314
12. Hökumət
Bəşəri cəmiyyətlərin böyüməsi və ictimai əlaqələrin daha da do-
laşması səbəbindən insanlar tədricən hökumətin yaradılması zərurə-
tini anlayırlar. Bu zərurət o qədər güclü olur ki, bəzi vaxtlar insanlar
öz fərdi azadlıqlarının bir hissəsini hökumətin yaradılması yolunda
fəda edirlər və özlərini çox zaman xudbin və zalım hökümdarlara təs-
lim edirlər. Min illər keçdikdən sonra bəşəriyyət seçimlə həyata ke-
çirilən hökumətin varisliklə çatan hakimiyyətdən daha yaxşı olmasını
tədricən anlamağa başladı. Amma, bəşəriyyət heç vaxt münasib və
problemsiz hakimiyyət metodunu heç vaxt kəşf edə bilməyəcəkdir.
Müasir dünyamızda artıq qadınlara da seçmək hüququ verilmişdir.
Bir ölkə əhalisinin təxmin yarısı seçkilərdə iştirak etmək hüququnu
qazanır və seçkilərdə bu hüquqa malik insanların təxminən yarısı
iştirak edir. Bu qədər insanın seçkilərdə iştirak
etməsi Prezident seç-
kilərinin hüquqi baxımdan düzgün sayılmasını bildirir. Qeyd etmək
lazımdır ki, seçkilərdə əsas məsələ aparılan təbliğatın üzərinə düşür.
Həzrət Muhəmmədin (s) Mədinə şəhərindəislam hökuməti yarat-
ması hökumətin yaranması sahəsində mövcud olan vacibliyin ən so-
nuncu nümunəsidir. Hicaz regionunda yaşayan insanların İslam dini
meydana çıxana qədər hökuməti olmamışdı və Əbu Cəhl, Əbu Lə-
həb, Əbu Süfyan kimilər (Roma, İran və sair ölkələrin rəhbərləri və
başçıları kimi) şah və yaxud prezident deyildilər.
Qədim zamanlarda dinlə dövlət arasındakı bağlılıq o qədər təbii
idi ki, heç kim onların bir-birindən ayrı şəkildə fəaliyyət göstərməsini
təsəvvür belə edə bilməzdi. Hökumətin qanuniliyi dindən asılı idi və
qədim cəmiyyətlərin rəhbərləri dini və dünyəvi rəhbərliyi bir yerdə
cəmləşdirirdilər. Hindistandakı kasta quruluşunda, padşahlar zama-
nında mövcud olan Bəni-İsrail
cəmiyyətində, Avropadakı katolik
xristyanları, Rusiyanın ortodoks xristyanları, Osmanlı xilafətində dini
rəhbərlə dünyəvi məsələlər üzrə rəhbər bir-birilərindən fərqlənirdilər.
Amma buna baxmayaraq, dini rəhbər dünyəvi rəhbərdən daha üstün
315
idi və ruhanilər istədikləri şəxsi hökümdarlığa təyin edə və höküm-
darlıqdan uzaqlaşdıra bilərdilər.
Din və dövlət arasındakı möhkəm bağlılıq heç vaxt mütəfəkkir-
lərin diqqətindən kənarda qalmamışdır və onlar öz əsərlərində daim
bu məsələyə işarə etmişlər. Fransalı mütəfəkkir
Jan Jak Russo bu ba-
rədə belə yazır:
“İnsanlar ilk olaraq Allahlardan başqa padşahları və Teokrati-
yadan başqa hökuməti tanımırdılar.”
1
Fransalı tarixçi Fostel Dokolanj belə yazır:
“Qədim zamanlarda hökumətlə din bir yerdə fəaliyyət göstərir-
dilər və bir-birilərinə bağlılıqları var idi. Hər bir xalq öz Tanrılarına
sitayiş edirdilər və Hər bir Tanrı ona sitayiş edənlərə hökümdarlıq
edirdi.”
2
19-cu əsrdə yaşamış Almaniyalı filosof Hegel də tarixi ağılla uz-
laşdırmağa çalışırdı və bu barədə belə yazırdı:
“Dövlət dindən yaranmışdır və əbədiyyətə qədər də varlığını
dindən alacaqdır. Hər bir məxsusi hökumət məxsusi dindən əmələ
gəlmişdir....
Beləliklə, dinlə dövlətin əsası birdir və müştərəkdir. Din dövlət-
dən kənarda əmələ gələn və dövlətin idarəçilik yolu ilə insanların
dövlət qarşısında davranış yollarını kənardan tənzim edən bir məf-
hum deyildir. Əksinə, dövlətin və yaxud ölkənin daxilində hər bir şe-
yə dinamiklik və məna verən ən əsas və fundamental prinsiplərdən bi-
ridir. Dindarlığı insanlara tərbiyələndirmək yolu ilə öyrətmək məsə-
ləsi düzgündür və insanları daim bu sahədə diqqət altında saxlamaq
lazımdır. Eləcə də, elm və incəsənəti təlim və təhsil yolu ilə insanlara
öyrətmək lazımdır. Amma, dinlə dövlət arasındakı əlaqəni siyasi cə-
miyyətin təsis olunmasından sonra dinin təkmilləşdirici və tamamla-
yıcı amil kimi açıqlamaq lazım deyil. Əksinə, daha öncə qeyd etdiyi-
miz kimi bu əlaqənin mənası bundan ibarətdir ki, hər bir dövlər
1
İctimai saziş, dördüncü kitab, səkkizinci fəsl
2
Qədim sivilizasiya,
beşinci kitab, üçüncü fəsl
316
müəyyən bir dindən əmələ gəlmişdir və dinlə dövlətin əsası eynidir.
Hər bir ölkənin elmi, siyasi və incəsənət həyatı həmən ölkədə mövcud
olmuş və mövcud olan dindən birbaşa asılıdır.”
Qədim hökumətlərin və dövlətlərin hamısı dini olmuşdur. Daha
dəqiq desək, qədim zamanlarda olan dinlərin hamısının ictimai və si-
yasi dinlər olmuşlar. Hal-hazırki dinlər qədim dövlətlərin ruhudur və
onları ulduzların parıltısına bənzətmək olar. Yəni, bəzi ulduzların
partlayaraq məhv olmasına baxmayaraq onun parıltısı və nuru hələ
bizə yenicə gəlib çatmışdır.
İslam dünyasının böyük filosofu İbni Sina cəmiyyətdə nizam-
intizamın bərqərar olunması üçün peyğəmbərliyin ən əsas
faktorlar-
dan biri olduğunu vurğulayır. Onun nəzərincə ibadət və dini məra-
simlərin mənası isə insanların daim onu yadlarında saxlamasıdır. Hər
halda, peyğəmbərlərlə hökümdarları müqayisə etsək onların təsir sə-
viyyəsi arasındakı fərqin nə dərəcədə kəskin olmasının şahidi olarıq.
Mövlana Cəlaləddin Rumi belə buyurur:
“Şahların adı bir gündən sonra artıq unudulur, amma Əhmədin
(Həzrət Muhəmməd (s)-in adı) adı əbədiyyətə qədər qalacaqdır.”
1
12-1. Zərdüştlük, Yəhudilik, Xristyanlıq və İslam cəmiyyət-
lərindəki dini hökumət.
Daha öncə qeyd etdiyimiz kimi, Zərdüşt peyğəmbərliyə çatan ki-
mi dövrünün şahı Güştasbın yanına getdi və onu dinini qəbul etməyə
dəvət etdi. Güştasb da öz növbəsində dərhal Zərdüştün dinini qəbul
etdi.
Qeyd etmək istərdik ki, dünyanın bir çox yerlərində olduğu kimi
qədim İranın əfsanəvi şahları da dini və siyasi rəhbərliyi bir yerdə
cəmləşdirmişdilər. Bu şahların dindarlığı və Allaha sitayişi “Şahna-
mə”-də qeyd olunmuşdur və onların hamısı zərdüştlükdə dini lider
mənasını kəsb edən “Mubəd” adı ilə adlandırılmışlar. Məsələn Cəm-
şid şah barəsində belə qeyd olunmuşdur:
1
Məsnəvi, 4/2873