311
rət Davudun (ə) vəfatından illər sonra Allah onun adını yaxşı forma-
da qeyd edir və onun barəsində bu sözləri buyurur:
“Mənim əmrlərimi həyata keçirtdi, bütün qəlbi ilə mənə itaət
etdi və mənim düzgün bildiyim bütün işləri həyata keçirtdi. (Samuelin
birinci kitabı, 14:8)
Xristyanlar Əhdi-Ətiqdə qeyd olunmuş peyğəmbərlərin dəhşətli
qətliamlarına göz yumaraq İslam dininin əzəmətli peyğəmbəri Həzrət
Muhəmmədin (s) özünü müdafiə məqsədliə həyata keçirdiyi döyüşlə-
rinə tənqidi baxışlarla yanaşırlar və etirazlarını bildirməyə çalışırlar.
Bir müqayisəni sizin diqqətinizə çatdırmaq istərdim: İslam di-
nində əsir düşmüş hər bir kafir döyüşçü Qurani-Kərimin əmrinə əsa-
sən (Muhəmməd surəsi, 4) qarşılıqsız və yaxud fidyə,
yəni müəyyən
olunmuş pul müqabilində azadlığa buraxılır. Əsirlərin dəyişdirilməsi
məsələsi də həmişə İslam dinində mövcud olmuşdur. Amma indi
Tövratdan diqqətinizə çatdıracağım mətndə Bəni-İsrailin döyüşdə bü-
tün kişiləri öldürərək qadın-uşaqları əsir tutmaları və Həzrət Musanın
(ə) yanına gətirmələrini çatdıracağıq. Amma maraqlısı budur ki, o
əsirləri gördükdə əsəbləşdi, qadınları və oğlan uşaqlarını da qətlə ye-
tirməyi əmr etdi.
1
Qızlarını isə özünə saxladı. Bütün qənimətlərin he-
sablanmasından sonra mətnin sonunda otuz iki min qızın mövcud
olması qeyd olunur:
“Və (Bəni-İsrail)Allah Musaya əmr etdiyi kimi Medilər (qövmü)
ilə döyüşdülər və onların bütün kişilərini qətlə yetirdilər..... Və Bəni-
İsrail Medilərin qadınlarını və uşaqlarını əsir tutdular, heyvanlarını,
mallarını, mülklərini qarət etdilər, bütün şəhərləri, yaşayış məskənlə-
rini və qalaları yandırdılar. Əsirləri və qənimətləri Musanın, kahin
Əlazarın, Arihanın qarşısında, İordanın yanındakı Muab Ərəbatında
yerləşən ordunun qərargahına gətirdilər. Musa ordu başçılarına, yə-
ni minbaşılara və yüzbaşılara qəzəbləndi. Musa onlara dedi: “Bütün
1
Bizdə mövcud olan məlumatlara əsasən yalnız Firon öz düşmənlərinin oğlanuşaq-
larını qətlə yetirirdi.
312
qadınları diri saxlamısınız? Bunlar Bəlamla
1
məşvərət edərək Bəni-
İsraili Fəğfura görə Allaha xəyanət etməyə məcbur edənlərdir və
onların üzündən insanlar arasında vəba yarandı. İndi bütün oğlan
uşaqlarını və kişi ilə yaxınlıq etmiş hər bir qadını öldürün! Hələ kişi
əli dəyməmiş və kişilərlə yatmamış qızları özünüz üçün saxlayın!”
Döyüşçülərin əldə etdiyi qənimətlərdən savayı 675 min baş qo-
yun, 72 min baş inək, 61 min baş uzunqulaqvə kişi əli dəyməmiş qız-
lardan isə 32 min baş qız var idi. (Ədədlər 31:7-35)
Bəni-İsrailin törətdiyi qətliamlar, qarətlər, yanğınlar və vəhşilik-
lər Yuşa,
Hakimlər, Samuel kitablarında qeyd olunmuşdur. Xristyan-
ların Əhdi-Cədid kitabında isə bu müharibələr və onları həyata keçi-
rənlər, o cümlədən Cidun, Baraq, Samson
2
, Yaftah, Davud və Sa-
mueli böyük təntənə ilə təriflərə layiq görülmüşlər:
“Başqa nə deyə bilərik ki vaxt bizə Cidun, Baraq, Samson, Yaf-
tah, Davud, Süleyman və başqa peyğəmbərlər barəsində xəbər ver-
məyə imkan vermir. Onlar öz imanları ilə müxtəlif məmləkətləri işğal
etmiş, saleh əməllər görmüş, vədələri qəbul etmiş, şirlərin ağızlarını
bağlamış, odun şiddətini azaltmış, qılınclardan canlarını qurtarmış,
zəiflikdən güclülüyə çatmış, döyüşlərdə şücaət qazanmış və yadellilə-
rin qoşunlarını darmadağın etmişlər.” (İbranilərə məktub 11:32-34)
11-6. Peyğəmbərlik və itaət
Peyğəmbərlər insanlardan onlara itaət etməyi istəyirlər
3
: İtaət ya
sevgi və istək üzündən, ya da axirət əzabından qorxu üzündən olmalı-
dır. Sonda bəzi itaətsizliklər üçün dünyaya aid olan cəzalar, şallaq
vurmaq, bədənin bəzi üzvlərinin kəsilməsi və edam kimi cəzalar nə-
zərdə tutuldu. Müasir insan hüququ dünyada
həyata keçirilən cəza
vasitələrini qəbul etmir və dinlərdə o qədər də gözə çarpmayan həbs
1
O zamanlar dağlardan birinin qülləsində Bəəl Fəğfur adında büt var idi və Bəni-
İsrail o bütə səcdə edərək orada olan qadınlarla zina etdilər. (Ədədlər 25:1-3)
2
Bu şəxsin qəhrəmanlıqlarından biri də ölü uzunqulağın alt çənəsi ilə min nəfəri
qətlə yetirmək olmuşdur. (Hakimlər 15:15-17)
3
Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik.
(Nisa surəsi, 64)
313
olunma və cərimə ödəmə kimi cəzaların tətbiq olunmasını tövsiyyə
edir.
Xristyanlar öz qara keçmişlərini unutmağa
və öz dinləri ilə qər-
bin insan hüquqları arasında ahəngdarlıq yaratmağa çalışırlar. Bu din-
də Həzrət İsa Məsihin (ə) ilahiliyini sübut etdiklərini düşünən və onu
gələcək nəsillər üçün yadigar kimi qoyub gedən ruhanilər onların
sözlərindən çıxan bidətçi xristyanlara qarşı müxtəlif işkəncələrdən və
edamlardan istifadə etmişlər. Onlar belə xristyanların cəzalandırılma-
larını dövrlərinin hakimlərindən istəmişlər. Müqəddəs Tomas Akvi-
nas belə yazır:
“Bidətçilər barəsində iki məsələyə riayət etmək lazımdır: birin-
cisi bidətçilərlə əlaqəlidir və ikincisi kilsə ilə əlaqəlidir. Bidətçilərlə
əlaqəli məsələ bundan ibarətdir ki, onlar günahlarına görə kafir bili-
nərək kilsədən uzaqlaşdırılmaqdan əlavə qətlə yetirilməli və yer üzə-
rindən silinməlidilər. Çünki, ruhu yaşadan həyat mənasını kəsb edən
imanın çirkləndirilməsi və məhv edilməsi maddi həyatın ən dəyərli
amillərindən sayılan pulu saxtalaşdırmaqdan daha böyük cinayətdir.
Deməli sekular hökumətlər saxta pul buraxan və oğurluqla məşğul
olanları belə pis işlə məşğul olduqlarına görə ölümə məhkum edirsə
bidətçilərin dinə bidət etmələri sübuta yetirildikdən sonra kafir bilin-
mələrindən əlavə edam olunmaları vacib hal alır.
Kilsə ilə əlaqəli məsələdə isə yolunu azmışların yenidən haqq
yoluna qayıtmaları üçün rəhmət mövcuddur. Elə bu səbəbdən də,
belə insanları məhkum etməkdə tələsmir və Elçi Pavelin hidayət et-
məsi kimi “Bir-iki nəsihətdən sonra” (Tituslulara məktub, 3:10) düz
yola dəvət edir. Bundan sonra həmin şəxs yenə də haqq yoluna qayıt-
maqdan boyun qaçırarsa və kilsənin artıq onun qayıtmasına ümidi
qalmazsa başqa xilas yolu nəzərdə tutularaq o kafir elan olunur və
kilsədən uzaqlaşdırılır. Bundan əlavə onu sekular məhkəməyə tapşı-
rırlar və beləliklə həyatdan məhrum edərək edam edirlər.”
1
1
İlahiyyatın
xülasəsi, 2/2, 11-ci məsələ, 3-cü məqalə