekayə tarixçilər tərəfindən qəbul edilmir və onların nəzərincə  Zər-
düştlərin  İrandan Hindistana mühacirəti islam dinindən öncə başla-
mışdır və  İslam dininin gəlməsindən bir neçə  əsr sonraya qədər 
davam etmişdir. Hal-hazırda onlardan 150000  nəfəri hələ  də Parsi 
adlandırılırlar. Onların təxminən 150000 nəfər Yəzd, Kerman və 
Tehranda yerləşmişlər.  
Zərdüştlər savadlı və mədəniyyətli qövmdür və həmişə də ətraf-
da olan insanlarla əlqələri çox gözəldir.  
 
3. Mitraizm 
Əhəmənilər sülaləsinin sona çatdığı zaman Zərdüştlük dininin 
yaranması ilə eyni dövrdə  İranda Mitraizm dini meydana çıxaraq 
yayılmağa və bu yerlərdən kiçik Asiyaya tərəf genişlənməyə başladı. 
Mitraistlərin nəzərincə Mehr Tanrısı bir dəfə insan cildində mağara-
ların birində zühur etdi və həmin ərazidə qoyun-quzu otaran çobanlar 
ona iman gətirdilər. O zaman Mehr Tanrısı öküz öldürdü və qanını 
torpağın üzərinə tökdü. Həmin öküzün qanı düşən hər yer yaşıllaşdı 
və  məhsuldar oldu. O, bir neçə ildən sonra göylərə qalxdı  və onun 
ruhu bəndələrinə yardım etmək üçün daim yerə qaldı.  
Mitraizm dininə iman gətirən hər bir şəxs yeddi mərhələdən 
keçməli idi və hər mərhələdə ona yeni bir ad verilirdi: “Qarğa”, “Gə-
lin”, “Əsgər”, “Şir”, “Parsi”, “Günəşin elçisi” və “Ata”. Sonra xristi-


 
93
yanların çörək və şərab adətinə bənzər çörək və bal mərasimi başla-
yırdı. Sonda həmin  şəxsə öküzün qanını ilə qüsl verilirdi. Onlar öz 
məbədlərini mağaralarda düzəldirdilər və həmin mağarada Mehr Tan-
rısına ibadət edirdilər. Həmin məbədlərin bəzilərinə Avropanın bəzi 
bölgələrində rast gəlmək olar. Qeyd etmək lazımdır ki, Xristyanlıq öz 
dini adət-ənənələrinin əksəriyyətini Mitraismdən götürmüşlər.  
 
4. Manilik 
Manilik xristiyanlıqla islam dininin zühur etdiyi dövrlər arasın-
dakı zaman kəsiyində meydana çıxmışdır və  qısa müddət  ərzində 
güclü  şəkildə yayılmış, sıralarına imanlı davamçılar  əlavə edə bil-
mişdir. Bu din Buddizmlə Sabiliyin təlimlərini və düşüncə  tərzini 
nəzərə almaqla Zərdüştlük ilə Xristiyanlığın qarışığından əmələ gələn 
dindir. Bu dinin irfani və insani prinsipləri onun güclü şəkildə yayıl-
ması üçün münbit şərait yaratdı, şərqdə Çinə və qərbdə mərkəzi Av-
ropaya qədər genişlənmişdi. İran və Roma dövlətlərinin şahları Mani-
lərlə düşmənçiliyə başladılar və onları  dəstə-dəstə  qətliam etdilər. 
Sonda Avropanın dini təftiş  məhkəməsi (İnkivizasiya) 13-cü əsrdə 
Manilərin sonuncu dəstəsini də yer üzərindən sildi.  
 
4-1. Maninin həyatı 
Mani 216-cı ildə Babilistanda iranlı ailəsində dünyaya gəldi. 
Atasının adı Patek idi və o Həmədandan Babilistana köçmüşdür. O 
Sabi dininin davamçılarından idi.  
Mani 228-ci ildə peyğəmbərlik iddiasını irəli sürdü və öz dinini 
təbliğ etmək məqsədilə müxtəlif ölkələrə  səfər etdi. O, 243-cü ildə 
Birinci Şapurun tacqoyma mərasimində onun yanına gəldi və onu öz 
dininə dəvət etdi. Birinci Şapur onun bu dəvətini qəbul etdi. Mani Sa-
sani Pəhləvi dilində bir kitab qələmə aldı və adınl Şapurqan qoydu. 
O, öz dinini təbliğ etmək məqsədilə orta Asiyaya da səfər etdi və 
iyirmi ildən sonra Birinci Bəhram şahın zamanında İrana qayıtdı. Bu 
şah Mani ilə düşmənçilik apardı və 274-cü ildə onu qətlə yetirdi.  


 94 
Maninin davamçıları onun qətlə yetirilməsindən sonra Manəvi-
lik dinini yaymağa başladılar və Avropanın bəzi bölgələrinə, Çinə 
qədər genişləndirə bildilər. Manəvilərin  əksəriyyəti orta Asiyada 
məskunlaşmışdılar. Bu din Zərdüştlük və Xristiyanlıq dinlərinin təz-
yiqi nəticəsində zəiflədi və daha sonra İslam dininin genişlənməsin-
dən sonra demək olar ki məhv oldu. Manilərin qalıqları bir neçə əsr 
Bosniya-Hersoqovinada qaldılar və sonda təmamilə tarix səhifələrin-
dən silindilər. İslam dininin yayıldığı ilk illərdə İranın milli hərəkat-
larının bəziləri manəvilikdən ilham almışdır. Bunu da qeyd etmək la-
zımdır ki, İslam dininin ilk illərində  zındıqların bəziləri Manilik di-
ninin davamçıları idilər.  
 
4-2. Maniliyin mənbələri 
Manəviliyin  əksər mənbələri  İslam dininin meydana çıxmasın-
dan sonra da mövcud idi və həmin kitablardan olan bəzi mətləblər qə-
dim tarix kitablarında əks olunmuşdur. Bu kitablar yavaş-yavaş ara-
dan getdi. Amma bir müddət bundan öncə Çinin Türküstan əyalətin-
dəki Turfan şəhərində Maniliyə aid bir çox yazılı  əsərlər torpağın 
altından aşkar edilmişdir və manəviyyət barədəki məlumatların artı-
rılması üçün gözəl fürsət yaranmışdır.  
Maninin meydana çıxartdığı yeniliklərdən biri bu idi ki, o insan-
ların arasında savadsızlığın mövcud olmasını  nəzərə alaraq rəssam-
lıqdan istifadə edirdi və dini mətləbləri yazmaqdan əlavə onları rəsm 
edirdi. Onun bu işinin nəticəsi olaraq “Ərjəng” adlı kitab meydana 
çıxdı və həmin kitabın qalıqları son zamanlar aşkar edilmişdir. Onun 
bəzi rəsm  əsərlərində davamçıları da qələmə alınmışdır. Aşağıda 
qeyd edəcəyimiz altı kitab dəqiqliklə Maniyə məxsusdur: 
1.  Şapurqan:  Bu kitab Pəhləvi dilində  qələmə alınmışdır və 
həmin kitabın qalıqları Turfan şəhərində aşkar edilmişdir.  
2.  Əngeliyun (İncil): Bu kitab rəsm  əsərlərindən ibarətdir və 
böyük ehtimala əsasən “Ərjəng” elə bu əsərdir.  
3.  Həyatın xəzinəsi: Dini hökümlərdən təşkil edilmişdir. 
4.  Pəraqəmatya  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə