Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə38/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   34   35   36   37   38   39   40   41   ...   113

 124 
Bəni-İsrail ölkəsinin parçalanması onların zəifləməsinin və bət-
bəxliklərinin əsasını qoydu. Yəhuda və İsrail ölkələrinin bir çox pad-
şahları günahkarlar idilər və insanları günaha və bütpərəstliyi dəvət 
edirdilər. Digər tərəfdən bəzi peyğəmbərlər deyirlər ki, bu məsələ 
Allahın qəzəblənməsinə  səbəb oldu. Onların nəzərincə  Bəni-İsrail 
tövbə etməzsə onları çox dəhşətli sonluq gözləyir.  
 
6-3. Babilistanın əsarətində  
Sonda Bəni-İsrail peyğəmbərlərinin bu sözləri həqiqət donu ge-
yindi
1
 və bir müddətdən sonra hal-hazırki Suriya və İraqın şimal böl-
gələrində hökümranlıq edən və paytaxtı Nineviya olan Assuriyalılar 
eradan əvvəl 722-ci ildə İsrailə hücum etdilər və çoxlu sayda insanı 
əsir götürdülər. Bəni-İsrailin on iki qəbilə başçısından on nəfərinin də 
daxilində olduğu bu əsirlərin taleyi barədə tarixdə məlumat yoxdur.  
Təxminən bir əsr bu hadisədən keçdikdən sonra, eradan əvvəl 
587-ci ildə Buxtunnəsr Urşəlimə hücum etdi. O, Yəhudiləri qətlə ye-
tirdi və bir hissəsini də əsir edərək Babilistana apardı və uzun müddət 
orada saxladı.  İsrail və  Yəhuda xalqlarının bir hissəsinin  əsir düş-
mələri onları Yaxın Şərq regionunda və digər ərazilərdə yayılmasına 
səbəb oldu. Bu əsarətin böyük əhəmiyyəti vardir, belə ki, Assuriyalı-
ların bundan öncəki hücumlarında  əsir tutulmuş  İsraillilər bu yürüş 
zamanı Yəhuda ölkəsinin əhalisi ilə Babilistana köçürüldülər. Bu mə-
sələ tarixdə “Babil sürgünü” kimi qalmışdır. 
Yəhudilər əsirlik dövrlərində müşriklərin bəzi adət və ənənələri-
ni qəbul etdilər və onların olduqca az hissəsi vətənlərini tərk etdiklə-
rinə, əsir düşdüklərinə və Allaha sitayiş sahəsində çətinliklərlə üzləş-
diklərinə görə əzab çəkirdi.  
 
                                                 
1
 Bu məsələ kəlam elmi nöqteyi-nəzərindən söylənilir və bu proqnozların dəqiq tarixi 
məlum deyildir. 


 
125
6-4. Məbədin bərpası 
Əhəmənilər sülaləsinin banisi Kir Babilistanı fəth edəndən sonra 
Yəhudilər azad edildilər və öz torpaqlarına qayıtmaq icazəsini aldılar. 
Amma onların böyük əksəriyyəti Babilistanı  tərk etmək istəmirdilər 
və elə bu səbəbdən də həmin şəhərə və ətrafına yayıldılar. Kirin Yə-
hudilərin azad edilməsi barəsindəki bəyannaməsi eradan əvvəl 538-ci 
ildə hazır oldu. Kir bu addımla Yəhudilər arasında böyük məhbubiy-
yət qazandı.
1
  
Yəhudilərin bir dəstəsi də  Fələstinə qayıtdı  və Qüds şəhərinin 
bərpasına başladı. O zamanlar həmin ölkəyə qonşu olan digər ölkələr 
qorxu hiss etdilər və buna görə də, Fələstin torpaqlarında güclü Yə-
hudi dövlətinin yaranmasına əngəl törətdilər. Bundan sonra Fələstinin 
müxtəlif bölgələrində  zəif dövlətlər meydana çıxdı  və bir neçə  əsr 
sürən qarışıqlıqdan sonra Qüds şəhəri növbəti dəfə 70-ci ildə Roma-
lılar tərəfindən viran edildi. Romalıların Urşəlimi viran etməsindən 
sonra Yəhudilər dünyanın hər yerinə yayılmağa başladılar. Bu hadi-
sədən sonra Yəhudilərin dünyanın müxtəlif ölkələrində  çətin həyat 
tərzi keçirməyə başladılar və müxtəlif zülm və zillətə məruz qaldılar.  
Həmin zaman kəsiyində Bəni-İsrail arasında onları bu zülmdən 
xilas edəcək bir şəxsin gələcəyi fikri formalaşmağa başladı. Bu dü-
şüncə  məhsuldar oldu və Bəni-İsrail bu düşüncə tərzinin köməyi ilə 
öz məğlubiyyətlərinə sinə  gələ bildilər. Məsihanı
2
 gözləmək həmin 
qövmün qalmasına yardım etdi.  
Yəhudilər itirdikləri dini dövlətin yenidən yaradılması üçün 
2000 ilə yaxındır ki heç nə etmirlər və belə bir dövlətin yaradılması-
nın onların amalları ilə zidd olduğunu bildirirlər. (Bir neçə  dəfə bu 
sahədə qanunsuzluqlar olmuşdur və bunlardan biri də Xəzran dövləti-
                                                 
1
 Hindistanın Əbul Kəlam adlı müsəlman alimi iyirminci əsrdə “Səndən Zülqərneyn 
barədə soruşsalar” adlı kitab yazır və həmin kitabda Qurani-Kərimin Kəhf surəsinin 
83-98-ci ayələrində barəsində söz açılan Zülqərneynin  Əhəməni padşahı Kir ol-
duğunu sübut etmişdir. Onun bəzi  ədalətli işləri isə  Əl Mizan və Nümumə  təfsir-
lərində qeyd olunmuşdur.  
2
 Məsih sözünün Həzrəti İsa ibn Məryəmə (ə) aid olmasını nəzərə alsaq Yəhudilərin 
intizarında olduqları şəxsin  “Məsiha” (Messiah) adlandırıldığını görərik.  


 126 
nin yaradılması olmuşdur. Bir neçə nəfər Məsiha olması iddiasını irə-
li sürsələr də bu sahədə uğur qazana bilməmişlər.)  
Yəhudilərin Babilistandan qayıtmasından sonra dini cəmiyyət 
yeni bir qurluş tətbiq etdi və sonralar sinaqoq adlanan məbədlər inşa 
edildi. Bu məbədlərin digər məbədlər kimi xüsusi memarlığı yox idi. 
Bu məbədlər hal-hazırda da sinaqoq və yaxud Kənisə adlandırılır.  
 
6-5 Yəhudilərin mübarizələri 
Urşəlimin yenidən bərpa olunmasından və  Yəhudilərin orada 
yerləşdirilməsindən sonra bir sıra problemlər meydana çıxdı. Suriya-
nın zalım və bütpərəst padşahları ilə müharibələr keçirildi. Məkabilə-
rin Suriya istismarçıları ilə müharibəsi Yəhudilərin qələbəsi ilə nəti-
cələndi və bu hadisə Epukerifa kitabında geniş şəkildə açıqlanmışdır.  
Bu dövrdə Yəhudilər çox zaman müşriklərin hakimiyyəti altında 
olmuşlar və  Həzrəti Məsihin (ə) zühur etməsi də bu dövrə  təsadüf 
edir və bu sahədə biz ətraflı olaraq məlumat verəcəyik. Bu dövürdə 
eləcə  də  əhkam və qanunlar Yəhudi alimləri tərəfindən çıxarılırdı. 
Amma hökümdarlar Fələstini işğal etmiş dövlətlər tərəfindən təyin 
olunurdular. Yəhudi alimləri Senhedrin adlı toplumda bir araya gə-
lirdilər və dini məsələlər barəsində qərarlar qəbul edirdilər.
1
 
 
6-6. Urşəlimin viran edilməsi və  Yəhudilərin məkansız 
qalması 
70-ci ildə Romalı şahzadə Titus Urşəlimi mühasirəyə aldı, viran 
etdi və çoxlu sayda dinc sakini qılıncdan keçirdi. O, Senhedrini də 
məhv etdi. 135-ci ildə yaranmış qiyam da yatırıldı. Həmin şəhərin o 
zaman dağıdılmayan qərb divarı indiyə qədər qalmaqdadır və Yəhu-
dilərin dağıdılmış şəhərə görə onun yaxınlığında matəm mərasimləri 
keçirdiyinə görə “Fəryad divarı” (The Wailing Wall) adlandırılmış-
dır. Müsəlmanlar isə həmin divarı “Haitəl Buraq” adlandırırlar.  
                                                 
1
 Senhedrin sözü Yunan dilində toplum və asambleya mənasını verən “Sinderion” 
sözündən götürülmüşdür. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə